Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2874/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12368/2019 saylı qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-3238/2019) iddiaçı N qızının cavabdehlər Cavabdeh və X3 qarşı mənzilə is tifadə hüququnun tanınması, mənzilə köçürülmə və icarə müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməmiş, X2 N qızına qarşı qarşılıqlı iddiası isə təmin edilərək İddiaçı X3 məxsus Bakı şəhəri, N saylı evin 45 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Aynur Bayramovanın apelyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X4 xx xxxxxxxx 2004-cü il tarixdə cavabdeh X5 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2006-cı ildə bir uşaqları olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tar ixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaq anasının yanında saxlanılmaqla ona görə Cavabdeh iddiaçı Aynurə Zahirovanın xeyrinə aliment tutulmuşdur. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikaha daxil olduqdan sonra cavabdehlərin yaşadıqları mənzilə köçüb 2010-cu ilə kimi orada yaşamasını, həmin vaxtdan sonra isə cavabdehlər tərəfindən qovulduğu üçün valideynlərinin kirayədə yaşadıqları mənzildə onlarla birlikdə yaşamasını əsas göstərməklə 2006-cı il təvəllüdlü qızı N ilə birlikdə cavabdehlərin yaşadıqları N saylı mənzilinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək müba hisəli evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşayıb mənzilə istifadə hüququnu əldə etməsini, lakin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş qanunun qüvvəsinin tətbiq olunmamaqla iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Digər cavabdeh N Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı di nlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflər arasında mənzildən istifadə hüququ ilə əlaqədar mübahisəli hüquq münasibəti 2004-cü ildə yarandığından, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. İş materiallarından görünür ki, İddiaçı mübahisəli mənzildən 2009-c u ildən köçüb getməklə həmin vaxtdan cavabdehlərə məxsus mənzildə yaşamamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı Aynur Bayramova 9 ilə yaxın müddət ərzində mübahisəli mənzildə yaşamamaqla başqa daimi yaşayış yerinə köçməsi işdə olan sübutlarla təsdiq olunduğundan apelyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə hüququnu itirməsi barədə nəticəyə gəlmişdir. Göstərilənlərl ə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən qanunun tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2874/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2874/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver