Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8245/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh5 nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2564/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair ünvan 2 Xüsusi X2 tərəfindən 4Ə-457 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı adından Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixdə verilmiş 16927 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh1 arasında 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nin, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair ünvan 2 Xüsusi X2 tərəfindən 4Ə- 478 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.mdən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; - Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq onun adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Belə ki, Cavabdeh1 onu xəbərdar və məlumatlandırmadan tərəfindən verilmiş başqa məqsədlər nəzərdə tutulmuş etibarnamədən istifadə edərək onun mülkiyyətində olan yuxarıda göstərilənlərə müvafiq olan mənzili ünvan 2 Xüsusi X2 tərəfindən 4Ə-457 reyestr nömrəsi ilə təsdiq edilmiş 09 noyabr 2019-cu il tarixli “Daşınmaz Əmlakın Bağışlama Müqavilələri”nə əsasən qeyri-qanuni olaraq öz adına rəsmiləşdirirərək həmin daşınmaz əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Hazırda mübahisə edilən və ona məxsus olan mənzil Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzil hazırda onun sahibliyində və istifadəsindədir. Həmçinin, onun Cavabdeh1 hər hansı formada mənzil hədiyyə etmək niyyəti olmamışdır. Cavabdeh1 verilmiş etibarnamə yalnız həmin mənzilə dair kommunal və digər ödənişlərin edilməsi, həmin mənzilə dair icarə müqaviləsinin bağlanması və digər özündə sərəncam vermək hərəkətini ifadə etməyən hüquqlar verilmişdir. Lakin görünən odur ki, Cavabdeh1 tərəfindən verilmiş etibarnamədən istifadə edərək Cavabdeh2 adına etibarnamə vermiş, sonda qeyriqanuni yollarla mənzilini öz adına rəsmiləşdirmişdir. Tərəfindən verilmiş etibarnamə ilə öz mənafeyinə hərəkət etməklə qanuna uyğun olmayan əqd bağlamışdır. Həmçinin qeyd edir ki, Cavabdeh1 iddiaçının oğludur. İddiaçının mülkiyyətindən olan mənzilin icarəyə verilməsi üçün iddiaçıdan etibarnamə almış, sonra iddiaçını xəbərdar və məlumatlandırmadan həmin etibarnamədən sui-istifadə edərək iddiaçının mülkiyyətində olan mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən qeyri-qanuni olaraq öz adına rəsmiləşdirmiş, daha sonra Cavabdeh5 satmışdır. Bütün bunlar oğlunun dostu Cavabdeh3 vasitəçiliyi ilə baş vermişdir. Cavabdeh3 mübahisəli daşınmaz əmlakın satılması barədə məlumatlı olduğu halda iddiaçıdan gizlətmişdir və hətta iddiaçıda olan məlumata görə həmin əmlakın özgəninkiləşdirilməsi üçün müştərini Ülvi tapmışdır. Həmçinin nümayəndə qeyd etmişdir ki, mübahisəli mənzil həmişə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, heç vaxt Cavabdeh1, ya da Cavabdeh5 təhvil verilməmişdir. İddiaçının Cavabdeh1 hər hansı formada əmlak hədiyyə etmək niyyəti heç vaxt olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2564/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası isə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin əməllərində cinayət tərkibi olan şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə yalnız iddiaçının (nümayəndəsinin) sözlərindən ibarət olmuş, heç bir cavabdeh məhkəməyə çağırılaraq dinlənilməmiş və ən əsası heç bir hüquqi əsası olmayan ifadələrdən ibarətdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən bağışlanma müqaviləsində heç bir öhdəliklə şərtləndirilmədiyi halda məhkəmənin həmin müqaviləni və daha sonra onun alqısatqı müqaviləsini etibarsız hesab etməsi qanunvericiliyin tələblərinə birbaşa ziddir. İddiaçı etibarnamə üzrə nümayəndəsi eyni zamanda oğlu Cavabdeh1 öz aralarında qabaqcadan razılaşaraq belə bir oyun qurublar ki, 29.000 manata aldıqları mənzili ona dəyərindən qatqat baha qiymətə 180.000 (rəsmi ödənilən 120.000 manatdır, qalan hissəsi isə nağd şəkildə ödənilib) manat qiymətinə satmaqları azmış kimi, iddia qaldırıb onun heç digər cavabdehlərin (bəlkə də digər cavabdehlərlə hansэsa formada razэlэqlarэ olub) də iştirakı olmadan alqı-satqının və çıxarışının məhkəmə qaydasında etibarsız hesab olunmasına nail olsunlar və təəssüf ki, buna da nail olmuşlar. Hesab edir ki, bu qabaqcadan planlaşdırılmış, düşünülmüş bir qurma oyundur. Axı necə ola bilər ki, İddiaçı bütün səlahiyyətlər göstərilməklə öz oğlu Cavabdeh1 uzunmüddətli etibarnamə verir, həmin etibarnamə ilə Cavabdeh1 mənzil alır, satır etibarnamədə nəzərdə tutulan bütün hərəkətləri həyata keçirir, sonra isə heç həmin etibarnamə ləğv olunmamış məhkəmədə iddia qaldırır ki, oğlu Cavabdeh1 etibarnamədə sui-istifadə edib və məhkəmə də əsassız iddianı təmin edir. Açıq-aydın görünür ki, bu quraşdırılmış ssenaridir və iddiaçı İmamverdiyev Elza qəsdən məhkəmədə aldadılmış şəxs imajı, fonu yaradaraq guya Cavabdeh1 onun etibarından sui-istifadə etdiyini göstərməyə çalışmışdır. Hətta iddiaзэnэn, oрlu Cavabdeh1 bu hərəkətlərində cinayət tərkibi olduрu ьзьn xьsusi qərardadэn зэxarэlmasэ da mьtləqdir ki, baюqa insanlarэn da baюэna belə bir oyun gətirməsinlər. Эşə baxan məhkəmə onun vicdanlı alıcı olmasına da hüquqi qiymət verməmişdir. Halbuki, onunla Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 18.11.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılan vaxt mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olması daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatla və onun əsasında verilmiş çıxarışla təsdiq olunmuşdur. Yalnız həmin qeydiyyat və reyestrdən çıxarış əsasında mübahisəli mənzilin mülkiyyətçisini müəyyən etmək iqtidarında olmuş, həmin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın həqiqiliyinə inanmışdır. Bu baxımdan, həmçinin mübahisəli mənzil əvəzli olaraq onun tərəfindən əldə olunduğuna görə vicdanlэ alэcэdэr. Bundan baюqa, nə iddia ərizəsində, nə də ki iddia tələbinin həcminin artırılması barədə ərizədə, tələb Məmmədov Ьlvi Bəkir oрluna yönəlməmiş, lakin həmin şəxs cavabdeh kimi göstərilmişdir. Gцrьndьyь kimi, məhkəmənin bu utopik əsaslandırması sadəcə utancvericidir. Hakim heç bir mötəbər sübut, dəlil olmadan yalnız iddiaçının fərziyyələrinə əsasən qətnamə qəbul etmişdir ki, bu da tamamilə qanunsuzdur. Çünki, mübahisəli mənzili alqı-satqı aparılan vaxt mülkiyyətçisi olan Cavabdeh1 almış, İddiaçı adlı adamı isə ümumiyyətlə tanımır. Daha sonra, məhkəmə onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin formal olaraq bağlandığının hansı mötəbər sübutlarla təsdiq olunduğu göstərməmiş, iddiaçı həmin əmlakı nə bağışlamaq, nə satmaq niyyəti olmaması kimi əsaslandırmasını da təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə edilməmişdir (ən azэndan səlahiyyətlərin цtьrьlməsi barədə etibarnamə dərhal ləрv edilməli və bu barədə məhkəməyə sübut təqdim edilməli idi, iddia ərizəsində bu xьsusat gцstərilməli idi və s.). Xьsusi olaraq vurрulayэr ki, məhkəmə bağlanmış əqdlərin heçbiri icra edilməmişdir yazmaqla onun ən əsası konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bağlanmış əqdlərin icra edilməməsi dedikdə nə başa düşülür. Şəxsən onunla bağlanmış alqı-satqı müqaviləsi icra olunub və nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb və mənə **********01-05101-093002 nцmrəli reyestr nцmrəsi ilə 11.12.2019-cu il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarış verilmişdir. Məgər bu müqavilənin icrası demək deyil, bəs nədir. Eyni zamanda iddiaçı iddia ərizəsində həmin ünvanda qeydiyyatda olduğunu bildirir və məhkəmə də iddiaçının həmin ünvanda qeydiyyatda olduğunu qətnaməsində qeyd etmişdir. Bu tamamilə yalandır çünki, onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə müvafiq qaydada təsdiq edilmiş notariat işinin 7-ci səhifəsində “həmin ünvanda qeydiyyatda heç bir şəxsin aşkar edilmədiyi” qeyd edilmişdir. Bundan başqa məhkəmə qeyd edib ki, iddiaçıya qarşı iddia qaldırmamışdır. Nə üçün iddiaçıya qarşı iddia qaldırmalıdır. Axı alqı-satqı münasibətləri onunala İddiaçı arasında aparılmayıb. Alqı-satqı subyektləri kimi alıcı və mülkiyyətçi Cavabdeh1 isə satıcı statusunda olmuş və alqı-satqıdan sonra icarəyə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərələr məhkəməyə gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən – İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası isə təmin edilməmişdir. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti vermiş, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının predmetini iddianın təmin edilən hissəsi təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzil xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********01-05101-093002 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AR-İ seriyalı 868935 nömrəli 25.10.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri 12 il 1 ay 19 gün müddətinə Cavabdeh1 etibar etmişdir. Etibarnamənin qüvvəsi 14.12.2031-ci il tarixədək olmuşdur. İş materiallarında olan 09 noyabr 2019-cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanındakı 15 m2 mənzil Cavabdeh1 hədiyyə kimi bağışlanmışdır. İddiaçı əvəzinə müqaviləni Cavabdeh1 verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh2 imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına ********** nömrəsi ilə 13.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********60 nömrəli 17.03.2020-ci il tarixli 28 saylı Vəkil Bürosuna ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 15 saylı ünvanda yerləşən (15 kv.m) mənzil 19 saylı DNK-nın 18 noyabr 2019-cu il tarixli 4Ə/478 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan AR-İ seriyalı 838645 nömrəli 08.11.2019-cu il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri 14 il 11 ay 27 gün müddətinə Cavabdeh1 vasitəsilə Cavabdeh2 etibar etmişdir. Etibarnamənin qüvvəsi 04.11.2034-cü il tarixədək olmuşdur. İddiaçı əvəzinə etibarnaməni etibarnamə əsasında hərəkət edən Cavabdeh1 imzalanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 449102 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 12.07.1974-cü ildə doğulmuşdur. X3, anası isə X6r. İş materiallarında olan, AN-İ seriyalı ******* nömrəli 18.11.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzili Cavabdeh5 satmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nin etibarsız hesab edilməsi barədə düzgün nticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitama yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənindigər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda, onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə kimi hərəkət edən Cavabdeh1 İddiaçı məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri müvafiq etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Sonradan həmin etibarnamə əsasında Cavabdeh2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nə əsasən Cavabdeh1 bağışlamışdır. Belə ki, faktiki təmsilçi olaraq Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamış, iddiaçının belə bir iradə ifadəsi olmadığı halda daşınmaz əmlakı öz mülkiyyətinə keçirmişdir. Göründüyü kimi Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməsə də, İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 etibarnamə vermiş və həmin etibarnamə əsasında da Cavabdeh2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nə əsasən Cavabdeh1 bağışlamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - Cavabdeh2 ilə Cavabdeh1 arasında 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi hissəsində əsaslı olmuşdur. Bununla belə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işin hallarından görünür ki, Cavabdeh5 digər Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzili satın aldığı zaman daşınmaz əmlakın onun mülkiyyətində olmasını bilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan əqdlər barədə hər hansı mübahisənin olmasından xəbərdar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzilinə dair Cavabdeh5la alqı-satqı müqaviləsi bağlanan zaman həmin əmlak Cavabdeh1 mülkiyyətində olmuş və alqı-satqıdan sonra daşınmaz əmlak Cavabdeh5 adına qeydiyyata alınmışdır. Bundan sonra isə Cavabdeh5la digər Cavabdeh1 arasında şifahi anlaşma olmuş və qeyd olunan əmlak Cavabdeh1 tərəfindən icarə əsasında işlədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Belə olan halda, Cavabdeh5 Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edəndir və apellyasiya şikayəti qismən əsaslıdır. Bununla da müəyyən olunur ki, qeyd olunan daşınmaz əmlakın iddiaçının iradəsinə zidd olaraq sahibliyindən çıxması ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlsə də, Cavabdeh5 əmlakı vicdanlı əldə edən olması faktına düzgün qiymət verməmişdir. Göründüyü kimi Cavabdeh5 vicdanlı alıcı olması işin faktiki halları ilə müəyyən edildiyindən iddia tələbi – mübahisəli əmlaka dair Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi" etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh5 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi eləcə də mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində əsassız olmuşdur. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, hazırda mübahisələndirilən Cavabdeh5la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh5 adına verilmiş çıxarış və aparılmış qeyd öz qüvvəsində qaldığından E.İmamverdiyevin mübahisəli əmlaka dair mülkiyyət hüquqları bərpa edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmlaka dair bağışlama müqaviləsi və Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edildiyindən, eləcə də əmlaka dair Cavabdeh5la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi qanuni hesab edildiyindən iddiaçı əmlakın satılması nəticəsində dəymiş ziyanın tələb edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh5 həmin halı apellyasiya şikayətində mübahisələndirsə də, iddia tələbinin qeyd olnan hissəsi iş üçün xüsusi əhəmiyyət kəsb edən məsələ olmadığına görə kollegiya həmin məsələ ilə bağlı xüsusi əsaslandırma aparılmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, apellyasiya şikayəti təmin qismən olunmalı, qətnamə mübahisələndirilən, iddianın təmin olan – İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2564/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi - İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası: Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair ünvan 2 Xüsusi X2 tərəfindən 4Ə-478 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin" etibarsız hesab edilməsi; Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.mdən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8245/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8245/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver