Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2871/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-2871/2023 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-768/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 qızının kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı X2 Cavabdeh1 qızına qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin (hakim V.Qasımova) 2(067)-2681/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 qızının ünvan 1 ünvanda yerləşən evindən (istifadə hüququna xitam verilsin) istifadə hüququ itirilmiş hesab edilmiş və həmin evdən məcburi qaydada çıxarılması qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, L.Rəhimli, L.Məmmədova) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir.
5. Həmin qətnamədən Cavabdeh1 qızı kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquq una malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh1 istifadə hüququ itirilmiş hesab edilərək, onun mübahisəli evdən məcburi qaydada çıxarılması qət edilsə də, sonuncu həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi isə iş üzrə digə r cavabdehlərin mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılmaları ilə bağlı qəbul edilmişdir.
10. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023 il tarixli qətnaməsi ilə Cavabdeh1 münasibətdə hər hansı hüquqi nəticə doğuran qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır.
11. Bu kontekstdə, MPM-in 403.1-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlarından yalnız tələbləri təmin olunmayan tərəflərin və işdə iştirak edən digər şəxslərin şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, Sumqayıt Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını pozmadığı üçün, onun həmin qətnamədən şikayət vermək hüququ yoxdur.
12. Lakin apellyasiya instansiyası məhkəməsi də qanunun istinad olunan tələblərini diqqətdən qaçıraraq, şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
13. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və MPM-in 403.1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-768/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 qızının kassasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.