Məhkəmə qərarları › İş №2(102)-2880/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2880/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2880/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MKT-ya qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılması, mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-575/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 nömrəli 12 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m. olan, 2 otaqd an ibarət 232 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzillərdən sərbəst istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.

2. Qətnamə iddiaçının elektron kabinetinə 27 yanvar 2023-cü il tarixdə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 30 mart 2023-cü il tarixdə kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin 31 mart 2023-cü il tarixli qərardadı ilə şikayət prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.

3. Bundan sonra iddiaçı 21 aprel 2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

4. Ər izə belə əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi qətnaməni xx.xx.2023-cü il tarixdə almış, kassasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə vasitəsilə təqdim etmişdir. Mart ayında qeyri-iş günlərinin çoxluğu ilə əlaqədar vaxtında şikayət verə bilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş edir.

5. Apellyasiya instansiyası məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

6. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 128.1, 128.2, 129.1, 133.1 və 405.0.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlab atan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmi şdir ki, apellyasiya məhkəməsi ərizədə qeyd olunan halları nəzərə almamış, hesab etmişdir ki, mübahisələndirilən məhkəmə qətnaməsi iddaçıya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə çatdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı 10....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yar atsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” in formasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə ver ilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikay ətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

23. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

24. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının elektron kabinetinə 27 yanvar 2023-cü il tarixdə yerləşdirilməklə həmin tərəfə rəsmi qaydada verilmişdir. Lakin kassasiya şikayəti 30 mart 2023-cü il tarixdə, müddət ötürülməklə verilmişdir.

26. Şikayət verən mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən kassasiya şikayətini vaxtında vermək imkanında olmadığını göstərir, lakin nəzərə alınmalıdır ki, şikayət elektron informasiya sistemi tərəfindən verilmiş, iş və ya istirahət günü olmasından asılı olmayaraq hər bir zamanı, müddətlər daxilində şikayətin verilməsi mümkün ola n məsələdir. Bu fakt isə iddiaçının dəlillinin əhəmiyyətli olmamasını təsdiq edir.

27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar