Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2881/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2337/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə 8 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. X5 ilə İddiaçı1 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2003-cü il tarixdə X3, xx.xx.2005-ci il tarixdə İddiaçı2 anadan olmuşdur.
2. X5 xx.xx.2N7-ci ildə vəfat etmişdir.
3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2N8-ci il tarixli məktubun surətinə əsasən, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayət işinin istintaqı zamanı nəinki S.İ.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, S.İ.Binnətov cinayət prosesinə hər hansı prosessual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir.
4. Səbail rayon Məhkəməsinin 2(009)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə 50.000 manat məbləğində pul tutulmuşdur.
5. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9cu il tarixli, 1(098)-7/2N9 saylı hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər - X12 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X8 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 3412.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X6 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü X9 aid hissədə qüvvədədir, digər təqsirləndirilən şəxslərə aid hissədə məhkəmə baxışı davam etdirilir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-513/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X5 xx.xx.2N4-cü il tarixdən xx.xx.2N7-ci il tarixə kimi hərbi hissədə baş sürücü vəzifəsində xidmət etmiş və həmin dövr ərzində ona 29.090,62 manat pul təminatı hesablanaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar İddiaçı2 və X3 İddiaçı1 qızlarıdır. Rəqsanə yetkinlik yaşına çatdığı üçün İddiaçı1 onun etibarnamə üzrə nümayəndəsidir, Səbinə yetkinlik yaşına çatmadığı üçün onun qanun üzrə nümayəndəsidir. Onun həyat yoldaşı, qızlarının isə atası mərhum X4 2N7-ci ilin may ayının 11-də N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X12 N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları ilə birlikdə onun guya düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədi ilə ona mütəma di olaraq xüsusi amansızlıqla ağır iztirablar verməklə, zorakı hərəkətlərə məruz qoymuş, nəticədə Səxavət Binnətov aldığı çoxsaylı xəsarətlərdən xx.xx.2N7-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Onlara xəbər verilmədən tanımadıqları şəxslər əri Səxavət Binnətovun meyitini gətirib guya vətən xaini olduğuna görə kənd qəbirstanlığında dəfn olunmağa layiq olmadığını bildirərək, qəbirstanlıqdan kənar yerdə ekskavatorla qazıb basdırmışlar. Ərinin meyitini müsəlman qaydası ilə dəfn etməmiş, bir quyu qazaraq içinə atıb üstünü traktorla dümdüz etmişlər. Traktorla həmin ərazini elə düzəltmişdirlər ki, onlar mərhum ərinin, eyni zamanda digər iddiaçıların atasının qəbrinin yerini belə tapa bilməmişlər, hətta Səxavətin meyitini belə onlara göstərməmişlər. Onlar Səxavətin vətə n xaini olmasına heç cür inana bilməmişlər. Onun necə mərd, vətənini, dövlətini sevən bir azərbaycan vətəndaşı olduğunu bilmişlər. İddiaçı1 dəfələrlə əlaqədar təşkilatlara müraciət edəndən sonra istintaqı aparan müstəntiq Səxavətin heç bir günahının olmadığını, onun səhvən hərbi hissəyə gətirilib etmədiyi cinayəti boynuna qoymaq məqsədilə zorakılığa məruz qalmasını bildirmişdir. Ərinin basdırılmasından 11 ay keçəndən sonra müstəntiq tərəfindən meyit eksqumasiya olunaraq kənd qəbirstanlığında dəfn edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə ərinin ölümündə təqsirli bilinən şəxslər müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək mənəvi zər ərin əvəzi kimi 50.000 manat pulun dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilməmiş saxlanılmışdır. Həmin vaxt vəkil iddia ərizəsi tərtib edərkən düzgün olmayaraq yalnız ona «mənəvi ziyanın ödənilməsi» tələbini qoymuşdur. Ona görə də iddiaçı hazırda həm özünün, həm də digər iddiaçıların pozulmuş hüquqlarının bərpası məqsədi ilə onlara maddi zərərin ödənilməsi, iddiaçılar X2 və İddiaçı2 mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Dövlət hakimiyyət orqanının vəzifəli şəxslərinin qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri nəticəsində təkcə ona deyil, həm də övladlarına, yəni iddiaçılar X 2 və İddiaçı2 maddi və mənəvi ziyan dəymişdir. Göstərilən cinayət nəticəsində onun həyat yoldaşının, övladlarının isə atalarının öldürülməsi onların hər birlərinin mənəvi sarsıntı keçirdiklərinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri Tərtər rayon Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)-7/2N9 saylı hökmündə öz əksini tapan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı həmçinin həyat yoldaşının barəsində istər xidm ət yoldaşları, istərsə də yaşadıqları rayonda (kəndə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Beləliklə, ailə başçısının, yəni mərhum Binnətov Səxavətin günahsız yerə işgəncə verilərək öldürülməsi, iddiaçılara həm maddi, həm də mənəvi zərər vurulması məhkəmə hökmü və qətnaməsi ilə sübuta yetirilmişdir. İddiaçı1 müəyyən həyat təcrübəsi olan adam kimi baş verənlərlə əlaqədar bir qədər dözümlü olsa da, övladları yeniyetmə yaşlarında bu kimi qanunsuzluqlarla, biabırçıqlarla qarşılaşdıqda daha ağır sarsıntı keçirərək, bir qədər xəstə yatmışlar. Ona görə də onlara da mənəvi zərər ödənilməlidir. Bundan başqa, ailə başçısının ölümü onları maddi cəhətdən də ağır vəziyyətə salmışdır. Bununla əlaqədar onların hər üçünə vurulmuş maddi zərərə görə kompensasiya da ödənilməlidir. Bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar əzab və əziyyətlər ilə bağlı vurulmuş maddi və mənəvi zərərin ödənilməsini həm onun, həm də qızlarının tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılara vurulmuş maddi zərərə görə hər birinin xeyrinə ayrılıqda 50.000 manat olmaqla, cəmi 150.000 manat kompensasiyanın, İddiaçı2 və iddiaçı X2 vurulmuş mənəvi zərərə görə isə ayrılıqda hər birinin xeyrinə 50.000 manat, cəmi 100.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 Qias qızı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
11. Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 (əlli min) manat məbləğində pul ödənilməsi qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının və digər iddiaçıların (uşaqların) atalarının Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə müəyyən edilmiş qaydada və şəraitdə, yəni dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fi ziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı iddiaçıların mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı1 ona və digər iddiaçılara (uşaqlara) cəmi 150.000 manat maddi ziyanın vurulduğunu iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçılara cəmi 150.000 manat maddi ziyanın tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçılar Rəqsanə Binnətzadənin və yetkinlik yaşına çatmamış İddiaçı2 ataların hüquqa zidd əməlin ölümünə səbəb olmasını və bunun nə ticəsində onların keçirdiyi mənəvi sarsıntıların və iztirabların dərəcəsini, ana ilə müqayisədə onların atalarının övladı olmaqla ata qayğısına dərin ehtiyacının olmasını, gənc olmalarını, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı2 xeyrinə 50.000 manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 manat məbləğində pul ödənilməlidir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 1096-cı, 1097.1-ci, 1100-cü maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməs inə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2N6-cı il 23 fevral tarixli Qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 77.1-ci, 82.4-cü, 88-ci, 89.3-cü, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüq uq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçılara hər birinə ayırılıqda 50.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçılara mənəvi zərərə görə hər birinə ayrılıqda 50.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Bununla yanaşı sözügedən iddia tələbi ilə bağlı İddiaçı1 artıq Səbail Rayon Məhkəməsinin xx.xx.202 1-ci il tarixli qətnaməsi ilə zərərçəkmiş şəxs kimi tanınmış, iddia qismən təmin edilmiş və həmin qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən icra olunmuşdur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda iddiaçı X1 nümayəndəsi və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, mərhum həyat yoldaşı günahı olmayaraq vətən xaini elan edilmiş, ona işgəncələr verilmiş, qətlə yetirilmişdir. Ailə başçısının olmaması qızları ilə ona həm mənəvi, həm maddi cəhətdən çətinliklər yaradıb, sarsıntılar keçirmişlər. Baş vermiş hadisələr ictimaiyyətdə və sosial şəbəkələrdə yayılan Tərtər hadisələri ilə bağlıdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdi rilmədən saxlanılmalıdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi Xumar Mərdanova, hakimlər Elnur Həsənov və Sabit Bəhrəmzadə) 2(103)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Kollegiya qeyd etmişdir ki, iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və digər iddiaçıların atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instan siya məhkəməsi iddiaçılar Rəqsanə Binnətzadənin və yetkinlik yaşına çatmamış İddiaçı2 ataların hüquqa zidd əməlin ölümünə səbəb olmasını və bunun nəticəsində onların keçirdiyi mənəvi sarsıntıların və iztirabların dərəcəsini, ana ilə müqayisədə onların atalarının övladı olmaqla ata qayğısına dərin ehtiyacının olmasını, gənc olmalarını, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, İddiaçı2 xeyrinə 50.000 manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 manat məbləğində pul ödənilməlidir.
19. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçıların keçirdikləri mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla qeyd etmişdir ki, iddiaçıların xeyrinə mənəvi zərərin əvəzi kimi ayrı-ayrılıqda 50.000 (əlli min) manat məbləğində pulun tutulması ədalətli və ağlabatandır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keç irirlər.
21. Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin ayihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələri ndə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir.
22. Məhkəmə kollegiyası hazırda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçılara qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Res publikası Maliyyə Nazirliyindən tutulmalıdır.
23. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1100, MPM-in 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil Cavanşir oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smeta larına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələs i isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsu s olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız id diaçının mülahizələrinə əsaslanaraq iddiaçılara mənəvi zərərə görə hər birinə ayrılıqda 50.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanu nvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçılara mənəvi zərərə görə hər birinə 50.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı maddi və mənəvi zərərlə bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar (şəxsin fiziki və mənəvi iztirabları barədə) mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
26. Kassator daha sonra bildirmişdir ki, Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında qeyd olunur ki, “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. b) Kassa siya şikayətinə qarşı etiraz
27. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 68 (İİ hissə). Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
30. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1. Varlanmış şəxs ə ldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmi
35. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
36. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqan ların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
37. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
38. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəz ərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
39. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
40. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Az ərbaycan Respublikası Qanunu
41. Maddə
4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
42. Maddə
5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
43. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş zi yanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
44. Maddə
7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
45. Maddə
12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstin taq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
49. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
51. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
52. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “iddianın təmin olunan hissəsində” ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir.
56. Belə ki, iddiaçıların tələbləri “vurulmuş maddi zərərə görə hər birinin xeyrinə ayrılıqda 50.000 manat olmaqla, cəmi 150.000 manat kompensasiyadan və İddiaçı2 və iddiaçı X2 vurulmuş mənəvi zərərə görə isə ayrılıqda hər birinin xeyrinə 50.000 manat, cəmi 100.000 manat məbləğində kompensasiyadan” ibarət olmuşdur.
57. Birinci instansiyası məhkəməsi işə baxarkən iddiaçıların 150.000 manat məbləğində vurulmuş maddi ziyanla bağlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıla r bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi ziyana aid hissədə isə iddiaçılar İddiaçı2 və X1 tələbləri əsaslı hesab edilərək tam təmin edilmiş və iddia təmin edilərək sonuncuların xeyrinə ayrı-ayrılıqda 50.000 manat, cəmi 100.000 manat məbləğində pul tutulmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsi də işə baxarkən birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən gəlinən nəticə işin hallarına uyğun olmamışdır.
60. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə 50.000 manat məbləğində pul tutulmuşdur.
61. Qətnamənin məzmunundan görünür ki, məhkəmə İddiaçı1 iddiası üzrə yekun nəticəyə gələrkən onun ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsinə, bu səbəbdən mənəvi sarsıntı və iztirab keçirməsinə istinad etmişdir.
62. Həmçinin, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfi ndən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
63. Göründüyü kimi İddiaçı1 iddiası üzrə işə baxan məhkəmələr 50.000 manat mənəvi ziyan məbləğini təmin edərkən, iddiaçının hazırki iş üzrə iddiaçılar olan qızlarının, yəni mərhumun övladlarının da mənafelərini nəzərə almışlar.
64. Odur ki, hazırki iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən mərhumun qızları olan iddiaçılar X3 və İddiaçı2 dəymiş mənəvi ziyan həcmi müəyyən ed ilərkən Səbail rayon Məhkəməsinin 2(009)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş kompensasiya məbləğinin həcmi də nəzərə alınmalıdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların məruz qaldığı mənəvi ziyana görə kompensasiya ödənilməli olmasına dair və həmin kompensasiyanın məbləğinə dair kassasiya instansiyası məhkəməsinin gəldiyi hazırki nəticə işin hallarına, iddiaçıların məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. 66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenmunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müs təqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin vurulmuş mənəvi ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasının əsassızlığı ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətləri ni onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. 68. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
69. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
70. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara komp ensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
71. Bundan başqa kassatorun mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalı olması barədə dəlilinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikasının “Azərbaycan R espublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 14 iyul 2000-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin zərər çəkmiş şəxsə kompensasiya verilməsi ilə bağlı 87.6.18-ci maddəsinin və XX fəslinin müddəaları müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir.
72. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərinin təmin edilməsi üçün qanuni əsaslar olmamış, mənəvi ziyan məbləğinin həcmi barədə dəlilləri isə qismən əsaslı olmuşdur.
73. Qeyd olunanlara əsasən kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsi “iddianın təmin olunan hissəsində” ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 10.000 manat və iddiaçı X2 10.000 manat məbləğində pul ödənilməli, iddia ərizəsi mübahisələndirilən qalan hissədə təmin olunmamalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “28” “mart” “2023”-cü il tarixli, 2(103)-2337/2023 nömrəli qətnaməsi “iddianın təmin olunan hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdeh Azə rbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 10.000 manat və iddiaçı X2 10.000 manat məbləğində pul ödənilsin. İddia mübahisələndirilən qalan hissədə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.