Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-288/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Abbasova X5 Z.Əliyeva adına E.T.G.X. İnstitutunda (indiki X12 adına Milli Oftalmologiya Mərkəzi) 02 avqust 1999-cu ildən oftalmologiya üzrə bir ill ik internatura keçmək üçün həkim-interna təyin olunmuş, daha sonra cərrahiyyə bərpa şöbəsində həkim oftalmoloq işləmişdir. 05 iyun 2009-cu il tarixdən Elm və klinika üzrə işçilərin Tarifikasiya Siyahısına əsasən “Katarakta cərrahiyyəsi” şöbəsinə (hal-hazırda “Mikrocərrahiyyə bölməsi”) kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzi arasında bağlanmış 8 yanvar 2007-ci il tarixli əmək müqaviləsi 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
3. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiy a Mərkəzinin 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirdiyi elmi işçilərin və mütəxəssislərin attestasiya komissiyasının qərarı və onun nəticəsi barədə 20 noyabr 2023-cü il tarixli attestasiya vərəqəsi göstərilmişdir. 4. “Attestasiyanın konkret müddətləri və keçirilmə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzi” üzrə verilmiş 4 oktyabr 2022-ci il tarixli 238/1 nömrəli əmr ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzinin elmi işçilərinin və mütəxəssislərinin attestasiyasının 2023-cü il noyabrın 20-dən 2023-cü il dekabrın 20-dək keçirilməsi təsdiq edilməklə bir vaxtda elmi işçilərin və mütəxəssislərin attestasiya qaydaları “Elm haq qında” Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və 66-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə müəyyən edilmişdir.
5. Qeyd olunan normativ sənədlərə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzinin Elmi Şurasının 18 oktyabr 2023-cü il tarixli 2 nömrəli Protokolu ilə elmi işçilərin və mütəxəssislərin attestasiyası üçün attestasiya komissiyası yaradılmışdır.
6. Mərkəzinin mikrocərrahiyyə bölməsinin, kiçik elmi işçisi olan, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı diabetik retinopatıyalı kataraktalarda fakoemulsisikasiyasın ın effektivliyinin öyrənilməsi və retinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənib hazırlanması mövzusu üzrə yerinə yetirməli olduğu vəzifələr üzrə ona sorğu vərəqəsi verilmişdir. Attestasiya keçməli olan elmi işçilərin attestasiyasının konkret müddətləri və keçirilmə qaydaları ilə tanış edilmələri barədə bildirişi İddiaçı xx.xx.2023-cü il tarixdə şəxsən imzalayaraq attestasiyanın konkret müddəti və keçirilmə qaydaları barədə xəbərdar olunmuşdur. 7. “Atestasiya vərəqəsi”ndə səsvermənin nəticələrərinə görə komissiyanın beş üzvündən hamısı iddiaçının tutduğu vəzifəsinə uyğun olmadığının lehinə səs vermiş, İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı haqqında qərar qəbul etməklə onun işdən azad edilməsini tövsiyə edilmişdir.
8. Attestas iyanın nəticələri 20 noyabr 2023-cü il tarixdə bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə yazılıb və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən İddiaçı tərəfindən imzalanmışdır.
9. Attestasiya komissiyasının qeyd olunan qərarı İddiaçı qızna komissiya iclasından sonra elan edilmişdir.
10. Attestasiya komissiyası İddiaçı barədə attestasiyanın nəticəsini 24 noyabr 2023-cü il tarixidə Mərkəzin Direktoruna təqdim etmişdir.
11. İddiaçı X12 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olmağını təsdiq edən qeyd olunan sənədləri təqdim etmişdir: 1) 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə m əşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır. (iş materiallarına əlavə edilmişdir). 2) Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixdə almışdır. X2 14 sentyabr 2026-cı il tarixədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). 3) Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişdir. 4) Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmipraktik konfranslarda iştirak etmişdir. O cümlədən, Azərbaycan Gənc Oftalmoloqların İ Qurultayı 2007-ci il, X8 85 illiyinə həsr olunmuş Konfrans - 2008-ci il Bakı, Azərbaycan Retinolo'qlann Vİİ Konfransı 2002-ci il Lənkəran, Akademik Z.Əliyevanın 100 illiyinə həsr olunmuş Konfrans 2023. 5) Son 2023-cü il ərzində reffaksiya patologiyalan, katarakta, infeksion xəstəliklər üzrə təxminən 150 xəstənin müalicəsini aparmışdır. 6) X12 adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi tərəfindən ezam olunaraq Mərkəzin Masallı və Şəki filiallarında həkim-oftalmoloq olaraq fəaliyyət göstərmişdir. 7) İşdən azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbayc an Respublikası X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan xx.xx.2023 - xx.xx.2023 tarixlərdə keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin (Attestasiya komissiyasının qərarının) İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı barəsində tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli Attestasiya vərəqəsinin ləğv olunması, X12 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X12 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələb ini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, Mərkəzinin rəhbərliyi tərəfindən 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmr qəbul olunana qədər öz vəzifələrini layiqincə icra etmişdir. Onu qəsdən işdən çıxarmaq məqsədi ilə Mərkəzdə keçirilən attestasiyaya qanunsuz olaraq cəlb olunmuş və guya attestasiyadan keçməməyi əsası ilə işdən azad edilmişdir. Halbuki işlədiyi 24 illik müddət ərzində daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır. Sonuncu dəfə Pra ktik tibb və ya əczaçılıq fəaliyyti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixdə almışdır. X2 14 sentyabr 2026-cı il tarixədək etibarlıdır. Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmişdir. Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi-praktik konfranslarda iştirak etmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi ona adından da göründüyü kimi praktik tibb ilə məşğul olmaq səlahiyyəti verdiyindən, işlədiyi X12 adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. X12 adına Milli Oftalmologiya Mərkəzinin Masallı, Şəki şəhərlərində olan filiallarında on beş günlük ezamiyyətlərdə olmuş, həmin şəhərlərdə xəstələrin qəbulunu həyata keçirmiş. İyirmi dörd ildən çox iş stajı olduğu halda, qərəzli şəkildə başqa vakant vəzifələrə keçirilməmişdir. İşdən azad olunma barədə əmrin surətini və attestasiya komissiyasının qərarını hazırkı günədək almamışdır. Cavabdeh Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli Əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmrlə razılaşmadığından, 21 de kabr 2023-cü il tarixində tərəfə mediasiya təklifi göndərmişdir. Cavabdehin nümayəndəsi Mediasiya təşkilatı tərəfindən təyin olunan 18 yanvar 2024-cü il tarixli mediasiya prosesinə də gəlməmiş və Mediasiya təşkilatı tərəfindən 18 yanvar 2024-cü il tarixli İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış verilmişdir. Bildirir ki, tibb sahəsində fəaliyyətinə tibb bacısı kimi başlamış, daha sonra oftalmologiya üzrə həkim-interna, həkim oftalmoloq və kiçik elmi işçi işləmişdir. Hazırkı mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən qanunsuz hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsi qanunsuzdur, həmin əmr ləğv olunmalı və əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. İşdən qanunsuz azad olunmağı nəticəsində ona mənəvi ziyan da dəymişdir. 24 ildən çox işlədiyi X12 adına Milli Oftalmologiya Mərkəzindən onun rəhbərliyi tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Bu hərəkətləri ilə həmin vəzifəli şəxslər onu iztirablara məruz qoymuşlar. Ona dəymiş mənəvi ziyanı 5000 manat məbləğində qiymətləndirir.
14. İddia ərizəsinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, cavabdeh X12 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli əmrinin, işdən azad edilməyə əsas olmuş attestasiya komissiyasının qərarının, kiçik elmi işçi vəzifə təlimatının və digər sənədlərin surətləri cavabdeh tərəfindən vəsatətlə tələb olunmuşdur. Hal-hazırda cavabdeh tərəfindən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın surəti nəhayət ki, məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh tərəfindən 24 noyabr 2023-cü il tarixli 1750/1 saylı cavabdehin iş yeri üzrə yaradılmış Attestasiya Komissiyasının sədri t.e.d. Hicran Namazova tərəfindən imzalanmış X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələri cədvəl şəklində təqdim edilmişdir. Sənədin adı Azərbaycan Respublikası X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin cədvəlidir. Həmin Cəd vəlin “Mikrocərrahiyyə Bölməsi” hissəsində “İşçinin soyadı, adı, atasının adı İddiaçı, Tutduğu vəzifə - kiçik elmi işçi, Attestasiyadan keçdiyi tarix - xx.xx.2023, Attestasiya Komissiyasının qərarı - tutduğu vəzifəyə uyğun deyil, Attestasiya Komissiyasının tövsiyyələri - İşdən azad etmək. Səbəb: Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilmişdir. Nəzərə alınmalıdır ki, 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmrdə əsas olaraq Attestasiya vərəqəsi göstərilmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci bəndinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanun suz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 67-ci maddəsinin 6-cı bəndinə əsasən, Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Göründüyü kimi, yuxarıda göstərilən əsaslara görə hazırki iddia tələblərinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikası X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrində iddiaçının işdən azad olunmasının səbəbi olaraq “Əmək müqaviləsi ilə mü əyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstərilməsi onun əmək vəzifələrinə Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinin aid olması və praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsasən, Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir, göstərilmişdir. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məc əlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir: Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; Qanun tələblərindən göründüyü kimi praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir. İşlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, praktik tibb fəaliyyəti ilə məşğul olan işçi olaraq Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, attestasiyası keçirilməyən işçilər sırasında olmaqla attestasiyaya cəlb edilə bilməzdim. Həmçinin qeyd edilməlidir ki, Attestasiya Vərəqəsinin 7-ci bəndində suallara cavabları təhrif olunmuş formada göstər ilmişdir: Məsələn, Göstərilmişdir ki, guya o, “Öz vəzifənizlə tanışsınızmı? “Sualına guya “Qismən tanışam” cavabı vermişdir. Halbuki, həm praktik tibb fəaliyyəti, həm elmi fəaliyyəti Şura üzvlərinə bəlli idi və o, bu suallara ətrafli cavab vermişdir. O cümlədən, elmi işi Diabetik retinopatiyalı kataraktalarda fakoemulsikasiyanın effektivliyinin öyrənilməsi və refinopatiyanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənilib hazırlanması üzrərində işləmişdir. Əlavə olaraq Attestasiya vərəqəsində sual-cavabın çox bəsit və əhəmiyyətli yanlışlıqlarla yazılması (bənd 7), Elmi şuranın üzvlərinin onun apardığı elmi iş üzrə məlumatsızlıqları və elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun iştirakı təmin olunmadan aparılması göz qabağındadır. Be lə ki, elmi rəhbərin iştirakı olmadan bu attestasiyada məşğul olduğu elmi işdə onun fəaliyyətinə qiymət verilməsi yersiz və əsassız olmuşdur. Ən azından Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 2.2.-ci bəndinə əsasən, işçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Halbuki, elmi rəhbərinə aparılan elmi işlə əlaqədar hansısa sənədlərin təqdim edilməsi təklif edilməmişdir. Guya onun “Hansı məqsədlə eks perimental iş aparıbsınız?” sualına “Dəqiq cavab verə bilmir” cavabı verməyi həqiqətə uyğun deyil və açıq aşkar sonrada birtərfli şəkildə əlavə edilmiş bir uydurma cavabdır. Bu əsaslarla vəsatət verir ki, elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimov məhkəmə iclasına dəvət olunaraq şahid qismində dinlənilsin. Attestasiya vərəqəsinin 9-cu bəndində “Attestasiyadan keçən işçinin rəy və təklifləri” bəndində guya onun “Yoxdur” deməyi həqiqətə uyğun deyil. Belə ki, Attestasiya komissiyasının üzvləri heç bir sual cavab olmadan ona son vaxtlar məqalə çap etməməyini bəhanə gətirərək (halbuki bu məsələ elmi rəhbərin səlahiyyətlərindədir), onun bir vəzifə aşağı “böyük lobarant” vəzifəsinə keçməyinə razı olmağını bildirərək boş blankda həmin bəndin qarşısına “böyük lobarant” keçməyinə “ra zıyam sözlərini yazmağımı və həmin sölərin qarşısından imza çəkməyimi” tələb etdilər. O, da həmin bəndin qarşısında həmin sözü yazaraq qarşısından imza etmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Attestasiya vərəqəsinin həmin səhifəsi dəyişdirilərək “yoxdur” sözü yazılmışdır (Məhkəməyə təqdim edilən həmin səhifədə onun imzası yoxdur). Göstərilənlərdən başqa, Attestasiya komissiyasının tövsiyyələri (bənd 11) hissəsində səbəb olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisasi (peşəni) yerinə yetirdiyi işləri və onların nəticəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi” göstrilməsi attestasiyanın qərəzli olaraq aparılması və fəaliyyətinin böyük hissəsi praktik tibb işçisi olaraq fəaliyyət göstərən iddiaç ının əsassız attestasiyaya cəlb edilməsi və işdən azad olunmasının səbəbinin guya praktik tibb işçisi vəzifələrinə aid suallara cavab verə bilməməsi göstərilmişdir. Bütün bu hallar İddiaçı əsassız olaraq attestasiyaya cəlb edilməsi və qərəzli şəkildə işdən azad edilməsi üçün bəhanə tapmaq cəhdi olduğunu təsdiq edir. Həmçinin nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi barədə bildirişə İddiaçı 01 noyabr 2023-cü il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır. Təqdim edilən votsap yazışmasından görünür ki, Sabina Məcidova tərəfindən göndərilən yazıda iddiaçının gələrək bildirişi imzalaması tələb olunur. İddiaçı cavab olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə gəlib imzalaya biləcək. Lakin iş materiallarında olan bildirişdən belə təəssürat yaranır ki, guya o, bildirşi 19 okty abr 2023-cü il tarixdə imzalamışdır. Halbuki, imza xx.xx.2023-cü il tarixdə edilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’nın 1.1-ci bəndinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.” Göründüyü k imi iddiaçıya Attestasiyanın keçirilməsi qaydaları, şərtləri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən cərimə olunmuşdur (X7 12 mart 2024-cü il tarixli məktubunun surəti əlavə edilir). Cavabdeh tərəfindən 24 may 2024-cü il tarixdə təqdim edilən Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın öyrənilməsi hazırki iddiaya dəqiqləşdirməni vacib edir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, əvvəllər elmi işlər Mərkəz daxilində aparılırdı, həmin katarakta cərrahiyəsi şöbəsində təcrübə xəstələr üz ərində aparılırdı, şöbə bağlanandan sonra elmi rəhbər təcrübəni heyvanlar üzərində aparılmasını bildirdi. Bu ildə isə yenidən xəstələr üzərində təcrübə tətbiq olunmalı idi. Normal şərait olsaydı elmi işlər heyvanlar üzərində yox, insanlar üzərində aparılardı. O, attestasiyanın keçirilməsi barədə bildirişi xx.xx.2023cü il tarixdə imzalamışdır. Attestasiya keçiriləndə ona böyük laborant vəzifəsinə keçirilməsini təklif etdilər və 9-cu bənddə (işçinin rəy və təklifləri) o, öz xətti ilə etirazının olmadığını bildirdi və imzaladı, lakin həmin vərəq dəyişdirilmişdir. Ona iyun ayından qərəzli yanaşmalar başlandı, onu növbəyə salmışlar və boş-boşuna töhmətlər verilmiş, həmin töhmətlərdən şikayət verməmişdir. Sertifikasiyaya məcbur göndərdilər, bir ay müddətinə təxirə salınmasını xahiş etdi, lakin m ümkün olmadığını bildirdilər. Elmi rəhbər elmi işlər aparılan zaman hər bir işçiyə bir hissəni işləməyi tapşırırdı, öz vəzifələrini icra edirdik, lakin sonra adları yox, məqaləni müdafiə edənlərin adları qeyd olunurdu. Son hadisələrdən sonra 3 məqalə üzərində işləmiş və çapa hazır etmiş, lakin bu 1-2 ay müddət tələb etmişdir, bunlara baxmayaraq işdən azad olunmuşdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edirərək göstərmişdir ki, cavabdeh tərəfindən 24 noyabr 2023cü il tarixli 1750/1 saylı cavabdehin iş yeri üzrə yaradılmış Attestasiya Komissiyasının X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keç miş struktur bölmələri haqqında attestasiyanın nəticələri cədvəl şəklində təqdim edilmişdir. Sənədin adı Azərbaycan Respublikası X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrinin cədvəlidir. Nəzərə alınmalıdır ki, 15 dekabr 2023-cü il tarixli 210/k nömrəli qanunsuz əmrdə əsas olaraq Attestasiya vərəqəsi göstərilmişdir. Qüvvədə olan Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci bəndinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 67-ci maddəsinin 6-cı bəndinə əsasən, Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Eyni zamanda, Azərbaycan Respublikası X12 adına Milli Oftalmologiya Mərkəzinin işçilərinin attestasiyadan keçmiş struktur bölmələri haqqında attestasiyanın nəticələrində iddiaçının işdən azad olunmasının səbəbi olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisası (peşəsi), yerinə yetirdiyi işlər və onların nəticələri dairəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi’ göstərilməsi iddiaçının əmək vəzifələrinə Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinin aid olması və praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh tərə findən təqdim edilmiş Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın 1.1-ci bəndinə əsasən, “Elmi işçi kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir” göstərilmişdir. Yəni praktik tibb fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan attestasiyası keçirilmir. Bildiriəm ki, iddiaçı X12 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edilir: 2012-ci ildən Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasıya imtahanlarında ən yüksək bal toplayaraq “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi” almışdır (iş materiallarına əlavə edilmişdir). Sonuncu dəfə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsini 14 sentyabr 2021-ci il tarixində almışdır. X2 14 sentyabr 2026-cı il tarixinədək etibarlıdır (iş materiallarına əlavə edilmişdir). Bundan başqa, 2011, 2016, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “oftalmologiya” üzrə ümumi təkmilləşmə kurslarını bitirmiş. Dəfələrlə oftalmalogiya üzrə Respublika səviyyəsində keçirilən müxtəlif elmi-praktik konfranslarda iştirak etmişdir. O cümlədən, Azərbaycan Gənc Oftalmoloqların İ Qurultayı 2007-ci il, X8 85 illiyinə həsr olunmuş Konfrans - 2008-ci il Bakı, Azərbaycan Retinoloqların Vİİ Konfransı 2002- ci il Lənkəran, Akademik Z.Əliyevanın 100 illiyinə həsr olunmuş Konfrans 2023. Son 2023-cü il ərizndə refraksiya patologiyaları, katarakta, infeksion xəstəliklər üzrə təxminən 150 (yüz əlli) xəstənin müalicəsini aparmışdır. X12 adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi tərəfindən ezam olunaraq Mərkəzin Masallı və Şəki filiallarında həkim-oftalmoloq olaraq fəaliyyət göstərmişdir. İşdən qanunsuz azad olunana qədər ayda bir dəfə ümumi Mərkəz üzrə sutkalıq gecə növbəsində olmuş və stasionarda olan, həmçinin yeni müraciət edən xəstələrin müalicəsini aparmışdır. İşlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənmiş, rəhbərliyin verdiyi tapşırı qları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, praktik tibb fəaliyyəti ilə məşğul olan işçi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, attestasiyası keçirilməyən işçilər sırasında olmaqla attestasiyaya cəlb edilə bilməzdir. Həmçinin qeyd edilməlidir ki, Attestasiya Vərəqəsinin 7-ci bəndində suallara cavabları təhrif olunmuş formada göstərilmişdir: Məsələn, Göstərilmişdir ki, guya o “Öz vəzifənizlə tanışsınızmı?" Sualına guya “Qismən tanışam” cavabı vermişdir. Halbuki, həm praktik tibb fəaliyyəti, həm elmi fəaliyyəti Şura üzvlərinə bəlli idi və o bu suallara ətrafli cavab vermişdir. O cümlədən, elmi işi olan Diabetik retinopatiyalı kataraktalarda fakoemulsikasiyanın effektivliyinin öyrənilməsi və refinopati yanın diaqnostikası, profilaktikası və müalicəsinə dair kompleks tədbirlər planının işlənilib hazırlanması üzrərində işləmişdir. Əlavə olaraq Attestasiya vərəqəsində sual-cavabın çox bəsit və əhəmiyyətli yanlışlıqlarla yazılması (bənd 7), Elmi şuranın üzvlərinin onun apardığı elmi iş üzrə məlumatsızlıqları və elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun iştirakı təmin olunmadan aparılması göz qabağındadır. Belə ki elmi rəhbərin iştirakı olmadan bu attestasiyada məşğul olduğu elmi işdə onun fəaliyyətinə qiymət verilməsi yersiz və əsassız olmuşdur. Ən azından Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.2.-ci bəndinə əsasən, İşçinin attestasiyası onun işlədiyi strukt ur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Halbuki, elmi rəhbərinə aparılan elmi işlə əlaqədar hansısa sənədlərin təqdim edilməsi təklif edilməmişdir. “Hansı məqsədlə eksperimental iş aparıbsınız?” sualına “Dəqiq cavab verə bilmirəm” cavabı verməyi həqiqətə uyğun deyil və açıq aşkar sonrada birtərfli şəkildə əlavə edilmiş bir uydurma cavabdır. Attestasiya vərəqəsinin 9-cu bəndində “Attestasiyadan keçən işçinin rəy və təklifləri” bəndində “Yoxdur” deməyi həqiqətə uyğun deyil. Belə ki, Attestasiya komissiyasının üzvləri heç bir sual cavab olmadan ona son vaxtlar məqalə çap etməməyini bəhanə gətirərək (halbuki bu məsələ elmi rəhbərin səlahiyyətlərindədir), onun bir vəzifə aşağı “böyük lobarant” vəzifəsinə keçməyinə razı olmağını bildirərək boş blankda həmin bəndin qarşısına “böyük lobarant” keçməyimə razıyam” sözlərini yazmağını və həmin sölərin qarşısından imza çəkməyini tələb etdilər. O da həmin bəndin qarşısında həmin sözü yazaraq qarşısından imza etdi. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Attestasiya vərəqəsinin həmin səhifəsi dəyişdirilərək “yoxdur” sözü yazılmışdır (Məhkəməyə təqdim edilən həmin səhifədə onun imzası yoxdur). Göstərilənlərdən başqa, Attestasiya komissiyasının tövsiyyələri (bənd 11) hissəsində səbəb olaraq “Əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri, ixtisasi (peşəni) yerinə yeti rdiyi işləri və onların nəticəsinə aid olan məsələlərlə əlaqədar sualları tələb olunan şəkildə cavablandıra bilmədi’ göstərilməsi attestasiyanın qərəzli olaraq aparılması və fəaliyyətinin böyük hissəsi praktik tibb işçisi olaraq fəaliyyət göstərən iddiaçının əsassız attestasiyaya cəlb edilməsi və işdən azad olunmasının səbəbinin guya praktik tibb işçisi vəzifələrinə aid suallara cavab verə bilməməsi göstərilmişdir. Bütün bu hallar İddiaçı əsassız olaraq attestasiyaya cəlb edilməsi və qərəzli şəkildə işdən azad edilməsi üçün bəhanə tapmaq cəhdi olduğunu təsdiq edir. Həmçinin nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi barədə bildirişə İddiaçı 01 noyabr 2023-cü il tarixində məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır. Təqdim edilən votsap yazışmasından görünür ki, Sabina Məcidova tərə findən göndərilən yazıda iddiaçının gələrək Bildirişi imzalaması tələb olunur. İddiaçı cavab olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixində gəlib imzalaya biləcək. Lakin iş materiallarında olan Bildirişdən belə təəssürat yaranır ki, guya iddiaçı Bildirişi 19 oktyabr 2023-cü il tarixində imzalamışdır. Halbuki, imza xx.xx.2023-cü il tarixində çəkilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri v ə keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.” Göründüyü kimi, iddiaçıya Attestasiyanın keçirilməsi qaydaları, şərtləri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən cərimə olunmuşdur. Hesab edir ki, əmr verilərkən iddiaçının işlədiyi 24 illik müddət ərzində (ümumi əmək stajı 27 il 1 ay) daim öz işində fərqlənməsi, rəhbərliyin verdiyi tapşırıqları yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirməsi də nəzərə alınmalıdır.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X9 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, həyat yoldaşı İddiaçı attestasiyaya cəlb etmək bu kənarlaşdırma məqsədi daşımış və qərəzli yanaşma olmuşdur. Protokolu İddiaçı imzalayıb ki, böyük laborant keçirilsin, ştat önəmli olmayıb, praktik tibb işçisi kimi fəaliyyət göstərirdi. Səhiyyə Nazirliyinin təsdiqi ilə sertifikasiya keçirilmiş, yalnız praktik işçilər keçə bilər. Lakin İddiaçı keçməsi praktik işçi kimi işləməyi təsdiq edir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(001)-1898/2024 saylı qətnaməsi ilə (hakim Etibar Musta fayev) iddia təmin edilməmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq elmi işçilərinin və mütəxəssislərinin attestasiyasını, eləcə də attestasiya zamanı qəbul edilmiş qərarlar qanunvericiliyin tələblərinə riyət erdilməklə qəbul edildiyindən attestasiya komissiyasının qərarının və atestasiya vərəqəsinin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
20. M əhkəmə iddiaçının işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna dair dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, xx.xx.2007-ci il tarixli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X12 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X6 xx.xx.2007-ci il tarixli əmri ilə İddiaçı “Katarakta cərrahiyyəsi” bölməsi, 1v. kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş, həmin müqavilənin “İşçinin əmək funksiyası.” Bölməsinin 3.1-ci bəndinin a) yarımbəndində “işçinin əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir” qeyd olunmuşdur. “Elmi işçinin (aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük loborant) vəzifə borcları barədə Təlimatın” 1.1-ci bəndində “Elmi işçi kliniki fəali yyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasinı peşəkar səviyyədə yerinə yetirir.”, 1.5-ci bəndinə əsasən müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə attestasiyadan keçir və 1.14-cü bəndində “Kiçik elmi işçi” məsul icraçının rəhbərliyi ilə mövzunun müəyyən bir bölməsi (məsləhəri) üzrə, təsdiq olunmuş metodikaya uyğun, elmi tədqiqat və təşkilat işləri aparır; 1.14.1 Eksperimentlərin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçü ilə məşğul olur, onların təsvirini verir və nəticələrini formalaşdırır; 1.14.2 Elmi informasiyanın, tədqiqatın mövzusu üzrə ölkədəki və xaricdəki təcrübəni öyrənir; 1.14.3 Mövzü (mərhələ, bölmə) üzrə hesabat tərtib edir; 1.14.4 Tədqiqat və araşdırmaların nəticələrinin həyata tətbiqində iştirak edir. Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu, onun müəyyən olunmuş qaydada attestasiyadan keçməli olduğu və məhz “Kiçik elmi işçi” vəzifəsinə uyğun olaraq elmi tədqiqat və təşkilat işlərinin aparmalı olduğu qeyd olunmuşdur. İddiaçı “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsində müəyyən edilmiş kiçik elmi işçi olduğundan həmin Qanunun 25-ci maddəsinin təsiri dairəsinə düşür.
21. Məhkəmə hesab etmişdir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti “Elm haqqında” Azərbaycan Respublikası Qanunu ilə deyil, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
22. İddiaçının sertifikasiyadan keçməsi onun attes tasiyadan azad olunmasına dəlalət etmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı X3 AH 004542 nömrəli və AH 041701 nömrəli X1 ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. O isə attestasiyaya elmi işçi vəzifəsini icra etdiyi üçün cəlb edilmişdir.
23. İddia tələbinin “X12 adına Milli Oftalmologiya Mərkəzinin 15 dekabr 2023-cü ii tarixli 210/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı X12 adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçi vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzinin direktoru X13 Mərkəzin Həmkarlar Komitəsinə 11 dekabr 2023cü il tarixli, 736 nömrəli təqdimatla müraciət edərək X12 adına Milli Oftalmologiya Mərkəzinin Attestasiya komissiyası tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul edilib və işdən azad edilməsi tövsiyyə olunduğundan, Mərkəzin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "c” bəndi ilə ləğv edilməsinə qabaqcadan razılıq verilməsi barədə əsaslandırılmış yazılı qərar təqdim edilməsi xahiş olunmuş və Mərkəzinin Həmkarlar Komitəsinin sədri Ceyhun Nəzərlinin qərarı ilə təqdimatda göstərilən qərarın Əmək Məcəlləsin in tələblərinə uyğun olması, eləcə də əmək qanunvericiliyinin tələblərini və işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərini pozmadığından, Mərkəzinin “Mikrocərrahiyyə” bölməsinin kiçik elmi işçisi, Həmkarlar Komitəsinin üzvü İddiaçı ilə Mərkəz arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi əmrinə razılıq verilmişdir.
24. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X12 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, işdən görünüdüyü kimi hazırki iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas, məhz attestasiya komissiy asının qərarı olmuşdur. Hazırda həmin attestasiyanın nəticələrinə dair komissiya tərəfindən qəbul edilmiş qərar qanuni və ədalətli olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, onun əsasında verilmiş 15 dekabr 2023-cü il tarixli 210/K nömrəli əmr də qanuni hesab edilməli və iddia tələbi əmrin ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Başqa sözlə iddaçının iddia ərizəsində göstərdiyi dəlillər qanuni və əsaslı olan əmrin ləğv edilməsi üçün əsas ola bilməz.
25. Qeyd edilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna gör ə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi kimi tələbinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur.
27. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı his səsinə də münasibət bildirərək belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tələb etsə də, iddia ərizəsində hansı səbəblərdən mənəvi ziyan çəkdiyini əsaslandırmamış, eləcə də nə iddia ərizəsinə, nə də məhkəmə iclaslarında hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə iddiaçının işdən azad olunması zamanı cavabdeh tərəfindən qanunvericiliyin pozulmadığını müəyyən etdiyindən hesab etmişdir ki, bu halda iddiaçıya mənəvi zərərin dəyməsi əsaslı ola bilməz.
28. Məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağ lı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları tutarlı sübut növləri ilə sübuta yetirə bilməmiş, cavabdeh tərəf isə iddia tələblərinin əsassız olması ilə bağlı öz hüquqi mövqeyini mötəbər sübutlarla sübut edilə bilmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 65.8, 66, 67.1, 67.2, 70-ci maddəsinin ”ç” bəndi, 83.2-ci maddələri, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.1.1, 7.1.2, 7.1.3, 7.2, 7.3, 8.2, 8.2.1, 8.6, 25.1, 25.1.1, 25.1.2, 25.1.3, 25.1.4, 25.2, 25.3, 25.4, 25.5, 32.1, 32.1.7, 32.1.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilər in attestasiyasının keçirilməsi Qaydaları”nın 1.1, 1.2, 1.4, 2.4, 2.5, 2.6, 2.7, 3.1, 3.2, 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydasının 1.1, 1.2-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46.1, 46.5, 491.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88. 106.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qanunverici orqan tərəfindən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilməməsi barədə normanı 20 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Bu isə ondan xəbər verir ki, qanunverici orqan Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin hüquqlarının müdafiə olunması və əhalinin yüksək keyfiyyətli praktik tibb sahəsin də çalışan işçilər tərəfindən müalicə almaq hüququnu dəstəkləmişdir. Məhkəmə qətnamədə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydaları na istinad etsə də, bu Qaydaları iddiaçıya münasibətdə faktiki olaraq tətbiq etməmişdir. Halbuki Qətnamədə iddiaçının 2 (iki) Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma Sertifikatları olmasını təsdiq etmişdir. Həmin Sertifikatlardan sonuncu Sertifikat hal-hazırda da qüvvədədir. Qətnamədə qeyd edilmişdir ki, “...iddiaçının X12 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə məhz praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir.” Ardı ilə qətnamədə göstərilmişdir ki, “Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində, həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu, onun müəyyən olunmuş qaydada attestasiyadan keçməli olduğu və məhz “Kiçik elmi işçi” vəzifəsinə uyğun olaraq elmi tədqiq at və təşkilat işlərinin aparmalı olduğu” qeyd olunmuşdur. Lakin həm iddia ərizəsində, ələxüsus məhkəmə iclaslarında, cavabdeh vəzifə təlimatına uyğn olaraq həm elmi işlə (elmi rəhbər tibb elmləri doktoru, professor Kərəm Kərimov), həm də Mərkəzə müraciət edən xəstələri müalicə etməklə praktik tibb fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Belə ki, elmi işi barədə Məhkəməyə məlumat vermiş, elmi rəhbəri tibb elmləri doktoru, professor Kərəm Kərimovun məhkəmə iclasına dəvət edilməsi ilə bağlı cavabdehə müraciət etmiş (cavabdeh iddiaçının elmi rəhbərinin məhkəmə icalında çağrılmasına və iddaçının elmi fəaliyyəti barədə məhkəməyə məlumat verməsinin qəti əleyhinə çıxmışdır). Apellyasiya Məhkəməsinə bildirir ki, məhkəmə qətnaməsində “Məhkəmənin mövqeyi” hissəsində göstərilən “məhz” ifadəsi ya nlış olmaqla işin həqiqi hallarını təhrif etmiş olur. Belə ki, iddiaçı X12 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə elmi fəaliyyəti ilə yanaşı, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olduğuna əsaslanaraq iddia tələbi ilə çıxış etmişdir.
32. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ”Elm haqqında” Qanunun 8-ci maddəsində ixtisas göstəriciləri qeyd edilmişdir. İddiaçı 24 il ərzində bir ixtisas dərəcəsi əldə etməmişdir. İddiaçı müntəzəm olaraq hər il elmi fəaliyyətə cəlb edilmişdir. Özünün iştirak etdiyi elmi işləriylə əlaqədar sualları da cavablandıra bilməmişdir. Attestasiyada son 5 il qiymətləndirilir, qarşı tərəf özü də etiraf edir ki, məqaləsi təqdim etməmişdir. İddiaçı həkim kimi çalışmamışdır. İddiaçı kiçik elmi işçi olmuşdur. İddiaçının növbədə olması, ezamiyyətə göndərilməsi elmi tədqiqatlar üçün materialların toplanılması məqsədilə olmuşdur, hətta gecə növbəsi də rezidentlərin belə proqramında gecə növbəsi vardır. İddiaçı müalicə həkimi deyil, Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 52-ci maddəsində müalicə-həkimin vəzifələri göstərilmişdir. Həmçinin, qeyd etmişdir ki, sertifikasiya elmi işçini attestasiyadan azad etmir. Sertifikasiya o halda, azad edərdi ki, iddiaçı həkim olardı, attestasiyaya cəlb edilərdi və beləliklə Əmək Məcəlləsinin 66-cı maddəsinə istinad edərdi.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4945/2024 saylı, 11 sentyabr 20 24-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin onun işlədiyi dövrdə praktiki tibb fəaliyyəti ilə məşğul olması və bu səlahiyyətin onunla bağlanmış əmək müqaviləsinə əsasən tərtib olunmuş vəzifə təlimatında öz əksini tapması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X12 adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor X6 xx.xx.2007- ci il tarixli əmri ilə İddiaçı “Katarakta cərrahiyyəsi” bölməsi, 1v. kiçik elmi işçi vəzifəsinə işə qəb ul edilmiş, həmin müqavilənin “İşçinin əmək funksiyası.” Bölməsinin 3.1-ci bəndinin a) yarımbəndində “işçinin əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir” qeyd olunmuşdur.
35. Sözügedən vəzifə təlimatında hər bir vəzifəyə - aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi, böyük laborantın vəzifə borcları ayrı-ayrılıqda əks olunmuş, məşğul olmalı fəaliyyət istiqamətləri dəqiqliklə müəyyən edilmişdir. Lakin iddiaçı öz tələbinin dəlillərində həmin vəzifə təlimatının “Elmi işçi”yə dair olan hissəsinə istinad edərək elmi işçinin kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasını yerinə yetirməli olmasını qeyd etsə də, nəzərə almamışdır ki, cavabdeh müəssisədə işləyən dövrdə onun vəzifəsi məhz kiçik elmi işçi olmuşdur və sözügedən təlimatın da qeyd edilən konteksdə məhz kiçik elmi işçiyə dair səlahiyyətləri özündə ehtiva edən bölmələri iddiaçının vəzifə öhdəliklərinə aiddir. Həmin təlimatın 1.14cü bəndində qeyd olunmuşdur ki, “Kiçik elmi işçi” məsul icraçının rəhbərliyi ilə mövzunun müəyyən bir bölməsi (məsləhəri) üzrə, təsdiq olunmuş metodikaya uyğun, elmi tədqiqat və təşkilat işləri aparır; 1.14.1 Eksperimentlərin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçü ilə məşğul olur, onların təsvirini verir və nəticələrini formalaşdırır; 1.14.2 Elmi informasiyanın, tədqiqatın mövzusu üzrə ölkədəki və xaricdəki təcrübəni öyrənir; 1.14.3 Mövzü (mərhələ, bölmə) üzrə hesabat tərtib edir; 1.14.4 Tədqiqat və araşdırmaların nəticələrinin həyata tətbiqində iştirak edir. G öründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində, həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu və məhz həmin vəzifədən irəli gələn öhdəlikləri yerinə yetirməli olduğu göstərilmiş, həmin öhdəliklər dairəsində praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməsinə dair hər hansı müddəa öz əksini tapmamışdır.
36. Məhkəmə iddiaçının praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilmək üçün dövri olaraq sertifikasiyadan keçməsi və bunun nəticəsində müvəffəqiyyət əldə etməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, yuxarıda adı çəkilən əmək müqaviləsi və vəzifə təlimatından da göründüyü kimi, kiçik elmi işçinin müəssisədəki fəaliyyəti dövründə praktiki tibb fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamışdır və bu hald a iddiaçının bu fəaliyyəti həyata keçirə bilməsi üçün qeyd olunan sertifikasiyadan keçməyə hər hansı zərurəti olmamışdır. Lakin hazırda iddiaçı öz vəzifəsindən irəli gəlməyən fəaliyyəti həyata keçirmək üçün keçdiyi sertifikasiyanın nəticələrinə əsasən onun attestasiyaya cəlb olunmaması qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, iddiaçı işlədiyi dövrdə öz kiçik elmi işçi vəzifəsini saxlamışdır və buna görə də həmin vəzifədə işləyən şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərinə də sahib olmuş, attestasiyaya da məhz kiçik elmi işçi vəzifəsini icra etdiyi üçün bununla bağlı qanunvericilikdən irəli gələn tələblərə əsasən cəlb edilmişdir.
37. Bununla bağlı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhk əməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda da qeyd edilmişdir ki, şəxsin sertifikasiyadan keçirilməsi onu elmi işçi kimi attestasiyadan keçirilməkdən azad etmir. Şəxs praktiki tibbi fəaliyyətini həyata keçirən zaman sertifikasiyadan keçməklə yanaşı elmi işçi kimi də attestasiyadan keçirilə bilər.
38. Bundan əlavə iddiaçı öz dəlillərində attestasiyanın keçirilməsi barədə bildirişdə xx.xx.2023-cü il tarixinin qeyd edilməsinə baxmayaraq onu xx.xx.2023-cü il tarixində imzaladığını və buna görə də qanunvericiliklə bildirişin göndərilmə müddətlərinin pozulduğuna istinad etsə də, qeyd edilən halı özündə əks etdirən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 65.1, 65.2, 65.5, 65.7, 66 (bənd 10), 67.1, 70 “c” bən di, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 25.2, 25.4, 25.5, 32.1.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” -nın 1.2, 2.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiya Qaydasının 1.2-ci bəndinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 66-cı maddəsinə istinad olunsa da, məhkəmə bu maddəni işin hallarına düzgün tətbiq edə bilməmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 71-cimaddəsinin 71.1 və 71.3 bəndləri isə ümumiyyətlə tətbiq edilməmiş və nəticədə məhkəmə yanlış nəticələyə gəlmişdir. Nəzərə alınmalıdır ki, attestasiya komissiyası attestasiya vərəqəsinin tövsiyyə hissəsində, həmçinin “İşdən azad etmək” qeydi qoymuşdur. Halbuki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən, “Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin m əqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.” Yəni, qanunla attestasiya komissiyası öz qərarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər müəyyən edilmişdir. Belə alınır ki, işçi üçün ən arzuedilməz halda attestasiya komissiyası belə tövsiyyəni etməyə də bilər. Lakin işçinin işdən azad edilməsi barədə tövsiyyə Əmək Məcəlləsi ilə nəzərdə tutulmamışdır. Belə ki, işdən azad etmə səlahiyyəti işəgötürənə aiddir.
42. Məhkəmə vəzifə təlimatına istinad edərək belə nəticəyə gəlmişdir ki, ”Göründüyü kimi iddiaçının həm cavabdehlə bağladığı əmək müqaviləsində, həm də müqavilənin vəzifə təlimatında onun kiçik elmi işçi vəzifəsinə qəbul olunduğu və məhz həmin vəzifədən irəli gələn öhdəlikləri yerinə yetirməli olduğu göstər ilmiş, həmin öhdəliklər dairəsində praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməsinə dair hər hansı müddəa öz əksini tapmamışdır. Halbuki, istinad edilən vəzifə təlimatının elə 1.1-ci bəndində, elmi işçinin “kliniki fəaliyyətində xəstəyə diaqnostika, müalicə, konsultativ xidmətin göstərilməsində öz funksiyasını peşəkar səviyyədə yerinə yetirir” göstərilmişdir. Göstərilənlərin təsdiqi olaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli mülahizədə də qeyd edilmişdir ki, elmi işçilər elmi məqsədlər üçün Praktik tibb fəaliyyəti ilə məşğul ola bilərlər. Bu zaman onlar praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçməlidirlər.
43. Göstərilənlərdən aydın olur ki, iddiaçının öz fəaliyyətində praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçməsi zəruri olmuşdur. Belə olduğu halda, məhkəmə qətnaməsində “... həmin öhdəliklər dairəsində praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməsinə dair hər hansı müddəa özəksini tapmamışdır.” nəticəsi əsassızdır və iş materiallarıda olan sübutlar məcmusu ilə ziddiyyət təşkil edir.
44. Məhkəmə faktiki olaraq cavabdehin Əmək Məcəlləsinə əsasən işdən azad etmə səlahiyyətlərini Attestasiya Komissiyasına aid etmişdir. Halbuki, Attestasiya Komissiyası tərəfindən tibb müəssisəsinin direktoruna Attestasiya vərəqəsi təqdim olunandan sonra cavabdehin səlahiyyətli şəxsi (direktor) iddiaçının işdən azad olunubolunmaması məsələsinə baxır. Atesstasiya Komissiyasının qərarından sonra səlahiyyətli şəxsin (dire ktorun) qarşısında iddiaçı ilə əlaqədar iki sənəd olub:
1. Attestasiya vərəqəsi “tutduğu vəzifəyə uyğun deyil” qeydi ilə.
2. İddiaçının 15 il işlədiyi müəssisədə Praktik tibb fəaliyyətiilə məşğul olması barədə qüvvədə olan Sertifikat.
45. Bundna əlavə, apellyasiya məhkəməsində iddiaçının müəssisə tərəfindən praktik tibb fəaliyyəti ilə məşğul olması üçün resept möhürü də məhkəməyə təqdim edilmişdir. Həmin möhürün kənarlarında “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi”, “X12 adına Milli Oftalmolgiya Mərkəzi” yazıları, orta hissəsində “həkim oftalmoloq”, “İddiaçı”, “RESEPTLƏR ÜÇÜN” yazıları vardır. Möhürün olması İddiaçı müəssisədə praktik tibb fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əlavə sübutlardan biridir. Mülki işin kökündə dayanan və bəlli olduğu üçün sübuta ehtiyacı olmayan sübut o dur ki, tibb sahəsində praktik tibb fəaliyyəti ilə məşğul olmayan elmi işçi ümumiyyətlə tibb sahəsində işləyə bilməz. Çünki məhz praktik tibb fəaliyyəti tibb elminin, sənayesinin, ümumilikdə tibb sahəsinin, vətəndaşların sağlamlığının təmin edilməsinin əsasında dayanır. Praktik tibb fəaliyyətiilə məğul olmayan tibb sahəsindəki mütəxəssislərə əsasən, inzibati vəzifə tutan şəxslər aid edilə bilər.
46. Məhkəmənin öz qətnaməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına istinad etməsi (bənd 48), “iş materiallarından göründüyü kimi hazırkı iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas məhz attestasiya komissiyasının qərarı olmuşdur” (bənd 50) kimi bəyənatlar o əsasla qanunsuzdur ki, mübahisənin əsasını işdən azad edilmə təşkil edir. Qanun pozuntularını qanunsuz attestasiyaya cəlb edilmə, attestasiya komissiyasının qərəzli mövqeyi və attestasiya komissiyası tərəfindən işçinin işdən azad edilməsinin onun səlahiyyətlərinə aid olmadığı halda bu barədə qanunda və müvafiq normativ aktlarda nəzərdə tutulmayan tövsiyyələr vermə təşkil edir.
47. Məhkəmə gedişində belə təəssürat yaranmışdır ki, məhkəmə cavabdehin maraqlarına xidmət edən hallara əsassız maraq göstərmiş, cavabdehdən təlimatı qəbul etmiş və İddiaçı tərəfindən X12 adına Milli Oftalmologiya Mərkəzində işlədiyi dövrdə müalicə etdiyi, şəkərli diabet xəstəliyi olmayan vətəndaşların göz xəstəlikləri ilə bağlı müraciət etmiş və təsdiqedici müvafiq tibbi müayinə kartoçkaları olan xx.xx. 1990-cı il təvəllüdlü X10, xx.xx.1982-ci il təvəllüdlü X4 məhkəmə iclasında şahid qismində dinidirilməsindən, iddiaçının praktik tibb fəaliyyətini təsdiq edən möhürün əlavə sübutlar olaraq iş materiallarına əlavə edilməsindən yayınmışdır. Maddi hüquq normalarının pozulmasından başqa, iş üçün ikinci dərəcəli olsa belə əhəmiyyətli sübutlarla bağlı vəsatətlərin təmin edilməməsi ciddi prosessual pozuntular olmuş və məhkəmə tərəfindən ədalətli məhkəmə aparılması prinsipinin pozulması ilə müşayət edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
49. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəy ə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
50. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
51. Maddə 65.5 Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçi nin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
52. Maddə 65.7 Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
53. Maddə 66, bənd
10. Azərbaycan Respublikasınd a praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin attestasiyası keçirilmir.
54. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
55. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməs i tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
65. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 41 6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, ha zırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.