Məhkəmə qərarları › İş №2(102)-2872/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2872/2022

06.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2872/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il i tarixli, 2(103)1143/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22 sentyabr 2020-ci il tarixli, F175 nömrəli əmrinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmiş, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır.

2. Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29 yanva r 2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, “X4 Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

3. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02 fevral 2021-ci il tarixli, K-52 No-li əmrinə əsasən Əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 Qaydaları”nın tələbini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və si nifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

4. Həmin əmr onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 194 №-li tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynov tərəfindən məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciət əsasında araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı tərəfindən 24 dekabr 2020-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynovun ünva nına “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”, “Səni məhv edəcəm” kimi qeyri-pedaqoji ifadələr yazaraq Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın 2.1.5-ci, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərini pozmuşdur. X1 izahatı və araşdırma zamanı toplanmış digər zəruri sənədlərlə təsdiq olunmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı qismən etirafedici izahat verərək həmkarı İsmayıl Hüseynovun ünvanına yazdığı qeyri-pedaqoji ifadələrin zarafat xarakterli olduğunu bildirmişdir. Aparılan araşdırmanın nəticələri İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışa yol verdiyini, bununla da Təhsil Nazirliyi Kollegiyasının 06 n oyabr 2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın tələblərinin pozulduğunu müəyyən etməyə əsas verir. Analoji hallara yol verdiyinə görə Bakı şəhəri rayonu 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22 sentyabr 2020-ci il tarixli F-15 №-li Əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. Beləliklə, Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş intizam tənbehindən nət icə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq alınması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqları Komitəsinə müraciət olunmuş, cavab məktubunda həmin Komitənin 29 yanvar 2021-ci il tarixli iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” 02 fevral 2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, 02 fevral 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, cavabdehin əmri əsassız və qanunsuz olmuşdur. Belə ki, iddiaçının yazışmasının ümumiyyətlə əmək funksiyalarının icrası ilə bilavasitə bağlı olmaması nəzərə alınmamış, əmr verilərkən onun izahatı alınmamışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)2522/2021 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “ə” bəndinə, 80-ci maddəsinin 1-i hissəsinə, 186-cı maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/2 nömrəli qə rarı ilə təsdiq edilmiş “X4 Qaydaları”na istinad edərək hesab etmişdir ki, iddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol verdiyindən, bununla da, əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla xitam verildiyi üçün onun iddia tələbi əsassız hesab olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)-2522/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2 (103)-5211/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)2522/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin olunması, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02 fevral 2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, 02 fevral 2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əsas götürülən izahatlardan aydın olmuşdur ki, onun fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, bu mübahisə iş saatından sonra olmuş, bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Həmçinin, iddiaçının təhqiredici və hədələyici sözlərinə görə mü vafiq olaraq hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilə bilərdi.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsin ə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qanunvericilikdə “X4 Qaydaları”nın tələblərini pozduğuna görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5211/2021 nömrəli qətnaməsinin ləğv edilməsi iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(102)-6153/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə ) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(103)-5211/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yol verilmiş həmin hərəkətin iş saatlarından sonra baş verməsini və həmin hərəkət nəticəsində işin normal ahənginin pozulmaması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməməsini iddianın təmin olunma əsaslarından biri kimi qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı həmin hərəkəti əmək kollektivinin üzvünə qarşı iş fəaliyyəti zamanı yaranmış narazılığı ilə əlaqəda r etmişdir. İsmayıl Hüseynovun məktəbin rəhbərliyi ilə arasında yaranmış münaqişənin iştirakçısı saydığı üçün iddiaçı onun ünvanına müəllim kimi fəaliyyəti ilə bir araya sığmayan ifadələr işlətmişdir.

17. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmək işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərəkətinə Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri baxımından qiymət vermədən, onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qanunsuz saymışdır. Şagirdlərin məktəbdənkənar və sinifdənxaric tərbiyəsi ilə məşğul olan iddiaçı, müəyyən olunduğu ki mi, onun həyata keçirdiyi tərbiyə funksiyası ilə uzlaşmayan hərəkətə yol vermişdir. Göstərilən vəziyyətdə iddiaçının hərəkəti birmənalı olaraq əmək funksiyasının pozulmaması və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il i tarixli, 2(103)-1143/2022 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)-2522/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 20 sentyabr 2004- cü il tarixli əmək müqaviləsinə görə iddiaçı ilə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmək işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur.

20. Cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində məktəb direktoru Elnarə Zeynalova və onun yaxın ətrafı tərəfindən ona qarşı təzyiqlər olması, işdən çıxarılmasına səbəb də onların olması barədə dəlilləri əsassızdır. Belə ki, bununla bağlı məhkəməyə hər h ansı bir sübut və bu halın yenidən yoxlanılması ilə bağlı heç bir əsas təqdim edilməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin ikinci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 80-ci maddəsinin 1 və 2-ci hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il i tarixli, 2(103)-1143/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən əsassız olaraq Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edilmiş, Mülki Prosessual Məcəlləsinin 14 və 88-ci maddələri pozularsa işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının mesaj yazdığı şəxs İsmayıl Hüseynovun 05 may 2021-ci il tarixli ərizəsi nəzərə alınmamışdır.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” və “e” bəndlərinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; iş yoldaşlarının qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 7 0-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılm ış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halla rın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsas ən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiy ası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

34. Kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında da göstərildiyi kimi iddiaçının barəsində mobil telefonunun “WhatsApp” mobil tətbiqi vasitəsi ilə məktəbin gənclərin çağırışaqədərki hazırlığının rəhbəri İsmayıl Hüseynova göndərdiyi, müəllim kimi fəaliyyəti ilə bir araya sığmayan ifadələr onların iş fəaliyyəti zamanı yaranmış narazılığı ilə əlaqədar olmuşdur. Apellyasiya məhkəməsi əsaslı olaraq iddiaçının həmin hərəkətlərini əmək vəzifələrinin k obud pozuntusu kimi qiymətləndirmişdir.

35. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, həqiqətən X3 apellyasiya məhkəməsinə 05 may 2021-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı ilə aralarında heç bir ədavətin olmadığını, məktəbdə müəllim kimi bir-birlərinə qarşı hörmətcil olduqlarını, məktəbdən kənarda isə şəxsi dostluq münasibətlərinin olduğunu bildirmişdir. 2020-ci ilin 25 dekabr tarixində İddiaçı ona yazdığı mesajı ciddiyə qəbul edərək əsəbləşmiş, bu haqda Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət etmişdir. Hesab edirdi ki, yazdığı ərizə onun işinə ziyan vurmayacaq, sadəcə onları barışdıracaqlar.... Aralarında olan bu “WhatsApp” yazışması zarafat xarakterli olmuş, onun iddiaçı ilə heç bir problemi olmamış və yoxdur. O, bu məsələni aralarında olan şəxs məsələ kimi qiymətləndirilməsini və yazdığı ərizəni əsassız hesab edilməsini xahiş etmişdir.

36. Göründüyü kimi, X2 yazdığı ərizə ilə iddiaçının ona tutduğu vəzifəyə uyğun olmayan yazıların ünvanlandığı inkar olunmamışdır. Ərizənin məzmunundan da müəyyən olunur ki, həmin ərizə iddiaçını müdafiə xarakteri daşıyır. Bununla belə, həmin ərizə ilə iddiaçı barəsində qəbul edilmiş əmrin qanunsuz olması müəyyən olunmur.

37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qə tnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il i tarixli, 2(103)-1143/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar