Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavadeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Lənkəran şəhər Narkoloji Xəstəxanasının etibarnamə üzrə nümayəndəsi (vəkil) Qasımov Zaur Ərəstun oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(106)1806/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 16 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Aərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasına müddətsiz həkim vəzifəsinə işə qəbul olunmuşdur.
2. İddiaçı 01 dekabr 2020-ci il tarixdə işə çıxmamış və işəgötürən iddiaçıya 01 dekabr 2020-ci il tarixli teleqram göndərərək, bütün iş günü ərzində işdə olmamasının səbəbini və sənədini təqdim etməyi xahiş etmişdir. İddiaçı işəgötürənə ünvanladığı 02.12.2020-ci il tarixli teleqramında bildi rmişdir ki, işəgötürənin ona qarşı planlı və qərəzli münasibəti barədə yuxarı təşkilatlara müraciət etmişdir. Ona əvvəllər verilən töhmət və şiddətli töhmətlər əsassızdır. Pozulan hüquqlarının bərpa olunacağına qədər mübarizə aparacaqdır.
3. İddiaşı işəgötürənə ünvanladığı 04 dekabr 2020-ci il tarixli ərizəsində onun növbəti, yəni 01 dekabr 2020-ci il tarixindən məzuniyyət cədvəlinə əsasən məzuniyyətə çıxarılmasını, məzuniyyət əmrinin nüsxəsini rəsmi qaydada yaşadığı ünvana məktubla göndərilməsini xahiş etmişdir.
4. İşəgötürən iddiaçının 04 dekabr 2020-ci il tarixli ərizəsinə 03.12.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ərizə və əmrin geriyə qüvvəsi olmadığından və məzuniyyətə çıxmaq üçün vaxtında müraciət etmədiyindən dolayı, eləcə də baş verən koronovirus pandemiyasın a qarşı mübarizə tədbirləri ilə bağlı 01 dekabr 2020-ci il tarixdən etibarən məzuniyyətə göndərilməsi mümkün deyildir. Məktubda həmçinin tərtib edilmiş yeni cədvəllə tanış olmasının mümkünlüyü, işə çıxmamasının üzrlü səbəbləri barədə məlumat vermədiyi təqdirdə, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq barəsində ciddi tədbir görüləcəyi bildirilmişdir.
5. İddiaçı Səhiyyə Nazirliyinin yoxlama komissiyasına verdiyi izahatında 01 dekabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixə kimi işə çıxmaması ilə bağlı bildirmişdir ki, təyin olunmuş cədvələ uyğun olaraq məzniyyətə çıxmalı olduğu üçün, qeyd olunan tarixlərdə işə çıxmayaraq, evdə olmuşdur. 02 dekabrda Səhiyyə Nazirliyinə və Lənkəran şəhər Narkoloji Xəstəxanasına teleqramla müraciət etmiş, müraciətində məzuniyyətdə olması barədə məluma t vermişdir. 2020-ci ilin yanvar ayının sonlarına kimi məzuniyyətdə olması ilə əlaqədar işə çıxmayacaqdır. Bundan başqa şəxsi işinin özündə saxlanılması ilə əlaqədar bildirir ki, 15 fevral 2020-ci il tarixdə şəxsi işini (əmək kitabçası, əmək müqaviləsi və onun bildirişini, eləcə də 2011-ci il tarixdən eitbarən verilən əmrlərin əsillərini) Lənkəran şəhər Mərkəzi Xəstəxanasından təhvil almışdır. Lakin ona verilmiş töhmətlərin əsassız və qərəzli olduğunu hesab edərək şəxsi işi o, etibar etməyib özündə saxlamışdır. Söz verir ki, şəxsi iş materiallarını 05 gün ərzində Lənkəran şəhər Narkoloji Xəstəxanasına təqdim edəcəkdir.
6. İşəgötürən Lənkəran şəhər X1 İttifaqı Komitəsinə müraciət edərək, iddiaçının 17 iş günü müddətində heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə bağlı Əmək Məcəlləsinin 7 0-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının işdən çıxarılmasına münasibət bildirməyi xahiş etmiş, Həmkarlar təşkilatı 24 dekabr 2020-ci il tarixli iclasında iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə etiraz etmədiyi barədə qərar qəbul etmişdir.
7. Lənkəran şəhər Narkoloji Xəstəxanası üzrə 24 dekabr 2020-ci il tarixli, 57-K saylı əmrlə heç bir üzrlü səbəb olmadan 17 iş günü müddətində işə gəlməməsinə görə Lənkəran şəhər Narkoloji Xəstəxanasının həkim-narkoloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 dekabr 2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavadeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasına qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının 24 dekabr 2020-ci il tarixli, 57-K №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqının ödənilməsi və dəymiş mənəvi ziyana görə 50000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə hər zaman hippokrat andına sadiq qalmış, nizam-intizamlı olmuşdur. Heç vaxt heç bir pasienti ondan şikayətçi olmamış, bacardığı qədər dövlətin səhiyyə sisteminin adını uca tutmağa çalışmışdır. Bir neçə ildir ki, Lənkəran şəhər Narkoloji Xəstəxanasının baş hə kimi Vüqar Əliyevin qanunsuz göstərişlərinə əməl etmədiyi üçün, onun tərəfindən qərəzli olaraq təzyiqlərlə üzləşmişdir. Bununla əlaqədar dəfələrlə yuxarı instansiyalara müraciət etmişdir. Həmin müraciətlərinin qarşısını almaq məqsədilə X4 Rayon Məhkəməsinə müraciət edərək, guya onun işgüzar nüfuzuna vurduğu ziyana görə ondan 10000 manat kompensasiyanın tutulmasını tələb etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 500 manat pulun ondan tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinə etdiyi apellyasiya şikayəti təmin edilməsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə həmin qətnamələr ləğv edilmişdir. Çünki heç vaxt qərəzli olaraq ondan şikayət etməmiş və ya onun işgüzar nüfuzuna ziyan vurmamışdır. Lakin bununla da dayanmaq is təməyən Vüqar Əliyev ona qarşı növbəti kampaniyaya başlamışdır. Belə ki, 2020-ci il əvvəlində tərtib edilmiş məzuniyyət cədvəlinə əsasən məzuniyyəti dekabr ayının 1-nə təyin edilmişdir. Dekabr ayının 1-də ona şifahi məlumat verilmişdir ki, məzuniyyəti yanvar ayına keçirilmişdir. Lakin bu barədə ona heç kim məlumat verməmişdir. Buna görə də poçt vasitəsilə baş həkimə məzuniyyətin verilməsi ilə bağlı, eyni zamanda Səhiyyə Nazirliyinə hazırki məsələnin araşdırılması məqsədilə müraciət etmişdir. Baş həkim ona göndərilmiş 05 dekabr 2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, məzuniyyət cədvəlinə uyğun məzuniyyətə çıxmaq üçün vaxtında müraciət etmədiyindən dolayı, eləcə də ölkədə baş verən koronovirus (COVİD-19) virusuna qarşı mübarizə tədbirləri ilə bağlı 01 dekabr 2020-ci il tarixdən məzuniyyətə çıxması mümkün deyildir və məzuniyyət cədvəli ondan xəbərsiz dəyişdirilmişdir. Çalışdığı Lənkəran şəhər X2-19 virusuna qarşı mübarizə aparan xəstəxanalar siyahısına daxil deyildir və həmin xəstəxananın işçilərinin cədvəlində heç bir dəyişiklik baş verməmişdir. Sözügedən cədvəl 01 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. Həmin gündən etibarən bu məsələnin araşdırılmasını gözlədiyi üçün işə çıxmamış və bu barədə Səhiyyə Nazirliyinə də məlumat vermişdir. Çünki qanunvericiliyə əsasən onun razılığı olmadan işəgötürən növbəlilik cədvəli üzrə onun məzuniyyət vaxtını dəyişə bilməzdi. Bundan sonra Lənkəran şəhər X1 İttifaqının sədri Günel Məmmədova tərəfindən ona teleqram göndərilərək, işdən çıxarılmağı barədə məsələyə baxılması üçün iclasa dəvət edilmişdir. 18 dekabr 2020-ci il ta rixdə daxil olan teleqramda 21 dekabr 2020-ci il tarixdə iclas təyin edildiyi qeyd edilmişdir. Bu məsələdən agah olan atası baş həkim Vüqar Əliyev tərəfindən aparılan bu iyrənc kampaniya səbəbindən 19 dekabr 2020-ci il tarixdə ürək infarktından vəfat etmişdir. Onun işdən çıxarılması tam qanunsuzdur. Belə ki, Lənkəran şəhər Narkoloji Xəstəxanasının baş həkimi ona təzyiqlər edib «öz xahişi ilə» işdən azad olunmağı tələb etmiş, əks təqdirdə, onu ağır maddə ilə işdən azad etməklə hədələmişdir. Azərbaycan Respublikası Prezidentinin dövlət və özəl qurumlar qarşısında qoyduğu qəti tələblər və işçilərin COVİD-19 pandemiyası dövründə işdən azad olmağına dair qəti tələbi hər bir işəgötürən tərəfindən yerinə yetirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi həqiqəti əks etməyən faktl ara istinad edildiyinə görə əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Lənkəran şəhər Narkoloji Xəstəxanasının işçiləri hər il tərtib edilmiş müvafiq məzuniyyət cədvəli üzrə məzuniyyətə buraxılırlar və həmin məzuniyyət qrafiki 09 yanvar 2020-ci il tarixdə tərtib edilərək təsdiq edilmişdir. Daha sonra isə işəgötürən həmin məzuniyyət cədvəlini onun razılığı alınmadan məhz 01 dekabr 2020ci il tarixdə, yəni məzuniyyətə çıxmalı olduğu gün dəyişdirmişdir. Halbuki Əmək Məcəlləsində əmək məzuniyyəti cədvəlinin dəyişdirilməsi üçün imperativ olaraq işçinin razılığının alınması göstərilmişdir. Buna görə də, sözügedən qanunsuzluğun araşdırılması məqsədilə yuxarı orqana, yəni Səhiyyə Nazirliyinə müraciət edərək, təkbaşına tətil etmişdir.
10. Cavabdehin nümayəndəsi iddia tələbinə q arşı etiraz edərək, iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Əmək Məcəlləsinin tələblərini və onunla bağlanmış 16 mart 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərini pozaraq, 01 dekabr 2021-ci il tarixdə bütün gün işə gəlmədiyindən, ona həmin tarixdə teleqram göndərilərək işdə olmadığı, səbəbini bildirməklə lazımi sənədi təqdim etməsi bildirildiyindən, sonuncu 02 dekabr 2020-ci il tarixdə teleqram ünvanlayaraq yuxarı təşkilatlara müraciət etdiyini, ona verilən töhmət və şiddətli töhmətlərin tamamilə əsassız olduğunu və sona qədər mübarizə aparacağını bildirmişdir. İddiaçı 04 dekabr 2020-ci il tarixdə ərizə ilə Lənkəran şəhər Narkoloji Xəstəxanasına müraciət edərək, onun 01 dekabr 2020-ci il tarixdən məzuniyyət qrafikinə əsasən nö vbəti əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət əmrinin rəsmi qaydada yaşadığı ünvana göndərilməsini xahiş etdiyindən, onun müraciətinə baxılmış və sonuncuya 05 dekabr 2020-ci il tarixdə 417 saylı məktubla ərizə və əmrin geriyə qüvvəsi olmadığından, həmçinin məzuniyyət qrafikinə uyğun məzuniyyətə çıxmaq üçün vaxtında müraciət etmədiyindən, eləcə də ölkədə baş verən koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar 01.12.2020-ci il tarixindən etibarən məzuniyyətə göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla yanaşı həmin məktubda iddiaçıya 01 dekabr 2020-ci il tarixindən etibarən işə çıxmadığı və bunun səbəblərinin üzürlü olması barədə məlumat verməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun ciddi tədbir gör üləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən məktubda qeyd olunan hallarla (işə çıxmamasının səbəblərinin üzrlü olması ilə bağlı məlumatın verilməsi ilə əlaqədar) bağlı heç bir məlumat verilmədiyindən, onun hərəkətləri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunmuşdur. 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini «Lənkəran Şəhər Narkoloji Xəstəxanasının tibb işçisi barədə müraciətin araşdırılması» haqqında 89-S №-li sərəncam vermiş və həmin sərəncamla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının baş həkimi tərəfindən həmin xəstəxananın tibb işçisi barədə daxil olmuş müraciətin 09 dekabr 2020-ci il tarixdən başlayaraq 2 iş günü müddətində yerində araşdırılması məqsədilə komissiya yaradılmışdır. İddiaçı 09 dekabr 2020-ci il tarixdə komissiyaya dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı komissiyaya verdiyi izahatında 01 dekabr 2020-ci il tarixindən 09 dekabr 2020-ci il tarixinədək işə çıxmaması ilə əlaqədar bildirmişdir ki, təyin olunmuş qrafik üzrə 01 dekabr 2020-ci il tarixdən məzuniyyətə çıxmalı olduğu üçün, qeyd olunan tarixlərdə işə çıxmayaraq evdə olmuş, 02 dekabr 2020-ci il tarixdə Səhiyyə Nazirliyinə və Lənkəran ŞNX-na teleqramla müraciət edərək, məzuniyyətində olması ilə bağlı məlumat vermiş, eyni zamanda 2020-ci ilin yanvar ayının sonlarına kimi məzuniyyətdə olması ilə əlaqədar işə çıxmayacaqdır. İddiaçı həmin izahatında şəxsi işini də özündə saxladığını qeyd etmişdir. Yaradılmış komissiya araşdırmanın yekunu olaraq 17 dekabr 2020-ci il tarixdə 21/19-5842 saylı məktubla Lənkəran ŞNX-na müraciət edərək göstərmişdir ki, Lənkəran ŞNX-nın həkimnarkoloqu İddiaçı fəaliyyətinin və onun barəsində olan vətəndaş şikayətlərinin araşdırılmasına dair müraciətə Səhiyyə Nazirliyində baxılmış və müəyyən edilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı əvvəllər verilmiş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, müayinələri düzgün həyata keçirməmiş, şəxsi işini özündə saxlayaraq yenidən vəzifə funksiyalarını pozmuş, eləcə də 09 gün müddətində heç bir üzürlü səbəb göstərmədən işə çıxmamış və işə çıxmayacağını açıqca bəyan etmişdir. Bu səbəbdən də həmin məktubda onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdə qalıb-qalmaması məsələsinə baxılması xahiş olunmuşdur. Bundan sonra cavabdehin 17 gün müddətində işə çıxmadığını v ə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılmasına münasibət bildirilməsi məqsədilə, Lənkəran ŞNX-nın HİK-na müraciət olunmuşdur. Sözügedən məsələ HİK-nin iclasında müzkirə olunması üçün 21 dekabr 2020-ci il tarixə təyin edilmiş və bu barədə iddiaçıya məlumat (teleqramı alması barədə sənəd əlavə edilmişdir) verilməsinə baxmayaraq, sonuncu həmin iclasa gəlməmiş, gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Buna baxmayaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iclas 24 dekabr 2020-ci il tarixə təxirə salınmış və yenidən iddiaçıya qanunamüvafiq qaydada məlumat (teleqramı almaqdan imtina etməsi barədə sənəd əlavə edilmişdir) verilmişdir. Qeyd olunan tarixdə keçirilmiş iclasda gündəlikdəki məsələ (iddiaçının işdən azad olunması) müzakirə olunmuş (25 nəfər lehinə səs vermiş, 3 nəfər isə bitərəf qalmışdır) və İddiaçı tutduğu vəzifədən azad edilməsinə etiraz olunmadığı barədə qərar çıxarılmışdır. Həmin protokol Lənkəran ŞNX-nın HİK-nin sədri tərəfindən məktubla işəgötürənə göndərilmiş, bu barədə Azərbaycan Respublikası X3 Komitəsinə və Lənkəran şəhər X3 Təşkilatına məlumat verilmişdir. Odur ki, Lənkəran ŞNX-nın həkim-narkoloqu İddiaçı tutduğu vəzifədən azad olunmaqla, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının Lənkəran ŞNX-na ünvanladığı 04 dekabr 2020-ci il tarixli ərizəsində və Səhiyyə Nazirliyi tərəfindən Lənkəran ŞNX-da yoxlama aparılması məqsədilə yaradılmış komissiyanın iclasında yazmış olduğu 09 dekabr 2020-ci il tarxli izahatında «tətil» etməsi ilə bağlı dair heç bir qeyd şərt göstərilməmiş, eləcə də Lənkəran ŞNX-nın HİK-nin 21 və 24 dekabr 2020-ci il tarixlərində keçirilmiş iclaslarında iştirak etməyərək «tətil» etməsi ilə bağlı heç bir fikir bildirməmişdir.
11. Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(049)-939/2021 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ona əmək məzuniyyətinin verilməməsi ilə əlaqədar işəgötürənə etiraz olaraq təkbaşına tətil etməsi və işəgötürənin də qanunsuz olaraq onu işdən azad etməsi ilə bağlı dəlilləri əsassızdır. Çünki həmin hal 24 dekabr 2020-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas deyildir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 83cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(106)-1806/2021 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı t ərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. İşəgötürən tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə xitam verilmişdir. Belə ki, iddiaçı ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 17 gün ərzində işə gəlməmiş və öz əmək funksiyalarının yerinə yetirilməsindən yayınmışdır ki, bu da iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarmışdır.
17. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci hissəsinin məzmunundan görünür ki, işçi əvvəlcə məzuniyyətə çıxma arzusu ilə əlaqədar işə götürənə yazılı ərizə ilə müraciət etməli və işəgötürən isə əmək məzuniyyə tinin verilməsi ilə əlaqədar müvafiq əmri təsdiq etməlidir. Hazıki işin hallarından, yəni tərəflərin izahatından isə belə məlum olur ki, İddiaçı əmək məzuniyyətinə çıxması ilə əlaqədar cavabdehə ümumiyyətlə müraciət etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının ona əmək məzuniyyətinin verilməməsi ilə əlaqədar işəgötürənə etiraz olaraq təkbaşına tətil etməsi və işə götürənin də qanunsuz olaraq onu işdən azad etməsi ilə bağlı dəlilləri, 24 dekabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsas deyildir. İş materiallarında olan yuxarıda qeyd olunan 01 dekabr 2020ci il tarixdən etibarən Lənkəran şəhər Narkoloji Xəstəxanasına etdiyi teleqramlarında İddiaçı tərəfindən işəgötürənə təkbaşına tətil etməsi barədə heç bir məlumat verilməmiş, əksinə yazışmalarında onun barəsində olan qərəzli əmrlərdən şikayətlər edəcəyini bildirmişdir. Hətta onun Səhiyyə Nazirliyinin yoxlama komissiyasına ünvanladığı izahatında da bu barədə hər hansı məlumat verməmişdir.
19. İddiaçı iddia ərizəsində və apellyasiya iclasında verdiyi izahatında ona əmək məzuniyyətinin verilməməsinə etiraz olaraq təkbaşına tətil etdiyini bildirsə də, bu barədə işəgötürənə məlumat verməmiş, işə götürən isə bundan məlumatsız olmuşdur.
20. Məhkəmə kollegiyası bu xüsusatda da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hər hansı müəssisə və ya təşkilatda əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərin işəgötürənin hərəkətlərinə etiraz olaraq təkbaşına tətil etməsi barədə işəgötürənə məlumat verməsi zəruridir. Belə ki, işçinin təkbaşına tətil etməsi barədə işəgötürənə məlumat verməməsi həmin idarə, müəssisə və təşkilatda əmək və icra intizamının normal ahənginin pozulması ilə və qeyri-müəyyənliklə nəticələnmiş olardı. Məhz buna görə də kollegiya hesab etmişdir ki, İddiaçı işəgötürənə ona əmək məzuniyyətinin verilməməsinə etiraz olaraq təkbaşına tətil etməsi barədə məlumat verməli olduğu halda bunu etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırı lmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə onun 01.12.2020-ci il tarixdən məzuniyyətə çıxmalı olduğunu nəzərə almamışdır. Məhkəmə xəstəxananın vəzifəli şəxslərinin məhkəmə iclasına çağırılıb dindirilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasınfa İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər.
25. Cavabdeh Lənkəran şəhər Narkoloji Xəstəxanasının etibarnamə üzrə nümayəndəsi (vəkil) Qasımov Zaur Ərəstun oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
26. Azərb aycan Respublikasının Əmək Məcəlləsi: Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə
71. Əmək müqav iləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qa nunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
3. İşəgötürən məzuniyyətlərin v erilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İşə bərpa olunma barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə b ərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
34. İşin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı heç bir üzürlü səbəb olmadan 17 gün ərzində işə gəlməmiş, bu da iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarmışdır.
35. Bu halda işçi ilə əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 70 -ci maddəsinin “ç” bəndində müəyyən olunmuşdur. İşə baxmış məhkəmələr də mübahisənin həllinə məhz bu normanı tətbiq etmiş, işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil edərək o nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman iddiaçının bütün iş günü işə gəlməməsi əsas götürülmüşdür. Eyni zamanda həmin normada bu normanın tətbiqini istisna edən şərtlərin - iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hallarının olmadığı müəyyən edilmişdir. İddiaçı bu şərtlərin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.
36. Apellyasiya instansi yası məhkəməsi, iddiaçının müəssisə üzrə təsdiqlənmiş məzuniyyət cədvəlinə əsasən 01 dekabr 2020-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmalı olduğuna görə işə çıxmaması barədə dəlilinə də qiymət verərək bildirmişdir ki, işçi əvvəlcə məzuniyyətə çıxma arzusu ilə əlaqədar işəgötürənə yazılı ərizə ilə müraciət etməli, işəgötürən isə əmək məzuniyyətinin verilməsi ilə əlaqədar müvafiq əmri təsdiq etməlidir. Hazıki işin hallarından məlum olur ki, iddiaçı əmək məzuniyyətinə çıxması ilə əlaqədar cavabdehə ümumiyyətlə müraciət etməmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması Əmək Məcəlləsinin 138-ci maddəsi ilə dəqiq tənzimlənir. Həmin normanın tələbinə görə bü tün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur.
38. Qanunvericilikdə əmək məzuniyyətlərinin növbəlilik cədvəli tərtib olunduğu halda, əmək məzuniyyətinin işçinin ərizəsi və işəgötürənin əmri olmadan verilməsini nəzərdə tutan norma yoxdur. Həmçinin məzuniyyətlərin növbəlilik cədvəlində göstərilən vaxt çatdıqda işçinin işəgötürənə məlumat vermədən işə çıxmama hüququnu təsbit edən norma olmadığına görə, iddiaçının işə çıxmamasını üzürlü hesab etmək üçün əsas da yoxdur.
39. Məhkəmələr eyni zamanda iddiaçının ona əmək məzuniyyətinin verilməməsi ilə əlaqədar işəgötürənə etiraz olaraq təkbaşına tətil etməsi barədə dəlilini də araşdıraraq hesab etmişdir ki, həmin hal 24 dekabr 2020-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas deyildir.
40. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 295-ci maddəsinin 1 və 3-cü hissələrinə görə pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə veril ən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01 dekabr 2020-ci il tarixdən etibarən Lənkəran şəhər Narkoloji Xəstəxanasına etdiyi teleqramlarında işəgötürənə təkbaşına tətil etməsi barədə heç bir məlumat verməmiş, əksinə yazışmalarında onun barəsin də olan qərəzli əmrlərdən şikayətlər edəcəyini bildirmişdir. Hətta onun Səhiyyə Nazirliyinin yoxlama komissiyasına ünvandığı izahatında da bu barədə hər hansı məlumat verməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə, təkbaşına tətilin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 292 və 295-ci maddələrindən irəli gəlir və işin hallarına uyğundur.
43. Kassatorun məhkəmə tərəfindən Lənkəran şəhər Narkoloji Xəstəxanasının vəzifəli şəxslərinin dindirilməməsi barədə dəlili əsassızdır. Çünki iddiaçının mahiyyəti üzrə həlli üçün əhəmiyyəli olan hal 01.12.2020-ci il tarixdən etibarən işə çıxmamasının qanunda nəzərdə tutulmuş üzürlü səbəblərlə əlaqəli olub-olmamasıdır ki, bu barədə sübutları məhz iddiaçının özü təqdim etməlidir və bu halların müəyyən olunması üçün xəstəxananın vəzifəli şəxslərinin dindirilməsinə zərurət yoxdur.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(106)1806/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.