Məhkəmə qərarları › İş №2(102)-2878/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2878/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2878/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məmmədqasım oğlunun Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3254/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqa verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin ha llarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçının övladı 1989-cu il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Belə ki, onun yaşadığı, Tovuz rayonu, Abdulbəyli kəndindəki evin yaxınlığından keçən qaz kəmərinin yerin altına düşən hissəsində korroziya nəticəsində əmələ gələn dəliklərdən sızan qaz torağın altı ilə evə daxil olmuş, xx.xx.2014-cü il tarixdə, saat 21:15-də əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı X4 tərəfindən elektrik lampasının yandırılması zamanı əmələ gəlmiş qığılcımın təsirindən alışmış, C.Əmiraslanova yanıq xəsarətləri alaraq xx.xx.2015-ci ildə müalicə aldığı xəstəxanada ölmüşdür;

3. Fakta görə cinayət işi başlanmış və Cavabdeh əməkdaşları Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) təqsirli bilinərək məhkum edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Məmmədqasım oğlu Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladının ölümü nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 99.000 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat, ümumilikdə 99300 manat pulun və ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, baş vermiş partlayış nəticədə qızı ümumi bədən səthinin 73.5 %-nin İİİ dərəcəli yanığı, ağır yanıq şoku, sifətin, hər iki yuxarı və aşağı ətrafların, gövdənin arxa səthinin, yuxarı tənəffüs yollarının yanığı ilə müşaiyət olunan xəsarətlər almış və aldığı xəsarətlərdən yaranmış yanıq toksemiyasından 06 yanvar 2015-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. Hadisə nəticəsində həyatını itirmiş Ceyran Əmiraslanova iddiaçının doğma qızı olmuşdur. O, 08 may 1989-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, hadisə baş verən vaxt Tovuz rayonu Abulbəyli kəndində yaşamış, ali təhsilli, evli, evdar xanım, himayəsində ikiazyaşlı övladı olmuşdur. Yaşadığı evdə baş vermiş partlayış nəticəsində xəsarət almasından dərhal sonra qohumların və qonşuların köməyi ilə əvvəlcə Tovuz rayon mərkə zi xəstəxanasına, daha sonra X15 Xəstəxanasına, sonradan isə Bakı şəhəri 5 saylı Şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmiş və aldığı xəsarətlərdən 06 yanvar 2015-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Bundan sonra cənazə qohumlarına təhvil verilmiş və mərhum Tovuz rayon qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı hesab etmişdir ki, hadisə nəticəsində 99000 manat mənəvi ziyan dəymişdir. Mərhum rəhmətə gedən zaman oğlu Elcanın 3 yaşı, qızı Nurcanın isə hələ 1 yaşı tamam olmamışdı. Ceyranın həyatdan vaxtsız getməsi iddiaçının ömrünə ən böyük zərbə olmuşdur. Hadisədən sonra iddiaçı hələ də özünə gələ bilməmişdir. Ceyranın yaşadığı evdə partlayış olması və xəsarət alması barədə hadisədən bir neçə dəqiqə sonra xəbər tutub xəstəxanaya yollanmış, qızının hadisədən sonra sağ qalmas ı onun həyatla ölüm-qalım mübarizəsindən qalib çıxacağına iddiaçıda ümidlər yaratmışdır. Ceyranın aldığı yanıq xəsarətlərinin ağırlığı, həkimlərin ona qoyduğu dioqnuzun nə qədər ciddi olduğunu başa düşsə də, xəstəxanalarda keçən hər dəqiqə, hər saat qızının yenidən normal həyatına geri dönəcəyinə ümidlərini biraz da artırmışdır. Qızının bu faciəvi şəkildə ölümündən sonra hələ də, özünə gələ bilməmişdir və bu ölüm ona mənəvi iztirablar vermişdir. Qızının ölümü həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Qızı Ceyranın ölüm səbəbi Cavabdeh əməkdaşlarının məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər Cavabdeh aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar bu faciə baş verməyəcəkdi. Bu ziyan nə qədər ödənsə də, qızını heç kəs heç vaxt geri qaytara bilm əyəcək. Cavabdeh vaxtında bütün yoxlamalarını və bütün təhlükəsizlik tədbirlərini görsəydilər qızı Ceyran hal-hazırda həyatda olardı. Bundan başqa, Cavabdeh qızını iddiaçıdan alıb ona bu iztirabları yaşatdığı üçün rəsmi internet səhifəsində ondan üzr istəməlidir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1735/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, mənəvi zərərin əvəzi kimi 45.000 manatın cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim-İlahə Abbasova).

7. Birinci instansiya məhkəməsində işdə olan sübutlarla təsdiq edilmişdir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X6, X10 və X8 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi q aydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının övladı X2 ölümünə səbəb olan səhlənkarlıq etmişlər.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində qızının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının gənc yaşda övladının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir.

10. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 99000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, hadisənin baş verməsindən uzun müddət keçməsini, eyni zamanda digər ailə üzvünə mənəvi ziyanın ödənilməsi ilə bağlı qətnamənin mövcud olmasını nəzərə almalıdır.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı pro seslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1097.1, 1099.1-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək mənəvi zərərin məbləğinin 2.000 manat müəyyən edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ona də yən mənəvi zərərin məbləğini 99.000 məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, yəni, cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, hadisənin baş verməsindən uzun müddət keçməsini, eyni zamanda digər ailə üzvünə mənəvi ziyanın ödənilməsi ilə bağlı qətnamənin mövcud olmasını nəzərə almalıdır. İddiaçı tərəfin arvadı ilə birgə təxminən eyni məbləğdə alacağı mənəvi zərər əvəzi həmin ailəni həddən artıq əsassız zənginləşdirə, o cümlədən də cavabdeh tərəfin iqtisadi və maddi vəziyyətini də pisləşdirə bilər ki, məhkəmə bunu nəzərə almamışdır. Hadisənin şahidi olmayan və ondan ayrı yaşayan qız övladının ölümü il ə əlaqədar Əmiraslanovlar ailəsinə məhkəmə tərəfindən mənəvi zərərin əvəzinə görə ayrı-ayrılıqda ödənilməsi qət edilmiş 50.000 və 45.000 manat məbləğində kompensasiya məbləğləri sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından ağlabatan və ədalətli hesab olunmur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3254/2025 nömrəli 30 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə dəyişdirilmiş, Cavabdeh X1 Əhməd Məmmədqasım oğlunun xeyrinə mənəvi zərərin əvəzi kimi tutulmalı olan pulun məbləği 10.000 (on min) manat, məhkəmə xərcinin əvəzi kimi tutulmalı olan pulun məbləği 70 (yetmiş) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdiril mədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirərkən mövqeyi ondan ibarət olmuşdur ki, övladının ölümü iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişdir.

17. Məhkəmə kollegiyası, Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir.

18. Belə ki, hadisənin baş verməsində cavabdehin əməkdaşlarının təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, həmin hadisə nəticəsində ölən şəxsin anasına - X5 mənəvi zərərə görə Cavabdeh İB tərəfindən 50.000 manat təzminat ödənilməsi barədə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(011)5910/2024 nömrəli qətnamə qəbul edilmişdir. Ölən şəxsin valideynlərindən birinə təzminat verilməsi digər valideyni - iddiaçını mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış old uğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

20. Qeyd olunanlara əsaslanaraq, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçıya ödəniləcək təzminatın məbləği 10.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki əvvəlki iddiaçı ilə hazırkı iddiaçı ərarvad olmaqla eyni ailənin üzvləridir, onlardan birinə verilən pul vəsaitindən digəri də istifadə edə bilir.

21. Bununla yanaşı, nəzərə alınmışdır ki, hadisə ehtiyatsızlıqdan baş verib, iddiaçının vəfat etmiş 25 yaşlı qız övladı onun üç övladından biri olub, ölümündən 4 il əvvəl ailə quraraq valideynlərindən ayrı yaşayıb, iddia isə hadisənin baş verməsindən 10 ilə yaxın vaxt keçdikdən sonra qaldırılıb.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya ödəniləcək təzminatın məbləğini 45000 manatdan 10.000 manata endirərək həmin məbləğin “mütənasiblik və ədalətlilik meyarlarına uyğun olduğunu, əvvəlki iddiaçı ilə hazırkı iddiaçı ər-arvad olmaqla eyni ailənin üzvü olduğunu, onlardan birinə verilən pul vəsaitindən digərinin də istifadə edə bilməsini, hadisənin ehtiyatsızlıqdan baş verməsini, iddiaçının vəfat etmiş 25 yaşlı qız övladının ölümündən 4 il əvvəl ailə quraraq valideynlərindən ayrı yaşamasını, iddianın hadisənin baş verməsindən 10 ilə yaxın vaxt keçdikdən sonra verilməsini” qətnamədə qeyd etmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi həmin əsaslar tamamilə qanunsuz və əsassızdır.

25. Belə ki, maddənin məzmununda açıq şəkildə qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, məhkəmənin qeyd etdiyi əsaslar hər hansı qanuna əsaslanmır və hər hansı müqavilə münasibəti yoxdur. Qanunvericilikdə mənəvi zərər müəyyən edən normaların heç birində hadisənin qəsdən yaxud ehtiyatsızlıqdan baş verməsi əsası fərqləndirilməmişdir. Qətnamədə iddiaçının vəfat etmiş 25 yaşlı qız övladının yəni, mərhum Ceyran Əmiraslanovanın “ölümündən 4 il əvvəl ailə quraraq valideynlərindən ayrı yaşamasını” qeyd olunmuşdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, “əgər qız övladı ailə qurub ata evindən gedirsə, valideynlərin ona qarşı sevgi azalır, aralarında olan valideyn övlad münasibətləri soyuyur və yadlaşırlar, ona görə də valideynindən ayrı yaşayan övladın ölümü valideynə bir o qədər də mənəvi z ərər yaşatmır”. Qətnamədə digər əsas kimi, “iddianın hadisənin baş verməsindən 10 ilə yaxın vaxt keçdikdən sonra verilməsi” qeyd edilmişdir. Mülki Məcəllənin 384.1-ci maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

26. Kassator şikayətini Mülki Məcəllənin 21.1, 1097.1-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışlar.

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ödəniləcək mənəvi zərərin məbləğinin 2.000 (iki min) manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, bir şəxsin ehtiyatsızlıqdan törədilmiş cinayət nəticəsində ölməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Hazırkı iş üzrə iddiaçı tərəfə mənəvi zərərin əvəzinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən 10.000 manat məbləğində kompensasiya miqdarının təyin edilməsi də iqtisadi qiymətləndirmə baxımından cavabdeh Azəriqaz İB-nın mənafeyi üçün ağlabatan və ədalətli hesab olunmur.

29. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X7 (mərhumun əri) iş üzrə təqsirləndirilən Azəriqaz İB işçilərinə qarşı heç bir şikayət və tələbinin olmaması, qa z sızması nəticəsində baş vermiş partlayış-yanğın hadisəsi ilə bağlı Birlik tərəfindən zərərçəkmiş şəxsə (mülki iddiaçıya) 28.005 manat maddi ziyanın ödənilmiş olması apellyasiya kollegiyası tərəfindən nəzərə alınmamışdır.

30. Kassator şikayətini Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafi ə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

37. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının övladının ölümü ilə nəticələnən əmələ görə cavabdeh təşkilatdan mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması ədalətlidir.

47. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, eyni hadisə nəticəsində ölən şəxsin anasına - X5 mənəvi zərərə görə Cavabdeh İB tərəfindən 50.000 ma nat təzminat ödənilməsi barədə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(011)5910/2024 nömrəli qətnamə qəbul edilmişdir. Odur ki, bu iş üzrə iddiaçıya ödəniləcək təzminatın məbləği 10.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki əvvəlki iddiaçı ilə hazırkı iddiaçı ər-arvad olmaqla eyni ailənin üzvləridir, onlardan birinə verilən pul vəsaitindən digəri də istifadə edə bilir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəmə sinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşk il etmir.

51. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3254/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar