Məhkəmə qərarları › İş №2(102)-2876/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2876/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2876/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, http://supremecourt.gov.az/static/view/282X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasınd a baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) xx xxxxxxx 201 9- cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı MMCnin Cavabdeh qarşı Cavabdeh əsas borc üzrə 16.729 manat, faiz borcu üzrə 22.221,06 manat olmaqla, cəmi 38.950,06 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” markalı (buraxılış ili 2008, Ban – KMHSH81DP9U441264, rəngi qara, mühərrik - 246895) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSCnin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC kasasiya şikayəti ilə Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 16.729 manat, faiz borcu üzrə 22.221,06 manat olmaqla, cəmi 38.950,06 manat məbləğində kredit borcunun və həmçin in ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” markalı (buraxılış ili 2008, Ban – KMHSH81DP9U441264, rəngi qara, mühərrik - 246895) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSCnin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instans iyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh ilə «xxxx» ASC Nərimanov filialı arasında xx xxxxxx 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə avtomobil almaq məqsədilə ilə 21.600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin təminatı 2008-ci il buraxılışlı, ban nömrəsi KMHSH81DP9U441264, qara rəngli, mühərrik nömrəsi 246895, “HYUNDAİ SANTA FE” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka müqaviləsinə əsasən ipotekaya qoymuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə əsas borc qismində 16.729 manat, xx.xx.2017-ci il tarixə faiz borcu qismində 22.221,06 məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlməklə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subye ktiv hüquqa malik olub-olmamasına lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kolelgiyası qeyd edir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiy ar kimi təzahürü ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn dig ər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». İş materiallarında olan sənədlərdən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016cı il tarixdə bağlanmış xidməti müqaviləyə əs asən “xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər SAVK-1847 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zi dd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi “xxxx” ASC ilə “xxxx” QSC arasında tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə bağlandığından “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC isə İddiaçı MMC arasında bağlanmış xidməti müqaviləyə əsasən “xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-ni n problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Belə olan halda isə İddiaçı MMC-nin Cavabdeh qarşı qeyd olunan kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddianı tələb hüququ olmayan şəxs verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Bu mənada apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə haqlı olmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmi şdir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apelyasiya şikayətinin təmin olunması mümkün deyildir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiy ası QƏRARA ALDİ: İddiaçı MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar