Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2875/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2875/2022 Açar sözlər: mənzilin təhvil verilməsi, mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-9641/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş üçüncü şəxs n kassasiya şikayətinə 09 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh MMC Maraqlı şəxs ASC-yə borclu olduğu ******* avro və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasama l yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda bir sıra mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları, o cümlədən 21-ci mərtəbədə yerləşən 96,3 kv.m. sahəsi olan 2 mənzili Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına vermişdir.
2. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra - cavabdeh) arasında bağlanmış 14 avqust 2012-ci il tarixli, 191 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzili 24 ay müddətində iddiaçıya təhvil verilmiş, bunun müqabilində sonuncu MMC-yə 48150 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə aid olan, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 №-li yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı 158 №-li mənzil tərəflərin arasında bağlanmış xx.xx.2012-ci tarixli müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil verilsin, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metri üçün 500 AZN olmaqla, ümumilikdə 48150 AZN pul ödəmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən satıc ı müqavilənin 2.1-ci bəndindən irəli gələn öhdəlikləri 24 ay müddətində yerinə yetirərək mənzili ona təhvil verməli idi. Əfsuslar olsun ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan dörd ildən artıq vaxt keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən hər gün maddi zərərə uğrayır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6092/2018 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia qismən təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi qət edilmiş və həmin mənzillə bağlı i ddiaçıya münasibətdə maneələrin törədilməsi cavabdehə qadağan olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirsə də, cavabdeh öhdəliyin lazımınca yerinə yetirilməmiş, iddiaçı haqlı olaraq, mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Müvafiq mənzil iddiaçıya təhvil verilməklə onun sahiblik və istifadə hüquqları reallaşacağından iddia tələbi qismən təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM-nin) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Maraqlı şəxs ASC işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə maraqlarına toxunan şə xs qismində apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)801/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərov, (sədrliyi və məruzəsi ilə) hakimlər İ.Ə Kərimli və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(004)-6092/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli, 2-(103)-345/2010 nömrəli qərardadında, nə həmin qərardad üzrə verilən icra vərəqəsində, nə də qərardadın icrası ilə bağlı tər tib olunan aktda Maraqlı şəxs ASC-yə təhvil verilməli olan mənzilin nömrəsi göstərilməmişdir. 14 avqust 2012-ci il tarixli müqavilədə iddiaçıya verilən mənzilin nömrəsi “158” olmaqla qeyd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Maraqlı şəxs ASC-nin istinad etdiyi məhkəmə qərarı 13 avqust 2010-cu il tarixdə qəbul edilsə də, uzun müddət icra olunmamış, yalnız 09 aprel 2018-ci ildə qərardadın icrası ilə əlaqədar akt tərtib olunaraq “A” blokunda 17 və 21-ci mərtəbələrdə iki ədəd təmirsiz vəziyyətdə olan mənzillərin Maraqlı şəxs ASC-yə təhvil verildiyi göstərilmişdir. Yuxarıda qeyd olunduğu kimi, həmin aktda Maraqlı şəxs ASC-yə təhvil verilən mənzillərin nömrəsi qeyd olunmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə C avabdeh MMC arasında mübahisəli mənzilə dair müqavilə 14 mart 2012-ci il tarixdə, müvafiq məhkəmə qərarından sonra bağlanmışdır. Daha sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 27 sentyabr 2018-ci il tarixdə mübahisələndirilən qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 19 mart 2019-cu il tarixdə icra məmurunun qərarı ilə göstərilən tələb icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Qərara əlavə edilmiş icra məmurları, borclu, tələbkar, hal şahidləri tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli aktdan məlum olur ki, mübahisəli mənzil İddiaçı təhvil verilməklə, həmin mənzillə bağlı tələbkara münasibətdə maneələrin törədilməsi borclu Cavabdeh MMC-yə qadağan edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 0 9 aprel 2018-ci il tarixli aktdan məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı qərardadda göstərilən mənzillər, o cümlədən mübahisəli mənzil Maraqlı şəxs ASC-yə təhvil verilmişdir. Həmin akt icra məmuru, Maraqlı şəxs ASC-nin təmsilçiləri tərəfindən imzalanmış, borclu Cavabdeh MMC-nin təsisçisi M.Zeynalov aktı imzalamaqdan imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi ilə bağlı müvafiq qərar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, tərəflər arasında 14 mart 2012-ci il tarixli müqavilə bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı mövcud olsa da, icra edilməmişdir. Apellyator həmin qərardadın Bakı şəhəri Yasamal Rayon Məhk əməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən əvvəl icra edildiyinə istinad etsə də, icra üzrə icraata xitam verilməsi barədə qərardad təqdim etməmiş, təqdim edilmiş akt isə borclunun nümayəndəsi tərəfindən imzalanmamışdır. Göstərilən aktdan sonrakı tarixə təsadüf edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı akt 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş, 19 mart 2019-cu il tarixdə icra sənədi üzrə icraata tələblər təmin edildiyi üçün xitam verilmişdir. Belə olan halda, 09 aprel 2018-ci il tarixli aktın mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı qanunla müəyyən olunmuş qaydada icra edilmiş olsaydı, yəni, mübahisəli mənzil Maraqlı şəxs ASC-yə təhvil veril səydi və ya “Rabitəbank ASC-nin mübahisəli mənzilə faktiki sahibliklə bağlı şikayətində göstərdiyi hallar mövcud olsaydı, o zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin icrası mümkün olmaz və icra məmuru tərəfindən icra sənədi icrasız geri qaytarılardı. Göründüyü kimi, hazırkı qətnamə icra edilərkən heç bir ziddiyyət və maneə müəyyən edilməmiş, mənzil Maraqlı şəxs ASC-nin sahibliyində olmamış, mənzilin qapısı da dəyişdirilməmişdir. Belə ki, tərtib edilmiş akt və icraata xitam verilməsi ilə bağlı qərarla müəyyən olunur ki, mənzil və onun açarları məhz Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. Bu da bir daha təsdiq edir ki, mənzil İddiaçı təhvil verilərkən də Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərarı icra edilm əmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya şikayətində, həmçinin şikayətə əlavə edilmiş icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilənlər öz əksini tapmadığından, apellyasiya şikayətində göstərilən dəlillərin mötəbər sübutlarla təsdiq edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(102)-3250/2021 nömrəli qərarı ilə (hakim E.Y.Şamayev (sədrliyi və məruzəsi ilə) hakimlər E.R.Vəliyeva və A.Ə.Abbasov) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103)801/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə üçüncü şəxsin apellyasiya şikayətini rədd edən apellyasiya instansiyası məh kəməsi mövqeyini əsaslandırarkən hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını qeyd etmişdir. Halbuki Mülki Məcəllənin 178.8-ci maddəsinin (09 fevral 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasının) məzmununa görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
18. Hazırki iş materiallarında olan iddiaçı və cavabdeh şirkət arasında bağlanmış 14 mart 2012-ci il tarixli müqavilədən isə müəyyən olunur ki, həmin tərəflər arasında m ünasibətlər mənzil-tikinti kooperativ üzvlüyünə daxil olması ilə əlaqəli olmamış, podrat müqaviləsindən irəli gələrək yaranmışdır.
19. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən tərəflərin qarşılıqlı hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh şirkətlə üçüncü şəxs olan bank arasında məhkəmə qaydasında təsdiq olunmuş barışıq sazişi bağlanmış və şirkət tikilməkdə olan binada bir sıra yaşayış və qeyri-yaşayış sahələrini bankın istifadəsinə və sərəncamına vermişdir. Barışıq sazişi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasından əvvəl imzalanmış və qüvvəyə minmişdir. Lakin apellyasiya instansiyası məhk əməsi cavabdeh şirkətin bankın sərəncamına verilən sahələrlə bağlı başqa şəxslərlə (o cümlədən hazırki iş üzrə iddiaçı ilə) hər hansı müqavilə bağlamağa səlahiyyətinin olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddiaçıya satılmış mənzilin (158 saylı mənzilin) məhz üçüncü şəxsin sərəncamına verilmiş sahələrlə eynilik təşkil etməsi sübuta yetirilməmişdir. Halbuki, barışıq sazişinin məzmunundan müəyyən olunur ki, binanın 21-ci mərtəbəsində 2 ədəd 96,3 kv.m. sahəsi olan mənzilin banka verilməsi razılaşdırılmışdır. Lakin məhkəmə iddiaçının tələb etdiyi mənzilin banka verilməsinin sübuta yetirilmədiyini (barışıq sazişində mənzilin nömrəsinin qeyd olunmadığını) göstərsə d ə, həmin məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, o cümlədən cavabdeh tərəfindən inşa edilmiş binanın 21-ci mərtəbəsində neçə 3 otaqlı, 96,3 kv.m. sahəsi olan mənzillərin mövcudluğunu müəyyən etməmişdir.
21. Məhkəmə kollegiyası həmçinin cavabdeh şirkətlə bank arasında bağlanmış barışıq sazişinin şərtlərinin uzun müddət ərzində icra olunmamasına dair mövqeyi ilə razılaşmır. Belə ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduğu üçün qanuni qüvvəyə mindiyi vaxtdan sonra tərəflər üçün məcburi qüvvəyə malik olmuş və onun icra olunmaması sazişi imzalayan tərəfin sazişin şərtlərinə zidd hərəkət etməsinə hüquq verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi apellyatorun təqdim etdiyi, barışıq sazişinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş 09 aprel 2018-ci il tarixli aktın mötəbərliyini şübhə altına qoysa da, bununla bağlı da hər hansı araşdırma aparmamış, müvafiq icra orqanına sorğu verməmişdir. hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. a) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Apellyasiya icraatı zamanı iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-96 41/2021 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərov, (sədrliyi və məruzəsi ilə) hakimlər E.Mehdiyev və X.Sarıyev ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(004)-6092/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiası rədd olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə həmin mənzilə dair iddiaçı X1 ilə üçüncü şəxs arasında ilkin müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər gələckdə mənzilə dair alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər.
25. İddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 191 №-li müqaviləyə görə cavabd eh Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 №-li yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı 158 №-li mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzilə görə cavabdehə 48.150 manat ödəməyi öhdəsinə götürüb.
26. Lakin bu müqavilədən əvvəl – xx.xx.2010-cu ildə cavabdeh ilə üçüncü şəxs Maraqlı şəxs ASC-nin arasında iqtisadi mübahisəyə dair iş üzrə barışıq sazişi bağlanıb, həmin müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 21 mərtəbəli yaşayış binasının “A” blokunun 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzili heç bir şərt qoymadan Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına verir. Həmin saziş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tari xli qərardadı ilə təsdiq olunub.
27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, eyni mənzilə dair 2 müqavilə bağlanıb. Üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsi zaman etibarilə daha əvvəl bağlanıb. Həmin müqavilənin fərqi ondan ibarətdir ki, üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsində mənzilin nömrəsi qeyd olunmayıb, iddiaçının müqaviləsində isə mənzilin nömrəsi (158 №-li mənzil) qeyd olunub. Lakin bu fərq mənzillərin fərqli mənzil olmasını təsdiq etmir. Belə ki, Maraqlı şəxs ASC-nin müqaviləsi binanın 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzilə dair bağlanıb. Həmin mərtəbədə sahəsi 96,3 kv.m olan 3-cü mənzilin olması müəyyən edilmir. Bu isə onu təsdiq edir ki, iddiaçı ilə bağlanmış müqavilənin predmeti olan mənzil (21-ci mərtəbə də yerləşən, sahəsi 96,3 kv.m olan 158 №-li mənzil) Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti olan mənzillərdən (21-ci mərtəbədə yerləşən, sahəsi 96,3 kv.m olan 2 mənzildən) biridir. Mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə iddiaçının müqaviləsindəki nömrə (158 №-si) mənzilin rəsmi ünvanını bildirmir. İddiaçının müqaviləsi daha sonra bağlandığına görə həmin müqavilənin predmetinin Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti ilə eyni olmadığını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu sübut edə bilmir, ona görə də hesab olunur ki, hər iki müqavilənin predmeti eynidir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia təmin oluna bilməz. Çünki 1-ci müqavilə daha əvvəl bağlanıb, həmin müqavilə ləğv edilmədən 2-ci müqavilən in bağlanması qanunsuz olmuşdur. Mülki Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 1-ci müqavilənin məcburiliyi onu nəzərdə tutur ki, cavabdeh müqavilənin predmeti olan mənzilə dair başqa şəxslə iddiaçı ilə müqavilə bağlaya bilməz. Lakin cavabdeh 399.1-ci maddənin tələbini pozmuş, qüvvədə olan müqavilənin məcburiliyinə əməl etməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 2-ci müqavilə bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş, yuxarıda qeyd olunan şərt pozulduğundan 2-ci müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsız sayılır. İddia tələbi əhəmiyyətsiz əqdə əsaslandığından təmin oluna bilməz. İddiaçının müqaviləsi əhəmiyyətsiz olduğuna görə onun xx.xx.2019-cu il tarixdə üçüncü şəxs Süleyman Ələkbərov ilə bağladığı ilkin müqavilə də əhəmiyyətsizdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 29. (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Ali Məhkəmə tərəfindən vurğulanmış məhkəmə qətnaməsinin icrasının vacibliyi məsələsini araşdırmamışdır, mənzillərin və qeyri- yaşayış sahələrinin faktiki olaraq borcun təminatı olaraq verilməsi halına hüquqi qiymət verməmişdir. Nəticədə Apellyasiya instansiyası məhkəməsi səhv nəticələrə gəlmişdir. O c ümlədən, istinad olunan maddi hüquq normalarının pozulmasını ilə nəticələnən qətnamə çıxarmışdır.
31. Kassator apellyasiya instansiyası məhkəməsinin cavabdehin mübahisəli yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında cavabdehin yaşayış sahəsi əldə etdiyini və mülkiyyətində yaşayış sahəsi olduğunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, MPM-in 81 və 88-ci maddələrinin tələbləri pozulmuş, nəticədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 32. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 33. 129-cu mad dəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 1-ci müqavilənin məcburiliyi onu nəzərdə tutur ki, cavabdeh müqavilənin predmeti olan mənzilə dair başqa şəxslə - iddiaçı ilə müqavilə bağlaya bilməz.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 38. 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 39. 76.2 ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44. 418.1 -ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətlərində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansi yası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələ bləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.
49. Belə ki, xx.xx.2010-cu ildə cavabdeh ilə üçüncü şəxs Maraqlı şəxs ASC-nin arasında iqtisadi mübahisəyə dair iş üzrə barışıq sazişi bağlanıb, həmin müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 21 mərtəbəli yaşayış binasının “A” blokunun 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzili heç bir şərt qoymadan Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına verir. Həmin saziş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq olunub.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, eyni mənzilə dair 2 müqavilə bağlanıb. Üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsi zaman etibarilə daha əvvəl bağlanıb. Həmin müqavilərin fərqi ondan ibarətdir ki, üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsində mənzilin nömrəsi qeyd olunmayıb, iddiaçının müqaviləsində isə mənzilin nömrəsi (158 №-li mənzil) qeyd olunub. Lakin bu fərq mənzillərin fərqli mənzil olmasını təsdiq etmir. Maraqlı şəxs ASC-nin müqaviləsi binanın 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzilə dair bağlanıb. Həmin mərtəbədə sahəsi 96,3 kv.m olan 3 -cü mənzilin olması müəyyən edilmir. Bu isə onu təsdiq edir ki, iddiaçı ilə bağlanmış müqavilənin predmeti olan mənzil (21-ci mərtəbədə yerləşən, sahəsi 96,3 kv.m olan 158 №-li mənzil) Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti olan mənzillərdən (21-ci mərtəbədə yerləşən, sahəsi 96,3 kv.m olan 2 mənzildən) biridir. Mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə iddiaçının müqaviləsindəki nömrə (158 №-si) mənzilin rəsmi ünvanını bildirmir. İddiaçının müqaviləsi daha sonra bağlandığına görə həmin müqavilənin predmetinin Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti ilə eyni olmadığını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu sübut edə bilmir, ona görə də hesab olunur ki, hər iki müqavilənin predmeti eynidir. Birinci müqavilə ləğv edilmədən ikin ci müqavilənin bağlanması qanunsuzdur.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9641/2021 nömrəli iş üzrə, 3 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir