Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6093/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-1136/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) 17.09.2 018-ci il tarixli, 2(009)1924/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh1 (üçüncü şəxslər: Cavabdeh2, Bakı şəhəri 46 saylı notariat kontoru) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, E.Nağıyeva, H.Həmidov) 25.04.2019-cu il tarixli, 2(103)-1136/2019 nömrəli qətnaməsi ilə İddiaçıapellyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1924/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və İddiaçı 165 manat ekspertiza xərcinin tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddia çı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019cu il tarixli, 2(103)-1136/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ****************** ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 145,6 kv.m, qeyriyaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 46 saylı DNK da bağlanmış 14 iyun 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya ş ikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman çəkişmə prinsipi pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-1136/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil ka ssasiya şikayətinin müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 46 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halla rından görünür ki, Cavabdeh1 iddiaçının oğludur. İddiaçı tərəfindən mübahisələndirilən 14 iyun 2005-ci il tarixli 46 saylı DNK tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının həyat yoldaşı Cavabdeh2 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 24.12.2004-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 145,6 kv.m. qeyri-yaşayış sahəsini oğlu Cavabdeh1 bağışlamışdır. İddiaçı həmin müqavilə bağlanarkən onun məlumatı olmadığını və birgə nikah dövründə əldə edilmiş əmlakın cavabdehə bağışlanmasına razılığı olmadığını və bu müqavilə barədə 2017-ci ilin noyabr ayında məlumatı olduğunu iddia edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tə rəfindən 14 iyun 2005-ci il tarixdə 46 saylı DNK-na ünvan 2 ünvanda yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 145,6 kv.m qeyri-yaşayış sahəsinin oğlu Cavabdeh1 bağışlanmasına etiraz etmədiyinə dair ərizə verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 29.05.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanda ümumi sahəsi 145,6 kv.m olan daşınmaz əmlak tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təs diq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsası nda tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki,işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 14 iyun 2005-ci il tarixli bağışlama müqaviləsinin mövcudluğundan iddiaçının elə həmin 14 iyun 2005-ci il tarixdə məlumatı olduğundan, bu hal onun notariat qaydada təsdiq olunmuş ərizəsi ilə təsdiq edildiyindən iddiaçı 2018-ci ilin aprel ayında bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmaqla qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etd iyindən iddia rədd edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18.03.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan 14 iyun 2015-ci il tarixli ərizənin sonundakı imza və ərizənin qeydiyyatdan keçdiyi reyestr jurnalındakı imza və “Алибейли” soyadı sözü– İddiaçı tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə mübahisələndirilən 14 iyun 2005-ci il tarixli bağışlama müqaviləsinin iddiaçının razılığı ilə bağlandığı, müqavilə bağlanarkən əmlakın cavabdehə bağışlanmasına etiraz etmədiyinə dair iddiaçı tərəfindən notariat kontoruna ərizə verildiyi təsdiq edildiyindən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslıdır. Kassa siya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində çəkişmə prinsipinin pozulduğunu, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də iş materialları ilə bu hallar öz əksini tapmır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas de yildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)1136/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6093/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6093/2019
22.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver