Məhkəmə qərarları › İş №2(102)-2878/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2878/2023

27.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2878/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tutulmuş torpaqların qaytarılması; servitut hüququ, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.37 hektar həyətyani torpaq sahəsi verilmiş, mülkiyyət hüquqları 80108018 KOD seriyalı, JN 0892 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

2. Cavabdeh1 da ailə üzvləri ilə birlikdə Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.42 hektar həyətyani torpaq sahəsi verilmiş, mülkiyyət hüquqları 80108018 KOD seriyalı, JN 0899 nö mrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Siyaku kəndində 0,1832 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və açılması, həmin yolun üzə rində tikilmiş tikilinin sökülməsi, əgər torpaq cavabdehin xüsusi mülkiyyətində olarsa servitut hüququ əsasında həmin yoldan piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon XDS-i İcariyyə Komitəsinin 28 oktyabr 1987-ci il tarixli, 18 saylı qərarı ilə ona yaşayış evinin tikilməsi üçün 0,6 ha torpaq sahəsi verilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Astara rayonu Siyəkü sovxozu üzrə 04 iyul 1988-ci ildə 157 saylı əmr imzalanmış və ona 0,6 hektar torpaq sahəsi naturada ayrılmışdır. 05 iyul 1988-ci ildə torpağın ona verilməsinə dair akt tərtib olunmuş və ona torpağı ilə həmsərhəd torpaqlar göstərilmişdir. Bu zaman onunla heç bir qonşu olmayan şəxs onun torpaq sahəsinə şimaldan sovxozun f eyxoa sahəsinin kanalı ilə, şərqdən və cənubdan Rinə çayı ilə, qərbdən kol-kos sahəsi ilə həmsərhəd olmuşdur. Torpaq sahəsi cavabdehə ayrılarkən onun həyətyanı sahəsinə gedən yol da ona ayrılmışdır. Torpaq sahəsi ona ayrılıb verildikdən sonra həmin torpaq sahəsində özünə bir mərtəbəli iki otaqlı ev tikmişdir. Evin bütün materialları həmin ayrılmış yoldan daşınmışdır. 2000-ci ildə ailə üzvlərinin sayının artması ilə əlaqədar o, həmin torpaq sahəsindən özünə 2-ci 3 otaqlı ev tikmiş, evin bütün materiallarını da ayrılmış yoldan daşımışdır. Adı çəkilən yol kəndin ümumi istifadəsində olan yoldur və yoldan kənddə yaşayan bütün sakinlər həm maşın yolu, həm də piyada yol kimi istifadə edirlər. Bundan əlavə torpaq islahatı ilə əlaqədar ona və ailə üzvlərinə uyğun yaşadığı evə bitişik JN 0892 KOD 80 108018 saylı dövlət aktına əsasən 0.37 ha torpaq sahəsi verilmişdir. Lakin 2017-ci ildə Siyəkü kənd sakini Cavabdeh1 və Cavabdeh2 həmin yolun üstündə tikililər tikərək yolu kəsmiş, bundan əlavə həmin yolu çəpərləmiş, yolda qapı qoyaraq onun yoldan istifadə etməsini məhdudlaşdırmışlar. Hal-hazırda həmin yoldan nə piyada, nə də maşınla istifadə edə bilir. Bununla da onun mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur. Cavabdehlər öz hərəkətlərini onunla əsaslandırır ki, guya həmin torpaq sahəsi onların pay torpağıdır və ona görə də həmin torpaq sahəsində ev və tövlə tikmişlər. Həmin torpaq sahəsi ümumi istifadədə olan yol olduğu üçün cavabdehlərin mülkiyyətində ola bilməz. Bundan əlavə, pay torpaq sahəsində fərdi yaşayış evi və ya tövlə tikmək olmaz. Lakin cavabdehlər bütün bunlara mə həl qoymayaraq ümumi istifadədə olan yolun üzərində fərdi yaşayış evi və tövlə tikərək yoldan onun və digər şəxslərin istifadəsini məhdudlaşdırmışdır. Hətta yol onun torpaq sahəsi kimi onun mülkiyyətində olmuş olsa belə həmin yoldan digər torpaq mülkiyyətçilərinə servitut hüququ üzrə yol verməlidir.

6. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildimişdir ki, ona və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli qərarı ilə kənd təsərrüfatlı təyinatlı 0,42 hektar torpaq sahəsi verilmişdir. İddiaçının həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır.

7. Digər Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, Astara rayonun, Siyəkü kəndində 0,1832 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış verilmişdir. Bundan əlavə o, iddiaçının həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır.

8. Astara Rayon Məhkəməsinin 2(018)-583/2021 nömrəli qərardadı ilə mülki iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası “X4” tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 3855 saylı mütəxəssis rəyində göstərilir ki, Astara rayonu Siyəkü kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ortofotoplan üzərində 80108018 KOD seriyalı, JN 0892 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.37 hektar k/t təyinatlı torpaq sahəsinin 892 saylı konturu üzrə 0.16 ha təşkil edən torpaq sahəsinin, habelə 80108018 KOD seriyalı, JN 0899 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 899 saylı konturu üzrə 0.17 ha torpaq sahəsinin, həmçinin Cavabdeh2 xüsusi mülkiyyətində olan Astara rayonu Siyaku kəndində yerləşən 0.1832 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri müəyyən edilmişdir. Cizgiləri müəyyən olunan hər üç torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan orto fotoplanda aydın şəkildə göstərilmişdir. İddiaçı tərəfindən iddia olunan və tərəflərin iştirakı ilə ekspertiza baxışına təqdim olunan yol sahəsi cavabdehlərin faktiki istifadəsində olmaqla başlanğıc tərəfdən taxta qapı ilə (Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən keçən hissə) bağlanmış, son tərəfdə isə metal setka ilə (Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsindən keçən hissə) bağlanmışdır. Mübahisələndirilən yol sahəsi Astara rayonu, Siyəkü kəndinin Kompleks yerquruluşu Layihəsinə əsasən cavabdehlərə - JN-0899 saylı Dövlət Aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 899 planı üzrə 0.1734 ha torpaq sahəsinin daxilində, JN-895 və JN-894 saylı Dövlət Aktları əsasında tərtib olunan **********10 saylı çıxarış əsasında digər Cavabdeh2 mülkiyyətinə verilmiş 0.1832 ha kə nd təsərrüfatlı təyinatlı torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur.

10. Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov), İddiaçı mülkiyyətində olan 0,37 hektar torpaq sahəsinə gedən yolla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yolun Cavabdeh1 tərəfindən zəbt olunmuş 0.02 ha hissəsinin zəbtdən azad olunması, həmin yolda Cavabdeh1 tərəfindən qoyulmuş taxta qapının onun hesabına sökülməsi, yolun Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,0350 hissəsinin zəbtdən azad olunması, həmin yolda Cavabdeh2 tərəfindən qoyulmuş metal setkanın onun hesabına sökülməsi, iddianın qanunsuz tikilinin sökülməsi və servitut verilməsi ilə bağlı hissəsi əsassız olduğu üçün təmin olunmaması, iş üz rə ekspertiza xərci olan 300 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “X4” MMC-nin hesaba keçirilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə ekspertin rəyi əsasında müəyyən etmişdir ki, iddiaçıya məxsus Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0.37 hektar torpaq sahəsinə gedən yolun 0.02 ha hissəsi Cavabdeh1 tərəfindən taxta qapı ilə tutularaq faktiki istifadə olunmuş, eyni zamanda iddiaçıya məxsus Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0.37 hektar torpaq sahəsinə gedən yolun 0.0350 hissəsi isə digər Cavabdeh2 tərəfindən metal setka ilə bağlanaraq yol kimi istifadəsinə maneələr yaradılmışdır.

12. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2, 170.2 və Torpaq Məcəlləsinin 84.3 və 111-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir.

14. Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ona qarşı 2018-ci ildə eyni tələblə ona qarşı iddia qaldırmış, həmin iş üzrə ekspertiza təyin olunmuş, ekspert rəyində müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi, istifadələrində olan evinə və torpaq sahəsinə gedən yol, onun tərəfindən deyil, Şahin Əlizadə tərəfindən bağlanmış, həmçinin iddiaçının istifadəsində olan evə və torpaq sahəsinə gedən başqa yol mövcud olmuşdur. Bu əsasla da birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Qəbul olunmuş qətnamə qanuni qüvvəsini almasını baxmayaraq, iddiaçı eyni tələblə ona qarşı iddia qaldırmışdır.

15. Cavabdeh1 Astara Rayon Məhkəməsinin 2(018)-30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun tərəfindən tutulmamışdır. 2018-ci ildə qəbul olunmuş qətnamədən görünür ki, iddiaçının evinə və torpaq sahəsinə gedən yol digər şəxs tərəf indən tutulmuşdur. Halbuki, həmin qətnamədə müəyyən olunan hallar hazırkı mülki iş üzrə yenidən müəyyən edilə bilməz. Həmçinin servitut hüququnun verilməsi halında belə iddiaçının hüquqları bərpa olunmayacaq. Çünki iddiaçının ondan servitut hüququ qaydasında əldə edə biləcəyi yol digər Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən keçir. Ona münasibətdə isə 2018-ci ildə qaldırımış iddia tələbi təmin edilməyib və həmin qətnamə qanuni qüvvəyə minmişdir.

17. Şirvan Apellyasiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 Məmmədi oğluna qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(106)-417/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərə findən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq həmin torpaq sahəsindən istifadəyə maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki, birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 2.1, 152.5, 157.4, 158.2, 157.2, 135-ci, Torpaq Məcəlləsinin 110 və 111-ci maddələri təşkil edir.

21. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının hər iki cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci hissədə iddiaçı cavabdehlərdən “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci hissədə iddiaçı cavabdehlərdən iddia olunan torpaq sahəsi onların mülkiyyətində olduğu halda ona zəruri keçidi olan servitut qaydasında istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh1 Məmmədi oğluna qarşı iddia tələbinin birinci hissəsi, yəni zəbt olunmuş yolun zəbtdən azad olunmas ı, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya ikinci hissəsi yəni sevitut hüququ qaydasında istifadənin verilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)- 89/2018 saylı qətnaməsindən göründüyü kimi iddiaçılar İddiaçı və X3 Cavabdeh1 qarşı yolun qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və həmin yolun üzərində inşa edilmiş tikilinin sökülməsi və ya cavabdehin dediyi kimi yol sonuncunun mülkiyyətində olan torpaq sahəsindədirsə, servitut hüququ əsasında həmin yoldan iddiaçılara piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)89/2018 saylı qətnaməsi (hakim M.Məmmədov) ilə, iddia tələbinin rədd olunması qət edi lmişdir. Həmin iş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən göründüyü kimi Azərbaycan SSR Nazirlər Sovetinin 09.12 1998-ci il tarixli qərarı ilə Fioletov adına sovxozun xx.xx.1998-ci il tarixli, 157 nömrəli əmri əsasında İddiaçı ayrılmış və Astara rayonunun Siyəkü kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və evinə gedən yol, Astara rayon Sovetinin xx.xx.1992-ci il tarixli, 02 nömrəli iclas qərarı və Siyǝkü Çayçılıq sovxozunun 22/Vİİ-1992ci il tarixli, 179 nömrəli əmri ilə X5 ayrılmış və Astara rayonunun Siyǝkü kəndində 0.06 ha həyətyanı torp aq sahəsinə və evinə gedən yol və Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı və JN 1198 Kod 80108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X7 mülkiyyətinə verilmiş 0,1 ha torpaq sahəsinə və evinə gedən yol Cavabdeh1 paylı mülkiyyətindədir və onun tərəfindən tutulmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, M-210 saylı mütəxəssis rǝyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 07 dekabr 2018-ci il tarixli, 24699 saylı rə yindən görünür ki, iddiaçılar İddiaçı, X8 və X7 istifadələrində olan torpaq sahələrinə və evlərinə gediş-gəliş üçün cavabdeh Dədǝyev Muğamat Məmədi oğlunun qismən mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən başqa faktiki olaraq ayrı bir yol (piyada və ya avtomobil keçidi) yoxdur. Lakin layihə üzrə iddiaçıların istifadə etdikləri torpaq sahəsinə və evlərinə gediş-gəliş yolu (sxemdə Vİİİ nömrə) göstərilmişdir. Layihə üzrə verilən gediş-gəliş yolunun koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. İddiaçıların istifadələrində olan torpaq sahələrinə və evlərinə gediş-gəliş üçün Cavabdeh1 qismən mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən başqa ayrı bir yol (piyada və ya avtomobil keçidi) layihə məlumatlarında göstərilmişdir. Lakin iddiaçılar istifadə etdikləri torpaq sahəsindən həm layihəyə, həm də təyinatına görə düzgün istifadə etməmişlər. Belə ki, layihə üzrə verilən avtomobil yolu iddiaçı X8 tərəfindən bağlanmışdır. İddiaçı evinə digər tərəfdən yol mövcuddur, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz edir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar İddiaçı və X3 Cavabdeh1 qarşı yolun qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və həmin yolun üzərində inşa edilmiş tikilinin sökülməsi və ya cavabdehin dediyi kimi yol sonuncunun mülkiyyətində olan torpaq sahəsindədirsə, servitut hüququ əsasında həmin yoldan iddiaçılara piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)-89/2018 saylı qətnaməsi (hakim M.Məmmədov) ilə, iddia tələbinin rədd olunması qət edilmiş, hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı Cavabdeh1 qarşı eyni tələblə iddia qaldırmışdır. Şirvan Apellyasiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 Məmmədi oğluna qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 qarşı iddia tələbinin birinci (xahişi) hissəsi yəni zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökül məsi barədə (xahişi) iddiası əsaslı sayıla və təmin oluna bilməz. Çünki hazırkı iş üzrə tərəflər arasında müəyyən edilməli olan faktlar, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)-89/2018 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən edilmiş faktlardır, hansı ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçılar İddiaçı, X8 və X7 Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi” barədə iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmış və qətn amə qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Astara Rayon məhkəməsinin (hakim M.Məmmədov) 2(018)-89/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiallığı mövcud olmuşdur. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə, İddiaçı iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu Cavabdeh1 tərəfindən deyil, X8 tərəfindən bağlandığı müəyyən edilmiş, həmçinin İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz e tməsi müəyyən edilmişdir. Göründüyü kimi, bu halın hazırkı iddiaçının Cavabdeh2a qarşı yolun açılması ilə bağlı preyudusiallığı mövcud olmuşdur. Yəni iddiaçının Cavabdeh2 qarşı istifadələrində olan torpaq sahələrinə və evlərinə gedən yolun X8 tərəfindən bağlandığı müəyyən edilmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi işin hər tərəfli obyektiv araşdırılmaması nəticəsində iddiaçının Cavabdeh2 qarşı 0,0350 ha hissədə zəbtdən azad olunması, həmin yolda Cavabdeh2 tərəfindən qoyulmuş metal setka onun hesabına sökülməsi, iddianın qanunsuz tikilinin sökülməsi və servitut verilməsi ilə bağlı hissəsi əsassız olduğu üçün təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə gələrkən həm qeyd edir ki, 0,0350 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir, həm də, qərara gəlir ki, həmin hissə də zəbt olunmuş sahə zəbtdən azad olunmalı və cavabdeh tərəfindən qoyulmuş metal setka sökülməlidir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin mülkiyyətdə olması zəbt kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin nəzərə almamışdır ki, necə ola bilər ki, əvvəlki məhkəmə qətnaməsi ilə iddiaçının iddia etdiyi yolun Şahin Əlizadə tərəfindən bağlandığı müəyyən edilir, daha sonra isə Cavabdeh2 tərəfindən tutulduğu müəyyən edilir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ikinci xahişi yəni servitut hüququnun verilməsi hissəsi üzrə birinci instansiya məhkəməsi iddianın bu hissəsi üzrə iddia tələbini təmin etməsə də, gəldiyi nəticəni qətnaməsində əsaslandırmamışdır.

26. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının hər iki cavabdehə qarşı eyni iddia ərizəsində eyni tələb ir əli sürməsinin və hər iki cavabdehə qarşı tələbinin təmin edilməsində məqsədi istifadəsində olan torpaq sahələrinə və evlərinə gedən yolun açılmasını təmin etməkdir. İddiaçı ilk növbədə sübut etməlidir ki, hər iki cavabdehə qarşı servitut qaydasında istifadə hüququ verilməli yəni, daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan iddia olunan sahədən istifadə etmədən ehtiyaclarını təmin edə bilməz. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı hər iki cavabdehin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında istifadə etdiyi halda zəruri ehtiyacları təmin oluna bilər. Əvvəla iddiaçının Cavabdeh2a qarşı mülkiyyətində olan torpaq sahəsindən servitut hüququ əsasında yolun verilməsi əsaslı hesab edilə bilməz. İkincisi (əvvəlki qətnamə ilə müəyyən edilmiş fakt) yuxarıd a qeyd olunduğu kimi iddiaçının iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu X8 tərəfindən bağlanmışdır. Üçüncüsü, İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz etməsi müəyyən edilmişdir ki, bu da servitut qaydasında zəruri istifadəni aradan qaldırır. Belə ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Dördüncüsü, iddiaçın onun torpaq sahəsinə iddia etdiyi yol bir neçə şəxsin mülkiyyətində olan torpaq sahə sindən keçir, torpaqların yerləşmə mövqeyinə görə ardıcıllıq müəyyən edilərsə, onda iddiaçı onunla yanaşı bir neçə şəxsə qarşı eyni tələblə iddia qaldırmaqla pozulmuş hüququnu bərpa edə bilər. Əks halda hazırkı Cavabdeh2 qarşı iddia təmin edilsə belə, onun pozulmuş hüququ bərpa olunmayacaq. Çünki iddiaçının Cavabdeh1 qarşı qaldırdığı iddia 2018-ci ildə rədd edildiyindən, yenidən ona qarşı eyni tələblə iddia qaldırma istisna olunur.

27. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 135.4,139.1, 139.3, 146.2, 152.1, 157.2, 157.4, 158.1, 158.2, 255.1, 255.4, Torpaq Məcəlləsinin 111-ci maddənin 2-ci və 3-cü hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə olmaqla iddianı qismən təmin etsə də, servitutu deyil, torpaq sahəsinin zəbt edilməsini müəyyən etmişdir ki, bu da mülki qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, ekspert rəyi ilə mübahisəli yolun cavabdehlərin mülkiyyətində olduğu məlum olmuşdur. Yəni cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələri torpaq sahəsinin zəbti kimi qiymətləndirilə bilməz. Lakin iddiaçının mübahisəli gediş-gəliş yolu üzərində servitut hüququ müəvvən edilməməklə onun öz mülkiyyətindən normal istifadə etməsinə maneə yaradılmış və bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qeyd edilir ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrində servitutla bağlı suallar məhkəmə tikinti-texniki ekspertizasının qarşısında qoyulmamışdır. Apelyasiya instansiya məhkəməsi sübutları yerində müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı natamam suallar üzrə yekun qənaətə gəlmişdir. Belə ki, iddiaçının tələb etdiyi zəruri keçidin hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla basa gələ biləcəyi, habelə servitutla bağlı digər zəruri suallar qoyulmamış və iş hərtərəfli araşdırılmamışdır. Nəticədə mübahisə servitutun verilməsi ilə bağlı Mülki Məcəllənin 1 75-ci maddəsində sadalanan zəruri şərtlərə riayət edilib-edilmədiyi yoxlanılmadan həll edilmişdir. Belə ki, Məhkəmə kollegiyası servitutla bağlı əlavə tikinti-texniki ekspertizası keçirmədən öz fikir və mülahizələrinə əsasən xüsusi bilik tələb edən məsələlər üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

30. Kassasiya şikayətinin digər dəlillərindən biri isə apellyasiya instansiya məhkəməsinin preyudisiallığa əsaslanmaqla gəldiyi mövqeyin yanlış olması ilə bağlıdır. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(018)-89/2018 saylı qətnaməsində müəyyən edilən hallara istinad etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(018)-89/2018 saylı qətnaməsində iddiaçılar İddiaçı, X8 və X7 Cavabdeh1 qarşı yolun qanunsu z sahibliyindən (zəbtdən) azad edilməsi və həmin yolun üzərində inşa edilmiş tikilinin sökülməsi və ya cavabdehin dediyi kimi yol sonuncunun mülkiyyətində olan torpaq sahəsindədirsə, servitut hüququ əsasında həmin yoldan iddiaçılara piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qeyd etmək lazımdır ki, eyni predmet, eyni əsas və eyni tərəflər arasında təkrar məhkəməyə müraciət olunub-olunmamasını müəyyən etmək üçün 2018-ci ildə qaldırılmış iddianın hazırki mülki iş üzrə İddiaçı və Cavabdeh1 aid hissəsi dəqiq müyyən edilməlidir. Bu hal müəyyən edildikdən sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilib-edilmədiyi aydınlaşdırıla bilər. Lakin apelyasiya instansiyası məhkəməsi eyni tələblə yenidən məhkəməyə müraciət edildiyini qeyd etsə d ə, mövqeyini dəqiq və aydın ifadə etməmiş, qətnamədə qeyd olunan fikirləri qarışıq olmaqla düzgün qənaət formalaşdırmamışdır. Belə ki, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(018)-89/2018 saylı qətnaməsindən aydın görünür ki, 2018-ci ildə 3 iddiaçı - İddiaçı, X8 və X10 hazırki iş üzrə Cavabdeh2 qarşı deyil, yalnız Cavabdeh1 qarşı iddia qaldırmışlar. Yəni iddianın hazırki iş üzrə Cavabdeh2 qarşı qaldırılmış hissəsində təkrar eyni tələblə məhkəməyə müraciətdən söhbət gedə bilməz. Bundan başqa, İddiaçı 2018-ci ildə digər iddiaçılarla qaldırmış olduğu iddiada Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1998-ci il tarixli qərarı ilə Fioletov adına sovxozun xx.xx.1998-ci il tarixli 157 nömrəli əmri əsasında ona ayrılmış və Astara rayonunun Siyəkü kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və evinə gedən yolun zəbtdən azad edilməsini və ya gediş-gəliş yolu Cavabdeh1 mülkivvətindədirsə, bu yolun üzərində onun servitut hüququnun müəyyən edilməsini xahiş etmişdir. Lakin hazırki mülki iş üzrə iddia tələbində İddiaçı ona ayrılmış və Astara rayonunun Sivəkü kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə deyil, həmin kənddə yerləşən və mülkiyyətində olan 0,37 ha torpaq sahəsinə gedən yolla bağlı gediş-gəliş yolunun cavabdehin mülkiyyətində olub-olmamasından asılı olaraq bu yolun zəbtdən azad edilməsini və onun servitut hüququnun müəyyən edilməsini xahiş etmişdir. Buradan aydın olur ki, cavabdeh X2 qarsı qaldırılmış iddia üzrə predmetlər eyni olsa da, əsas dəyişmişdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının təkrar ona ayrılmış və Astara rayonunun Sivəkü kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və evinə gedən yolun zəbtdən azad edilməsini və va gedişgəliş yolu cavabdeh X1 mülkiyyətindədirsə, bu yolun üzərində onun servitut hüququnun müəyyən edilməsini xahiş etdiyini qeyd edərək yanlışlığa yol vermiş və düzgün olmayan qənaətə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsindən servitut hüququ əsasında yolun verilməsi əsaslı hesab edilə bilməməsi ilə bağlı mövqe bildirsə də, nə üçün əsaslı ola bilmədiyini izah etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnamə ilə müəyyən edilmiş fakt kimi iddiaçının iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu X8 tərəfindən bağlanmasına dair mövqeyi düzgün deyildir. Belə ki, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(018)-89/2018 saylı qətnaməsində mühəndis- texniki ekspertizası keçirilsə də, servitutun məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını və yolun veriləcəyi təqdirdə, daha az zərər vurula bilən qonşunu müəyyən etməmişdir. X8 da hazırkı iş üzrə cavabdehlər kimi öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Məhkəmə o halda iddiaçının iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolunun X8 tərəfindən bağlandığına istinad edə bilərdi ki, Astara Rayon Məhkəməsində 2018-ci ildə həmin mülki iş keçirilmiş ekspertiza qarşısında servitutla bağlı iddiaçın ın keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olması və yolun veriləcəyi təqdirdə, daha az zərər vurula bilən qonşunun kim olması barədə suallar olaydı. Lakin təəssüf ki, qeyd edilən suallar nə 2018-ci ildə, nə də hazırkı mülki iş üzrə isə baxan məhkəmələr tərəfindən qoyulmamış və həmin hallar müəyyən edilməmişdir. 33. “İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz etməsi müəyyən edilmişdir ki, bu da servitut qaydasında zəruri istifadəni aradan qaldırmasına səbəb olmur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.1. mülkiyyət hüququ-sub yektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olması

37. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

39. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

40. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bil inməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

41. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxı şının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, Mülki Məcəllənin 6.1.8 və 6.1.9-cu maddələrinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin prinsipləri sayılır.

55. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar bu qərarın 1-3 və 22-ci paraqraflarında əksini tapmışdır.

56. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun Cavabdeh2 qanuns uz sahibliyindən (zəbtdən) azad edilməsi və açılması, həmin yolun üzərində tikilmiş tikilinin sökülməsi, əgər torpaq cavabdehin xüsusi mülkiyyətində olarsa servitut hüququ əsasında həmin yoldan piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

57. Bu iddia tələbi Mülki Məcəllənin 157.4, 255.1 və 255.4-cü maddələrinə əsaslanır. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının bəhs etdiyi yol sahəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsidir. Bu halda yolun zəbtdən azad edilməsi, orada olan tikililərin sökülməsi tələbi təmin oluna bilməz və apelyasiya instansiyası məhkəməsi bu hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.

58. İddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsindən servitut verilməsi barədə tələbi rədd etməkdə də məhkəmə haqlı olmuşdur. Çünki iddiaçının iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu X8 tərəfindən bağlanmışdır. İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənubşərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz etməsi müəyyən edilmişdir ki, bu da servitut qaydasında zəruri istifadəni aradan qaldırır. Həmçinin iddiaçı onun torpaq sahəsinə iddia etdiyi yol bir neçə şəxsin mülkiyyətində olan torpaq sahəsindən keçir, torpaqların yerləşmə mövqeyinə görə ardıcıllıq müəyyən edilərsə, onda iddiaçı onunla yanaşı bir neçə şəxsə qarşı eyni tələblə iddia qaldırmaqla pozulmuş hüququnu bərpa edə bilər. Əks halda hazırkı Cavabdeh2 qarşı iddia təmin edilsə belə, onun pozulmuş hüququ bərpa olunmayacaq. Çünki iddiaçının Cavabdeh1 qarşı qal dırdığı iddia 2018-ci ildə rədd edildiyindən, yenidən ona qarşı eyni tələblə iddia qaldırma istisna olunur.

59. Apelyasiya instansiyası məhkəməsinin servitut tələbinin rədd olunması barədə gəldiyi nəticə də işin hallarına uyğun olmaqla qanunidir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir.

60. Nəzərə alınmalıdır ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad mübahisələndirilməmişdir və bu hissəyə aid dəlillər yoxlanılmır.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Kassasiya şikayətinin bəzi dəlilləri iş in faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar