Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2875/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr (məlumatın təkzib edilməsi, mənəvi zərər). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-928/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə 3 sentyabr 2024-cü il tarixdə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) “X2” İctimai Birliyində birlikdə fəaliyyət göstərmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqəti alçaldığına görə ondan eyni yolla üzr istəməsi, həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərdiyi mantaj olunmuş şəkillərə və böhtan yazıları eyni yolla təkzib etməsi və ona vurduğu mənəvi ziyana görə 3000 manat, eləcə də ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini işin halına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Cavabdeh barəsində sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edildiyi zaman, o bütün bunlara görə əsassız olaraq onu günahlandırmağa başlamış və o bildirmişdir ki, bu olanların onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh heç bir əsas olmadan, 16 avqust 2022-ci il tarixində özünə məxsus ********** mobil nömrəsindən whatsapp vasitəsi ilə onun ********** whatsapp nömrəsinə 21 səsli mesaj göndərməklə, onu, ailəsini və nəslini təhqir edərək söyüşlər söymüşdür. O, cavabdehin bu 21 təhqirinə qarşılıq olaraq onu təhqir etmədən sadəcə yazmışdır ki, “buyur bütün səsləri göndər, hüquq-mühafizə orqanları hər halda araşdırar bu səsləri.” C avabdehin ona və ailəsinə qarşı işlətdiyi şər-böhtan və təhqirlərdən sonra onun ailəsində böyük söz-söhbət yaranmış, hətta boşanmaq həddinə belə çatmışlar. Bir həftə onun evində söz-söhbət olmuş, o və yoldaşı çox ciddi mənəvi sarsıntı keçirmişlər. 24 avqust 2022-ci il tarixində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə və Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyevə, 64 nömrəli tam orta məktəbdə müəllimə və sinif rəhbəri olaraq fəaliyyət göstərən cavabdehin qeyri-etik hərəkətləri və müəllimə adına ləkə salması barədə şikayət ərizəsi ünvanlamışdır. Məktəbin direktoru tərəfindən ona 26 sentyabr 2022-ci il tarixində göndərilmiş məktubda qeyd edilir ki, cavabdehə ciddi xəbərdarlıq edilib, sinif rəhbərliyindən azad edilib və dərs saatları azaldılıb. O, yoldaşı və övladıyla birlikdə 2022-ci ilin yanvar ayında cavabdehin evində qonaq olarkən o, öz mobil telefonu ilə onun yoldaşı və övladı ilə birlikdə bir-neçə selfi-foto şəkillər çəkib. Cavabdeh onu, ailəsini və nəslini 21 səsli mesajla təhqir etdikdən sonra o və həyat yoldaşı cavabdehin nömrəsini blok etmişlər. Cavabdeh 21 avqust 2022-ci il tarixində anasına məxsus ***-***-**-** whatsapp nömrəsi ilə onun həyat yoldaşına mesaj yazmışdır. Həyat yoldaşı nömrənin kimin olmasını ondan soruşmuş, o, öyrənib bilmişdir ki, yazan cavabdehdir və həmin anda çox sarsıntı keçirərək cavabdehi təhqir etmişdir. Hətta, 19 yanvar 2023-cü il tarixində xarici nömrədən +380-93-396-0682 ona whatsapp vasitəsi ilə mesaj göndərilərək onu ailəsiylə şantaj etdilər. Onun həyat yoldaşının şəklini mantaj edib şəkli n altından əxlaqsız sözlər yazmışlar. Həmin xarici nömrə ona yazmıışdır ki, “facebookda Cavabdeh barədə yazılanları sil yoxsa yoldaşının bu şəklini hər yerə yayacağam.” O, isə həmin nömrəyə bildirmişdir ki, cavabdeh barədə sosial şəbəkədə nə yayılıbsa, bunun onunla heç bir əlaqəsi yoxdur. Həmin mantaj olunmuş yoldaşının şəklini məhz cavabdeh, o və ailəsi onlarda qonaq olarkən çəkmiş və whatsappdan ona da göndərmişdi. Birə-bir eyni həmin şəkildən cavabdeh özünü kəsib çıxarıb və onun yoldaşının şəkli ilə şantaj edirdi. Bundan sonra cavabdeh onun yoldaşının mantaj olunmuş şəkillərini X3 Şərəfxanova +**********40, Şahid4 +**********62 və Şahid3 +**********69 göndərərək onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Bütün bu hadisələr nəticəsində nəinki o, hətta ailə üzvləri də mənəvi sarsıntı k eçirib. Cavabdeh həmin səslərdə hətta ona hədə-qorxu belə gəlmişdir, nəsli barədə təhqir və böhtan dolu sözlər demişdir.
4. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, onun tərəfindən iddiaçıya qarşı hər hansı bir qeyri-qanuni hərəkətlər edilməmişdir, əksinə iddiaçı tərəfindən şəxsiyyətini və cəmiyyət arasında nüfuzunu ləkələyən məlumatlar yaymışdır. Bununla əlaqədar Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16 yanvar 2023cü il tarixli 2(055)-41 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və ondan üzr istəməsi ilə 1000 manat maddi ziyan tutularaq ona ödənilməsi qət edilmişdir. Yəni Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının təqsirli olduğu açıq-aydın sübuta yetirilmişdir. Yalnız cavabdehin bu iddiasından sonra iddiaçı ona qarşı eyni mahiyyətli iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bu da məsuliyyətdən yaxa qurtarmaq üçün edilən bir addımdır və özünü müdafiə xarakterli daşıyır. Ona görə də iddiaçının maddi və mənəvi ziyan tələbini əsassız sayır. İddiaçı həyat yoldaşı Əliyeva Aytacla ona qonaq gələrkən evdə şəkillərə baxarkən, icazəsiz hamısını çəkmişdir. Düşmənçilik zəminində aralarında münaqişələr başlayarkən çəkdiyi onun və ailəsinin şəkillərini Facebook və Youtube sosial şəbəkələrində paylaşmışdır. İddiaçı cavabdehin işlədiyi məktəbin direktoruna və Elm və Təhsil nazirliyinə onun haqqında yazmışdır ki, guya o, çox pozğundur, müəllim işləməyə layiq deyil. Elm və Təhsil Nazirliyi ona bildirmişdir ki, işlədiyi müddətdə 64 saylı tam orta məktəbdə heç bir qanunsuzluğa yol verməmişdir. İddiaçı ondan Nəsimi rayo n 19 saylı polis bölməsinə də şikayət etmiş, cavabdeh orda da izahatını vermişdir. Eyni zamanda, 2023-cü ilin yanvarında, 2023-cü ilin aprel ayında Xətai RPİ-nin 34-cü polis bölməsində tədqiqat aparılmışdır və sonda bu işə xitam verilmişdir. İddiaçı hələ də ona qarşı hədə-qorxu, şantaj, şərəf və ləyaqətinə, şəxsi nüfuzuna, imicinə xələl gətirən hərəkətləri ilə davam edir. İddiaçının həyat yoldaşı Əliyeva Aytac dəfələrlə iddiaçıdan ona şikayətlənərək demişdir ki, “o, çox şərəfsiz, təhlükəli, tərbiyəsiz adamdır.” Günlərlə Aytacın mobil nömrəsini bloklamışdır. Aytac da uşağının həm ac, həm də pamperssiz qaldığını deyirdi. Qaynatasından həmişə şikayət edirdi. Ona qonaq gələndə bunun şahidi olmuşdur, belə ki, Aytacı iddiaçının atası telefon vasitəsilə söyüb təhqir edirdi ki, niyə onu tək qoyub şəhərə getmişdir. İddiaçı onun mail səhifəsinin parolunu oğurlayaraq, BBPİ-nə çox tərbiyəsiz bir məktubu onun e-mail-i vasitəsilə göndərmişdir. İddiaçı guya o, məktəbdən çıxarkən cavabdehi maşına zorla mindirib zorlamışdır. O, təbii ki, izahatına qətiyyən belə bir hadisənin baş vermədiyini yazmışdır. İddiaçı hələ də ondan əl çəkmir, öz çirkin əməllərini davam etdirir. 1000 manat təzminatı ödəməmək üçün çıxış yolu axtarır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 avqust 2023-cü il tarixli 2(011)-3314/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 manat pul və ödənilmiş 16,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsind ə səsli ismarıc göndərməklə İddiaçı üzr istəmək vəzifəsinin qoyulması, ödənilmiş dövlət rüsumunun 33,50 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 21 səsli ismarıcdakı səslərin cavabdehə məxsus olması ilə bağlı qeyd etmişdir ki, cavabdeh özü xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş optik daşıyıcıda olan audio yazılardakı səsli ismarıcların ona aid olduğunu və onun tərəfindən cavabdehə göndərildiyini etiraf etmişdir.
7. Əlavə olaraq onuda qeyd etmişdir ki, optik daşıyıcıda əks olunmuş audio yazının tədqiqi zamanı müəyyən olunur ki, qeyd olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələrdir. Belə ki, həmin sə sli ismarıclarda bütövlükdə əxlaqi prinsiplər baxımından insan üçün olduqca həssas məqamlara toxunulmuş, etik qaydalara uyğun olmayan fikirlər bildirilmişdir. Beləliklə də cavabdehin səsləndirdiyi və iddia ərizəsinə əlavədə yazılı şəkildə qeyd edilmiş ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olması şübhə doğurmur. İddiaçının şərəf və ləyaqətini ləkləyən söz və ifadələrin yayılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən göndərilmiş 21 səsli ismarıc “Whatsup” ani mesajlaşma mobil tətbiqi vasitəsilə yalnız iddiaçının özünə ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının ünvanına qeyd olunan ismarıcın göndərilməsi iddiaçının özünü öz gözündə aşağılamaq üçün yetərli olduğundan, bu hərəkətlərin ləyaqəti alçaldan hərəkət olması mübahisəsiz haldır. Ləyaqətin alça ldılması da məhz bunu özündə ehtiva edir. Çünki ləyaqət hissi insanın özünün-özünə verdiyi qiymət olduğu üçün həmin hissi ləkələyən məlumatların şəxsin özünə deyilməsi də artıq kifayətdir.
8. Söz və ifadənin doğru olub-olmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, səsli ismarıclardakı səsləndirilən məlumatları həqiqəti əks etdirmir. Cavabdeh müəyyən faktlara istinad etdiyi halda, həmin faktların sübut etmə vəzifəsi məhz onun üzərinə düşüb. Qanunvericilik qeyd olunan məlumatların həqiqətə uyğun olub-olmamasını sübut etmək vəzifəsini məlumatları yayan şəxsin üzərinə qoyduğu halda cavabdeh səsli ismarıclardakı səsləndirdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iddiaçının həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərilən şəkillərə və böhtan yazıla rı eyni yolla təkzib etməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı öz şərəf və ləyaqətinin müdafiəsini tələb edə bilər, ailə üzvlərinin şərəf və ləyaqətinin müdafıəsi üçün müvafiq şəxsin özü iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasnın 46-cı maddəsinin 1-ci hissəsində qeyd olunub ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsədə təmin edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, barəsində şərəf və ləyaqətini ləkələyən sözlərin və ifadələrin yayılması, heç şübhəsiz ki, iddiaçının şüurunda mənfi psixoloji emosiyalara səbəb olmuş, əsəb və psixoloji sarsıntılar keçirmiş və bunun nəticəsində o, mənəvi zərər çəkmişdir..
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 1097.1, “Şərəf və ləyаqətin müdаfiəsi bаrədə qаnunvеriciliyin məhkəmələr tərəfindən tətbiq еdilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 14 mаy 1999cu il tаriхli 7 sаylı qərаrı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4, və 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi onun səs yazıları olan disklərdəki səs yazısı da sadəcə iddiaçının onu təhqir etməsi nəticəsində ona verilmiş cavablar ola bilərdi. Yəni o qərəzli şəkildə və qəsdən iddiaçı barədə hər hansı bir şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymamış, aralarında olan mübahisə də yalnız ikisinə aid olmuş və digər şəxslərin bundan məlumatı olmamışdır. Şahid1 ona yaxınlaşaraq özü etiraf etdi ki, İddiaçı yoldaşının fotolarını Şahid3 onun vatsapp nömrəsinə və qrupa göndərmişdir. Şahid1 xx.xx.2023-cü il tarixli notariat qaydada verdiyi ərizədə də bunları təsdiq etmişdir. Şahidlə r hakim tərəfindən məhkəmə prosesinə dəvət olunsalar da, heç biri məhkəmə prosesində iştirak etmədilər və məhkəmə linqvistik ekspertizası keçirilmədən məhkəmə İddiaçı xeyrinə qərar cıxardi. İşin hallarından da görünür ki, tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını təsdiq edən hər hansı bir sübut olmadığı halda, məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli ekspert rəyinə görə ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “Xətai rayon Məhkəməsinə”, “xx.xx.2023” xüsusi qeydi olan “Ahuang” markalı ağ rəngli diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı (3-cü səs yazısı, tədqiqatı tələb olunan mübahisəli fonoqramın adı: 1- Cavabdeh təhqirləri) danış ıqların tədqiqi hissədə yazılmış yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur.
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-928/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək,birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, səsləndirilmiş ifadələrin əxlaqi-mənəvi prinsiplərə, etik qaydalara uyğun olmadığı, şəxsin şərəf və ləyaqətini alçaldan və onu qiymətdən salan ifadələr olması kifayət qədər aydın və aşkardır (məhz bu səbəbdən cavabdehin Kollegiyaya ünvanladığı məhkəmə-linqvistik ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsinə z ərurət olmamışdır). Şərəf və ləyaqətin müdafiəsi işlərində yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə qarşı hər-hansı mötəbər sübut təqdim edə bilməmişdir.
17. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, aralarında olan mübahisə də yalnız ikisinə aid olmuş və digər şəxslərin bundan məlumatı olmamışdır. Bununla bağlı məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh tərəfindən göndərilmiş 21 səsli ismarıc “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə yalnız iddiaçının özünə ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının ünvanına qeyd olunan ismarcın göndərilməsi iddiaçının özünü öz gözündə aşağılamaq üçün yetərli olduğundan, bu hərəkətlərin ləyaqəti al çaldan hərəkət olması mübahisəsiz haldır.
18. Apellyasiya məhkəməsi iddaçının mənəvi ziyan çəkməsinə dair dəlilinə münasibət bildirərək hesab etmişdir ki, mənəvi zərərlə bağlı da iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edib. Belə ki, iddiaçının yayılan məlumata görə keçirdiyi stresi, narahatlığı, məyusluğu birinci instansiya məhkəməsinin mənəvi sarsıntılar kimi qiymətləndirməsi və cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin tutulması ağlabatan və ədalətli olmuşdur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 21.3, 23.1, 23.2, 23.4, 1097-ci,Azərbaycan Respublikası MPM-in 77.1,119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabde h (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
27. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ail ə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
28. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
29. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatlar ın təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
30. Maddə 1097. Müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvu ran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 2 17.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi aktının dəyişdirilmədən saxlanıldığından məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yo l verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-928/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.