Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2878/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Azərbaycan Respublikası X5, AR X5 “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu İddia tələbi: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Açar sözlər: işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi Nümayəndə, vəkili Vəkil1, İddiaçı, vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası X5 “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı 05 yanvar 2017-ci il tarixdən gözətçi işinə qəbul (təyin) edilmiş, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyindən sonuncu 01 aprel 2019-cu il tarixli əmrlə bağban işinə keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası X4 X1 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 03 dekabr 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bundan sonra, İddiaçı Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun 29 may 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 01 iyun 2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 24 iyun 2020-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X5 “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun işdən azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş bur axma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-988/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddia ərizəsində həmin əmrin qanunsuz və əsassızlığını göstərən hallar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, işəgötürən, yəni cavabdeh “Yuxarı Baş” Milli TarixMemarlıq Qoruğu tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmr qanuni və əsaslı olduğundan iddiaçının cavabdehlər Azərbaycan Respublika sı X5 və Azərbaycan Respublikası X5 “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2011/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov, Ə.T.Məcidov, M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası X5 “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun 01 iyun 2020-ci il tarixli, 27/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işlədiyi bağban vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə “bəndinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Mübahisələndirilən əmrin rəsmiləşdirmə proseduralarına və əmrin məzmununa xüsusi diqqət yetirilməklə, müəyyən edilmişdir ki, sözügedən mübahisəli əmr qanunvericiliyin tələblərinə uyğun tər tib edilməmişdir. Həmçinin göstərilmişdir ki, heç bir pozuntu törətmədiyini, əmək funksiyalarını lazımınca yerinə yetirdiyini sübut etmək işçinin vəzifəsi olmamaqla, bunun əksini, eləcə də verdiyi əmrin qanuniliyini və zəruriliyini sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Bundan əlavə, işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv edərkən həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Kassasiya şikayətlinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayətində qənamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi əmri formal əsasl arla ləğv etmiş, iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmamasını müəyyən etmədən həmkarlar ittifaqının razılığını alınmamasına istinad etmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsası nda tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı 10 sentyabr 2015-ci il tarixdən «Yuxarı Baş Dövlət Qoruğuna xüsusi vəsait üzrə bağban təyin edilmiş, 05 yanvar 2017-ci il tarixdən Şəkixanlarının evində gözətçi vəzifəsinə qəbul edilmiş, 01 aprel 2019-cu il tarixdən bağban işinə keçirilmişdir. İddiaçı 03 dekabr 2019-cu il tarixdə X4 X1 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə, ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bundan sonra, iddiaçı 29 may 2020-ci il tarixdə Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə, ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət ve rilmişdir. 01 iyun 2020-ci il tarixdə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilməklə xitam verilmiş və axırıncı haqq-hesab ödənilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsi barədə əmrin qanuniliyini mübahisələndirməklə, əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini müəyyən edən 300-cü maddəsinin tələblərinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əm əl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin maddənin məzmunundan göründüyü kimi, əmək münasibətlərinə işəgötürən tərəfindən xitam verilərkən, sonuncunun Əmək Məcəlləsinin 70, 71, 76 və 79-cu maddələrinin tələblərinə riayət edilməməsi işçinin vəzifəsinə bərpa edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin konkret əsasları müə yyən edilmişdir ki, həmin maddədə göstərilməyən əsasla əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilməsi yolverilməzdir. Həmin Məcəllənin 71-ci maddəsi ilə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər müəyyən edilmiş, həmçinin təsbit edilmişdir ki, işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlərin dairəsi, Məcəllənin 79-cu maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit edilmişdir. Beləliklə əmək qanunvericiliyinin tələblərinə görə işəgötürən tərəfindən yuxarıda sadalanan normaların tələblərinə əməl edilməməsinin əmək mübahisəsini həll edən məhkəmə tərəfind ən müəyyən edilməsi məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi isə, qeyd edilən pozuntuların olub-olmamasını ümumiyyətlə müəyyən etməməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən İddiaçı işdən azad edilməsi barədə 01 iyun 2020-ci il tarixli, 27/k nömrəli əmr verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilmişdir. Halbuki işçi bu kimi pozuntularla işdən azad olunanda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad olunur. Konkret halda isə İddiaçı əməlində Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tərkibi sübut olunduğu halda, həmin Məcəllənin 70-ci maddəsinin tələblərinə istinad edilməklə əmək müqaviləsinə xi tam verilə bilərdi. Apellyasiya məhkəməsi tərəfindən də istinad edilən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, idd iaçı onun barəsində ilk intizam tənbehi tətbiq edildikdən sonra altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bununla bərabər, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad edərək hesab etmişdir ki, əmr verilərkən qanunvericiliyin Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılığının alınması barədə imperativ normasının tələblərinə riayət edilməmişdir. Halbuki, apellyasiya məhkəməsi tərəfindən istinad edilən normanın tələblərinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının həmkarlar ittifaqının üzvü olubolmam ası müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi mübahisəyə əmək qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 dekabr 2020-ci il tarixli qət naməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2878/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2878/2021
21.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver