Məhkəmə qərarları › İş №2(102)-2882/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2882/2024

23.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2882/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-993/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehləri n iddiaçıya məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. (hakim Ələkbər Hüseynov)

3. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir.

6. Cavabdeh2 17 may 2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə rəsmi qaydada ona təqdim edilməmişdir. Bu barədə ərizə ilə məhkəməyə müraciət edəndən sonra ona bildirilmişdir ki, qətnamə onun elektron kabinetinə yerləşdirilib. Lakin onun qətnamənin elektron kabinetinə daxil edilməsindən məlumatı olmamışdır. Belə ki, yaşlı qadındır, vəkili də olmayıb, sözügedən kabinetdən anlayışı yoxdur.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin e dilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə cavabdehə 6 fevral 2024-cü ildə çatdırılmışdır. Onun qətnamədən kassasiya şikayəti vermə müddəti 8 aprel 2024-cü ildə başa çatmışdır. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti 1 ay 9 gün ötürülmüşdür. Kassasiya şikayəti verilmə müddəti cavabdehin öz təqsiri ucbatından ötürülmüşdür və hazırki ərizədə göstərilənlər kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.3, 133.4, 1 33.5, 400, 402.2.3, 408.1.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” xx.xx.2007-ci il tarixli, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli, “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya ins tansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 11.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada çatdırılmamış, ərizə ilə məhkəməyə müraciət etdikdə isə cavabdehə bildirilib ki, qətnamə ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Ancaq cavabdehin həmin kabinetdən xəbəri olmamışdır. Belə ki, cavabdehin vəkili olmayıb, özü azyaşlı qadındır, övladının biri hazırda məhkumluq həyatı yaşayır, vətən müharibəsinin fəal iştirakçısı olmuşdur. Cavabdehin sözügedən kabinetlə bağlı anlayışı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıy ıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradı lmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

14. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

15. Məhkəmə kollegiyası hü ququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qətnaməsi 06 fevral 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilib, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.

18. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

19. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü m addəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

21. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

22. İşdən görünür ki, qətnamə cavabdehin elektron kabinetinə 06 fevral 2024-cü ildə yerləşdirimişdir.

23. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 13 5.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini - cavabdehin vəkilinin olmaması, elektron məhkəmə sistemindən məlumatsız olması - Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin n ormalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da yolverilməzdir.

26. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmə dən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar