Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2877/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülmə tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-79/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC-nin sədri X1 ilə 07 oktyabr 2009-cu il tarixdə 2 müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünavnında inşa olunan "xxxx"MMC-yə məxsus 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda ümumi sahəsi 322 kv.m olan, 2-ci blokunda ümumi sahəsi 352 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzilləri tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən "xxxx" MMC-yə 322 kv.m olan mansardın dəyəri kimi 32200 manat, 352 kv.m olan mansardın dəyəri kimi 35200 manat pul ödənildiyinə dair "xxxx" MMC-nin 07 oktyabr 2009-cu il tarixli maliyyə arayışları tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunan "xxxx" MMC-yə (hazırki hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli sahəyə köçürülməsi, hüquqi xidmətə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 7 oktyabr 2009-cu il tarixdə bağladığı 2 müqaviləyə əsasən Abşeron ra yonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzilləri tikib ona təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etmiş, mənzillərin dəyərini, yəni cəmi 67.400 manatı tam ödəmiş, bu barədə 07 oktyabr 2009-cu il tarixli maliyyə arayışları verilmişdir. İddiaçı dəfələrlə binanın tikintisi ilə maraqlanaraq mənzilləri təhvil alıb köçmək və rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Cavabdeh müxtəlif bəhanələrlə iddiaçını mənzillərə daxil olmağa qoymamış və onun 29 dekabr 2017-ci il tarixli və 9 avqust 2018-ci il tarixli ərizələrinə cavab verməmişdir.
5. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (hazırki hüquqi varisi "xxxx" mənzil tikinti kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsi, hüquqi xidmətə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin (Progress-2016 MTK) nümayənd əsi X3 izahatında bildirmişdir ki, mübahisələndirilən müqavilələrdə mansard tipli mənzillərin ayrılması nəzərdə tutulmamışdır. Belə ki, mansard tipli mənzillərə dair müvafiq tələblər o cümlədən mənzilin yerləşmə mərtəbəsi, mənzilin və otaqların sayı, mənzillərin nömrələri hər mənzilin ayrı-ayrılıqda sahələri göstərilməmişdir. Tələb üzrə köçürülmə mübahisələndirilən texniki mərtəbə olmadığından tələbin təmin olunması mümkünsüzdür. Odur ki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(012)-5233/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçıya verilməsi nəzərdə tutulan mənzil lərin yerləşmə mərtəbəsi, mənzillərin və otaqların sayı mənzillərin nömrələri göstərilməmişdir. Binanın faktiki vəziyyətinə əsasən iddiaçının tələb etdiyi mənzilləri müəyyən etmək mümkün deyildir. Başqa sözlə iddiaçının cavabdehə yönəlmiş tələbi məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329, 386, 389, 390-cı, Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, qətnamə qanunsuz və ədalətsiz olmaqla işin faktiki hallarına uyğun gəlmir və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, 2009-cu ildə bağlanmış müqavilədə “Payçı”ya 14 mərtəbəli binanın 14-cü mərtəbəsində mansard tipli mənzillərin iddiaçıya verilməsi öz əksini tapmışdır. Lakin 2013-cü ildə tikilən binanın işçi layihəsində dəyişikliklər aparılaraq 14 mərtəbə əvəzinə 15 mərtəbənin tikilməsi qərara alınmışdır. Layihənin dəyişdirilməsi barədə iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Bu isə iddiaçının günahı deyildir. Cavabdeh tərəfindən bu barədə iddiaçıya məlumat verilməməsi onun hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə bu qətnaməni çıxararkən sübutlara aid tələbləri ciddi şəkildə pozmuşdur. Belə ki, işin gedişində cavabdeh tərəfindən eskiz layihəsi verilərkən iddiaçının nümayəndəsi kimi onun təkidlə layihənin qanunvericiliyə uyğun olaraq notariat qaydada təsdiq olunmasını tələb etməyinə baxmayaraq məhkəmə buna məhəl qoymamışdır. Bundan başqa qətnamədə göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanda inşa olunan "xxxx" məhdud MMC-yə (hazırki hüquqi varisi "xxxx" MTK) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsini istəmiş, lakin onunla cavabdeh arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqların sayı və nömrələri göstərilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mansard mərtəbəsi anlayışını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Şəhərs alma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansard mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Ona görə də qanunun tələblərinə uyğun olaraq iddiaçı qeyri-yaşayış sahəsini yox, məhz mansard tipli mənzilləri istəmişdir. İcraçı müqavilədə üzərinə götürdüyü öhdəliyi icra edib bu yaşayış sahələrini iddiaçıya təhvil verməlidir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(105)1461/2019 saylı qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrl ik edən və məruzəçi hakim) Ş.Abasov və A.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçıya verilməsi nəzərdə tutulan mənzillərin yerləşmə mərtəbəsi, mənzilin və otaqların sayı, mənzillərin nömrələri göstərilməmişdir. Binanın faktiki vəziyyətinə əsasən iddiaçının tələb etdiyi mansard tipli mənzilləri müəyyən etmək mümkün olmadığından iddianın təmin olunması mümkün deyildir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152, 324, 329, 386, 389, 390-cı, Mülki Prosessual Məcəllənin 88, 121-ci maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətində apellyasiya şikayətində qeyd olunan hallar təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, 2009-cu ildə bağlanmış müqavilədə iddiaçıya 14 mərtəbəli binanın 14-cü mərtəbəsində mansard tipli mənzillərin verilməsi öz əksini tapmışdır. Lakin 2013-cü ildə tikilən binanın işçi layihəsində dəyişikliklər aparılaraq 14 mərtəbə əvəzinə 15 mərtəbəlinin tikilməsi qərara alınmışdır. İşin gedişində cavabdeh tərəfindən təqdim edilən "eskiz layihəsi" qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq olunmamışdır. Bu isə Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə ziddir. Məhkəmə qətnamə qəbul e dərkən, mansard mərtəbəsi anlayışını nəzərə almayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən "mansard mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir". Qanunun tələblərinə uyğun olaraq o, qeyri-yaşayış sahəsi yox, məhz mansard tipli mənzil istəmişdir. Məhkəmə qətnaməsində müqavilələrdə otaqların sayının və nömrələrinin göstərilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, yaşayış üçün nəzərdə tutulmuş mansard mənzilləri 1-ci blok (ümumi sahəsi 322 kvadrat metr) və İİ-ci bloklarda (ümumi sahəsi 352 kvadrat metr) bütün sahəni müqavilənin tələblərinə uyğun olaraq "icraçı" "payçı"ya verməyi öz öhdəsinə götürübsə, hansı nömrədən və saydan söhbət gedə bilər? Məhk əmə iş materiallarında olan "xxxx"MTK-nin xx.xx.2018-ci il tarixli, 15/11 saylı arayışına qiymət verməmişdir. Arayışından açıq-aşkar görünür ki, müqavilədə nəzərdə tutulmuş 14 mərtəbəli bina artıq 15 mərtəbəli olub. Eyni zamanda həmin arayışın 4-cü abzasında cavabdeh özü yazır: "...yaşayış binasının mübahisə predmetinə aid 1-ci və 2-ci bloklarında layihə üzrə 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatmış". Bu da o deməkdir ki, bina və mənzillər mövcuddur. İcraçı sadəcə olaraq öz müqaviləsində özü götürdüyü öhdəliyi icra edib bu yaşayış sahələri ona təhvil verməlidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6107/2019 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov) kassasiya şikay əti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instanisyası məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK-nin 15 noyabr 2018-ci il tarixli, 15/11 saylı arayışına istinad edərək hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqlarının sayı və nömrələrinin göstərilmədiyini, həmçinin 2006-cı il tarixli eskiz layihədə mansard tipli mərtəbədə qeyri-yaşayış sahəsi olan texniki mərtəbə layihələndirilsə də, 2013-cü il tarixdə təsdiq edilmiş yaşayış binasının eskiz layihəsində mansardın nəzərdə tutulmamasını qeyd etmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr bu nəticəyə gələrkən təkcə cavabdeh MTK-nın nümayəndəsinin izahatına, cavabdeh MTK tərəfindən təqdim edilmiş arayışa və eskiz layihələrə istinad etməkdə haqlı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh "xxxx" MTK işin nəticəsində birbaşa maraqlı olan şəxsdir. Ona görə də, MTK-nın nümayəndəsinin izahatında və MTK tərəfindən təqdim olunmuş arayışlarda göstərilən hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalıdır. Cavabdehin irəli sürdüyü binanın 2013-cü ildə yenidən tərtib edilmiş eskiz layihələrində mansard tipli sahənin olmaması barədə dəlili tikinti-inşaat sahəsində xüsusi biliyə malik şəxs tərəfindən layihə sənədlərinə əsasən yoxlanıla bilər. Faktiki olar aq mansard tipli sahənin mövcudluğunu isə yerində baxış keçirilməklə aşkar etmək mümkündür. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi bu hallara əhəmiyyət verməmiş, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri araşdırmamışdır Bundan başqa, işə baxan məhkəmələr iş üzrə həqiqəti müəyyən etmək üçün qeyd olunan halların müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb etmək, yaxud məhkəmə-tikinti texniki ekspertizası təyin edib rəy almaq, yerində baxış keçirmək kimi prosessual hərəkətlərin icrasının müzakirə etməmişdir.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-in 14, 88-ci maddələrinə istinad etmişdir. Ç)Apellyasiya instanisyası məhkəməsindəki ikinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-79/2021 saylı qət naməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi hakim), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
23. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və binaya yerində baxış keçirilmişdir. Keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasında tikinti işləri davam etməkdədir. Binadakı tikinti işləri tamamlanmasa da binanın fasadı, dam örtüyü hazır vəziyyətdədir. Ümumi baxış zamanı mübahisə predmeti olan binada mansard müşahidə olunmamışdır.
24. İş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli, 10/3505 saylı ekspert rəyi ilə mü əyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının İ blok (ümumi sahəsi 322 kv.metr), İİ blok (ümumi sahəsi 352 kv.metr) olan yaşayış sahəsi üçün nəzərdə tutulmuş mansard mənzil sahəsi mövcud deyildir. ünvan 3 ünvanda inşa olunan "xxxx" MMC-yə məxsus (hazırkı hüquqi varisi "xxxx" MTK) və İİ blok (ümumi sahəsi 352 kv.metr) (layihə üzrə D bloku) olan yaşayış üçün nəzərdə tutulmuş ev (bina) mövcuddur. Lakin tədqiq olunan ünvanda inşa olunmuş binalara dair 2006-cı və 2013-cü illərdə tərtib olunmuş layihə sənədlərində mansard tipli mənzillər nəzərdə tutulmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, birinci in stansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
26. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 324, 329, 386, 390, MPM-in 4, 14, 77, 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin düzğün mövqe tutmaması işin düzgün baxılmamasına gətirib çıxarmışdır. Məhkəmə qətnamə qəbul edərkən, ən əsas mansard mərtəbəsi anlayışını nəzərə almayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən “mansard mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir”. Ona görə də qanunun tələblərinə uyğun olaraq o qeyri-yaşayış sahəsini yox, məhz mansard tipli mənzilləri istəmişdir. Məhkəmə sübutlara aid tələbləri ciddi şəkildə pozub. Belə ki, işin gedişində cavabdeh tərəfindən “eskiz layihəsi” verilərkan, onun vəkilinin təkidlə onu qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq olunması tələb etməsinə baxmayaraq, məhkəmə buna məhəl qoymamışdır. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
30. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
31. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci ma ddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında m üqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş hallara görə, İddiaçı "xxxx" MMC ilə bağladığı 07 oktyabr 2009-cu il tarixli müqavilələrdə MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünavnında inşa olunan "xxxx"MMC-yə məxsus 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda ümumi sahəsi 322 kv.m olan, 2-ci blokunda ümumi sahəsi 352 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzilləri tikib iddiaçıya təhvil verməyi öhdəs inə götürmüşdür.
43. İddiaçı həmin müqavilə şərtlərinə əsasən, onun ünvan 1 ünvanda inşa olunan "xxxx" MMC-nə (hazırki hüquqi varisi "xxxx" mənzil tikinti kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsini tələb edir.
44. Lakin məhkəmələr tərəfindən müəyyən olunmuşdir ki, cavabdehin inşa etdiyi binanın 1-ci blokunda ümumi sahəsi 322 kv.m olan, 2-ci blokunda ümumi sahəsi 352 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillər yoxdur. Ümumiyyətlə inşa olunmuş binalara dair 2006-cı və 2013-cü illərdə tərtib olunmuş layihə sənədlərində mansard tipli mənzillər nəzərdə tutulmamışdır.
45. İddiaçının tələbinin təmin olunması, yə ni istədiyi yaşayış sahəsinə köçürülməsi üçün həmin sahələr mövcud olmalıdır. Məhkəmələr iddiaçının köçürülməsi tələb olunan mansard tipli mənzillər mövcud olmadığına görə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
46. Məhkəmə kollegiyası kassatorun eskiz layihəsinin notariat qaydada təsdiq olunmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktik hallarının müəyyən edilməsi ilə əlaqəlidir və kassasiya icraatında qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-79/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.