Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2881/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 06 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinə məxsus və İddiaçı icarəsində olan Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 6.00 hektar torpaq sahəsinin qərb tərəfində zəbt etdiyi 3.00 hektar torpaq sahəsindən çıxarılması, maddi ziyan 270 manat, mənəvi ziyan 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, cəmi 390 (üç yüz doxsan) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) Yevlax rayon Məhkəməsinin 06 i yul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən mülkiyyətçisi olduğu 6 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 3 ha hissəsindən çıxarılması və ona vurulmuş maddi ziyana görə 3,000 manat, mənəvi ziyana görə 1,000 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 09 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Yevlax rayonu Hürüuşağı kənd Bələdiyyəsi tərəfindən 6.00 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilənin şərtlərinə görə İddiaçı Hürüuşağı kənd Bələdiyyəsinə illik 270 manat pul ödəməlidir. Yevlax rayonu, Hürüuşağı kəndində xüsusi mülkiyyət hüququ üzrə Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinə məxsus 6.00 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestir Xidmətinin 04 iyun 2018-ci il tarixli rəyinə əsasən Yevlax rayonu Hüruşağı kəndində yerləşən İddiaçı qızıına Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 6.00 ha torpaq sahəsinin 3.0 ha hissəsi qərb tərəfdən Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh həmin torpaq sahəsin in onlara məxsus olmasını və Bələdiyyənin qeyd edilən torpaq sahəsini icarəyə vermək hüququnun olmadığın qeyd etsə də, qeyd olunmalıdır ki, həmin torpaq sahəsinin Hürüuşağı Bələdiyyəsinə məxsus olması, habelə iddiaçının bu torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mübahisəsiz qaydada sübuta yetirildiyindən və həmin reyestrin məzmununun qeyri-dəqiqliyi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən bu reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllə də və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmuişdir ki, iddia cavabdehin iddiaçının icarəsində olan, Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 6.00 ha torpaq sahəsinin qərb tərəfində yerləşən 3.00 ha hissəsindən çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi və mənəvi ziyan tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı torpağın zəbt edilməsi nəticəsində ona 3,000 manat maddi ziyan vurulduğunu qeyd etsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. Lakin, icarə müqaviləsinin şərtlərinə görə İddiaçı 6.00 ha torpaq sahəsinə görə illik 270 manat pul ödəməlidir, həmin məbləğ onun tərəfindən ödənilmişdir və təsdiq olunur ki, bu müddət ərzində iddiaçı həmin torpaq sahəsinin 3.00 ha hissəsindən istifadə etmək imkanından cavabdehin qanunsuz hərəkəti nəticəsində faktiki olaraq məhrum edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər bilavasitə zər ər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşın hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konrket halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən hallara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmuişdir ki, iki il üçün torpaq sahəsinin icarəsinə görə ödənilmiş 540 manat pulun yarısı 270 manat iddiaçıya vurulmuş maddi ziyan kimi qiymətləndirilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mənəvi ziyan tələbi h issəsi ilə bağlı qeyd olunmalıdır ki, şəxsin öz mülkiyyətindən, müəyyən müddətə belə, məhrum edilməsi hər bir halda onu mənəvi iztirablara məruz qoyur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü
Məhkəmə qərarları › İş №2(102)-2881/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2881/2019
23.04.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver