Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nikonoroviçə, X6, Cavabdeh2, X2, X8, Cavabdeh8 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüquqa xitam verilməsi, apellyasiya instansiyası məhkəməsinin apellyasiya baxışının hədlərindən kənara çıxmasının yol verilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nikonoroviçə, X6, Cavabdeh2, X2, X8, Cavabdeh8 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4880/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzilini (bundan sonra - mübahisəli mənzil) X3 xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır.
2. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
3. Cavabdehlər mübahisəli ünvanda pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X13 və X14 ilə birlikdə mübahisəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili X3 xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış, mənzil üzərində mülkiyyət hüququ qeydə alınmış və mənzilə dair adına çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürsə də, buna əməl etməmiş və mübahisəli mənzilin keçmiş sakinləri olan cavabdehlər mübahisəli mənzildə qeydiyyatdan çıxmamışlar. Cavabdeh lər mübahisəli mənzildə yaşamasalar da pasport qeydiyyatında qaldıqlarından onların əvəzindən də kommunal xərclər ödəməli olmuşdur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-850/2018 nömrəli iş üzrə 7 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh3 yetkinlik yaşına çatmayan X13 və X14 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda olması iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini müəyyən mənada əngəlləyir. Ona görə də iddia təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh4 Aleksndrovna qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılması xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1989-cu ildən order əsasında cavabdehlərin mülkiyyətinə verilmiş, hazırkı vaxtadək qe ydiyyatda olublar və yaşayıblar, indi də orada yaşamağa davam edirlər. X9 qanunsuz sənədlərlə oradakı özbaşına tikililəri onların ünvanı ilə öz adına özəlləşdirmiş və qısa müddət sonra iddiaçının adına alqı-satqı etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4880/2022 nömrəli iş üzrə 7 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəl i mənzilə dair hüquqları ümumiyyətlə mövcud deyil və mövcud olmayan istifadə hüququnun itirilməsi mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilməz. Belə ki, cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan sahədə deyil, evin digər hissəsində yaşayırlar və həmin hissədə yerləşən otaqların iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdehlər iddiaçının (mülkiyyətçinin) ailə üzvü və istifadə hüququ olan şəxslər deyillər, onlar iddiaçının mülkiyyətində olan sahədə yaşamadıqlarından təbii ki, iddiaçıya məxsus mənzildən istifadə hüquqları da yoxdur. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin yerləşdiyi əraziyə xidmət edən 3 saylı XTMKTB-NİN 139 saylı MKİS-yə edilmiş sorğu nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzilin sahəsi 42 kvm olmaqla ayrı girişli təsərrüfat dan ibarətdir. Cavabdehlərin yaşadığı ehtimal edilən mənzilin sahəsi isə 20 kvm-dir, lakin qapısı bağlı olduğu üçün ora baxış keçirmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzillə cavabdehlərin yaşadığı mənzil ayrı-ayrı yaşayış sahələridir və onların giriş-çıxışı da ayrıdır. Sadəcə hər iki mənzil Mənzil İstismar Sahəsində eyni nömrə ilə qeydə alınmışdır ki, iddiaçını da narahat edən əsas məsələ elə budur.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Suraxanı rayon Polis İdarəsinə müraciət etməli və həmin müraciət təmin olunmadığı təqdirdə, imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Eləcə də, tərəflər mübahisəni həll etmək üçün yaşadıqları mənzillərə ayrı ünvan verilməsi ilə bağlı müvafiq səlahiyyətli orqana müraciət edə və müraciətləri təmin olunmadığı təqdirdə onu məhkəmədə mübahisələndirə bilərlər.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə cavabdehlərin iddiaçının mülkiyyət hüququna hər hansı müdaxilə, yaxud qəsd etmələri iş materialları ilə təsdiq olunmur. Ünvanın eyni olması iddiaçıya aid olmayan yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsas vermir. Eləcə də, ünvanın eyni olması cavabdehlərin iddiaçının mülkiyyət hüququna müdaxilə etmələri kimi qiymətləndirilə bilməz. İşdən göründüyü kimi, cavabdehlər mübahisəli ünvanda qeydiyyatda olmaqla evin özlərinə aid hissəsində yaşayırlar və həmin ev onların daimi yaşayış yeridir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbayc an Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 157.4, 158.1-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarı ilə iddiaçının öz əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Çünki, hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyi üçün cavabdehlər başqa şəxsin evinə qeydiyyata düşməklə formal şəkildə həmin mənzildən istifadə hüququ əldə edirlər. Halbuki bu şəxslər həmin mənzildə yaşamırlar, vaxtilə bu ünvandan köçməklə, başqa ünvanda qanunsuz tikili tikməklə orda yaşayırlar. Bu faktlar məlum olsa da, məhkəmə tərəfindən nəzərə alınmayıb. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq olsa da məhkəmə tərəfindən nəzərə alınmayıb və MİS tərəfindən verilən arayışa istinad etməklə qeyd etmişdir ki, cavabdehlərin yaşadıqları mənzillər ayrı çıxışlı mənzillərdir və bu baxımdan istifadə hüququna xitam verilə bilməz. Məhkəmə nəzərə almayıb ki, MİS əmlak üzərində mülkiyyət hüquqlarını qeydiyyata a lan qurum deyil. Cavabdehlərin yaşadığı ünvanın isə ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Amma buna baxmayaraq digər mülkiyyətçinin hüquqları pozulur. Belə çıxır ki, cavabdehlər mübahisəli ünvanda deyil başqa rayonun ərazisində də yaşasaydılar yanaşma eyni olacaqdı. Həmçinin təqdim edilən sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehlərin leyhinə əsaslandırılmışdır. Qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 1
3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə b ilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Məcəllə
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitut lar. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və y a dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquql arının itirilmiş hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, apellyasiya instanisyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. (28)
39. İşin halları ilə müəyyən edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh4 Aleksndrovna apellyasiya şikayəti verdiyi halda apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərindən kənara çıxmışdır.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, Cavabdeh4, Cavabdeh8 X7 və X10 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlsə də, cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin rədd edilməsi barədə qətnamə qəbul etməklə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən kənara çıxmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməyən hissələrinə də münasibət bildirmişdir. (30)
41. Göründüyü kimi cavabdehlər Cavabdeh1 Nikonoroviç, X12, Cavabdeh2, X4, Cavabdeh5 və Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu yoxlamalı olmadığı halda MPMnin 372.6-cı maddəsinin tələblərinə zidd olaraq həmin hissəni yoxlayaraq hüquqi qiymət vermişdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372. 1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
43. Eyni zamanda qeyd edilən qərarda göstərilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
44. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 Nikon oroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin rədd edilməsi hissəsində qanuni olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
45. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
46. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4880/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh3nın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin k üçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.