Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2873/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işəgötürənin əmrinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-492/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləmişdir. 2008-ci ildə rəhbərlik etdiyi uşaq bağçası köhnə maddi-texniki bazaya malik olmaqla, iki qrupda fəaliyyət göstərirdi. X8 Fondu və Şəki şəhər İcra Hakimiyyətinin birgə dəstəyi nəticəsində bağça yenidən qurularaq, müasir dövrün standartlarına cavab verən müəssisəyə çevrilmiş və hal-hazırda onun rəhbərliyi ilə 1 (bir) körpələr evi olmaqla, 7 (yeddi) qrupda fəaliyyət göstərir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 329/3-1- 251K/2023 nömrəli əmrə əsasə n Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən 21 fevral 2023cü il tarixdən ləğv edilməsi əmr edilmişdir.
3. Şəki Rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli, 1006 nömrəli arayışa əsasən X2 14 noyabr 2023-cü il tarixdə, saat 12:45-də Şəki Rayon X4 Hüquqi Şəxsinin TTYB-sində “Psixogen sinkopal” vəziyyət diaqnozu ilə müalicə aparılmışdır. Arayış Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağcasına təqdim etmək üçün verilmişdir.
4. Şəki Rayon X4 Hüq uqi Şəxs tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 16 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək işdən azad edilmişdir, 19 yanvar 2023-cü il tarixdən işə başlamalıdır.
5. Şəki Rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək işdən azad edilmişdir, 21 fevral 2023-cü il tarixdən işə başlamalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 fevral 2023-ci il tarixli 329/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərp a edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən hal-hazırkı dövrə qədər Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləmişdir. Rəhbərlik etdiyi müəssisədə Təsil Nazirliyi, Əmək Müfəttişliyi, X1 və sair qurumlar tərəfindən keçirilmiş yoxlamalar və monitorinqlərin nəticəsində bu günə kimi heç bir neqativ hal müəyyən edilməmişdir. Bunun da məntiqi nəticəsi olaraq, digər bağçalarla müqayisədə rəhbərlik etdiyi müəssisə kifayət qədər nüfuz və Şəki şəhər sakinlərinin rəğbətini qazanmışdır. Cavabdeh2nə X5 müdir təyin edildikdən sonra onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişmiş, rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə kölgə salınmağa çalışılmışdır. Bəhruz Mehdiyevin on a qarşı o qədər qərəzli və hiddətli olmuşdur ki, qərəzli olaraq aparılan yoxlamanın nəticəsində ona 6 sentyabr 2022ci il tarixli K-148 nömrəli əmri ilə şiddətli töhmət vermişdir. O da bu əmrin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh2 müdiri X3 İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 6 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə qətnamə qəbul edilməmiş X5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar verərək, Elm və Təhsil Nazirinin əmək müqaviləsinin ləğv edilməsi barədə 21 fevral 2023-ci il tarixli 3- 29/3-1-251K/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə nail olmuşdur. Elm və Təhsil Nazirinin 21 fevral 2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmri maddi hüquq normalarının tələblər pozulmaqla verilmişdir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərimi) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əs as Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Hesab etmişdir ki, Elm və Təhsil Naziri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək onu qanunsuz olaraq işdən azad etmişdir.
8. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işində ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. Həmin nöqsanlar barədə orta məktəblərdə monitorinq aparılan zaman ortaya çıxmışdır. 14 yanvar 2023-cü il tarixdə keçirilmiş Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkar lar İttifaqı Komitəsinin iclasında iştirak etməmişdir. Əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə xitam verildiyini bildirsə də, iş materiallarında olan sənədlərdəndə onun işə başlamalı olduğu 21 fevral 2023-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Buna görə də, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır.
9. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)44/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Elşən Vəliyev).
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilmiş, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyin in tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki Rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək işdən azad edilmişdir, yəni 21 fevral 2023-cü il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onun işə başlamalı olduğu 21 fevral 2023-cü il tarixdə ləğv edilməsi əmr edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Belə ki, müqaviləyə İddiaçı büllütendə olduğu müddət tamam olduqdan sonra yəni işə başladığı gün xitam verilmişdir.
11. Həmçinin məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 10, 68, 69, 70, 71, 72, 76, 79, 80, 83, 84, 186.1, 186.2, 187, 189, 192, 194 və 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1, 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3 və 217.4–cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b ) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi onun xəstə olmağını, 3 beyin infaktını keçirtməyini, Həmkarlar Təşkilatının onun işi üzrə təşkilat olmadığını yəni, ona aid olmayan, qarşısında heç bir öhdəliyi olmayan bir təşkilatın bu protokolu tərtib etməkdə səlahiyyətli olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki o, 70-ci maddə ilə işdən çıxarılırasa, onun öz qurumunun yəni, müəssisə rəhbərinin üzvü olduğu Həmkarlar Təşkilatının iclasının protokolu əsası ola bilərdi. İşəgötürən hesab edilən nazir həmin pro tokola istinad etmişdir. Digər aydınlaşdırılmayan məsələnin onun eyni gündə işə qəbulu və iş saatına 33-dəqiqə qalmış onu işə götürməyən bir şəxs tərəfindən işdən çıxarılmasıdır. Bu fakt araşdırılmamışdır. Bundan başqa müqavilənin bağlanma tarixi 21 fevral 2023-cü il tarixidirsə, işə başlama vaxtı 8 fevral 2023-cü il tarixidir. Birinci instansiya məhkəməsi Həmkarlar Təşkilatının 14 yanvar 2023-cü il tarixində keçirilən iclasının protokoluna qiymət verərkən nədən həmin təşkilatın iclası ilə bağlı o, xəstə ikən bu iclasın keçirilməsinin yol verilməzliyi, onunda insan hüquqlarının olması, qaldırılan məsələyə fikir və mülahizələrinin bildirilməsi vəziyyətini aydınlaşdırmamışdır. Bundan başqa əmrin tərtibatı qanuna zidd olmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2 024-cü il tarixli, 2(107)-492/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli e-2(075)-44/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakim E.M.Mehdiyev - sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli)
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
17. Belə ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının işdən azad edilməsi barədə əmr verilməmişdən əvvəl məhz onun işlədiyi müəssisədə fəali yyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin heyət üzvləri tərəfindən tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 13 yanvar 2023-cü il tarixli 329-42 /2-58/2023 nömrəli təqdimatının müzakirəsi ilə əlaqədar Şəki şəhər 22 saylı körpələr evi uşaq bağçasında iclas keçirilmişdir. Bağçanın müdiri İddiaçı iclasda iştirak etməsi üçün dəvət edilmiş, lakin o, iclasda iştirak etməkdən imtina etmişdir.
19. Həmçinin Şəki Rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması v ərəqəsinə əsasən, İddiaçı 16 yanvar 2023cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək işdən azad edilmişdir. Lakin İddiaçı 13 yanvar 2023-cü il tarixdə əmək qabiliyyətli olmamasına dair iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun eyni gündə işə qəbulu və iş saatına 33-dəqiqə qalmış onun işdən çıxarılmasının aydınlaşdırılmaması, müqavilənin bağlanma tarixi 21 fevral 2023-cü il tarixidirsə, işə başlama vaxtının 8 fevral 2023-cü il tarixi olmasına dair dəlillərinə də münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmiş, 21 fevral 2023-cü il tarixidə isə işdən azad edilmişdir. Yəni elektron sistemdə hansısa məlumatın daxil edil mə tarixi özü-özlüyündə müqavilənin həmin tarixdə bağlanması, müqaviləyə dəyişikliyin də həmin tarixdə aparılmasını ehtiva etmir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə götürən olmayan şəxsin onu işdən çıxarması, nazirin işdən çıxma əmrinin portalda görünməməsinə dair dəlillərinə də münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında 20 dekabr 2021ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri) istisna olmaqla Azərbaycan Respublikası Təhsil nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respub likasının Təhsil Nazirinin iddiaçının işdən azad edilməsinə dair 21 fevral 2023-cü il tarixli əmri iş materiallarına əlavə edilməklə, həmin əmrin mövcudluğu işin mübahisəsiz halıdır. Həmçinin işdə olan elektron qaydada əldə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmr 21 fevral 2023-cü il tarixdə sistemə daxil edilmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin çıxarılan əmrin Əmək Məcəlləsinin 84-cü maddənin tələblərinə zidd olması, əmrin tərtibatının qanunazidd olması, hansı əsasla işdən çıxarmasının əmrdə əks etdirilməməsi, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əmrdə əks edilməməsinə dair dəlillərini də əsa slı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3- 29/3-1-251R/2023 nömrəli əmrə əsasən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Həmin əmrin verilməsinə əsasın Elm və Təhsil Nazirliyinin 08 fevral 2023- cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmrin 1-ci bəndi olması göstərilmişdir.
23. Elm və Təhsil Nazirinin 08 fevral 2023-cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmrini n 1-ci bəndinə əsasən, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi ilə bağlı zəruri tədbirlərin görülməsi əmr edilmişdir. Həmin əmrdə əmrin verilməsinə əsasın Cavabdeh2 müdiri Bəhruz Məmmədovun əsaslandırması, Şəki şəhər 22 saylı körpələr evi uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 14 yanvar 2023-cü il tarixli, 15 nömrəli protokoldan çıxarışı, müvafiq izahatlar və aktlardan ibarət olması göstərilmişdir
24. Məhkəmə gəldiyi nəticəni A zərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 71-ci maddəsinin 3-cü bəndi, 72-ci maddəsinin “E” bəndi, 80-cı maddəsinin 1-ci bəndi, 186-cı maddəsinin 1-ci bəndi, 300-cü, MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinı ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayəti dəlilləri ilə eynilik təşkil etmişdir.
27. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 71-ci və MPM-nın 9.1, 9.2, 1 4.1, 77-ci maddələrə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qan unvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi 31. 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 32. 71-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 33. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 34. 72-ci maddəsinin “E” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 35. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 36. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etməd ən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
40. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin (apellyasiya şikayətinin d əlilləri ilə eyni olan) dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-492/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.