Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İstifadə hüququnun tanınması, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)21/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 9 nömrəli 3 otaqlı mənzil tərəflərin atası Murad Fərəcova verilmişdir.
2. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X6 adına Zərdab şəhəri, Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili ilə bağlı xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X7, İddiaçı, Nümayəndə1, X11, X16, X12, Cavabdeh, X3, X13 göstərilm işdir. 3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.77 kv.m, yaşayış sahəsi 39.76 kv.m olan, üç otaqlı mənzil xx.xx.1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Bu barədə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən (reyestr kitabı № 322, inventar işi 226 olan) qeydiyyat vəsiqəsi verilmişdir.
4. Zərdab şəhər MİS tərəfindən verilmiş 233 saylı, xx.xx.2021-ci il tarixli arayışa əsasən, sözügedən ünvan 1999-cu ilə kimi ünvan 1, 2009-cu ilə kimi Zərdab şəhəri Azərbaycan küçəsi bina 2, mənzil 9, 2009-cu ildən hal-hazıra kimi Zərdab şəhəri Azərbaycan küçəsi bina 93, mənzil 9 adlandırılmışdır.
5. Zərdab rayon İHB-nın Qoşaoba kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 378 saylı, xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı uzun illərdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır.
6. Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 5 ünvanı ünvan 6, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X4, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X8 icra nümayəndəliyi yaranan gündən- 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə1 ailə problemləri ilə əlaqədar hazırda ünvan 7 ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 8 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının doğma qardaşıdır. Haqqında mübahisə qaldırılan mənzil əvvəllər iddiaçının atasına məxsus olmuş, iddiaçı da cavabdeh kimi həmin mənzildə yaşamışdır. İddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qayınanasına məxsus Zərdab şəhəri, 1 May küçəsində yerləşən evə köçərək, ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır. İddiaçı hazırda əvvəllər atasına məxsus olmuş sözügedən evə köçüb yaşamaq istəyir. Lakin indi məlum olur ki, cavabdeh sözügedən mənzili 19 96-cı ildə özəlləşdirərək mülkiyyətinə keçirmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun böyük qardaşıdır. Haqqında mübahisə qaldırılan mənzil əvvəllər atasına məxsus olmuşdur. Daha doğrusu Zərdab rayon XDS tərəfindən 1974-cü ildə mənzil atasına verilmişdir. İddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qayınanasına məxsus Zərdab şəhəri, 1 May küçəsində yerləşən ünvana köçərək orada özünə fərdi yaşayış evi tikmiş, ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır. İddiaçıdan sonra sözügedən mənzildə özü yaşamış və 1996-cı ildə qanunvericiliyə uyğun olaraq özəlləşdirmişdir. Hazırda həmin mənzil 25 ildir ki, onun xüsusi mülkiyyətidir. Mülkiyyət hüququ toxunulmazdır və qanu nla qorunur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(035)-724/2021 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı 1988-ci ildən sözügedən mənzili tərk edərək daimi yaşamaq üçün başqa yaşayış yerinə - ünvan 10 ünvana getdiyi və hal-hazırda da orada yaşadığı üçün əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququnu itirmişdir.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, mübahisəli mənzil artıq 1996-cı ildən cavabdehin xüsusi mülkiyyəti olduğundan onun mülkiyyətçi olaraq iradəsinə zidd iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnu n tanınması tələbi onun qanunla qorunan hüquq və azadlıqlarına aid deyildir. Ona görə də həmin hüquqa məhkəmə qaydasında təminat verilməməlidir. Əksinə, məhkəmə hesab etmişir ki, iddianın təmin edilməməsi ilə cavabdehin mülkiyyət hüququ gözlənilməlidir. Ona görə də iddia təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə və xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etmişdir b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmənin qətnamə çıxararkən istinad etdiyi Zərdab rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsi qanunsuz yollarla əldə edilmişdir. Həmin sənədin saxtalığı məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, şahidlərin dindirilməsini təmin etməmişdir.
16. Hazırki işə apelyasiya icraatında baxılan dövrdə İddiaçı Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Bununla bağlı hazırki mülki iş üzrə icraat dayandırılmışdır.
17. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə Cavabdeh adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
18. Bundan sonra mülki iş üzrə icraat təzələnmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-21/ 2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov, V.Məlikov və E.Mehdiyev) apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi qət edilmişdir.
19. Kollegiya qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə Cavabdeh adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin iş üzrə apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-309/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(102)-312/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, yuxarıda göstərilən məhkəmə qərarları hazırki iş üçün preyudisiallıq kəsb etməsə də, mübahisəli fərdi yaşayış evinin artıq Cavabdeh mülkiyyəti hesab olunmadığını göstərir.
20. Kollegiya həmin qərarda göstərilmiş Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.x x.2022-ci il tarixli arayışına və Səki iznibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X21 oglu, X20 oglu və X18 oglu tərəfindən verilmiş izahatlara işin digər halları ilə birlikdə qiymət verərək qeyd etmişdir ki, göründüyü kimi, Cavabdeh İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmamışdır. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə köçdüyü müəyyən edilmişdir. O cümlədən müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən köçdükdən sonra da, onun və ailə üzvlərinin həmin mənzillə əlaqəsi kəsilməmiş, arvadı Nümayəndə1 mübahisəli - Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildə yaşamışdır.
21. Kollegiya hesab etmişdir ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azər baycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri baxımından iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Sonuncunun mənzildən istifadə hüququnun itirilməsi üçün həmin Məcəllənin 60 və 87-ci maddələrində göstərilən hallar hazırki iş üzrə müəyyən edilmir.
22. Kollegiya bildirmişdir ki, cavabdeh mübahisəli mənzili özəlləşdirərkən özəlləşmə prosesində iştirakları təmin edilməli olan şəxslərin iştirakını təmin etmədən iddiaçının istifadə hüququnu şübhə altına salsa da, özəlləşmə nəticəsində əldə olunmuş qeydiyyat vəsiqəsi ləğv edildiyindən iddiaçının mövcud olmuş istifadə hüququ yenidən mübahisəyə səbəb olmaması üçün həmin hüquq hazırki qətnamə ilə yenidən tanınmalı və mənzilə köçürülmə təmin edilməklə həmin hüquq reallaşdırılmalıdır.
23. Kollegiya öz möv qeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan) 53, 54, 60, 87-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin həlli üçün ev özəlləşdirilərkən mənzil kirayə müqaviləsində kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvlərinin məhz həmin tarix üçün mənzildə faktiki yaşamaları müəyyən edilməlidir. Lak in məhkəmə bi halı müəyyən etməmiş, İddiaçı digər ünvanda yaşamasını müəyyən etsə də, sadəcə formal olaraq yalnız sənəd üzərində olan qeydiyyata əsaslanmışdır. Halbuki, iddiaçı 1988-ci il tarixdən ailə üzvləri ilə birlikdə qayınanasına məxsus Zərdab şəhəri, 1 may küçəsi ərazisində özünə fərdi ev tikərək bu günə kimi də orada yaşayır. Buradan da aydın görünür ki, iddiaçı qərəzli şəkildə yaşadığı evi öz adına özəlləşdirməmişdir. 25 il həmin evə sahiblik etməyinə və yaşamağına baxmayaraq onun hüquqları məhdudaşdırılmış, qanunsuz qərarlar qəbul edilərək Mülki Məcəllənin yuxarıda qeyd olunan və bu kimi digər qanun müddəaları pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş)
26. Mad də
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
27. Maddə
54. İcarədar özü il ə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
28. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
29. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
30. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı 31. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 77.3. İşdə ol an sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün gö ndərilməlidir.
43. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli mənzil Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən tərəflərin atası Murad Fərəcova verilmişdir. Mənzilə dair Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X6 adına mənzilə dair xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X7, İddiaçı, Nümayəndə1, X11, X16, X12, Cavabdeh, X3, X13 göstərilmişdir. Mənzil xx.xx.1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmış, bu barədə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən (reyest r kitabı № 322, inventar işi 226 olan) qeydiyyat vəsiqəsi verilmişdir.
44. Lakin İddiaçı iddia ərizəsi ilə inzibati məhkəməyə mütaciət edərək, Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
45. İddiaçı mübahisəli mənzildə qeydiyyatdadır və həmin mənzildən istifadə hüququ tanınmaqla köçürülməsini tələb edir.
46. Bu mübahisə mənzildən istifadə münasibətlərindən yaranmışdır.
47. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
49. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub olmaması müəyyən edilməlidir. Qed edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan h al kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, mənzil verilən zaman iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranıb.
50. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdi.
51. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddət ə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87).
52. Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə iddiaçının mənzildən istifadə hüquququnun yarandığı müəyyən edildikdən sonra, hə min hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövsud olubolmaması müəyyən edilməlidir.
53. Bu baxımdan mübahisənin həlli üçün əhəmiyyətli olan işin hallarından görünür ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzildən 1991-ci ildə çıxdığını bildirir (mülki iş, səh. 2). Birinci instansiya məhkəməsində iddiaçının etibarnamə üzrə nümayəndəsi – arvadı Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirib ki, «iddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qayınanasına məxsus olan Zərdab şəhəri, 1 May küçəsində yerləşən evə köçərək ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır» (mülki iş, səh. 47). Həmçinin Zərdab rayon İH Qoşaoba kənd İƏD üzrə nümayəndəsinin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 378 saylı arayışında qeyd olunub ki, Qoşaoba kənd sakini İddiaçı həqiqətən də uzun illərdir ki, ailəsi ilə birlikdə Qoşaoba kəndi Y.Məmmədəliyev (keçmiş 1 May) küçəsi ev 8 ünvanda yaşayır.
54. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilibedilməməsini müəyyən etmək üçün bu məlumatlar əhəmiyyətli idi və birinci instansiya məhkəməsi məhz bu sübutlara əsaslanmaqla iddiaçının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququnu itirdiyi qənaətinə gəlmişdir.
55. Lakin apelyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə ləğv olunmasına istinadən bildirmişdir ki, həmin iş üzrə məhkəmə qərarları hazırki iş üçün preyudisiallıq kəsb etməsə də, mübahisəli f ərdi yaşayış evi artıq cavabdehin mülkiyyəti hesab olunmur.
56. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki, hətta qeydiyyat vəsiqəsi ləğv edilmiş olsa belə, Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
57. Bundan başqa, Mənzil Məcəlləsinin sonuncu bəndində də «həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin» məhkəmədə iddia vermək hüquqları tanınmışdır.
58. Buna görə də mənzilə dair cavabdehə verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmasına baxmayaraq, işin halları mənzildən istifadə hüququnun əsasları üzrə araşdırılmalı idi.
59. Apelyasiya instansiyası məhkəməsi Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına və Səki İnzibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X21 oglu, X20 oglu və X18 oglu tərəfindən verilmiş izahatlara işin digər halları ilə birlikdə qiymət verərək hesab edib ki, Cavabdeh İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmamışdır. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə köçdüyü müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, iddiaçının 1998-ci ildən (iddia ərizəsində yazıldığına görə 1991-ci ildən) mübahisəli mənzildən çıxıb başqa yaşayış məntəqəsinə köçməsi barədə özlərinin aydın və birmənalı məlumatlarına qiymət verməmiş, nəyə görə həmin məlumatları qəbul etməməsini əsaslandırmamışdır.
61. Çünki əvvəla iddiaçı iddia ərizəsində və iddiaçının nqmayəndəsi birinci instansiya məhkəməsində verdiyi sərbəst izahatında evdəb çıxdıqları tarixləri özləri bildiriblər. Həmçinin mülki işin 44-cü vərəqində olan Zərdab rayon İH Qoşaoba kənd İƏD üzrə Nümayəndəinin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 378 saylı arayışında qeyd olunub ki, Qoşaoba kənd sakini İddiaçı həqiqətən də uzun illərdir ki, ailəsi ilə birlikdə Qoşaoba kəndi Y.Məmmədəliyev (keçmiş 1 May) küçəsi ev 8 ünvanda yaşayır.
62. Mülki işin 163-cü vərəqində olan Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Q oşaoba kənd İƏD üzrə nümayəndəliyi 2004-cü ildə yaranmışdır. Sorğu verilən təsərrüfat ünvan 5 ünvanı ünvan 6, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X4, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X8 icra nümayəndəliyi yaranan gündən - 2004cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə1 ailə problemləri ilə əlaqədar hazırda ünvan 7 ünvanında yaşayır.
63. Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunun məzmununa diqqət edildik də görünür ki, nümayəndəlik 2004-cü ildə yaranmışdır və verilən məlumatlar da həmin tarixdən sonrakı dövrə aiddir. Lakin eyni zamanda arayışda qeyd olunur ki, «Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur». Bu cümlədən belə məna hasil olur ki, nümayəndəlik 2004-cü ildə yaradılanda artıq həmin iki təsərrüfat mövcud olub. Bu halda, məhkəmə iddiaçının 2004-cü ildən əvvəl hansı tarixdə oraya köçməsini müəyyən etməli idi.
64. Bundan başqa, hətta iddiaçının 2004-cü ildən qayınanasının evində yaşamağa başlaması, özlüyündə iddianın təmin olunması üçün əsas deyil. Çünki həmin dövrdə də 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş Mənzil Məcəlləsi qüvvədə idi və yenə də iddiaçının həmin Məcə llənin 60-cı maddəsinə əsasən mənzildən istifadə hüququnun itirilib itirilmədiyi müəyyən edilməli idi.
65. Apelyasiya instansiyası məhkəməsinin «özəlləşmə nəticəsində əldə olunmuş qeydiyyat vəsiqəsi ləğv edildiyindən iddiaçının mövcud olmuş istifadə hüququ yenidən mübahisəyə səbəb olmaması üçün həmin hüquq hazırki qətnamə ilə yenidən tanınmalı və mənzilə köçürülmə təmin edilməklə həmin hüquq reallaşdırılmalıdır» dəlili də əsassızdır. Çünki şəhadətnamənin ləğvi, iddiaçının mənzildə qeydiyyatda olması və ümumiyyətlə mənzilin özəlləşdirilməsinin əsasları müəyyən edilmədiyinə görə ləğv olunmuşdur.
66. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi ü çün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
67. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə a ktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin e tməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, həmçinin "xxxx" MTK-nın üçüncü şəxs kimi işə cəlb olunması məsələsi müzakirə edilməlidir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-21/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərtnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.