Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2872/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bank əmanəti müqaviləsi, əmanətin qaytarılması, əmanət məbləği üçün faizlərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi X10 cəlb olunmaqla) bank əmanəti və bank hes abı müqavilələri üzrə pulun ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2732/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin (bundan sonra – cavabdeh və ya Bank) Qəbələ rayon şöbəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqaviləyə əsasən İddiaçı 24 ay müddətində illik 10 faiz ödənilməsi şərti ilə 20000 manat məbləğində pulu Banka müddətli depozitə qoymuş, Bank isə həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ö dənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin etmək barədə öhdəlik götürmüşdür.
2. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən 20.000 manat depozitə hesablanmış hər aylıq kapitallaşma faizinə dair cədvəlində hər 1 illik dövr üzrə qoyulan əmanət üzrə əlavə olunmalı faizlərin siyahısı göstərilmiş və münasibətlərə xitam verilmədiyi təqdirdə 2020-2021-ci ilin birinci ayında əldə edilməli məbləğ ümumilikdə 24407,17 manat təşkil etmişdir. 3. xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı onun adına açılmış depozit hesabına 20.000 manat məbləğində depozit qoymuşdur. 4. xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli məxaric orderlərinə əsasən İddiaçı depozit hesabından qeyd olunan tarixlərə müvafiq olaraq 15.000 manat, 4000 manat və 1000 ma nat məbləğində pul məxaric edilmişdir.
5. X10 tərəfindən İddiaçı ünvanlanmış ərizədə göstərilib ki, X1 Məqsəd Vəli oğlu tərəfindən ona etibar edilmiş əmək haqqı kartında toplanmış 20.000 manat pulu xx.xx.2018-ci il tarixdə Bankda 24 aylıq, illik 10% hesablanmaqla “Klassik əmanət” müqaviləsi ilə mədaxil qəbzi əsasında depozitə qoyulmuş və müqavilə filial müdiri və İddiaçı tərəfindən imzalanmışdır. Sonradan şəxsi ehtiyacları olduğundan İddiaçı məlumat vermədən xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı məxaric orderi ilə 4000 manat, habelə xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı məxaric orderi ilə 1000 manat, cəmi 20000 manat əmanət pulunu həmin məxaric orderlərində “müştərinin imzası” qrafasının qarşısında onun imzalarını oxşatmaqla götürm üşdür. Bu zərəri ödəmək üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahələrini onun mülkiyyətinə verməyə razı olduğunu qeyd etmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha ölçüdə torpaq sahəsi X10, X6, X7 və X3 hər birinin ¼ hissədə payları olmaqla onların xüsusi mülkiyyətində olmuşdur. 7. 11.08.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6 digər payçıların da əvəzinə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.06 ha hissəsini İddiaçı 9000 manata satmış, alıcının adından alğı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 bağlamışdır. İş materiallarında hər hansı qiymətləndirmə aktı aşk arlanmamışdır. 8. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Orucov X23 rayonu, Vəndam qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini 34.000 manata X2, onun adından alğı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 bağlamışdır. İş materiallarında hər hansı qiymətləndirmə aktı aşkarlanmamışdır.
9. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməiş, o cümlədən iş üzrə verilmiş mülki iddianın təmin edilərək 26.174,55 manat maddi ziyanın mülki cavabdeh X4 tutularaq Banka ödənilməsi hökm edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-165/2023 saylı qərarı ilə təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-də həkim kardioloqun yanında müayinədə olmuşdur. Aparılan müayinə zamanı xəstəyə “Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası” diaqnozu qoyulmuş və “stend” qoyulmaqla, daimi dərman müalicəsi təyin edilmişdir. Göstəri lən xidmətlərə görə klinikanın kassasına ümumilikdə 4230 manat ödəniş edilmişdir.
11. Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Orucov X15 ümumilikdə 57.211 manat məbləğin ödənilməsini xahiş etmiş, lakin Bank tərəfindən müraciətin əsassız olması səbəbindən sözügedən ödənişin həyata keçirilməsindən imtina olunduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankdan “Klassik əmanət (depozit) hesabı haqqında” xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20000 manat əmanətlə birlikdə 24 aylıq hesablanmış 4407 manat aylıq faizlərin, bank işçilərinin təqsiri üzündən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq, Bank tərəfindən həmin əmanət və faizlərin qaytarılması təmin edilmədiyindən qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış hesab edilən həmin müqavilənin tələblərinə əsasən, vurulmuş zərər əvəzinə, xx.xx.2020-xx.xx.2023-cü illər ərzində əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 manat, ümumilikdə əmanətlə birlikdə 32981 manat, Bankın işçilərinin təqsiri üzündən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq son 3 il ərzində, yəni xx.xx.2020-xx.xx.2023-cü illərdə şəxsi qeyri-əmlak və əmlak hüquqların pozulması nəticəsində, Bakı şəhəri “EGE” hospitalında ürək xəstəliyindən ödənişli əməliyyat olunaraq, “stend” qoyulduqdan sonra daimi dərma n müalicəsi təyin edilməklə sağlamlığa vurulmuş zərərə görə 4230 manat, vurulmuş əmlak zərəri ilə bağlı şəxsi sirrin açıqlanması, işgüzar nüfuzun ləkələnməsi, əmanətə qoyulmuş şəxsi vəsaitdən istifadə hüququndan xeyli müddətdə məhrum olunmaqda ifadə olunan əməllərlə bağlı, bank tərəfindən əmanətçiyə vurulmuş mənəvi zərərə görə 20000 manat - cəmi 24230 manat, ümumilikdə 57211 manat məbləğində vəsaitin və dövlət rüsumu qismində ödənilmiş 262 manat, xidmət haqqı kimi vəkilə ödənilmiş 1000 manat, cəmi 1262 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilənin 24 aylıq depozit müddətinin başa çatmasına təxminən 1 həftə qalmış, Ba nkın Qəbələ şöbəsinin müdirinə müraciət edib, əmanətini və 24 aylıq faizi ilə birlikdə ödənilməsini tələb edərkən müdir bildirmişdir ki, müqavilədən bir neçə ay sonra depozit müddəti başa çatmadan 20000 manat əmanətini guya, o özü bankdan almışdır. İddiaçı əsəbiləşib dərhal Bankın Qəbələ şöbəsinə ərizə ilə müraciət edib, hesabdan çıxarışa dair sənədlərin surətini aldıqda görmüşdür ki, müqavilə ilə Banka 24 aylıq müddətə depozitə qoyduğu 20000 manat pulu Bankın Qəbələ şöbəsində məxaric orderlərində “müştərinin imzası” qrafasının qarşısında onun imzaları saxtalaşdırılma yolu ilə mənimsənilmişdir. Hətta digər müştərilərin də külli miqdarda pul vəsaitlərinin saxta sənədlər əsasında talanması aşkar edildiyindən Bankın Qəbələ şöbəsinin müdiri Qəbələ rayon polis şöbəsinə nəzarətçi Nicat Qarakişiy ev haqqında ərizə ilə şikayət etmişdir. Bu qanunsuz əməlləri ilə əlaqədar barəsində qanuni tədbir görüləcəyini nəzarətçi Nicat Qarakişiyevin nəzərinə çatdırdıqda o, etiraf edərək bildirmişdir ki, həqiqətən onun xəbəri olmadan adına tərtib etdiyi saxta məxaric orderlərində imzalarını saxtalaşdırmış, müddətli depozitə qoyduğu cəmi 20000 manat pulu 3 dəfəyə qanunsuz götürüb talamaqla, şəxsi ehtiyaclarına xərcləmiş, hətta bu günə qədər keçən xeyli müddətdə törətdiyi əməli ondan gizlətmişdir. Lakin ona və ailə üzvlərinə məxsus Vəndam kəndinin kənarında yerləşən 0,12 ha torpaq sahəsini ona vurduğu 20000 manat maddi ziyanın əvəzinə mülkiyyətinə verməyi öhdəsinə götürməklə, aidiyyəti orqanlara şikayət etməməsini xahiş edərək həmin məzmunda ərizə yazıb iddiaçıya təqdim etmişdir. İddiaçı isə AR CP M-in 37-ci maddəsinə əsasən yalnız zərərçəkmiş şəxslərin şikayəti əsasında xüsusi ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirildiyini, lakin Nicat Qarakişiyev törətdiyi ictimai ittiham qaydasında cinayət təqibi üzrə, yəni Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsində “külli miqdarda mənimsəmə və ya israf etmə” əməlləri üzrə cinayət təqibinin başlanması üçün zərərçəkmişin şikayət verməsi tələb olunmadığından və artıq Bankın şöbə müdirinin Qəbələ polisinə hadisə barədə verdiyi rəsmi məlumat Bankda törədilmiş həmin cinayət təqibinin araşdırılmasına əsas olduğundan, iddiaçının əlavə ərizə verməsinə zərurət qalmadığından ona vurulan maddi ziyanın bərpası xətrinə Bankın nəzarətçisi Nicat Qarakişiyevə xahişini nəzərə alacağını bildirmişdir. Lakin sonradan Nicat Qarakişiyev nəinki vədinə əməl etməmiş, hətta ona vurulan bütün maddi zərərlərin bərpasını təmin etməkdən boyun qaçırmışdır. Qanunla vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini nəzarətçi Nicat Qarakişiyev deyil, müqavilənin şərtlərinə görə Bank ödəməli olduğundan, Bankın Qəbələ şöbəsinin rəhbərliyinə müraciət etdikdə yalnız istintaq və məhkəmə orqanları tərəfindən aparılan cinayət təqibinin nəticəsindən asılı olaraq əmanətinin və faizlərin qaytarılması məsələsinə baxılmasının mümkünlüyü izah edilmiş, buna görə də Banka qarşı müqavilə öhdəliyinin pozulması və pul tələbi barədə iddia qaldırmadan məhkəmə baxışının nəticəsini gözləməli olmuşdur. Təxminən 3 il sonra, yəni xx.xx.2023-cü il tarixdə internet portalı vasitəsi ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin Nicat Qarakişiye vin Azərbaycan Respublikası CM-nin 179.3.2-ci və 308.2-ci maddələri məhkum olunmasına dair xx.xx.2023-cü il tarixli hökmünün anonimləşdirilmiş surətini əldə etdikdən sonra ona məlum olmuşdur ki, Nicat Qarakişiyev həmin maddələrlə təqsirli bilinib, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən təsdiq olunmuşdur ki, “Şahid 74 (yəni iddiaçı) hesabı üzrə 15000 manat, 4000 manat və 1000 manat vəsaitlərin bank məxaric orderlərində “müştəri” qrafasındakı imzalar iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Hökmdə həmçinin digər müştərilərin hesablarına dair sənədlərlə bərabər, ona aid hesab üzrə 15000 manat, 4000 manat və 1000 manat vəsaitlərin alınması barədə kassa məxaric orderl əri və hesabdan çıxarışlar maddi sübut qismində tanınmaqla, cinayət işinin materiallarında saxlanılmışdır. Hökmə əsasən, əmanətçi müştərilər qarşısında müqavilə üzrə bilavasitə maddi məsuliyyət daşıyan Bank zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, lakin Bankın öhdəsində olan əmanətləri talanmış müştərilər isə yalnız şahid qismində dindirilmişlər. Hökmdə ümumiyyətlə zərərçəkmiş şəxs Bankın nümayəndəsi məhkəmədə mülki iddia verərək əvvəl 53748,40 manat maddi zərərin, sonradan ərizə verərək, qismən ödəniş olmasını qeyd edərək, 26174,55 manat maddi zərərin ödənilməsini xahiş etdiyindən, məhkəmə hökmdə təqsirli şəxs Nicat Qarakişiyevdən həmin maddi zərərin tutularaq, Banka ödənilməsini qərara almışdır. Lakin müştərilər qarşısında yalnız Bank maddi məsuliyyət daşıdığından, məhkəmənin hökmündə konkret olaraq hər hansı müştəri cinayət mühakimə icraatı zamanı mülki iddiaçı qismində tanınmamış və onlara vurulmuş zərərlərin bərpası barədə müddəa qeyd olunmamış. Habelə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən hüquqları pozulmuş şəxslərin mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olduqları nəzərə alınmaqla, hökmdə bu hallara heç bir hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd etdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində, şəxsiyyətə, əmlaka və işgüzar nüfuza və sağlamlığa vurulmuş zərərin əvəzinin qanunla zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğunu nəzərə alıb, ona vurulmuş mənəvi zərərin də əvəzi ödənilməlidir. Son 3 il ərzində keçirdiyi mənəvi sarsıntı, əsəb və iztirab nəticəsində xx.xx.2021-ci il tarixdən Bakı şəhəri “EGE” hospitalınd a ürək xəstəliyindən əməliyyat olunmuş, “stend” qoyulduqdan sonra daimi dərman müalicəsi təyin edilməklə sağlamlığı pozulmuşdur. Həmçinin şəxsi sirrinin açıqlanması, işgüzar nüfuzunun ləkələnməsi, əmanətə qoyduğu şəxsi vəsaitindən istifadə hüququndan məhrum olunmaqda ifadə olunan əməllərə görə, bank tərəfindən əlavə həm də əmanətçi qismində ona mənəvi zərərin ödənilməsi təmin edilməlidir.
14. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə natamam məlumatlar təqdim edərək əsl niyyətini gizlətməyə çalışmışdır. Belə ki, iddiaçının da bildiyi kimi, sözügedən şəxs X10 ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən ********* nömrəli cinayət işi başlanılmış, həmin cin ayət işi üzrə iddiaçı şahid qismində dindirilmişdir. İddiaçı həmin şahid ifadəsində qeyd edilmişdir ki, “...Depozitə qoyduğum 20.000 manat pulu sonradan faizi ilə birlikdə geri almaq istəyəndə mənə məlum oldu ki, mənim adımdan il yarım əvvəl saxta məxaric orderləri tərtib olunub və mənim pulum mənimsənilib.... Sonradan isə öz qohumu, yəni atası mənə yalvarıb, ağlayıb xahiş etdi ki, ondan şikayət etməyim, mənə vurduğu zərərin əvəzi kimi mənə adlarında olan 12 sot torpağını verərlər, mən isə onların yalvarışını və maddi vəziyyətini nəzərə alıb 6 sot torpaq sahəsi vermələrini təklif edib razılaşdım. Mənə özlərinin istəyi ilə könüllü olaraq verdikləri 6 sot torpağın qiyməti təxminən 15.000 manat etmişdir. Mənim pulum isə faizi ilə birlikdə 24.000 manat idi. Lakin zərərin qismən ödənilməsi ilə razılaşdım, çünki bildim ki, o başqa şəxslərə də vurduğu ziyanı ödəməlidir. Əgər mən zorla torpaq alırdımsa, onda 12 sot torpağın hamısını alardım, çünki 12 sot torpağın hamısı mənim zərərimi ödəyərdi. Lakin mən könüllü olaraq onların verdikləri 6 sot torpaqla razılaşdım....”. Yuxarıda qeyd olunan ifadədən də göründüyü kimi artıq hələ bir neçə il öncə iddiaçıya dəymiş zərərin qismən ödənilməsi ilə bağlı razılığını qarşı tərəfə və onun valideynlərinə bildirmiş, bu faktı istintaqın aparılması ilə bağlı verdiyi şahid ifadəsində də təsdiq etmiş, ifadəsinin sonunda onun düzgünlüyü ilə bağlı müvafiq hissəni imzalamışdır. İddiaçı yuxarıda qeyd edildiyi kimi Nicat Qarakişiyevə məxsus 12 sot torpağın 6 sotunu öz adına rəsmiləşdirdikdən sonra X11 etibarnamə verməklə xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini X12 34.000 manata satmışdır. İddiaçı nəinki ona dəymiş zərərin ödənilməsinə nail olmuş, hətta həmin torpaq sahəsindən əlavə gəlir (ona dəymiş zərərin 24.000 manat olduğunu iddia etdiyindən əlavə olaraq 10.000 manat məbləğində gəlir) əldə etmişdir. Lakin iddiaçı bütün bu faktları gizlədərək ona zərər vuran şəxs tərəfindən artıqlaması ilə zərərinin ödənilməsinə baxmayaraq, yenidən əlavə gəlir əldə etmək məqsədilə Banka qarşı bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. O cümlədən iddiaçı dəymiş zərərin qismən ödənilməsi ilə razılaşdığı üçün Bank sözügedən 24.000 manat məbləğlə bağlı zərərçəkmiş qismində tanınmamış və buna görə də həmin məbləğ X10 ilə bağlı aparılan cinayət işi üzrə cavabdeh tərəfindən verilmiş 53.748,40 manat məbləği əhatə edən mülki iddiada nəzərə alınmamış dır. Buna görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bankın mülki iddiası 26.174,55 manat olmaqla tam təmin olunmuşdur (geri qalan məbləğ proses gedişatında Nicat Qarakişiyev tərəfindən ödənilmişdir) və beləliklə, həmin məbləğdə iddiaçıya dəymiş zərərin məbləği əhatə olunmamışdır. Nicat Qarakişiyev tərəfindən qeyd olunan əməlin törədilməsi və iddiaçının əməliyyat olunduğunu iddia etdiyi tarix arasında kifayət qədər uzun müddət olmuş və heç kəs, hətta müvafiq ekspertlər belə iddiaçının hansısa ürək probleminin yaranmasının məhz hazırkı mübahisə, üstəlik Bankın hansısa təqsirli hərəkəti nəticəsində yarandığını müəyyən edə bilməz. İddiaçı öz şəxsi həyatında yaşadığı problem və yaşantılarını hazırkı iddia tələbi ilə bağlamaqla yenə də əlavə pul qazanma istəyini önə sürmüşdür. Həmçinin iddiaçı ona dəymiş mənəvi ziyan olaraq 20.000 manat kimi bir məbləği Bankdan tələb edərkən heç bir əsaslandırıcı sübut təqdim etməmiş, sadəcə absurd bir rəqəm tələb etməklə kifayətlənmişdir.
15. Məhkəmə iclasında üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçı özü Nicat Qarakişiyevi və ailəsini yanına çağıraraq, zərərin qarşılanmasını tələb etmişdir. Onlar torpaq sahəsi ilə bağlı 1 sotunu 3500 manat məbləğinə razılaşmışlar, bu da 21.000 manat etmişdir. Lakin müqavilədə formal olaraq 9000 manat yazılmışdır. Nicat Qarakişiyev iddiaçıya aralarındakı razılığa əsasən depozit müqaviləsi ilə Banka qoyulan pul və faiz ödənişləri ilə bağlı öhdəliyi özü icra etmiş, iddiaçı isə bu icranı qəbul etmiş və bunu ifadəsi ilə təsdiqləmişdir. Odur ki, iddia tələbinin tə min edilməməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, oğlu Nicat Bankda işləyib, işləyərkən nəsə pul əskikliyi məsələsi olub, pullar mənimsənilib. İddiaçı onları idarəsinə çağırmış və onun da pulunun mənimsənildiyini bildirmişdir. Onlara demişdir ki, zərəri ödəməlidirlər. Qəbələ rayonunda 12 sot torpağı olmuşdur, yol qırağından bir az aralıda yerləşmişdir. Yolun qırağına yaxın olan torpaqların qiyməti təxminən 4000 manat olsa da, onların torpağı bir az yoldan kənarda olduğu üçün 1 sotunu 3500 manatdan onunla razılaşıb 6 sot torpaqlarını ona satmışlar. Bu da 21.000 manat etmişdir. Onun zərərini qarşılamışdır. İddiaçı onları öz avtomobili ilə rəsmiləşdirməni etmək üçün “ASAN xidmət”ə aparmışdır. Pulun qoyulması, rüsumun öd ənilməsi və digər sənədləşmə işlərinin heç birində onların yanlarında olmamış, yalnız imza çəkmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi olmuş, adını xatırlamamışdır. Bildirmişlər ki, hazırda əlində 21.000 manat olmadığına görə formal olaraq 9000 manata rəsmiləşdirilmə aparılacaq. İddiaçı onlara onsuz da bu alğı-satqı ilə məsələnin bağlanacağını bildirdiyi üçün müqavilədə torpağın neçəyə satılmasının qeyd edilməsi ona maraqlı olmamışdır. Nümayəndə özü həmin pulu qoyaraq imzalar atıldıqdan sonra da həmin pulu götürmüşdür. İddiaçı onlara demişdir ki, artıq depoziti də Nicata bağışlayır. Bununla da onlara deyilmişdir ki, məsələ bağlandı. Ondan sonra nə məhkəmə vaxtı, nə də başqa vaxt heç bir şikayət və s. olmamışdır. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, əgər torpağın sotu daha az etsə idi və onlar daha aşağı məbləğdən razılaşsa idilər, daha çox torpaq satardı ki, zərər qarşılansın. Onlar iddiaçıya pul ödəyəndə hələ heç kəsin zərəri ödənilməmişdir. Onların arasında “6 sotla zərəri qismən ödə, qalanını da sonra ödəyərsən və ya qalanını da Bankdan istəyəcəm” kimi bir söhbət olmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Nicatın hansısa ərizədə torpağın 12 sotunun hamısını satacağından xəbəri olmamışdır. Onların razılığı 6 sotla bağlı olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, yerdə qalan 6 sot torpağını da bir müddət sonra təxminən 23.000 manata satmışdır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir tanıyır, onun depozit qoyduğ undan xəbərdar olmuşdur. Depoziti qoyduqdan bir müddət sonra götürmək üçün Banka yaxınlaşdıqda pulun artıq çıxarıldığını bildirmişlər. Araşdırma zamanı Bankın işçisi Nicat Qarakişiyevin iddiaçının adından imza çəkərək depozitə qoyulan pulu çıxardığı məlum olmuşdur. Nicatın ailəsi özü gəlib iddiaçını tapmış və zərəri qarşılamaq istədiklərini bildirmişlər. Əvvəlcə 12 sot torpaqlarını satacaqlarını bildirsələr də, sonradan 6 sotunu satmaq qərarına gəlmişlər. Alğı-satqıda iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi o iştirak etmişdir. Həmin vaxt torpaq qiymətləndirilmiş və bir sotunun qiyməti 1500 manat olduğu müəyyənləşmişdir. Alğı-satqı olan zaman o, 9000 manat pulu Nicatın atasına vermişdir. Nicatın atası pulu götürüb getmişdir və sonradan iddiaçı özü pulu ondan alacağını bildirmişdir. Zərə rin qalan hissəsinin isə Bankdan tələb olunacağı nəzərdə tutulduğuna görə iddiaçı bir neçə dəfə Bankın Qəbələ filialının müdirinə müraciət etmiş, o isə cinayət işi yekunlaşdıqdan sonra pulun qaytarılması məsələsinə baxacaqlarını bildirmişlər. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, özü də Qəbələdə yaşayır, torpağın sotunun 1500 manata qiymətləndirildiyini zəng vuraraq iddiaçıya bildirmişdir və onun torpağın qiymətindən xəbəri olmuşdur. Birinci iddiaçının Nicatın ailəsini çağırdığını, yaxud Nicatın ailəsinin iddiaçını tapdığını bilməmişdir. 9000 manat pulu Nicatın atası götürmüş, alğı-satqı zamanı iddiaçı orada olmamış, pulu sonradan götürəcəyini bildirmişdir. İddiaçı Banka müraciətlər edərkən onun yanında olmamış, yalnız şifahi məlumat əldə etmişdir.
18. Şahidlər in çarpaz dindirilməsi zamanı X25 Səlimovun üzünü xatırlamadığını bildirmişdir. Elnur Səlimli alğı-satqı aparılan zaman iddiaçının da orada olduğunu bildirmişdir.
19. Məhkəmənin sorğusuna cavab olaraq Bank tərəfindən verilən cavab məktubuna əsasən Bank ilə iddiaçı arasında bağlanılan “Klassik əmanət (depozit) hesabı haqqında” xx.xx.2018-ci il tarixli müqavilə üzrə qoyulmuş əmanətlə bağlı Banka hansısa sığorta ödənişi edilməmiş və ümumiyyətlə qanunla belə bir ödənişin edilməsi nəzərdə tutulmamışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2721/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsinin iddia tələbinin depozitə qoyulan 20.000 manat əman ət və ona hesablanmalı olan 4407 manat faiz məbləğinin ödənilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında depozit müqaviləsi bağlanmış və iddiaçı 20.000 manat məbləğində depozit qoymuşdur. Bankın işçisi olan N.Qarakişiyev öz səlahiyyətlərindən sui-istifadə edərək imza saxtalaşdırılması etməklə iddiaçıya məxsus pulu depozit hesabından çıxarmış və bu səbəbdən iddiaçının qanunla qorunan mənafelərinə xələl gəlmişdir. İddiaçıya həqiqətən də, real zərərin dəyməsi faktı işin mübahisəsiz halını təşkil etməklə bərabər bunun əksi ilə bağlı tərəflərdən hansısa biri məhkəməyə sübut təqdim etməmişdir. N.Qarakişiyev iddiaçıya ünvanlandığı ərizəsində də, həqiqətən, onun xəbəri olmadan depozit kimi qoyduğu məbləği imzaları saxtalaşdırmaqla məxaric etdiyini, bunu şəxsi eht iyacları səbəbindən etdiyini və mülkiyyətlərində olan torpaq sahəsinin onun adına könüllü olaraq rəsmiləşdirmə niyyətini bildirmişdir. N.Qarakişiyev barəsində aparılan cinayət işi üzrə araşdırmanın nəticələri, o cümlədən onun barəsində çıxarılan məhkəmə aktlarında da qeyd olunan bu fakt hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmuşdur.
22. Məhkəmə qeyd etmişdir ki, müqavilə münasibətləri ilə bağlı borclu olan Bankın əməkdaşı öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və iddiaçıya, yəni hazırkı halda kreditora məxsus olan pul vəsaitini mənimsəmişdir. Bu zaman Bank öz işçisinin qanunazidd əməlləri ilə bağlı məsuliyyət daşısa da, həmin məsuliyyətlə bağlı öhdəlik məhz qanunazidd hüquqpozmanı törədən şəxs tərəfindən yerinə yetirilmiş və kreditor olaraq iddiaçı da həmin yerinə yetirmə halını qəbul etmişdir. Əgər belə olmasa idi, hazırkı iş üzrə iddiaçı ona dəymiş zərəri digər zərərçəkmişlər kimi Bankdan tələb edəcək və Bankın da öz müqabilində reqres qaydada həmin ödənişin edilməsini öz hüquqpozmanı törədən işçisindən tələb etmək hüququ yaranacaqdı. Lakin indiki halda iddiaçı sanki hadisələri qabaqlayaraq özü sonda dəymiş zərəri ödəməli olan şəxsdən birbaşa olaraq zərərini qarşılamağı tələb etmiş və buna nail olmuşdur. Qanunvericiliyin mövqeyinə əsasən bununla bağlı müqaviləyə hər hansı dəyişiklik edilməsi tələb olunmadığından Bankla iddiaçı arasında mövcud olan depozit müqaviləsinə də hər hansı dəyişiklik və ya əlavə edilməsi zərurəti olmamışdır.
23. Belə ki, iddiaçı ilə birbaşa hüquq pozuntusunu törədən şəxs X10 və onun atası arasında iddiaçıya dəymiş ziyanın qarşılan ması məqsədilə razılıq əldə olunmuş və həmin razılığa əsasən X10 və qeyriləri (torpaq sahəsi üzrə paylı mülkiyyətə sahib şəxslər) öz mülkiyyətlərində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini iddiaçının adına rəsmiləşdirmişlər. Sözügedən alğı-satqı müqaviləsinin məhz həmin zərərin qarşılanması məqsədilə bağlanması faktı həm hazırkı məhkəmə icraatı zamanı iddiaçının özü tərəfindən, həm də iş materiallarında olan X10 barəsində aparılan cinayət işinin gedişində iddiaçının şahid qismində dindirilməsi barədə tərtib olunmuş protokolda öz əksini tapmışdır və bununla da tərəflər arasında yuxarıda adı çəkilən alğı-satqı müqaviləsinin məhz sonuncuya dəymiş zərərin qarşılanması məqsədilə bağlanması işin mübahisəsiz halını təşkil etmişdir.
24. Məhkəmə q eyd etmişdir ki, iddiaçı hələ məhkəməyə müraciət etməzdən üç il əvvəl sözügedən icazəni vermiş, hətta bu icranı özü təklif etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi protokolunun 6-cı səhifəsində qeyd olunmuşdur ki, “...Depozitə qoyduğum 20.000 manat pulu sonradan faizi ilə birlikdə geri almaq istəyəndə mənə məlum oldu ki, mənim adımdan il yarım əvvəl saxta məxaric orderləri tərtib olunub və mənim pulum mənimsənilib....Sonradan isə öz qohumu, yəni atası mənə yalvarıb, ağlayıb xahiş etdi ki, ondan şikayət etməyim, mənə vurduğu zərərin əvəzi kimi mənə adlarında olan 12 sot torpağını verərlər, mən isə onların yalvarışını və maddi vəziyyətini nəzərə alıb 6 sot torpaq sahəsi vermələrini təklif edib razılaşdım. Mənə özlərinin istəyi ilə könüllü olaraq verdi kləri 6 sot torpağın qiyməti təxminən 15.000 manat edir. Mənim pulum isə faizi ilə birlikdə 24.000 manat idi. Lakin zərərin qismən ödənilməsi ilə razılaşdım, çünki bildim ki, o başqa şəxslərə də vurduğu ziyanı ödəməlidir. Əgər mən zorla torpaq alırdımsa, onda 12 sot torpağın hamısını alardım, çünki 12 sot torpağın hamısı mənim zərərimi ödəyərdi. Lakin mən könüllü olaraq onların verdikləri 6 sot torpaqla razılaşdım...” Göründüyü kimi iddiaçı depozit müqaviləsi üzrə qoyduğu pul və ona hesablanmış faizlərin qaytarılmasının həmin pulu qanunazidd olaraq mənimsəyən şəxs tərəfindən həyata keçirilməsinə icazə verməklə bərabər, maddi durumlarının ağır olmasını nəzərə alaraq özü bu icranı təklif etdiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında ifadə verən X6 öz çıxışında iddiaçının hələ heç kəsin z ərəri məhkəmə qaydasında və ya digər formada qarşılanmadan onları yanına çağıraraq dəymiş zərərin məhz onlar tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. İddiaçı tərəfin vəsatəti ilə dindirilən şahid X14 əvvəlcə öz ifadəsində Nicat Qarakişiyev və ailəsinin iddiaçını axtarıb zərərini qarşılamaq istədiyini bildirsə də, ona verilən suallarda hansı tərəfin ilk təklifi etdiyi bilmədiyini bildirmişdir və şahidin ifadəsindəki bu ziddiyyət də məhkəmə tərəfindən, həqiqətən də, zərərin qarşılanmasının məhz iddiaçının özünün təklifi və icazəsi ilə baş verdiyi qənaətinə gəlməyə əsas vermişdir.
25. İddiaçının tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən 0.06 ha torpaq sahəsinin 9000 manat məbləğində iddiaçıya satılması ilə zərərin tam deyil, qismən ödənilməsi barədə mülahizəsi ilə bağlı məhkəmə bildirmişdir ki, həm iddiaçı, həm də X10 və onun adından əqd bağlayan atası X6 həmin alğı-satqı müqaviləsinin sırf hansısa torpaq sahəsinin əldə edilməsi ilə bağlı deyil, digər bir münasibətin - dəymiş zərərin əvəzləşdirilərək ödənilməsinin pərdələnməsi məqsədilə bağlanmış olduğunu birbaşa və dolayı yolla bildirmiş və qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Ə.Qarakişiyev iddiaçı ilə aralarında razılıq əldə olunarkən torpağın bir sotunun 3500 manatdan hesablanması və 6 sot torpaq sahəsinin 21.000 manata bərabər olaraq nəzərə aldıqlarını, lakin iddiaçının etibarnamə üzrə nümayəndəsinin alğı-satqı zamanı 21.000 manat məbləğində vəsaitə malik olmaması səbəbindən formal olaraq 9000 manat məbləğin nümayəndənin özü tərəfindən qoyularaq sonradan özü tərəfindən g ötürüldüyünü bildirmişdir. Şahid qismində dindirilən E.Səlimli isə torpaq sahəsinin rəsmi hərrac vasitəsilə qiymətləndirildiyini və 1 sotunun 1500 manat məbləğində müəyyənləşdirildiyini bildirsə də, iş materiallarında hər hansı rəsmi qiymətləndirmə aktı aşkarlanmamışdır. Lakin iddiaçının özü istintaq orqanında verdiyi şahid ifadəsində həmin vaxt torpağın qiymətinin 2000-2500 manat olduğu, bu hesabla 6 sot torpağı da 15.000 manat məbləğində dəyərləndirdiklərini bildirmişdir. Barəsində alğı-satqı aparılan torpağın dəyəri ilə bağlı birbaşa maraqlarına toxunan şəxs olaraq iddiaçının nəzərdə tutaraq razılaşdığı məbləğin onun etibarnamə üzrə nümayəndəsinin bildirdiyi məbləğdən çox olması isə məhkəmədə qeyd edilən şahid ifadəsinin mötəbərliyinə bir daha şübhə yaradaraq müqavilədə qeyd edilən 9000 manat məbləğin formal olduğu qənaətinə gəlməyə əsas vermişdir.
26. İddiaçı ilə ona dəymiş zərərin qarşılanması məqsədilə bağlanmış alğı-satqı müqaviləsinin dəyərinin formal və əsl məbləğləri ilə bağlı fikirlərə əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının istintaq orqanında verdiyi ifadəni təkrarən nəzərdən keçirdikdə, həmin ifadənin beş və altıncı səhifələrində bir neçə yerdə sonuncunun zərərin xeyli hissəsinin ödənildiyini nəzərə alaraq qismən ödənişlə razılaşdığını, hətta onlara yazığı gələrək qismən ödənişi özünün təklif etdiyini bildirmişdir. O cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün 46-cı səhifəsində iddiaçının ifadəsinin tədqiqi öz əksini tapmış, bu ifadədə də “... daha sonra isə Vəndam qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin 6 sot torpaq sahəsini ona vurulmuş zərərin əvəzi kimi onun qohumunun adına rəsmiləşdirmişlər” ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ilə N.Qarakişiyev arasında dəymiş zərərin ödənilməsi ilə bağlı torpaq alğı-satqısı baş verərkən tərəflərin müqavilənin dəyəri kimi 9000 manat məbləği könüllü qəbul edib razılaşdırmaları halında belə iddiaçı bu ödənişlə razı olmuş, borcun qalan hissəsinin tələb olunmaması və dolayı yolla bağışlanması ilə bağlı həm yazılı ifadələrində, həm də öz konkludent hərəkətlərində (N.Qarakişiyevin təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə nə məhkəməyədək icraat zamanı, nə də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində ona və ya qeyrisinə qarşı hər hansı tələblə çıxış etməməsi, Bankın digər zərərçəkmişlərə dəymiş ziyanla bağ lı məcmu halında mülki iddia verməsi halında iddiaçının hansısa tələbi olmaması səbəbindən ona dəymiş zərərin bu iddiada nəzərə alınmaması, o cümlədən bu nəzərə alınmama halına göz yumması, hazırkı iddiayadək Banka hər hansı rəsmi müraciət ünvanlamaması) öz əksini tapmış, bir növ, həqiqətən də, zərərinin qarşılanması faktı ilə razılaşdığını göstərmişdir. İddiaçı tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılarkən icranın natamamlığı ilə bağlı hər hansı narazılıq bildirməmiş və bu icranı təsdiq etmişdir.
27. Məhkəmə həmçinin cavabdehin iddiaçı tərəfin həmin 0.06 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə 34.000 manata X21 adlı şəxsə satması və bununla da ona dəymiş zərərin bu yolla qarşılanması ilə bağlı fikirlərinə münasibətdə qeyd etmişdir ki, həmin 0.06 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur və həmin əmlakla bağlı müstəqil sərəncam vermək və onunla barəsində əqdlər bağlamaq, ondan istədiyi qədər gəlir əldə etmək iddiaçının müstəsna hüququ olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin aldığı qiymətdən daha baha satması ona dəymiş zərərin məhz bu yolla qarşılandığını deməyə əsas verə bilməz.
28. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının depozit qoyduğu 20.000 manat məbləğin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. O cümlədən eyni əsaslar həmin məbləğə hesablanmalı olan 4407 manat faiz məbləğinin iddiaçıya ödənilməsi tələbi ilə bağlı da keçərli olduğu üçün məhkəmə eyni əsaslandırmanın təkrarlanmasına lüzum görməyərək hesab etmişdir ki, iddia həmin hissədə də rədd olunmalıdır.
29. Məhkəmə iddiaçının xx.xx.2020-xx.xx.2023-cü illər ərzində əmanətin qaytarılmasının təmin edilməməsi səbəbindən əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti 2 il müəyyən olunmuş, müqavilənin uzadılması ilə bağlı isə müddətin bitməsinə bir həftə qalmış əmanətçinin əmanətin qaytarılmasını tələb etməməsi halının mövcudluğu şərtləşdirilmişdir. Lakin hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, təxminən 2020-ci il fevral ayının ortalarında müqavilənin 24 aylıq müddəti bitdiyi zaman, 20000 manat əmanətini və hesablanmalı 4407 manat faizi ödənilm əsi üçün Bankın rəhbərliyinə müraciət etmişdir və bu zaman hüququnun pozulduğunu aşkarlamışdır. Hazırda iddiaçı öz iddia tələbində 2020-ci ilin fevral ayından etibarən 2023cü ilin fevral ayınadək hesablanmalı olduğunu iddia etdiyi əlavə faizlərin də qaytarılması öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin işin hallarından və iddia ərizəsindən də göründüyü kimi iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla müqavilə münasibətlərinə xitam vermək niyyətində olmuş və Banka məhz depozit olaraq qoyduğu pulu və ona hesablanmış faizləri götürmək məqsədi ilə yaxınlaşmışdır. İddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla sözügedən depozit müqaviləsi üzrə münasibətlərinə xitam vermək niyyətində olduğundan həmin vaxtdan etibarən hesablanacaq hər hansı faizlə bağlı iddia tələb i təmin edilə bilməz.
30. Məhkəmə iddiaçının 4230 manat maddi və 20.000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf şərəf və ləyaqətinin, şəxsi qeyriəmlak hüquqlarının və əmlak hüquqlarının pozulması nəticəsində ona vurulmuş əmlak zərəri ilə əlaqədar, son 3 il ərzində keçirdiyi mənəvi sarsıntı, əsəb və iztirab nəticəsində xx.xx.2021-ci il tarixdən Bakı şəhəri “Ege” hospitalında ürək xəstəliyindən əməliyyat olunaraq, cəmi 4230 manat ödəniş etməklə “stend” qoyulduqdan sonra daimi dərman müalicəsi təyin edilməklə sağlamlığının pozulduğunu iddia etsə də, bunun yaranma səbəbinin sırf hazırkı iddia tələbinin əsası olan mübahisənin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının öz hüqunun pozulduğunu bildiyi vaxt 2020-ci ilin fevral ayına təsadüf etmiş, iddiaçı tərəfindən təqdim olunan arayışa əsasən isə o, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-də həkim kardioloq müayinəsində olmuşdur. Göründüyü kimi qeyd olunan tarixlər arasında kifayət qədər müddət fərqi olmuş və iddiaçı həkim müayinəsində olmasının və sağlamlıq problemlərinin yaranmasının məhz həmin müayinələrdən müvafiq olaraq bir və iki il əvvəlki hadisələrlə əlaqəli olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389, 390, 399, 431, 522, 527, 529, 546-cı maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tar ixli 7 saylı Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə baxılma müddətlərində təhrifə yol verilərək, ikinci - sonuncu məhkəmə baxışı faktiki xx.xx.2023-cü ildə keçirildiyi halda, “e-məhkəmə” elektron informasiya sistemində guya xx.xx.2023-cü ildə baxışın keçirilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar qeyd edilmişdir. Mülki iş xx.xx.2023-cü ildən icraata qəbul edilsə də, 6 ay ərzində əsassız olaraq məqsədyönlü şəkildə qəsdən süründürülmüş və formal olaraq çoxlu sayda mənasız hazırlıq iclasları keçirilmiş, sonda q ısamüddətli cəmi 2 məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan məhkəmə iclası yekunlaşdırılmışdır. Məhkəmə qətnaməsində işin faktiki hallarına deyil, əksinə çoxsaylı səhvlərə, təhriflərə, mənasız və lüzumsuz şəxsi mülahizələrə, yanlışlıqlara və ziddiyyətli hallara istinad edilməsi yekun nəticənin də əsassız, ədalətsiz və qanunsuz olmasına səbəb olmuşdur. İddiaçı tərəfindən X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyi halda, bu hal qətnamədə təhrif olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən “bank hesabatı müqavilələri” ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İddiaçı yalnız xx.xx.2018-ci il tarixli bank əmanəti müqaviləsi ilə bağlı iddia irəli sürdüyü halda, qətnamədə bu xüsusat da təhrif olunaraq iddiaçı tərəfindən guya “bank hesab atı müqavilələri” üzrə tələb irəli sürüldüyü əsassız olaraq göstərilmişdir. İddia ərizəsində qeyd edilən bir sıra əhəmiyyətli faktlar təhrif edilərək tam şəkildə qətnamədə öz əksini tapmamışdır. Məhkəmə qətnaməsində iddiaçının xx.xx.2021-ci il tarixli şahid qismində verdiyi ifadə şəxsi mülahizələr və Bankı müdafiə baxımından təhrif edilərək yozulmuşdur. İddiaçı ziyanın 15407 manat (24407-9000) qalan hissəsindən imtina etməsi, gələcəkdə tələb etməməsi və yaxud qismən edilən ödənişlə zərərin tam “qarşılanma”sı və ya əvəzləşdirilməsi barədə nə təqsirkar tərəfə, nə də ki, Banka rəsmi və ya qeyri-rəsmi heç bir vəd verməmiş və bununla bağlı istintaq zamanı özünün nə zərərçəkmiş, nə də ki, mülki iddiaçı qismində tanınmadığından verdiyi şahid ifadəsində bu barədə heç bir mövqe bildirməmişdir. İş ü zrə şahid qismində dindirilmiş iddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proses dövründə xəstəliyi ilə əlaqədar Bakı şəhərində davamlı müalicədə olmuş, məhkəməyə rəsmi qaydada dəvət olunmamışdır. İddiaçı hesab etmişdir ki, şahid qismində dindirilmiş digər əmanətçilər kimi ona vurulmuş ziyan da zərər çəkmiş kimi tanınmış Bank tərəfindən mülki iddiaya daxil edilmişdir. Nicat Qarakişiyev cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ifadəsində atasının hazırkı məhkəmə iclasında verdiyi bu izahatı təkzib edərək təsdiq etmişdir ki, “atam Əsgərlə iddiaçının iş otağına getdik, heç bir tədbir görməməsini xahiş etdik, 0.12 ha torpağı ona verməyi razılaşdıq və yazılı iltizam verdik. Sonradan ona dedik ki, başqa vəsaitimiz yoxdur, Bank isə ondan pulları tələb edir, bundan sonra iddia çı 0,06 ha sahəni ona verməyə razılaşdı ki, qalan 0,06 ha sahəni satıb borclarımı bağlayım.” Sədrlik edənin sualına cavab olaraq yerdə qalan 0,06 ha torpağını da bir müddət sonra təxminən 23.000 manata satdığını qeyd etsə də, satış tarixi və əldə etdiyi məbləği dəqiq göstərə bilməmiş, hətta pul əldə etmədiyini və torpağı borc əvəzinə verdiyini bildirsə də, qətnamədə və iclas protokolunda bu hissə öz əksini tapmamışdır.
34. Apellyasiya baxışı zamanı 12 sot torpaq sahəsinin digər 0,06 hektarın alğı-satqı qaydasında əldə etmiş X9 şahid kimi dindirilərkən göstərmişdir ki, o, 0,06 ha torpaq sahəsini 9 iyul 2021-ci ildə 21000 manata almışdır. Həmin məbləğin 3000 manatını əvvəlcədən, qalan 18000 manatını isə müqavilə bağlanan vaxt vermişdir. Müqavilədə son verdiyi məbləğ, yəni 18000 manat qeyd olunmuşdur. 2023-cü ildə qonşu torpaq sahəsi ilə öz sahəsi arasında daş hasar inşa edərkən iddiaçıya məxsus 0,06 ha sahədə hər hansı tikinti olmamışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2732/2024 nömrəli mülki iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı və X10 və onun adından əqd bağlayan atası X6 həmin alğı-satqı müqavi ləsinin sırf hansısa torpaq sahəsinin əldə edilməsi ilə bağlı deyil, digər bir münasibətin - dəymiş zərərin əvəzləşdirilərək ödənilməsinin pərdələnməsi məqsədilə bağlanmış olduğunu birbaşa və dolayı yolla bildirmiş və qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Ə.Qarakişiyev iddiaçı aralarında razılıq əldə olunarkən torpağın bir sotunun 3500 manatdan hesablanması və 0,06 ha torpaq sahəsinin 21.000 manata bərabər olaraq nəzərə aldıqlarını, lakin iddiaçının etibarnamə üzrə nümayəndəsinin alğı-satqı zamanı 21.000 manat məbləğində vəsaitə malik olmaması səbəbindən formal olaraq 9000 manat məbləğin nümayəndənin özü tərəfindən qoyularaq sonradan özü tərəfindən götürüldüyünü bildirmişdir. İddiaçının özü istintaq orqanında verdiyi şahid ifadəsində həmin vaxt torpağın qiymətinin 20 00-2500 manat olduğu, bu hesabla 0,06 ha torpağı da 15.000 manat məbləğində dəyərləndirdiklərini bildirmişdir. İşdə olan xx.xx.2023-cü i tarixli alğı-satqı müqaviləsindən görünmüşdür ki, iddiaçı mülkiyyətinə keçirmiş olduğu 0,06 ha torpaq sahəsini həmin tarixdə 34 000 manata başqa şəxsə satmışdır.
37. İddiaçının başqa bir dəlili mülkiyyətinə keçirdiyi 0,06 ha torpaq sahəsinin sonradan 34000 manata satılmasının səbəbinin həmin torpaq sahəsində tikinti işləri aparması ilə əlaqədar olması barədə olmuşdur. Apellyasiya baxışı zamanı X9 şahid kimi dindirilərkən göstərmişdir ki, 2023-cü ildə qonşu torpaq sahəsi ilə öz sahəsi arasında daş hasar inşa edərkən iddiaçıya məxsus 0,06 ha sahədə hər hansı tikinti olmamışdır.
38. Kollegiya onu da nəzərə almışdır ki, iddiaçı N.Qarakişiyevin təqsirləndirilm əsi ilə bağlı cinayət işi üzrə nə məhkəməyədək icraat zamanı, nə də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində ona və ya qeyrisinə qarşı hər hansı tələblə çıxış etməmiş, Bankın digər zərərçəkmişlərə dəymiş ziyanla bağlı məcmu halında mülki iddia verməsi halında iddiaçının hansısa tələbi olmaması səbəbindən ona dəymiş zərərin bu iddiada nəzərə alınmaması, o cümlədən bu nəzərə alınmama halına münasibət bildirməmiş, hazırkı iddiayadək Banka hər hansı rəsmi müraciət ünvanlamamışdır. İddiaçı bu hərəkətsizliyi ilə dolayısı ilə zərərinin qarşılanması faktı ilə razılaşdığını nümayiş etdirmişdir.
39. İşin hallarından və iddia ərizəsindən də göründüyü kimi iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla müqavilə münasibətlərinə xitam vermək niyyətində olmuş və Banka məhz depozit o laraq qoyduğu pulu və ona hesablanmış faizləri götürmək məqsədi ilə yaxınlaşmışdır. Bu da o deməkdir ki, iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla sözügedən depozit müqaviləsi üzrə münasibətlərinə xitam vermək niyyətində olduğundan həmin vaxtdan etibarən hesablanacaq hər hansı faizləri də tələb etməkdə haqlı deyildir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlmişdir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
41. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389, 390, 399, 431, 522-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddia çı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş halları və sübutlar əsasında iddianın qismən (iddiaçının depozit müqaviləsi əsasında Banka etibar etdiyi şəxsi vəsaiti hesabına qoyduğu əmanətin qalıq məbləğinin qaytarılması, əmanət üzrə müqavilə ilə nəzərdə tutulmuş faizin ödənilməsi, habelə ödənilməli olan qeyd edilmiş məbləğlərin gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi hissəsində) təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin öhdəliklərin verilməsi əsasları və qaydas ına dair 522.1-ci maddəsində birbaşa göstərilən “kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir” barədə qanunvericiliyin tələbinə istinad edilməmişdir. Halbuki, 522.2-ci maddədə qeyd olunan və məhkəmənin istinad etdiyi şərtlər 522.1-ci maddəsindən irəli gəldiyi bilərəkdən nəzərə alınmamışdır. Belə ki, kreditor ilə borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli depozit müqaviləsində öhdəliyin üçüncü şəxsə verilə biləcəyinə dair şərt nəzərdə tutulmamış, nədə ki, bununla bağlı başqa müqavilə bağlanmamışdır. Eləcə də, kreditorla borclu Bank arasında öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə nəinki razılaşma əldə edilməmiş, hətta Bank öhdəliyini icra etməkdən müxtəlif bəhanələrlə ümumiyyətlə imtina etmişdir.
44. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsində “Tətbiq edilən hüquq” bölməsində ümumiyyətlə Mülki Məcəllənin 944-cü maddəsinə istinad olunmamışdır. Bu maddəyə istinad olunmadan bank əmanəti müqaviləsi üzrə pul tələbi mübahisəsinə baxılması tamamilə əsassız olmuşdur.
45. Mülki Məcəllənin öhdəliyin icrasının qəbulu qaydasına dair 529.1-ci maddəsində birbaşa göstərilən “Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir” barədə qanunvericiliyin tələbinə istinad edilməmişdir. 529.2-ci maddədə qeyd olunan və məhkəmənin istinad etdiyi şərtlər 529.1-ci maddəsindən irəli gəldiyi nəzərə alınmamışdır. Borclu olan Bank öhdəliyinin icrası ilə bağlı kreditora heç bir təklif verməmiş, eləcə də icranın tam və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd verməs ini tələb etməmişdir. Əksinə borclu olan Bank 4 ilə yaxın müddət ərzində öhdəliyini icra etməkdən qəti imtina etmişdir. Mülki Məcəllənin 529.2-ci maddəsi öhdəliyin icrasının qəbulunu yalnız bilavasitə kreditorla borclu arasındakı öhdəliyin icrasına dair münasibətləri tənzimlədiyi halda, məhkəmə guya, kreditorla müstəqil tələblər irəli sürməyən, kreditorla heç bir müqavilə öhdəliyi və borcu olmayan, mülki iddia üzrə cavabdeh qismində tanınmamış üçüncü şəxs arasındakı münasibətləri tənzimlədiyi norma kimi qələmə vermişdir.
46. Mülki Məcəllənin 431.1-ci maddəsinin məzmununun təfsiri qətnamədə əsassız olaraq həmin normanın tələblərinə zidd şəkildə açıq-aşkar təhrif edilmişdir. Belə ki, həmin normada birbaşa göstərilmişdir ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habel ə bunun müqavilədən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bankla əmanətçi arasında bağlanmış xx.xx.2018-ci il tarixli depozit müqaviləsinə görə depoziti faizi ilə birlikdə qaytarmaq öhdəliyi müqavilədən irəli gələn hal olduğu üçün bilavasitə Bankın özü tərəfindən şəxsən icra edilməlidir. Qanunun həmin normasında, eləcə də xx.xx.2018-ci il tarixli müddətli əmanət müqaviləsində Bankın öhdəliyinin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icrası nəzərdə tutulmamışdır.
47. Mülki Məcəllənin 527.1-ci maddəsində sadalanan öhdəliyə xitam verilməsi əsaslarından heç biri hazırkı mülki işin hallarında mövcud olmamış və buna görə də öhdəliyin icrasına xitam verilməsi istisna olunur. Halbuki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İddiaçı borclu olan Bankı onun üzərinə düşən vəzifədən, yəni depozit müqaviləsi üzrə öhdəliyi icra etməkdən heç vaxt azad etməmiş, nədə ki, borcunu kimsəyə bağışlamamış, belə bir niyyəti də olmamışdır. 48. 10.01.2024-cü il tarixində iş materialları ilə tanış olan zaman materiallarda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2244/2023 nömrəli məktubu aşkar olunmuşdur. Həmin məktubun iş materiallarına nə vaxt, kim tərəfindən təqdim edilməsi, işə əlavə edilməsi və ümumiyyətlə belə bir sənədin mövcudluğu barədə məlumat heç bir məhkəmə iclasında nə proses iştirakçıları, nə də ki, sədrlik edən tərəfindən elan olunmam ışdır. Qeyd olunan sənəd açıqlanmadığı üçün heç bir məhkəmə iclasında tədqiq edilməmiş, bu sənədin açıqlanmamasının səbəbi barədə iddiaçının nümayəndəsinə heç bir məlumat verilməmiş, iddiaçı tərəf həmin sənədlə tanış olub ona öz etirazını bildirmək hüququndan faktiki olaraq məhrum edilmişdir. Bu məktub e-məhkəmə sistemi vasitəsi ilə də iş materiallarına əlavə olunmamışdır.
49. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 326, 329, 331, 431, 522, 527, 529, 546, 944-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 88, 193, 209, 217, 271-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
54. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş dig ər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra e də bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
57. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
58. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
59. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
60. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
61. Maddə
546. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.
62. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
63. Maddə 944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ay rı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin.
64. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.
65. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.
66. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.
67. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətində qeyd edilən dəlillər üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
78. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiq i ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
79. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
80. Kassatorun Mülki Məcəllənin öhdəliklərin verilməsi əsasları və qaydasına dair 522.1 və 522.2-ci maddələrinə istinadla irəli sürdüyü dəlil əsassızdır. Çünki iddiaçıya məxsus olan bank əmanətinin üçüncü şəxs tərəfindən qanunsuz ələ keçirilməsi və üçüncü şəxs tərəfindən həmin ziyanın əmanətçiyə ödənilməsi, habelə öhdəliyin icra olunmasının iddiaçı tərəfindən qəbul edilməsi, baxılan işə Mülki Məcəllənin 522.2-ci maddəsinin tətbiqini şərtləndirmir.
81. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 944-cü maddəsinə istinad olunmadan bank əmanəti müqaviləsi üzrə mübahisəyə baxılmasının qanunsuz olması barədə dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
82. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 944-cü maddəsinə istinad etməsə də, bank əmanəti müqaviləsi üzrə münasibətlər əsasında işi araşdırmış, qeyd olunan normaya istinad olunmaması, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnməmişdir.
83. Kassatorun Mülki Məcəllə nin 529.1-ci maddəsinə istinadla irəli sürdüyü dəlil də qətnamənin ləğvinə əsas vermir. Belə ki, həmin normaya görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
84. Bu norma, borcun ödənilməsi ilə bağlı mübahisəli vəziyyətə müəyyənlik gətirilməsinə xidmət edir. Qeyd olunan norma, öhdəliyin icrasını tənzimləyən əlaqəli normalarla birgə təhlil olunmalıdır. Belə ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
85. Mülki Məcəllənin 529.2-ci maddəsində isə deyilir ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kredit or, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
86. İşə baxmış məhkəmələr müəyyən etmişdir ki, bank əmanəti müqaviləsi üzrə iddiaçıya vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə keçirilmiş, iddiaçı həmin əmlakı qəbul etmişdir (bu qərarın 24 və 26-cə paraqrafları).
87. Kassatorun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-213-42/2-2244/2023 nömrəli məktubun işə əlavə olunduğu halda həmin məktubun elan olunub tədqiq edilməməsi, bununla da həmin sənədə öz etirazını bildirmək hüququndan məhrum edilməsi barədə dəlil də qətnamənin ləğvinə əsas vermir. Çünki məhkəmələr iş üzrə nəticəyə gələrkən 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/22244/2023 nömrəli məktubuna sübut kimi istinad etməmişdir. Başqa sözlə, qeyd olunan sənədin elan olunmaması, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən və ya nəticələnə bilən prosessual pozuntu deyil və qətnamənin ləğvinə səbəb olmur (MPM-in 418.3-cü maddəsi).
88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
89. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2732/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.