Məhkəmə qərarları › İş №2(102)-2889/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2889/2022

07.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2889/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8245/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 07 iyun 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları AR-İ seriyalı 868935 nömrəli xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri 12 il 1 ay 19 gün müddətinə Cavabdeh1 etibar etmişdir. Etibarnamənin qüvvəsi xx.xx.2031-ci il tarixədək olmuşdur. 09 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanındakı 15 m2 mənzil Cavabdeh1 hədiyyə kimi bağışlanmışdır. İddiaçı əvəzinə müqaviləni Cavabdeh1 verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh2 imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvan ında yerləşən 15 m2 mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, X1, 15 saylı ünvanda yerləşən (15 kv.m) mənzil 19 saylı DNKnın 18 noyabr 2019-cu il tarixli 4Ə/478 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahə si 15 kv.m-dən ibarət mənzilinə dair ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-457 reyestr nömrəsi ilə təsdiq edilmiş onun adından Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixdə verilmiş 16927 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh1 arasında 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nin, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-478 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ib arət mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqlarının X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.mdən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqlarının X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində apar ılmış qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq onun adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzil tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Belə ki, Cavabdeh1 onu xəbərdar və mə lumatlandırmadan tərəfindən verilmiş başqa məqsədlər nəzərdə tutulmuş etibarnamədən istifadə edərək onun mülkiyyətində olan yuxarıda göstərilən mənzili ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-457 reyestr nömrəsi ilə təsdiq edilmiş 09 noyabr 2019-cu il tarixli “Daşınmaz Əmlakın Bağışlama Müqavilələri”nə əsasən qeyri-qanuni olaraq öz adına rəsmiləşdirirərək həmin daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Hüquqlarının X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Hazırda mübahisə edilən və ona məxsus olan mənzil Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzil onun sahibliyində və istifadəsindədir. Həmçinin, onun Cavabdeh1 hər hansı formada mənzil hədiy yə etmək niyyəti olmamışdır. Cavabdeh1 verilmiş etibarnamə yalnız həmin mənzilə dair kommunal və digər ödənişlərin edilməsi, həmin mənzilə dair icarə müqaviləsinin bağlanması və digər özündə sərəncam vermək hərəkətini ifadə etməyən hüquqlar verilmişdir. Lakin görünən odur ki, Cavabdeh1 verilmiş etibarnamədən istifadə edərək Cavabdeh2 adına etibarnamə vermiş, sonda qeyri-qanuni yollarla mənzilini öz adına rəsmiləşdirmişdir. Tərəfindən verilmiş etibarnamə ilə öz mənafeyinə hərəkət etməklə qanuna uyğun olmayan əqd bağlamışdır. Cavabdeh1 onun oğludur. Oölu mülkiyyətində olan mənzilin icarəyə verilməsi üçün ondan etibarnamə almış, sonra onu xəbərdar və məlumatlandırmadan həmin etibarnamədən suiistifadə edərək onun mülkiyyətində olan mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən qeyriqanuni o laraq öz adına rəsmiləşdirmiş, daha sonra Cavabdeh5 satmışdır. Bütün bunlar oğlunun dostu Cavabdeh3 vasitəçiliyi ilə baş vermişdir. Cavabdeh3 mübahisəli daşınmaz əmlakın satılması barədə məlumatlı olduğu halda ondan gizlətmişdir və hətta onda olan məlumata görə həmin əmlakın özgəninkiləşdirilməsi üçün müştərini Ülvi tapmışdır. Mübahisəli mənzil həmişə onun sahibliyində və istifadəsində olmuşdur, heç vaxt Cavabdeh1, ya da Cavabdeh5 təhvil verilməmişdir. Onun Cavabdeh1 hər hansı formada əmlak hədiyyə etmək niyyəti heç vaxt olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2(011)-2564/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bakı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-457 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı adından Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixdə verilmiş 16927 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh1 arasında 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasam al rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-478 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.mdən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, İddiaçı Cavabdeh3 qarş ı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 iddiaçını xəbərdar və məlumatlandırmadan onun tərəfindən başqa məqsədlər üçün verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nə əsasən qeyriqanuni olaraq öz adına rəsmiləşdirirərək, həmin daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Bu məqsəd üç ün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə kimi hərəkət edən Cavabdeh1 İddiaçı məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və sair səlahiyyətləri müvafiq etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Sonradan həmin etibarnamə əsasında Cavabdeh2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nə əsasən Cavabdeh1 bağışlam ışdır. Yəni faktiki təmsilçi olaraq Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamış, iddiaçının belə bir iradə ifadəsi olmadığı halda daşınmaz əmlakı öz mülkiyyətinə keçirtmişdir. Bundan sonra həmin əmlak Cavabdeh1 tərəfindən Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında Cavabdeh5 satılmışdır. Bununla yanaşı təsdiq edilir ki, bağlanmış əqdlərin heç biri icra olunmamışdır, mübahisəli daşınmaz əmlak hələ də iddiaçının faktiki sahibliyində və istifadəsindədir, həmin əmlakın təhvil verilməsi, yaxud iddiaçının həmin mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı iddia qaldırılmamışdır, iddiaçı həmin mənzildə qeydiyyatdadır. Odur ki, iddia tələbi qətnamənin nəticə hissəsində göstərilmiş qaydada təmin edilməlidir. Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən ona qarşı təmin edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsi Cavabdeh3 Cavabdeh1 dostu olaraq daşınmaz əmlakın satılması barədə məlumatlı olduğu halda iddiaçıdan gizlətdiyini və hətta həmin əmlakın özgəninkiləşdirilməsi üçün müştərini tapdığını bildirsə də, bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim etməmiş, həmçinin iddia tələblərini Cavabdeh3 qarşı əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 324, 337.2, 359, 359.3, 362.1, 390.1, 405.1-ci, “Notariat haqq ında” Azərbaycan Respublikası Qanununun 35-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh5 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) xx.xx.2021-ci il tarixli, 2(103)-8245/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2564/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsinin - İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Bak ı şəhər 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə dair ünvan 4 Xüsusi X3 tərəfindən 4Ə-478 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin" etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.mdən ibarət mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilə İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissələrdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi"nin etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, faktiki təmsilçi olaraq Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamış, iddiaçının belə bir iradə ifadəsi olmadığı halda daşınmaz əmlakı öz mülkiyyətinə keçirmişdir. Göründüyü kimi Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməsə də, İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 etibarnamə vermiş və həmin etibarnamə əsasında da Cavabdeh2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı "Daşınmaz Əmlakın Bağışlama Müqavi ləsi"nə əsasən Cavabdeh1 bağışlamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - Cavabdeh2 ilə Cavabdeh1 arasında 09 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi hissəsində əsaslı olmuşdur. Bununla belə məhkəmə kollegiyası həmçinin qeyd ed ir ki, hazırkı işin hallarından görünür ki, Cavabdeh5 digər Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzili satın aldığı zaman daşınmaz əmlakın onun mülkiyyətində olmasını bilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan əqdlər barədə hər hansı mübahisənin olmasından xəbərdar olmamışdır. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, X1, ev 9 ünvanında yerləşən 15 m2 mənzilinə dair Cavabdeh5la alqı-satqı müqaviləsi bağlanan zaman həmin əmlak Cavabdeh1 mülkiyyətində olmuş və alqı-satqıdan sonra daşınmaz əmlak Cavabdeh5 adına qeydiyyata alınmışdır. Bundan sonra isə Cavabdeh5la digər Cavabdeh1 arasında şifahi anlaşma olmuş və qeyd olunan əmlak Cavabdeh1 tərəfindən icarə əsasında işlədilmişdir. Belə olan halda, Cavabdeh5 Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən v icdanlı əldə edəndir və apellyasiya şikayəti qismən əsaslıdır. Bununla da müəyyən olunur ki, qeyd olunan daşınmaz əmlakın iddiaçının iradəsinə zidd olaraq sahibliyindən çıxması ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlsə də, Cavabdeh5 əmlakı vicdanlı əldə edən olması faktına düzgün qiymət verməmişdir. Göründüyü kimi Cavabdeh5 vicdanlı alıcı olması işin faktiki halları ilə müəyyən edildiyindən iddia tələbi – mübahisəli əmlaka dair Cavabdeh1 ilə Cavabdeh5 arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi" etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh5 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 11 dekabr 2019-cu il tarixli Hüq uqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi eləcə də mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində əsassız olmuşdur. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, hazırda mübahisələndirilən Cavabdeh5la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh5 adına verilmiş çıxarış və aparılmış qeyd öz qüvvəsində qaldığından E.İmamverdiyevin mübahisəli əmlaka dair mülkiyyət hüquqları bərpa edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmlaka dair bağışlama müqaviləsi və Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edildiyindən, eləcə də əmlaka dair Cavabdeh5la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqa viləsi qanuni hesab edildiyindən iddiaçı əmlakın satılması nəticəsində dəymiş ziyanın tələb edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh5 həmin halı apelyasiya şikayətində mübahisələndirsə də, iddia tələbinin qeyd olnan hissəsi iş üçün xüsusi əhəmiyyət kəsb edən məsələ olmadığına görə kollegiya həmin məsələ ilə bağlı xüsusi əsaslandırma aparılmasını məqsədə müvafiq hesab etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X10) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin ed ilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmaqla maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, Cavabdeh5 apelyasiya şikayətində qeyd etmişdir ki, o əmlakı göstərilən dəyərindən rəsmi olaraq 120.000 manata daha yüksək qiymətə almışdır. Bununla da Cavabdeh5 qeyd etmək istəyir ki, mübahisə edilən əmlak Cavabdeh1 tərəfindən onu aldadılaraq yuxarı qiymətə satılmışdır. Yəni cavabdehin iddiasına görə alqı-satqı müqaviləsi aldatma yolu (iradə ifadəsinin zədələnməsi nəticəsində) ilə onunla bağlanmışdır. Belə olan halda o, vicdanlı əldə edən necə ola bilər. Digər tərəfdən iki tərəfli əqd tərəflərin bütün şərtləri ilə birlikdə bağlanmış zədələnməmiş iradə ifadəsi nəticəsində baş verir. Zədələnmiş iradə ifadəsi nəticəsində bağlanmış əqd mübahisə edilən əqddir. Cavabdehin apelyasiya şikayətində sonradan gətirmiş olduğu dəlilləri isə onun həmin əmlakın vicdanlı əldə kmi qeyd etməsi, əvvəlki gətirmiş olduğu mövqe ilə zidiyyət təşkil edir. Bundan başqa, hazırkı əmlak hazırkı müddətə kimi iddiaçının istifadəsində və sahibliyindədir. Cavabdeh5 almış olduğu əmlakın ünvanını bilsə də həmin əmlakın harda yerləşdiyini, hansı xətdə olduğunu heç bilmir. Belə olan təqdirdə alıcı nə aldığı və hansı məqsədlər üçün aldığı əmlakının yerini müəyyənləşdirə bilmir. Bu halda həmin şəxsə əmlak təhvil verilmədiyinə görə vicdanlıq faktı mövcüd ola bilməz. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelya siya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək mübahisəli mənzilin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı X8 adına özgəninkiləşdirilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X1 9 saylı evdə yerləşən 15 kv.m-dən ibarət mənzillə əlaqədar Cavabdeh5 bağladığı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə aid hissədə iddia tələbi rədd edilmişdir. Halbuki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2564/2020 saylı qətnaməsi icra edildikdən sonra İddiaçı həmin mənzili xx.xx.2021-ci il tarixli, 4Ə-336 nömrəli alqısatqı müqaviləsi əsasında X8 adına özgəninkiləşdirmişdir. Bunun nəticəsində yeni bir fiziki şəxsin mülkiyyət hüquqları yaranmışdır. Lakin apelyasiya intansiyası məhkəməsində işin araşdırılması zamanı X8 mülkiyyət hüquqlarına heç bir münasibət bildirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh5 məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi ünvalayaraq ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi idarəsinin yeni alıcı X8 hüquqi mənafeyini faktiki olaraq müdafiə etməkdə hər hansı bir marağı olsa da, X8 "hüquqlarının bərpası üçün" kassasiya şikayəti vermək üçün subyektiv hüququ yoxdur. Sonuncu idarə kasasiya şikayətinin əsaslandırma hissəsind ə qətnamənin onun hüquq və mənafelərinin pozulduğunu deyil, başqa bir şəxsin (halbuki həmin şəxs ış üzrə tərəf deyil) xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, bu da qəbul edilən sayıla bilməz. Daha sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi idarəsinə mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən dəfələrlə bildiriş göndərilmiş, sonuncu idarə tərəfindən öz səlahiyyətli nümayəndəsini məhkəməyə göndərməmişdir. Əgər belə bır hal var idisə nə üçün, məhkəməyə hər hansı bır məlumat verməmişdir??? Ən əsası da Bakı Apellyasiya Məhkəməsində işə baxan hakim iş materiallarında olan və mövcud sübutlar əsasında işə baxmış və müvafiq qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən Bakı şəhəri, Yasamal rayonu, X2. 9 saylı ünvanda yerləşən sahəsi 15 kv.m-dən ibarət mənzilin başqa şəxsə satılması ilə bağlı hər hansı bir sübut mövcud deyildi. Əksinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi idarəsinin vəkili Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil1 vəkil sorğusuna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli. 213Q20736895 saylı cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu. X2, ev 9 ünvanında yerləşən mənzil 19 saylı NO-nun 4Ə/478 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına 11,12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lakin Xətai rayon Məhkəməsinin 2(011)-2564/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh5 adı ilə bağlı həmin mənzilə dair dövlət reyestrində aparılmış qeyd ləğv edilmiş, sözügedən mənzilə İddiaçı mülkiyyət hüquqları bərpa edilmiş, qeyd edilən ünvan hazırda İddiaçı mülkiyyətindədir. Buradan bir daha aydın olur ki, Cavabdeh5 çıxarışın ləğv olunması barədə rəsmi xəbər tutan vaxt mübahisəli mənzil İddiaçı faktiki mülkiyyətində olmuşdur. İddiaçı kassasiya şikayətində "mənim vicdanlı alıcı olmadığımı” göstərmiş və qeyd etmişdir ki, aldadılmışamsa necə vicdanlı ola bilərəm. Bu tamamilə əsassız və gülünc yanaşmadır. Aldadılması işin artıq mübahisəsiz halıdır və işdə bununla bağlı kifayət qədər sübutlar mövcuddur. O da məlumdur ki, İddiaçı oğlu Cavabdeh1 məhkəmələrdə saysız-hesabsız işlərdə cav abdeh kimi cəlb edilib və müvafiq qətnamələr mövcuddur. Məhz bu işdə də ana və bala birləşib onun pulunu mənimsəyərək, obyekt kimi ona göstərib satdıqları yerini xəbəri olmadan məhkəmə qaydasında ləğv edib əsassız olaraq varlanmışlar. Həmin qeydiyyat və reyestrdən çıxarış əsasında mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək iqtidarında olmuş, həmin qeydiyyatın və onun əsasında verilmiş etibarnamənin həqiqiliyinə inanmışdır. Bu baxımdan, həmçinin mübahisəli qeyriyaşayış sahəsi əvəzli olaraq onun tərəfindən əldə olunduğuna görə, o, vicdanlı əldə edəndir. Ona görə də iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudlu ğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına əsasən, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri dəqiq olmasını bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı kasasiya şikayətini Cavabdeh5 vicdanlı əldə edilən hesab edilməsinin əsassız olması, bunu mübahisəli mənzilin hazırda da onun sahibliyində və istifadəsində olması, qeyd edilən cavabdehin mənzilin harada yerləşməsi barədə məlumatının olmaması ilə əlaqələndirməyə çalışsa da, bildirilməlidir ki, vicdanlı əldə edən şəxsin alqı-satqı satqı zamanı v icdanlı əldə edən sayıla bilməsi üçün onun əmlakın harada yerləşməsini bilməli olması zəruri şərt hesab edilə bilməz. Bundan əlavə, həmin əmlakın hazırda cavabdehin sahibliyində və istifadəsində olması da Cavabdeh5 vicdanlı əldə edən şəxs statusuna hər hansı xələl gətirə bilməz. Cavabdeh5 vicdanlı əldə edən olmaması hər hansı hansı sübutla müəyyən edilmir. Odur ki, iddiaçının subyektiv yanaşmaları Cavabdeh5 vicdanlı əldə edən şəxs hesab edilməməli olmasının əsası kimi nəzərə alına və apelyasiya kollegiyasının qəbul etdiyi məhkəmə aktının ləğvinə səbəb ola bilməz. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayətinni dəlilinə gəldikdə isə, cavabdeh birinci instansiya məhkəməsi tərəf indən məhkəmə aktı qəbul edildikdən sonra iddiaçı tərəfindən mübahisəli mənzilin digər bir şəxsin adına alqı-satqı yolu ilə rəsmiləşdirilməsinə, bu barədə dövlət orqanında müvafiq qeydiyyat aparılmasına, apelyasiya kollegiyasının bu hala qiymət verməməsinə istinad edib apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməli olduğunu göstərsə də bildirilməlidir ki, kasasiya yoxlaması nəticəsində aşkar olunan hal ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, qərardadda mübahisəli bu qərardadın mübahisəli mənzillə bağlı Cavabdeh5 adına yeni çıxarış verilməsi üçün əsas olması vurğulanm ışdır. Göstərilən qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda hazırki kassator qeyd edilən məhkəmə qərardadına istinadən mübahisəli mənzillə bağlı digər bir şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh5 adına yeni çıxarış verilməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Həmin qərardadla kassatorun kasasiya şikayətində göstərmiş olduğu xüsusatların nəticələri aradan qaldırılmışdır ki, istinad edilən dəlil apelyasiya kollegiyasının qəbul etdiyi məhkəmə aktının ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8245/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar