Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2872/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X2, vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)11983/2019 saylı qətnaməsindən Cavabdeh MMC-nin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(004)-4059/2019 saylı qətnaməsi i lə (sədrlik edən, hakim F.İ.Əyyubov) İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə şərtlərinə əlavələr edilməsi və digər tələblərə dair 07 avqust 2018-ci il tarixdə tərəflər arasında bağlanmış 071 saylı müqavilənin 1.1.2-ci bəndinin dəyişdirilərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 59 saylı evin 19-cu mənzilinin sökülməsi, həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi, inşa edilən 1 saylı binanın 0-dan hesablanan 6-cı yaşayış mərtəbəsinin 4-cü mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan (eyvanlar istisna olmaqla) eskizdə göstərilən təmirsiz mənzilin “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verilməsinin öhdəsinə götürməsinin əlavə edilməsi, müqaviləyə verilən mənzilin eskizinin əlavə edilməsi və müqavilənin ayrı lmaz hissəsi hesab edilməsi, bağlanan müqavilənin notarial qaydada təsdiq edilməsi öhdəliyinin Cavabdeh MMC öhdəsinə qoyulması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)11983/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, tərəflər arısnda bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndi “tikinti şirkəti Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən “əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirərək inşa etdiyi 1 saylı binanın 0-dan hesablamaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili “əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, “müqavilə şərtlərinə əlavələr edilməsi və digər tələblərə dair 07 avqust 2018-ci il tarixdə tərəflər arasında bağlanmış 071 saylı müqavilənin 1.1.2-ci bəndinin dəyişdirilərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 59 saylı evin 19-cu mənzilinin sö külməsi, həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi, inşa edilən 1 saylı binanın 0-dan hesablanan 6-cı yaşayış mərtəbəsinin 4-cü mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan (eyvanlar istisna olmaqla) eskizdə göstərilən təmirsiz mənzilin “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verilməsinin öhdəsinə götürməsinin əlavə edilməsi, müqaviləyə verilən mənzilin eskizinin əlavə edilməsi və müqavilənin ayrılmaz hissəsi hesab edilməsi, bağlanan müqavilənin notarial qaydada təsdiq edilməsi öhdəliyinin Cavabdeh MMC-nin öhdəsinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı nümayəndəsi Hilal Vəliyev və vəkili Nümayəndə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya i nstansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh təşkilat tərəfindən iddiaçıya veriləcək mənzilin hansı binada, neçənci mərtəbədə yerləşməklə neçə otaqdan ibarət olmasının göstərilməməsinə və beləliklə də iddianı bütövlükdə rədd etməklə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 421.2, 424.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi, iddiaçıya ümumi sahəsi 1 12,0 kv.metr olan 4 otaqlı mənzilin 1 nömrəli binanın 0-dan hesablanmaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsindən verilməsinə aid hissədə istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, əvvəla, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, iddiaçı, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 59 saylı evin ümumi sahəsi 74,1 kv.metr (faktiki sahəsi 75,58 kv.metr) olan 19-cu mənzilini sökməyi və onun yerində çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi üçün həmin ərazini Cavabdeh MMC təhvil verməyi, sonuncu isə həmin ərazidə inşa edəcəyi binada ümumi sahəsi 112,0 kv.metr olan təmirsiz yaşayış sahəsini tikib iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürüb. H azırda, iddiaçı iddia edir ki, sözügedən müqavilənin 1.1.2-ci bəndində ona veriləcək mənzilin ümumi sahəsi göstərilsə də, həmin mənzilin hansı binadan, neçənci mərtəbədən veriləcəyi və ona veriləcək mənzilin neçə otaqdan ibarət olması göstərilməyib. Ona görə də həmin müqavilənin 1.1.2-ci bəndinin məzmununa ona mənzilin hansı binadan, neçənci mərtəbədən veriləcəyi və mənzilin neçə otaqdan ibarət olması göstərilməklə dəyişiklik edilməlidir. Cavabdeh təşkilat isə, sözügedən müqavilənin şərtlərinə uyğun olaraq inşa etdiyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 112,0 kv.metr olan yaşayış sahəsini tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyünü, lakin 1 nömrəli binanın 0-dan hesablanmaqla 6-cı, yaşayış mərtəbəsinin 4-cü mərtəbəsində yerləşən 4-otaqlı, ümumi sahəsi 112,0 kv.metr olan təmirsiz mənzili tikib iddiaçıya təhvil verməyi öhdəsinə götərmədiyini və ümumiyyətlə sözügedən binanın 0 dan hesablanmaqla 6-cı mərtəbəsində belə bir yaşayış sahəsinin olmadığını göstərib, iddia tələbinə etiraz edir. Həmçinin, cavabdeh təşkilatın nümayəndəsinin izahatından, apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh təşkilat tərəfindən inşa edilən binalarda sahəsi 112 kv.metr olan yaşayış sahəsi bir binanın 0-dan hesablanmaqla 3-5 mərtəbələrində yerləşir, binanın 0-dan hesablanmaqla 6-cı mərtəbəsində isə qeyd olunan ölçüdə yaşayış sahəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə rədd etməklə işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh təşkilat tərəfindən iddiaçının mülkiyyətinə veriləcək mənzilin neçə otaqdan ibarət olması, onun hansı binada, neçənci mərtəbədə yerləşməsi ümumiyyətlə göstərilməyib və bu, işin mübahisə olunmayan hallarıdır. Cavabdeh tərəf özü də bu halları inkar etmir və müqavilədə iddiaçının mülkiyyətinə veriləcək mənzilin hansı binadan, neçənci mərtəbədən və neçə otaqdan ibarət olmasının göstərilməməsini, onun müqaviləni bəyənib imzalaması və bunu müqavilə üzrə tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq vəvəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə v ə ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o, zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddə lərin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, cavabdeh təşkilatın iddiaya etirazı ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin əsas şərtini- mənzilin cavabdeh təşkilat tərəfindən tikilib iddiaçının mülkiyyətinə verilməsinə dair razılaşma təşkil edir. Müqavilənin şərtlərinə görə cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan mənzili söküb onun yerində tikiləcək binadan ona ümumi sahəsi 112 kv.metr olan yaşayış sahəsi verməyi öhdəsinə götürsə də, həmin mənzilin hansı binadan, hansı giriş və neçənci mərtəbədən veriləcəyi müqavilədə konkret göstərilməyib. Hazırda tərəflər arasında bununla bağlı mübahisə yaranıb. Lakin, hazırki iddia tələbi üzrə iddiaçıya veriləcək yaşayış sahəsinin hansı b inadan, hansı girişdən və hansı mərtəbədən verilməsinin dəqiqləşdirilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsində göstərilir ki, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlarına dəyişiklik edə bilər. Bu baxamdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını, sadalanan maddi hüquq normalarının tələblərini, həmçinin cavabdeh təşkilatın sözügedən müqavilənin şərtlərini dəqiqləşdirməyə etiraz etməməsini nəzərə alıb, iddianı qismən təmin edib, iddiaçıya ümumi sahəsi 112,0 kv.metr olan mənzilin hansı binadan verilməsini və mən zilin neçə otaqdan ibarət olmasını düzgün müəyyən etsə də, həmin mənzilin binanın neçənci mərətəbəsində yerləşməsini səhv müəyyən etmişdir. Belə ki, kasasiya şikayətinin dəlillərindən və cavabdeh təşkilatın nümayəndəsinin izahatından görünür ki, sözügedən binanın 0-dan hesablanmaqla 6-cı mərtəbəsində ümumiyyətlə ümumi sahəsi 112,0 kv.metr olan yaşayış sahəsi yoxdur, belə bir yaşayış sahəsi bir binanın 0-dan hesablanmaqla 3-5-ci mərtəblərində yerləşir. Ona görə də kasasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə iddianın təmin olunan hissəsində dəyişiklik edilməli, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyy ətində olan ünvan 1 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/20 19 saylı qətnaməsinə- iddianın təmin olunan hissəsində dəyişiklik edilsin, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyyətində olan ünvan 1 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilsin və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2872/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2872/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver