Məhkəmə qərarları › İş №2(102)-2874/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2874/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2874/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3313/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən e tmişlər:

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X11, X13, X5, İddiaçı və X4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömr əli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir;

3. Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən əmlak X6 xüsusi mülkiyyətindədir;

4. Layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X11 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq lay ihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş mənzilin əvəzinə yerində inşa ediləcək binada 1 otaqlı mənzillə təmin edilməsi, yeni mənzil təhvil verilənədək cavabdeh tərəfindən hər ay 450 manat məbləğində kirayə haqqının ödənilməsini və ya mənzillə və kirayə pulu ilə təmin etmək mümkün olmadıqda ona mənzilin əvəzinə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov 29/31 ünvanında ailəsi ilə birgə yaşayırdı. Bakı şəhər, İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 265 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli cizgisinə əsasən mənzilin yerləşdirilməsi ərazisi icarəyə götürülmüşdür. Həmin ərazidə yeni inşa edilmiş binaların inşası nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2949/2024 saylı qətnaməsin ə əsasən "xxxx" MMC-nin ona və digərlərinə qarşı iddiası təmin edilmişdir. Qətnaməyə əsasən o, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov 29/31 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilmişdir və mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1444/2025 saylı qərardadına əsasən, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh tələsik ona heç bir kompensasiya ödəmədən, evlə təmin etmədən onun yaşayış yerini sökmüşdür. O, dəfələrlə iddiaçıdan özünün 1 otaqlı mənzillə təmin edilməsi və ya kompensasiya verilməsi barədə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hətta o, ona da razı idi ki, heç olmasa Hövsan qəsəbəsində 1 otaqlı ev verilsin. Onun kürəkəni 44 günlük müharibədə şəhid olmuşdur. İndi o, nəvəsi, qızı çöllərdə qalmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: Fariz Əlizadə) 2(004)-2237/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən daşınmaz əmlakın mülkiyyətçisi olmamış, həmin əmlak xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin tərəfi X7 məxsus olmuşdur. İddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Mənzildə qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququnun yaranması ilə nəticələnmir. Kompensasiya və ya digər formada razılaşma isə yalnız mülkiyyətçi ilə həyata keçirilə bilər. Digər şəxslərlə hər hansı razılaşmanın əldə edilməsi isə MMin 390.1 və 390.5- ci maddələrinin kontekstdən qiymətləndirilə bilər ki, bu da imperativ deyil, dispozitiv imkandır. Bundan əlavə, sözügedən daşınmaz əmlaka dair tərəflər arasında qüvvədə olan etibarlı xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqavilə münasibətləri yaranmışdır ki, həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 1 30, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə xx.xx.2020-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin “X9 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməs i öz qətnaməsini onunla əsaslandırdı ki, "hüquqdan sui-istifadə edilməsi yolverilməzdir". “Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində insanların kompensasiyasız çölə atılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məhkəmə burada Konstitusiya Məhkəməsinin "xxxx" MTK şikayəti ilə bağlı xx.xx.2020-ci il tarixli qərarına istinad etdi. Həmin qərara nəzər salsaq görünür ki, məhkəmə Şəhər salma və Tikinti Məcəlləsinin 4.1, 4.2 maddələrinin şərhi ilə bağlıdır. Konstitusiya məhkəməsi bu qərarda mənzilə istifadə hüququ olan şəxsləri kompensasiyasız çölə atılmasına bəraət vermir. 2) Daha sonra məhkəmə öz qərarında qeyd etdi ki, iddiaçı subyektiv hüquqa malik deyil və iddia irəli sürmək hüququ yoxdur. İddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Nəticədə iddia irəli sürmək hüququ olmaması - səhv yanaşmadır və MPM-nin 4cü maddəsində göstərilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. İddia irəli sürmək hüququ müəyyən şəxsin iddia irəli sürmək üçün subyektiv hüququnun yaranmasının varlığı və ya olmaması ilə qanunun əlaqələndirdiyi müəyyən ilkin şərtlərə malik olmalıdır. Ümumi və xüsusi ilkin şərtləri bir-birindən ayırmaq lazımdır. Əgər be lə hallar mövcuddursa, onda həmin şəxsin öz hüquqi tələblərini məhkəmə yolu ilə araşdırmaq hüququ var. Əgər ilkin şərtlərdən hər hansı biri mövcud deyilsə, onda həmin hüququn özü də mövcud olmur. Belə halda məhkəməyə müraciət etmək, göstərilən mübahisənin məhkəmə yolu ilə baxılması ilə nəticələnə bilməz; buna görə də məhkəmənin ədalətli məhkəmə araşdırması aparmaq hüququ yoxdur (və aparmamalıdır). İddia irəli sürmək üçün ümumi ilkin şərtlər aşağıdakılardır:

1. İddiaçının və cavabdehin prosessual hüquqi səlahiyyətləri, yəni işdə tərəf olmaq qabiliyyəti; 2 İşin məhkəmə aidiyyəti; 3 Məhkəmənin həmin tərəflər arasında baş verən mübahisəyə dair, həmin predmet haqqında və həmin əsaslarla qanuni qüvvəyə minmiş qərarının olmaması və ya iddiaçının iddiadan imtina etməsi ilə və ya tərəflərin sülh razılaşmasının təsdiq edilməsi ilə bağlı olaraq icraata xitam verilməsi haqqında məhkəmə qərarının olmaması. Gördündüyü kimi, iddianın irəli sürülməsi üçün ümumi şərtlər mövcuddur. Daha sonra məhkəmə ona kompensasiya verilməməsi-cəmiyyət arasında düzgün balansın olmasıdır. Nə qədər insanların evi varsa (kompensasiya verilibsə), bir o qədər də insanlar çöldə qalmalıdır ki, ədalətli balans yaransın. Burada məhkəmə Avropa Məhkəməsinin Lyudmita Siqunova ve X8rşı qərarına istinad etdi. Avropa Məhkəməsinin hüquqi mövqeləri milli qanunvericiliyin tərkib hissəsidir və üstünlük qüvvəsinə malikdir. Yerli məhkəmələr (hüquq mühafizə orqanları) Avropa Məhkəməsinin hüquqi mövqelərini tətbiq etməlidir. Bu tətbiq etmələr yersiz xarakter daşımamalı, əslində onu Avropa Məhkəməsinin praktikasında başa düşüld üyü kimi tətbiq etməlidir. Avropa Məhkəməsi heç bir qərarında insanın kompensasiyasız mənzildən çıxarılmasına bəraət verməmişdir. İnsanların evlərindən çölə atılması cəmiyyətin ümumi maraqlarına qulluq etməsi və cəmiyyət arasında balans yaratması demək deyildir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarına insanların belə olan halda insanların mülkiyyət hüququnun pozulması kimi qeyd etmişdir. 4) Daha sonra məhkəmə öz qərarını onunla əsaslandırdı ki, qeydiyyatda olmaq kompensasiya tələb etmək hüququ demək deyil. Cavab olaraq bildirir ki, onun qeydiyyatı formal xarakter daşımır. İddiaçı həmin ünvanda anadan olmuş, qeydiyyatdadır, həmin ünvandan istifadə etmək hüququ, sahiblik etmək hüququ var. Həmin mənzil əvvəllər dövlət balansında olmuşdur. Mənzili özəlləşdirərkən iddiaçının razılığı əsasında ev onun qardaşının adına özəlləşdirilmişdir. Həmin mənzildən istifadə hüququ, sahiblik hüququ olduğu üçün cavabdeh vaxtı ilə istifadə və sahiblik hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsinin qərardadına əsasən icraata xitam verilmişdir. Nəticədə iddiaçının hüququ saxlanılmışdır. Onun mənzillə bağlı hüququna xitam verilməsi barədə heç bir məhkəmə qətnaməsi mövcud deyildir. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti öz səlahiyyətini aşaraq faktiki olaraq həmin ərazidə yerləşən fiziki şəxslərin mülkiyyətində olan evlərini və digər tikintilərini icarəyə vermişdir. Bu da Mülki Məcəlləyə ziddir. İcarə müqaviləsinə nəzər salındıqda, görünür ki, icarə müqaviləsində həmin ərazidə heç bir tikili olmadığı qeyd edilmişdir. Bu isə həqiqətə uyğun deyil. Həmin ərazidə çoxl u yaşayış evləri mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti yalnız boş sahəni icra verə bilərdi. Bakı şəhər İcra Hakimiyyəti öz hərəkətləri ilə vətəndaşların faktiki olaraq yaşayış sahələrindən məhrum edir. Tərəfindən məhkəməyə “Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələri Bakı şəhər İcra Hakimiyyəti vətəndaşların yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrini icarəyə vermək imkan verirsə, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 149-cu maddələrinə uyğun olub-olmaması predmeti üzrə sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi barədə vəsatət verilmişdir. Məhkəmə onun vəsatətini təmin etməyərək bildirdi ki, qanunverici konstitusiya məhkəməsinə müraciət etmək hüququnu məhkəmənin mülahizəsinə buraxmışdır. Nət icədə iddiaçı müdafiəsiz qalmışdır. Lakin bu fikir yanlışdır. Əgər qanunverici bunu nəzərdə tutmuşsa onda hazırkı halda vətəndaşların dövlətə qarşı inamının qorunub saxlanılması prinsipləri pozulmuş olardı.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Günay Axundova -sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasımov) 2(103)-3313/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi iddiaçının hazırkı tələb üzrə subyektiv hüququ olmadığına istinad edərək iddia tələbini təmin etməmiş, iddiaçının mənzildə qeydiyyatda olması hüququndan suiistifadə etməsi kimi qiymətləndirmişdir. Mübahisə predmeti olan mənzil X6 xüsusi mülkiyyətində olmuş və həmin mənzilin sökülməsi və əvəzində kompensasiya verilməsi barədə mülkiyyətçi Muradov Rövşən ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir. İddiaçı sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsini Cavabdeh MMC-dən tələb etmişdir. Halbuki, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi X11 ilə Cavabdeh MMC arasında kompensasiya müqabilində mənzilin sökülməsi razılaşdırılmış və həmin razılaşma hazırda qüvvədədir. İddiaçının sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsini Cavabdeh MMCdən tələb etməsi üçün subyektiv hüququ yoxdur. Çünki, qeyd edilən mənzil X6 mülkiyyətində olduğundan cavabdeh tərəf mülkiyyətçi ilə razılıq əldə etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 560.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 384.0.1-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh müəssisə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci və ikinci instansiya məhkəmələri mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə etməmişlər, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan qənaətə gəl mişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.i

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüqu qla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşə mahiyyəti üzrə baxan məhkəmələr bu qənaətə gəlmişlər ki, mübahisənin obyekti olan mənzil X6 xüsusi mülkiyyətində olmuş və həmin mənzilin sökülməsi və əvəzində kompensasiya verilməsi barədə mülkiyyətçi Muradov Rövşən ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli, K/221 nömrəli əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir, razılaşma hazırda qüvvədədir. Belə olan halda iddiaçının sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsini Cavabdeh MMC-dən tələb etməsi üçün subyektiv hüququ yoxdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Məhkəmə tərkibi kassasiya şikayətinin evdən istifadə hüququ ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, id diaçı, mübahisəli yaşayış sahəsindən istifadə hüququnun (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da) qanuna əsasən mövcudluğunu və bu hüququn aradan qalxması müqabilində ona kompensasiya ödənilməli olduğunu sübuta yetirməklə bu kompensasiyanın daşınmaz əşyanın sökülməsinə əvəzli şəkildə sərəncam vermiş mülkiyyətçidən tələb etməsinə dair ayrıca iddia qaldıra bilər.

33. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

34. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3313/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar