Məhkəmə qərarları › İş №2(102)-2876/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2876/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2876/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3951/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 xx.xx.2018-ci ildə X6 ilə nikaha daxil olmuş, nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Fazil Ağayev iddiaçı ilə nikahda olduğu müddətdə - xx.xx.2020-ci il tarixdə özünün mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 63.1 kv. metr olan yaşayı evini və torpaq sahəsini İddiaçı1 bağışlamış, evin və torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. (Həmin ev və torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdı).

2. Cavabdehlər – xx.xx.1977-ci il t əvəllüdlü Cavabdeh2 və xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 X3 əvvəlki nikahından olan övladlarıdır. Onlar Bərdə şəhərində doğulmuşdur və Cavabdeh2 ünvan 1 ünvanda, Cavabdeh1 isə Bərdə rayonun Türkmən kəndində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən və mülkiyyətində olan evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlərin atası X6 ilə birgə nikahda olduğu dövrdə, sonuncunun əvvəlki nikahından olan uşaqlarına, yəni hazırki iş üzrə cavabdehlərə də onlarla bi rgə yaşamağa icazə vermişdir. Lakin hazırda onlar ayrılmış, X6 ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Dəfələrlə cavabdehlərdən ona məxsus evdən çıxmasını tələb etsə də, onlar iddiaçıya məxsus olan evdən çıxmamış, mütamadi olaraq evdə narazılıq yaratmışlar.

5. Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(021)-1943/2021 saylı qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, mübahisəli ev iddiaçıya bağışlanmış, bağışlanma edilən zaman isə cavabdehlər həmin evdə yaşamışlar. Göründüyü kimi, mübahisəli evi iddiaçı yüklü olaraq, yəni cavabdehlərin orada yaşamağa davam etdiyi vəziyyətdə qəbul etmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən isə, evdən istifadə hüququ olan şəxs yalnız hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi halda mənzilə mülkiyyət hüququ özgəninkiləşdirildikdə istifadə hüququna xitam verilə bilər. Hazırki iş üzrə isə cavabdehlərin hüquqlarından imtinaları barədə razılaşma aşkar edilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.1, 228.2 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(104)-3951/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası qətnaməsini əsaslandırarkən bildirmişdir ki, cavabehlər iş üzrə iddiaçının keçmiş ərinin uşaqları olmaqla onun ailə üzvləridirlər, həmin ev bağışlama müqaviləsinə əsasən özgəninkiləşdiriləndə cavabdehlər həmin evdə yaşamış, hazırda da yaşamaqda davam edirlər, yəni iddiaçı həmin evi yüklü əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

11. Məhkəmə kollegiyasi öz mövqeyini Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 27.1, 152, 228-ci, MPM-in 14.2,217.3,217.4-cü maddələrinə istinad edər ək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək (vəkil X2 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir

13. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, mübahisəli ev rəsmi olaraq onun adına olsa da, hazırda orada cavabdehlər yaşayır və iddiaçının orada yaşamağına maneçilik törədirlər. İddiaçı özü isə hazırda övladı və nəvələri ilə birlikdə ayrı evdə kirayədə yaşayır.

14. Kassator şikayətini əsaslandırarkən Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz ə mlakını geri tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibə tlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edərək bildirmişdir ki, cavabdehlər iş üzrə iddiaçının keçmiş ərinin uşaqları olmaqla onun ailə üzvləridirlər, həmin ev bağışlama müqaviləsinə əsasən özgəninkiləşdiriləndə cavabdehlər həmin evdə yaşamış, hazırda da yaşamaqda davam edirlər, yəni iddiaçı həmin evi yüklü əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

24. Məhkəmələrin ev bağışlanarkən cavavdehlərin istifadə hüququ ilə yüklü olması barədə məhkəmənin qənaəti, bunun üçün zəruri olan bütün faktlar tədqiq edilməklə və hansı hüquq normaları əsasında yoxlandığı göstərilməklə əsaslandırılmayıb. Belə ki, Cavabdeh4 məhkəmədə verdiyi yazılı izahatında göstərilir ki, atası Bərdə rayonun Türkmən kəndində yerləşən evi 46000 manata satdıqdan sonra 2017-ci ildə mübahisəli evi almışdır və həmin vaxtdan mübahisəli evdə yaşayır. Eyni zamanda digər cavavbdeh Cavabdeh3 həbsdə olmuşdur və 2018-ci ildə həbsdən çıxandan sonra onun yanında yaşayır.

25. X14 mülkiyyətində Bərdə rayonun Türkmən kəndində yaşayış evinin olması, həmin evin cavabdehlərin istifadə hüququ və ya əmlak hüququ ilə yüklü olması, e vin onların razılığı olmadan satılması, 2017-ci ildən mübahisəli evdə yaşaması iş materialları ilə müəyyən olunmur.

26. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 11-802 saylı arayışında (səh. 85) qeyd olunur ki, Fazil Ağayev təsərrüfat kitabına 2017-ci ildə Sənubər Mehdiyeva ilə birlikdə qeydiyyata düşmüş, xx.xx.2021-ci ildə Sənubər Mehdiyevanın övladı X4, nəvələri X5, X7 və yeznəsi X8 təsərrüfata qeydiyyata alınmışdır.

27. Cavabdehlərin həmin təsərrüfata qeydiyyata alınması barədə hər hansı sübut yoxdur. Mülki işin 98-ci səhifəsində və sonrakı səhifələnməmiş vərəqdə olan arayışlarda cavabdehlərin Bərdə rayonun Qazqurdalı kəndində yaşadıqları qeyd olunsa da, onların hansı əsasla orada yaşaması, təs ərrüfatda qeydiyyata alınması, arayışın hansı mənbədə əksini tapmış məlumatlar əsasında verilməsi qeyd olunmamışdır.

28. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam вerildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilmə lidir.

29. Konstitusiya Məhkəməsinin bu mövqeləri baxımından işin hallarına nəzər salındıqda görünür ki, evin alınması barədə sənəd işə əlavə olunmamışdır, lakin evin 2017-ci ildə alınması mübahisələndirilmir. Bu halda, ev alınan vaxtı cavabdehlərin həmin evə hansı hüququnun və hansı əsasla yaranması qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında müəyyən olunmalı idi. Lakin bu cür əsaslandırma aparılmamışdır.

30. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

31. Lakin apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin bu qərarının tətbiqi ilə bağlı işin hallarını tam araşdırmamışdır. Belə ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsində onun ünvan 1 ünvanda, Cavabdeh1 şəxsiyyət vəsiqəsində isə onun Bərdə rayonun Türkmən kəndində qeydiyyatda olması qeyd olunub.

32. Lakin onların həmin ünvanlarda yerləşən yaşayış sahələ ri ilə hansı bağlılığının olması, oraya hüquqlarının itirilməsi və ya qalması müəyyən olunmamışdır. Bu hal xüsusilə ona görə zəruridir ki, cavabdehlər 1977 və 1979-cu il təvəllüdlü olmaqla, şəxsiyyət vəsiqələrində evli olduqları göstərilir. Onların evli olduqları halda indiyə qədər hansı ünvanda yaşaması, atalarının təsərrüfatından ayrılıb-ayrılmaması, başqa yerdə yaşayış sahəsinə malik olub-olmaması müəyyən olunmamışdır.

33. Məhkəmə kollegiyası xatırladır ki, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onl arın prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının h əmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

36. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

37. Məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunması üçün işin halları tam, obyektiv və hərtərəfli araşdırılmadığına görə prosessual hüquq norması pozulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.

38. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, Cavabdeh2 tərəfindən ərizə daxil olmuşdur. Həmin ərizədə cavabdeh iddiaçı ilə evdən çıxmaq barədə razılığa gəldiyini, mübahisəli evdən çıxmamağa onu qardaşı Cav abdeh3 məcbur etdiyini bildirmiş və kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

39. Cavabdeh4 həmin ərizəsinə kassasiya icraatında qiymət verilməsi mümkün olmadığına görə apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Cavabdeh4 mövqeyini öyrənməli, Cavabdeh4 iddianı etiraf etməsi və ya barışıq sazişi bağlanmaqla işin yekunlaşdırılmasını müzakirə etməlidir.

40. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3951/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar