Məhkəmə qərarları › İş №2(102)-2881/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2881/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2881/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Cəbrayılov Bəybala Rza oğlunun iştirakları ilə, İddiaçı Cavabdehə qarşı mənzilə köçürülmə və istifadə qaydalarının tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15047/2019 saylı, 13 dekabr 2019cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Cəbrayılov Bəybala Rza oğlu tərəfindən verilmi ş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2495/2019 saylı, 22 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (hаkim F.Ə.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı X. ünvanında yerləşən mənzilə köçürülməsi və həmin iki otaqlı mənzildən istifadə qaydasının aşağıdakı kimi müəyyən edilməsi, yataq otagı İddiaçı, qonaq otağı Cavabdeh istifadəsinə verilməsi, mənzilin dəhlizi, hamamı, sanitar qovşağı, mətbəxi, balkonu ümümi istifadədə saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15047/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, İ.S.Şirinov) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Mə hkəməsinin 2(002)-2495/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən, yəni “həmin iki otaqlı mənzildən istifadə qaydasının aşağıdakı kimi müəyyən edilsin: yataq otagı İddiaçı, qonaq otağı Cavabdeh istifadəsinə verilsin, mənzilin dəhlizi, hamamı, sanitar qovşağı, mətbəxi, balkonu ümümi istifadədə saxlanılsın” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 16 saylı evin 54 saylı mənzilinə köçürülməklə, həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 16 saylı evin 54 saylı mənzilini Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə 2013-cü ildə “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni bağlamaqla əldə etmişdir. Mənzilin kirayə müqaviləsi üzrə sahibi özüdür. Mənzildə özündən başqa keçmiş həyat yoldaşı Cavabdeh Şakir qızı və oğlu X10 oğlu qeydiyyatdadırlar. X6 ilə nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-125/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onunla Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2013-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin 2.3cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Buna baxmayaraq o, hazırda öz evində yaşaya bilmir. Cavabdeh iddiaçının mənzildə yaşamasına imkan vermir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2495/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Cəbrayılov Bəybala Rza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş ə apelyasiya qaydasında baxan məhkəmə instansiyası kirayəçi kimi ona verilmiş mənzildə yaşamaq hüququnu birmənalı şəkildə pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Cəbrayılov Bəybala Rza oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Cəbrayılov Bəybala Rza oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.07.20 19-cu il tarixli, 2(002)-1669/2019 saylı qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 18.12.2011-ci il təvəllüdlü X3 və 09.03.2017-ci il təvəllüdlü X2 analarının himayəsində qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 iyun 2019-cu il tarixdən başlayaraq hər ay bir uşağa görə 160 manat, iki uşağa görə 320 manat, 09.03.2017-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək 30 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan 13 noyabr 2013-cü il tarixli, 16-54 saylı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə İddiaçı ara sında bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən X. ünvanında yerləşən iki otaqlı mənzil müvəqqəti yaşamaq üçün kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri Cavabdeh, X5r. Həmin müqavilənin 2.5ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdir. İş materiallarında olan Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 21.10.2019cu il tarixli, 1317 saylı arayışa əsasən mənzilin ümümi sahəsi 61,74 kvadrat metr, yaşayış sahəsi 33,20 kvadrat metrdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xü susi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. -99.5-ci maddəsinə görə kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. -99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. -68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. -68.4-cü maddəsin ə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin mənzildən “istifadə qaydasının müəyyən edilməsi” hissəsinin qanuni əsası tapılmadığından birinci instansiya məhkəməsinin bu hissədə iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə açıq-aşkar əsassız olmuşdur. İş materiallarından görünür ki, mübahisə predmeti olan mənzilin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsi olması və iddiaçının həmin mənzilin kirayəçisi, cavabdehin isə onu n keçmiş arvadı olması, cavabdehin də Mənzil Məcəlləsinin 99.5-ci və 68.4-cü maddəsinə əsasən həmin mənzildə qanuni əsaslarla yaşayışını davam etdirməsi, iddiaçı ilə eyni hüquq və vəzifələrə malik olması işin mübahisəsiz halıdır. Tərəflər bunu mübahsələndirmir. İşin mübahisəli halı tərəflər arasında nikah pozulduğundan mənzildən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi bunu yuxarıda qeyd olunan formada müəyyən etmişdir. Cavabdeh buna etiraz edir və əsası kimi şikayətindəki dəlilləri göstərir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu cür qaydanın müəyyən ediməsi faktiki olaraq mənzilin otaqlarının tərəflər arasında bölünməsi demək olduğundan istifadə qaydalarının müəyyən edilməsi mənzilin yataq otağının iddiaçıya, qonaq otağının isə a zyaşlı uşaqları ilə birlikdə cavabdehə verilməsi üsulunda icra oluna bilməz. Belə ki, həm iddiaçının, həm də cavabdehin mənzilin bütün tərkib hissələrindən eyni həcmdə istifadə etmək hüquqları vardır. Bunu, yəni mənzilin hansısa otağından istifadə etməyi onlara qadağan etmək üçün əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tələbin bu hissəsinin qanuni əsası tapılmır. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia tələbinin bu hissəsinə etiraz etmədiyinə görə iddianı tam təmin etmişdir. Lakin cavabdehin nümayəndəsi bu cür bölgüyə etiraz etməsə də bunun qanuni əsası olmalı, yəni bu cür istifadə qaydalarının müəyyən edilməsi qanuna, yaxud hansısa normativ hüququ akta uyğun olmalı, eləcə də mənzildən istifadə hüququ olan hansısa şəxsin hüquqlarını po zmamalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə aktı ilə müəyyən edilən bu qaydaların icrası prosesi mümkünsüz olmaqla özü ziddiyyətli bir vəziyyət yaratdığından və bu cür qaydanın müəyyən edilməsi tərəflər arasında onsuz da xoş olmayan münasibətləri bir qədər də gərginləşdirdiyindən yalnız bir girişi olan, qapalı iki otaqlı bir mənzildə bu cür istifadə qaydalarının məhz məhkəmə aktı ilə müəyyən edilməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin halarına da açıq-aşkar uyğun deyildir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən kirayəçi kimi ona verilmiş mənzildə yaşamaq hüququnu birmənalı şəkildə pozduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki ha llarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə istinad etmişd ir. Həmin maddəyə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Buna görə yuxarıda qeyd olunan mənzilin yataq otağının tək iddiaçının istifadəsinə ayrılması cavabeh və onun himayəsində olan uşaqlarının həmin mənzilə olan hüquqlarının pozulması ilə nəticələnər. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15047/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar