Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və qeyrilərinə qarşı ilk, Cavabdeh1 oğlunun İddiaçınə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı "yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 o ğlunun qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçınə qarşı “kompensasiya” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2025-ci il tarixli, 2(103)-2794/2025 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi, ev № 4-də yerləşən 32 saylı mənzil Cavabdeh1 oğlunun mülkiyyətindədir.
2. Mənzilin xx.xx.1996-cı ildə tərtib edilmiş texniki pasportunə əsasən faktiki ümumi sahəsi 83,9 kv.m təşkil edir.
3. Mənzilin yerləşdiyi XX əsrin əvvəllərində inşa edilmiş 3 mərtəbəli binanın yaşayı ş üçün yararsız vəziyyətdə olduğuna dair FHN “Azərdövlətsənayelayihə” DLİ-nun rəyi mövcuddur.
4. Bakı şəhər İH Başçı tərəfindən xx.xx.2020-ci il tarixdə həmin binanın yerləşdiyi küçədəki ərazi "xxxx" MMC-yə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin mülki qanunvericiliyə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə hündürmərtəbəli yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında istifadəyə verilməsinə sərəncam verilmiş, xx.xx.2021-ci il tarixdə isə icarə müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdi m edərək, Cavabdeh1 oğlu, Cavabdeh2, X6 və Cavabdeh4 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki olaraq 83.9 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi raryonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki olaraq 83.9 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə 1-ci blok, 6-cı mərtəbədə, 101.4 m2 ölçüdə, 3 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 oğluna təhvil verilməsinə; boşaldılması nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin ol unan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 oğluna hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilm işdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin” Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC aras ında 1635 №-li 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili i lə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu. X1 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavil ələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 32 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 oğlu ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 75 m2 sahədən ibarət olan 32 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 90 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 (altı yüz) manat kirayə haqqı təklif olunur. İdd iaçı MMC iddiaçının mənzilinin yerləşdiyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 132 mənzillə bağlı sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müvafiq müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərə ncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Cavabdeh1 oğlu öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti güdür ki, bu da həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsi nin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Göstərilənlərə əsasən Cavabdeh1 oğlu, Cavabdeh2, X6 və Cavabdeh4 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 75 kv.m sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsinə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 75 kv.m sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90 kv.m ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 il müddətinə Cavabdeh1 oğluna təhvil verilməsinə, boşaldılması nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 oğluna hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdeh1 oğlu cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan qarşılıqlı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin və qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi əvəzində kompensasiya qismində 1.200.000 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq Cavabdeh1 oğluna ödənilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə boşaldılması tələb edilən mənzil mülkiyyət hüququ ilə Cavabdeh1 oğluna məxsusdur, ailəsi ilə birlikdə uzun illərdir ki, həmin mənzildə yaşayırlar. Mənzildə iddiaçı, həyat yoldaşı, oğlu, qızı və ABŞ vətəndaşı olan 2 nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Həmin mənzil binanın 2-ci mərtəbəsində yerləşir. 2003-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalama Baş İdarəsi və Nəsimi rayon icra Hakimiyyətinin razılığı ilə binanı onların mənzilin damına düşən hissəsini öz şəxsi vəsaitləri hesabına əlavə tikinti-təmir işi apararaq qeyri-yaşayış sahəsinə çevirmişlər və istifadə edirlər. Mənzilə dair mülkiyyət hüququnun qeydə alınması barədə xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsində mən zilin ümumi sahəsi göstərilməsə də, iddiaçının ərizədə göstərdiyi kimi 75 kv. metr yox, 114 kv. metrdir, mənzilin damının üstündəki qeyri-yaşayış sahəsinin ölçüsü isə 190 kv. metrdir. Mənzilin damının üstündə olan qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. İddiaçı şirkət yaşadıqları mənzilin yerləşdiyi ərazidə işə başlayandan bəri onların yaşamaq, istirahət, mülkiyyət, mənzil toxunulmazlığı kimi konstitusion hüquqlarını qəsdən, qərəzli şəkildə davamlı olaraq pozmaqdadır. Şirkətin rəhbərliyi və işçiləri onları mənzildən məcburi surətdə çıxarmaq üçün iyrənc üsullara əl atırlar, gah işıq, gah su, gah da qaz xətlərini kəsirlər, gecələr ekskovatorla, buldozerlə mənzilin divarlarını döyəcləyirlər, mənzilin yerləşdiyi binanın yarısını söküb, o nun mənzilinin divarlarına çatıblar. Artıq mənzilin divarlarında böyük çatlar əmələ gəlib. İddiaçı ərizəsində göstərir ki, guya onlar bütün sakinlərə münasibətdə bərabərlik prinsipinə əməl edirlər, lakin onlar hüquqdan sui-istifadə edirlər, əsassız varlanmağa çalışırlar və sair. Halbuki, heç də elə deyildir. Şirkət köçürülən eyni şəraitli mənzil mülkiyyətçilərinə fərqli yanaşma sərgiləyirlər, fərqli ölçüdə mənzil, fərqli ölçüdə kompensasiya təqdim edirlər. Belə ki, söküntüyə məruz qalan ərazidə onların mənzillə eyni ölçüdə olan sahiblərinə ikiqat və daha çox həcmdə mənzil veriləcəyinə dair müqavilələr bağlanmışdır. Lakin iddia ərizəsindən də göründüyü kimi onlara heç öz mənzillərinin ölçüsündə sahə vermək istəmirlər, yəni sahəsi 114 kv.m olan mənzilin əvəzində 90 kv.m mənzil vermək niyyəti ndədirlər. Dəfələrlə şirkətin rəhbərliyi və nümayəndələrinə müraciət edərək, digər sakinlərlə razılaşdıqları qaydada onlarla da razılığa gəlmələrini xahiş etsələr də, öz istədikləri kimi davranacaqlarını qəti şəkildə bəyan etmişlər. Əslində, şirkət rəhbərliyinin onlara qarşı bu cür yanaşması, münasibət göstərməsi və məhkəmənin əli ilə öz istəyinə nail olmağa çalışması faktı hüquqdan sui-istifadə olmaqla, mülki qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozuntusudur. Hesab edilir ki, iddiaçı yeni tikiləcək binada aylıq kirayə ödənilmək şərtilə ya mənzilin əvəzində 240 kv.m, qeyri-yaşayış sahəsinin əvəzində isə 100 kv.m, ümumilikdə 340 kv.m yaşayış sahəsi verməli, yaxud da pul ifadəsi ilə 1.200.000 manat məbləğində kompensasiya ödəməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx.xx.2025-ci il tarixli, 2(006)-90/2025 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuş, həmin qətnaməyə və qətnamədəki yanlışlığın düzəldilməsi barədə xx.xx.2025-ci il tarixli qərardada əsasən, Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi, ev № 4-də yerləşən, sahəsi 83,9 kv.metrdən ibarət olan 32 saylı mənzil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq MMC-yə təhvil verilməsi, həmin mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 6-cı mərtəbə, 101,4 kv.m ölçüdə 3 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduğu tarixdən 2 il müddətində MMC tərəfindən Cavabdeh1 təhvil verilməsi, köhnə mənzilin MMC-yə təhvil verildiyi tarixdən başlayaraq yeni mənzillə təmin olunma tarixinədək MMC tərəfindən Cavabdeh1 kirayə haqqına görə hər ay 700 manat ödənilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2024-cü il tarixli, 10/1897 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsində yerləşən 4 saylı 32 saylı mənzilinin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən faktiki ümumi sahəsinin faktiki olaraq 83.9 kv.m, xarici divarların və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə nəzərə alındıqda, eyni zamanda balkonun sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin ümumi sahəsinin (çöldən-çölə) 111.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilinin faktiki vəziyyəti, tikililərin planlı yerləşməsi, ölçüləri, ümumi sahəsi və digər texniki parametrləri 2 yanvar 1996-cı il tarixli texniki pasportun məlumatlarına uyğun olduğundan, tədqiq olunan mənzil üzrə texniki pasportda göstərilən tikililərdən başqa əlavə (qeyri-rəsmi) tikililər olmadığından, həmin tikililərin ümumilikdə və ayrı-ayrılıqda sahələrinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2024-cü il tarixli, 10/5597-9/5771 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsində yerləşən 4 saylı 32 saylı mənzilinin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. Altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən faktiki ümu mi sahəsinin faktiki olaraq 83.9 kv.m, xarici divarların və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə nəzərə alındıqda, eyni zamanda balkonun sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin ümumi sahəsinin (çöldən-çölə) 111.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilinin faktiki vəziyyəti, tikililərin planlı yerləşməsi, ölçüləri, ümumi sahəsi və digər texniki parametrləri 2 yanvar 1996cı il tarixli texniki pasportun məlumatlarına uyğun olduğundan, tədqiq olunan mənzil üzrə texniki pasportda göstərilən tikililərdən başqa əlavə (qeyri-rəsmi) tikililər olmadığından, həmin tikililərin ümumilikdə və ayrı-ayrılıqda sahələrinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Baxış zamanı, sözügedən çardaq tikilisinə tədqiq olunan mənzildən hər hansı bir giriş-çıxış üçün vasitə olmadığından, eləcə hər hansı bir istiqamətdən sözügedən çardağa daxil olunması mümkün olmadığından, eləcə də mənzil sahibi tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığından, həmin çardağın ümumi sahəsini və istifadə üçün yararlı olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, X1 küçəsində yerləşən 4 saylı evin 32 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 262.000 manat məbləğində müəyyən olunur. İnternet saytlarında, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ünvanında tikiləcək çoxmənzilli yaşayış binasının təmirli mənzilləri satışda olmadığından, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ünvanında tikiləcək çoxmənzilli yaşayış binasının (layihə sənədlərinə əsasən) 1 kv.m sahəsini təmirli mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır. 12. "xxxx" MMC tərəfindən verilən daşınmaz əmlakın kirayə dəyəri ilə bağlı 10 dekabr 2024-cü il tarixli, UNİ/D18-1884/24 nömrəli arayışdan görünür ki, kirayə dəyərini tapmaq üçün müəyyən edilən analoqlara düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) ünvan 5 ünvanında, köhnə tikili olan binada yerləşən, ümumi sahəsi 83.9 kv.m təşkil edən 3 otaqlı mənzilin aylıq kirayə dəyəri 600-650 manat aralığında müəyyən edilmişdir. 13. "xxxx" MMC tərəfindən Cavabdeh1 oğluna məxsus, ümumi sahəsi 111,8 kv.m (azalma əmsalları tətbiq edilmədən) olan mənzilin bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli mütə xəssis rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin 11 dekabr 2024-cü il tarixinə bazar dəyəri 422.000 manat təşkil etmişdir.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehə məxsus qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83.9 kv.m sahədən ibarət olan mənzil mövcud tikinti norma və qaydalara cavab vermir. İlk iddia üzrə cavabdehlər istifadələrində olan mənzilin sökülməsi barəsində "xxxx" MMC ilə razılığa gəlməyərək, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar.
15. Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması b əzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
16. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin "xxxx" MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasın a maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlər yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 32 saylı mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla "xxxx" MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin hazırki vəziyyətdə faktiki olaraq yerləşdiyi yerdə, hansı ki tikiləcək çoxmərtəbəli yaşayış binasının İ.Qasımov küçəsi istiqamətində 1-ci blokunun 6-cı mərtəbəsində hazırki qanuni sahəsindən təqribən 20 kv.m çox sahə əlavə edilməklə 3 otaqlı mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
18. Bundan başqa, məhkəməyə təqdim edilən ekspert rəyləri əsasında müəyyən edilən cavabdehlərin istifadəsində olan mənzilin ölçüsünə uyğun mənzilin və həmçinin, aylıq kirayə haqqının iddiaçı tərəfindən cavabdehlərə təklif edilməsi, lakin buna baxmayaraq qarşılıqlı iddia tələbinə münasibətdə Cavabdeh1 oğlunun iddia tələbində göstərilənlərə, "xxxx" MMCnin fəaliyyətinə münasibətdə yüksək məbləğdə kompensasiya tələb etməsi nəticə olaraq hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilərək, eyni zamanda ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda həmin sakinlərin də haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla, ictimai maraqlara ziddiyyət təşkil edir. Yəni ekspertiza rəylərinə əsasən ilk iddia üzrə cav abdehlərin faktiki istifadəsinə olan sahə 83.9 kv.m təşkil etmiş və həmin sahəyə 20% artıq sahə təklif edilmiş ki, bu da ədalətli kompensasiya şərtlərinə uyğundur. Bundan əlavə isə kirayə haqqı isə mütəxəssis rəylərindən artıq (600-650 manat aralığı) hesablansa da, ilk iddia üzrə iddiaçı bu məbləği artıraraq 700 manat məbləğində hesablamışdır.
19. Həmçinin, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə pul tələbinə dair hissəyə münasibətdə qeyd etmişdir ki, tərəflərin təqdim etmiş olduğu məbləğ ilk iddia üzrə iddiaçının maddi gücünün dairəsindən kənar qalmışdır. Lakin kompensasiya məbləğinin daha yuxarı məbləğlə təmin edilməsi ilk iddia üzrə iddiaçının maddi vəziyyətinin gərginləşməsinə, hətta ağırlaşmasına gətirib çıxara bilər ki, bu da həmin sahədə tikintinin başa çatdırıla bilməməsi ilə nəticəl ənə biləcəkdir. Bu halda isə irəli sürülən pul məbləği (1.200.000 manat) ilə təklif olunan 215.000 manat məbləğ arasında kəskin ziddiyət mövcud olduğundan və digər yaşayış sahələri üzrə "xxxx" MMC arasında müqavilələr bağlanıldığından, digər sakinlərin mənzil gözləntiləri mövcud olduğundan qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh1 oğlu qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, ilk iddanın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.
22. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırki işdə cavabdeh olaraq ona məxsus olan mənzilin faktiki sahəsi 114 kv.m, qeyri yaşayış sahəsinin ölçüsü 190 kv.m olmaqla, ümumilikdə 304 kv.metrdir. Ona görə də hesab edir ki, əmlakını itirəcəyi təqdirdə dəyən zərərin kompensasiyası müəyyən edilərkən, ona məxsus mənzilin və qeyri-yaşayış sahəsinin faktiki sahəsi nəzərə alınmalıdır. İddiaçı yeni tikiləcək binada aylıq kirayə haqqı ödənilmək şərti ilə ya mənzilinin əvəzində 240 kv.m, qeyri-yaşayış sahəsinin əvəzində isə 100 kv.m, ümumilikdə 340 kv.m yaşayış sahəsi verməli, yaxud da pul ifadəsi ilə 1.200.000,00 manat məbləğində kompensasiya ödəməlidir. İddiaçı şirkətin rəhbərliyi tərəfindən onlara qarşı bərabərlik prinsipi kobud şəkildə pozulmuş və mə hkəmə bu fakta əhəmiyyət verməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, tərəflərindən inşa olunmuş 190 kv.m qeyri-yaşayış sahəsini ümumiyyətlə nəzərə almamış, habelə ekspertin müəyyən etdiyi qiymətin açıq-aşkar doğru olmadığına əhəmiyyət verməmiş, müstəqil qiymətləndiricinin tərtib etdiyi hesabata qiymət verməmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmışdır. İşdə olan ekspert rəyinin natamam olduğu, həmin rəyin məcburi olmaması və digər sübutlarla birgə qiymətləndirməli olduğu halda, qeyd olunan rəyi əsas götürmüşdür. Rəyin natamam olmasına baxmayaraq, əlavə və ya təkrar ekspertiza təyin edilməsindən imtina etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2794/2025 saylı, 23 may 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(006)-90/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddiasına görə mənzilinin yerləşdiyi binanın damında sahəsi 190 kv.m təşkil edən sahədə Nəsimi RİH-nin razılığı ilə təmir-tikinti işləri aparmaqla oranı qeyri-yaşayış sahəsinə çevirib və istifadə edir, ona görə də MMC bu sahəni də nəzərə almalıdır. Lakin Cavabdeh1 həmin sahəyə hər hansı hüququnun olduğunu təsdiq edən sübut təqdim etmədiyindən həmin sahəyə görə kompensasiya - yeni binada sahə və ya nağd pul tələb edə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan sahəsi 83,9 kv.m təşkil edən m ənzilin yerləşdiyi köhnə binanın sökülməsi, bunun əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında daha artıq - 101,4 kv.m sahəsi olan təmirli mənzilin ona verilməsi, yeni mənzil təhvil verilənədək kirayə xərcinə görə hər ay 700 manat ödənilməsi qanunvericiliyin tələblərinə uyğun sayılır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 6.3-cü maddələrinə, "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işi n yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətində aşağıdakı pozuntulara istinad edilmişdir: -Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 157 və 560-cı maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur-istər milli qanunvericilik, istərsə də beynəlxalq hüquq normalarınını tələblərindən göründüyü kimi, tərəflər arasında müqavilə azadlığı, iradə sərbəstliyi və digər prinsiplər təmin olunmalıdır, eləcə də, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətin dən məhrum edilə bilməz. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin, yəni əmlakından məhrum olacağı təqdirdə düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. Yuxarıda qeyd edildiyi kimi, hazırki işdə cavabdeh olaraq kassatora məxsus olan mənzilin faktiki sahəsi 114 kv.m, qeyri yaşayış sahəsinin ölçüsü 190 kv.m olmaqla, ümumilikdə 304 kv.metrdir. Ona görə də hesab edir ki, əmlakını itirəcəyi təqdirdə dəyən zərərin kompensasiyası müəyyən edilərkən, ona məxsus mənzilin və qeyri-yaşayış sahəsinin faktiki sahəsi nəzərə alınmalıdır. Hətta torpaqların dövlət ehtiyacları üçün alınması halında, dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə hüquqları olan şəxslər kompensasiya almaq hüququna malikdirlərsə, özəl və ya digər ehtiyacdan irəli gələn söküntü (köçürmə) halında şəxsin yaşayış və qeyri-yaşayış sahəsinin tam həcminə görə kompensasiya almaq hüququ şübhəsizdir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçı onlara ədalətli kompensasiya vermək niyyətində deyildir. -Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi-bərabərlik hüququ pozulmuşdur. Şirkət köçürülən eyni şəraitli mənzil mülkiyyətçilərinə istər razılaşma, istərsə də məhkəmə yolu ilə fərqli yanaş ma sərgiləyir, fərqli ölçüdə mənzil, fərqli məbləğdə kompensasiya təqdim edirlər. Söküntüyə məruz qalan ərazidə onların mənzili ilə eyni ölçüdə olan mənzil sahiblərinə ikiqat və daha çox həcmdə mənzil veriləcəyinə dair müqavilələr bağlanmışdır. O cümlədən, kassatorla eyni ünvanda yaşayan X3 79,1 kv.m sahəsi olan mənzilin boşaldıb təhvil verməsi müqabilində ona 155,6 kv.m sahəsi olan mənzilin verilməsi (ayda 800 manat kirayə haqqı ödənilməklə) barədə Nəsimi Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan başqa, şirkətin X5 qarşı 81 kv.m sahəsi olan mənzilin boşaldılıb təhvil verilməsi müqabilində ona 155,6 kv.m sahəsi olan mənzilin verilməsi (ayda 800 manat kirayə haqqı ödənilməklə) barədə iddia tələbi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-153/2024 nömrəli qətnaməsi ilə təmin edilmişdir. -Azərbaycan Respublikası MPM-nin 88, 101.7, 102.1, 103.1, 218.3, 372-ci maddələri pozulmuşdur-məhkəmələr həmin normaların tələblərini kobud şəkildə pozaraq, işdə olan ekspert rəyinin natamam olduğu, həmin rəyin məcburi olmaması və digər sübutlarla birgə qiymətləndirməli olduğu halda, qeyd olunan rəyi əsas götürmüşdür. Rəyin natamam olmasına baxmayaraq, əlavə və ya təkrar ekspertiza təyin edilməsindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi həmin pozuntunu aradan qaldırmamışdır. Sübutlar düzgün qiymətləndirməmişdir. birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, ilk iddia ərizəsində verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi binanın hansı küçə istiqamətində olması göstərilməmişdir. Lakin məhkə mə qətnamədə “X1 küçəsi istiqamətinə tərəf olan” binada mənzilin kassatora verilməsini qət etmiş, sonradan iddiaçının nümayəndəsinin ərizəsi əsasında qətnamədə xx.xx.2025-ci il tarixli qərardadla dəyişiklik edərək, “İmran Qasımov küçəsi istiqamətinə tərəf olan” binadan mənzil verilməli olduğunu göstərmişdir. Bu fakt onu göstərir ki, məhkəmə əvvəlcədən iddiaçının istənilən tələbini təmin etməyə hazır olmuşdur. Apellyasiya instansiya məhkəməsi də bu hala ümumiyyətlə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı MMC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilir ki, yaşayış kompleksinin 4 blokunun mərtəbəlilik inşası tamamlanmış, fasad və daxilində tamamlanma işləri gedir. Həmin blokların inşasına icazə sənədi var, qalan 2 blokda isə icazə alınması yalnız həmin sakinlərin köçürülməsindən sonra mümkün ola bilər. Tikintinin dayandırılmasına dair protokollar isə icazədən əvvəl tərtib edilmiş protokollardır və hazırda hər hansı hüquqi qüvvəsi yoxdur. Bundan əlavə, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydalarının 3.11-ci bəndinə əsasən yeni tikinti obyektinin inşası üçün onun tikinti sahəsində mövcud digər tikinti obyektinin sökülməsi nəzərdə tutulduğu hallarda, sökülmə yalnız tikinti obyektinin inşası ilə bağlı tikintiyə icazə alındıqdan sonra həyata keçirilə bilər. Belə icazə alınanadək mövcud tikinti obyektinin sökülməsinə yalnız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqda yol verilir. Yəni, əgər bina tikilməsi nəzərdə tutulan yerdə söküləsi sahə olduqda, bu zaman həmin yaşayış və ya qeyri-yaşayış sahəsinin sökülməsinə icazə alınmalıdır. Hazırki vəziyyətdə tərəflər arasında hər hansı müqavilə və ya qanuni qüvvəsini almış məhkəmə qərarı olmadığı təqdirdə söküntüyə icazə sənədi ola bilməz. Söküntüyə icazə sənədi olmadığı təqdirdə isə tikintiyə icazə sənədi ola bilməz. Lakin cavabdehə təklif olunan mənzil tikintisinə icazə verilmiş blokda yerləşir və həmin blokun inşası artıq yekunlaşmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29 (İİ hissə ). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 32.Maddə 41 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllləsi
33. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
34. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona məns ub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
35. Maddə 152.6 hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
36. Maddə 3.0.20-ci. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və bur axılış-sazlama işlərinin yerinə yetirilməsidir.
37. Maddə 4.1 və 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ə razisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
38. Maddə
17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı ilk iddia tələbinə hüquqi qiy mət verilərkən məhkəmə tərəfindən Cavabdeh1 oğlunun mülkiyyət hüququna müdaxilənin qanuni olub- olmadığı, o cümlədən belə müdaxiləyə əsaslı zərurət olub-olmadığı məhkəmələr tərəfindən araşdırılmalı idi.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara hüquqi qiymət verilərək kassatorun mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yaşayış üçün yararsız vəziyyətdə olduğu, bu səbəbdən sökülməsinin zəruri olduğu müəyyən edildiyindən hüquqa müdaxilənin qanuni əsası olduğu, dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində fəaliyyətinin əsas məqsədlərindən biri olan insanların həyatı, sağlamlığı, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasına xidmət etdiyi, həm cəmiyyətin, həm də qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin marağına uyğun o lduğu müəyyən edilmişdir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).
47. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
48. Apellyasiya instansiyası məhkəməsi kassatorun apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" MTKnın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edilərək həmin qərardakı hüquqi mövqeni nəzərə alınmışdır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıx ış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
50. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, yaşayış üçün yararsız olan binanın sökülməsi və mülkiyyətçinin ailə üzvləri ilə birlikdə həmin binanın yerində inşa ediləcək yeni binada mənzillə təmin edilməsi dövlətin vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi kimi konstitusion məqsədə uyğun olduğundan, qarşılıqlı iddia ərizəsinin dəlillərinin əsaslı olduğu isə sübutlarla təsdiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir.
51. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində sübutların düzgün qiymətləndirilməməsinə istinad edilməsinə yol verilmədiyindən şikayətin qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verilmir.
52. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2794/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.