Məhkəmə qərarları › İş №2(102)-2883/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2883/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2883/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) iş üzrə QƏRARI (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzil mübahisələri, mənzilə köçürmə, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) “cavabdehin mübahisəli mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1151/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs Bakı Şəhər MənzilKommunal Təsərrüfatı Departamenti (onların vəkili Vəkil1) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən, İddiaçı (bundan sonra mətndə iddiaçı) ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 4, mənzil 6 ünvanında (bundan sonra mətndə mübahisəli mənzil) olmadığı müddət ərzində Novruz Məmmədov, Səmayə Məmmədova və Cavabdeh (bundan sonra mətndə cavabdeh) həmin mənzilin qapısını sındırma yolu ilə evə daxil olaraq yaşamaları ilə əlaqədar müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5193/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçl X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “onun ünvan 1 ü nvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X5 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8356/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, X4 ünvan 1 ünvanda yerləşən ümumi yaşayış sahəsi 27.40 kv.m olan iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli Arxiv Arayışının surətinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil də yişmə İdarəsinin arxiv sənədləri arasında olan 108239 №-li xx.xx.1989-cu il tarixli order əsasında Məmmədov Novruz Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 2 otaqdan ibarət 6 nömrəli mənzili Süleymanov Məcidə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi 48,64 kv.m olan 20 nömrəli mənzillə dəyişmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********36 nömrəli məktubuna əsasən, X4 ünvan 3 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və ərizənin icrası zamanı məlum olmuşdur ki, sözü gedən mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrasından imtina edilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubuna əsasən, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 4 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N əsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair çoxsaylı məhkəmə mübahisələrinin yaranması ilə əlaqədar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin yaşayış sahəsinə kirayə müqaviləsini bağlanması barədə sərəncam verilməmişdir. 8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışa əsasən iddiaçının yaşayış yeri ünvan 5 ünvanıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, bina 4- də yerləşən 6 saylı mənzildən cavabdehin çıxarılması və onun özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ağamusa İsmayıl ov və anası Səkinəxanım qeyd edilən mənzili alaraq, orada yaşamağa başlamışlar. Daha sonra iddiaçı ərə gedərək Göyçay rayonunda yaşamışdır. Atası vəfat etdikdən sonra iddiaçının anası həmin mənzili öz övladlarından ikisinə, yəni iddiaçıya və İİ qrup əlil olan (iddiaçının qardaşı) Həsən İsmayılova vəsiyyət etmişdir. Bununla bağlı anasının dedikləri diskə yazılmışdır. Buna baxmayaraq, iddiaçının bacısı – cavabdehin anası (nümayəndəsi) Səmayə Məmmədova özünə məxsus olan mənzili sataraq, əri Novruz Məmmədov və övladı (cavabdeh) Cavabdehla birlikdə özbaşına olaraq mənzilə köçmüş və mənzildə yaşamağa başlamışlar. Bir müddət sonra isə Səmayə Məmmədova heç kimdən icazə almadan həmin mənzilə qeydiyyata düşmüşdür. Göstərilən səbəbdən iddiaçı ilə Səmayə Məmmədova və digər qardaşları Elçin İsmayılov i lə arasında mənzillə bağlı mülki mübahisələr yaranmış və həmin mübahisələr dəfələrlə məhkəmə baxışlarının predmeti olmuşdur. Məhkəmə qərarı ilə Səmayə Məmmədova həmin mənzildən çıxarılmış və iddiaçıya habelə onların qardaşı Həsən İsmayılova həmin mənzildə yaşamaq hüququ verilmişdir. Digər qərarla isə Elçin İsmayılovun hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “mənzildən çıxarılma tələbi barədə” iddia rədd olunmuşdur. Həmçinin hazırkı iş üzrə iddiaçının şikayəti əsasında Səmayə Məmmədovanın mənzilə olan qeydiyyatı ləğv olunmuşdur. İddiaçı, xəstələnmiş övladına baş çəkmək üçün evdən getdikdə Səmayə Məmmədovanın övladı olan Cavabdeh mənzilinin giriş qapısının kilidini sındıraraq mənzilə daxil olmuş, qapıya yeni kilid quraşdıraraq iddiaçını mənzilə buraxmamışdır. Halbuki, Cavabdeh özünün h əmin mənzildə yaşamaq üçün heç bir hüququ yoxdur. İddiaçı hesab etmişdir ki, cavabdeh ona məxsus olan mənzildən çıxarılmalı, o özü isə həmin mənzilə köçürülməlidir.

11. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaya etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, tərəfin ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Çünki həmin mənzil, dövlət mənzil fondunun balansındadır və mülkiyyətçisi dövlətdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallarla bağlı bildirmişdir ki, mübahisələndirilən mənzil Ağamusa İsmayılov və Səkinəxanım Əliyeva tərəfindən deyil, yəni iddiaçının valideyinləri yox, qardaşı X9 tərəfindən alınmışdır. Belə ki, X9 mübahisəli mənzilin keçmiş sahibi X2 15200 manat ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən mənzil Elçin İsmayılovun qanun i istifadəsində olmuşdur. Bu barədə də Binəqədi rayon Xalq Məhkəməsinin 2-269/1997 nömrəli xx.xx.1997- ci il tarixli qətnaməsi ilə X3 X7 qarşı mübahisələndirilən mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin mənzilə dair X3 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Ondan əvvəl də həmin mənzil hazırda xx.xx.1989-ci il tarixli order əsasında cavabdehin atası Məmmədov Novruzla Süleymanov Məcid arasında 108240 saylı həmin ünvandakı 20 saylı mənzillə dəyişdirilmişdir. Dəyişmə orderini də etirazlarına əlavə etmişlər. X5 iddiası əsasında Binaqədi Rayon Məhkəməsinin 2-1458/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətna məsi ilə iddia təmin edilərək, cavabdeh X3 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından da müəyyən edilir ki, sözügedən mənzil Elçin İsmayılova məxsus olmuşdur. Bundan əlavə iddiaçı ərizəsində bildirmişdir ki, mərhum anasının xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X1 göstərmişdir. 2014-cü ildə mərhum anası Səkinəxanım sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X7 vəsiyyət etmiş, həmçinin mərhum anası öz təşəbbüsü ilə öz səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Əgər belə bir vəsiyyətnamə və ya disk varsa məhkəməyə təqdim etməlidir. Eyni zamanda iddiaçı ərizəsində göstərir ki, bacısı Səmayə Məmmədovanın özü nə məxsus mənzili sataraq, əri Novruz və oğlu Fərid Novruzovla birlikdə guya ki, onların evinə müvəqqəti yaşamaq üçün gəlmişlər. Daha sonra isə bacısı Səmayə Məmmədova evə icazəsiz qeydiyyata düşmüş, sonra isə məhkəmə qərarı ilə Səmayə Məmmədova həmin evdən çıxarılmış və məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Belə ki, yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsi ilə yalnız İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı iddiası təmin edilmiş və X8 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 27,40 kv metr olan iki otaqlı mənzilə köçürülmüşdür. Həmin qətnamə qüvvədədir. Yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/201 1 saylı qətnaməsindən də müəyyən olunduğu kimi iddia tələbi təmin edilmiş, X4 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmçinin məhkəmə qətnaməsində müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçının hər hansı bir hüququ olmayan mənzildən kiminsə çıxarılmasını tələb etmək və evə köçürülmək barədə subyektiv hüquqa malik olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-471/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim-F. Hətəmzadə) iddianı rədd etmişdir.

13. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildə deyil, ünvan 5 ünvanında qeydiyyatda olmasını, eləcə də mübahisəli mənzilin iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilməməsini, eyni zamanda iddiaçının həmin mənzilə dair istifadə hüququnun müəyyən edilməməsinə istinad edərək hesab etmişdir ki, iddiaçı, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(001)-471/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilib ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

17. Cavabdehin vəkili (nümayəndəsi) iddia tələbinə qarşı etirazın məzmununa uyğun olan apellyasiya şikayətinə qarşı etiraz ver ərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2462/2023 saylı, 26 may 2023-cü il tarixli (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov, F.Ş.Talışinski) qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçının cavabdehə qarşı irəli sürdüyü “iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə” tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və həmin tələb təmin edilmişdir. İddiaçı mübahisəli mənzilə köçürülmüş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmişdir

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiy a məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbi rədd etməklə, iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi barədə” qənaəti isə əsaslı olmuşdur.

20. Belə ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə cavabdehə münasibətdə hər hansı üstün hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) yoxdur. Belə olan halda o, cavabdehin mənzildən çıxarılması tələb etmək üçün subyektiv hüquqa malik deyildir.

21. İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələbin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ tanınmamışdır. Bununla belə müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək həmin mənzildə yaşamış və qeyd edilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri tərəfindən yaşadığı mənzildən qovulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elçin İsmayılovun cavabdeh İddiaçı qarşı irəli sürdüyü (mübahisəli) mənzildən çıxarılması barədə iddiası təmin edilməmiş, qətnamədə qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşamayan E lçin İsmayılovun dövlət mülkiyyətində olan (mübahisəli) mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir, çünki mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra mənzili balansında saxlayan dövlət qurumu ilə Elçin İsmayılov arasında mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. Buna görə də Elçin İsmayılov hər hansı bir hüququ olmadan mənzildə yaşayan İddiaçı mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də, Elçin İsmayılovun iddiası təmin edilməməlidir.

22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildə yaşamasının hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibinin-mənzili balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsə rrüfatı Birliyinin iddiası əsasında alına bilər. Cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasının qarşısını almaq üçün subyektiv hüquqa malik deyil, çünki onun özünün həmin mənzildə yaşamasının hüquqi əsası mövcud deyildir. Belə bir hal Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-2462/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş yeni araşdırma aparılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4207/2023 saylı, 6 noyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər Ə.G.Nurməmmədov (məruzəçi hakim), A.Q.Hüseynov və Z.B.Babayev) kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin 2(103)-2462/2023 nömrəli 26 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi ki mi əsaslandırmışdır: “...İddiaçı tərəfin izahatı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi və cavabdehin nümayəndəsi olan anasının məhkəməyə verdiyi izahatına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək qanuni əsas olmadan mübahisəli mənzildə yaşamış və göstərilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri onu mənzilə buraxmamışlar. İddiaçının mübahisəli mənzildə yaşaması üçün hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibi tərəfindən alına bilərdi, Cavabdeh belə bir subyektiv hüququ yoxdur, çünki onun özünün də həmin mənzildə yaşaması əsassızdır. Cavabdeh İddiaçı mübahisəli mənzildə yaşamasına mane olması Azərbaycan Resp ublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin pozuntusudur, həmin pozuntu aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istinad olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Elçin İsmayılovun hazırkı iş üzrə İddiaçı qarşı mübahisəli mənzildən çıxarılması barədə iddiası rədd edilmiş, iddianın rədd olunmasına əsas İddiaçı mənzilə hər hansı hüquqa malik olması deyil, Elçin İsmayılovun belə bir tələb irəli sürmək üçün subyektiv hüququnun olmaması olmuşdur. İddiaçı hazırkı iş üzrə məhkəmə iclasında, habelə mübahisəli mənzillə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarındkı izahatlarında mübahisəli mənzilə nə vaxt köçməsi barədə hər hansı hal göstərməmiş, həyat yoldaşı vəfat etdikdən s onra Bakı şəhərinə gəldiyini bildirmiş, onun mübahisəli mənzilə köçməsinin daimi, yaxud müvəqqəti xarakter daşıması da müəyyən edilməmişdir. Cavabdeh isə 2008-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını, İddiaçı sonradan gəldiyini göstərmişdir. Məhkəmə həmçinin iddiaçının Bakı şəhərində, yaxud başqa yaşayış məntəqəsində yaşayış sahəsinin olub-olmaması ilə əlaqədar da tədqiqat aparmamışdır, iş materiallarına görə iddiaçı ünvan 7 ünvanda qeydiyyatdadır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi qənaətinə gələrkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların müəyyən edilmədiyini nəzərə almamış, faktiki sahib kimi iddiaçının mənafeyinin müdafiəsi üçün onun tərəfindən təqdim edilmi ş sübutların kifayət etmədyini diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflərdən heç birinin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur, onlar mənzilin faktiki sahibləri kimi mənafelərini müdafiə edirlər. Əmlakın faktiki sahibinin mənafeyinin müdafiəsi üçün də qanunvercilikdə konkret şərtlər nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə tərəflərdən hansının əmlaka ilk sahiblik etməsi, sahibliyin müvəqqəti, yaxud müddət müəyyən edilmədən mövcud olması, hansı tərəfin özbaşınalıq yolu ilə sahibliyi pozması kimi halların müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası daha sonra qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına görə mübahisəli mənzil Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş, mənzilin yerləş diyi yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda həmin yaşayış binası (mübahisəli mənzil də daxil olmaqla) 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzillə bağlı çoxsaylı məhkəmə işlərinin olmasını nəzərə alan Departament mənzilə dair heç kimlə kirayə müqaviləsi bağlamamışdır. İşə baxan məhkəmələr dövlət mülkiyyətində olan mənzilə köçürülmə (faktiki istifadə) ilə bağlı mübahisəni həll edərkən Bakı şəhər İcra Hakimiyyətini işə cəlb etməmiş, bununla balans sahibinin iştirakı olmadan onun maraqlarına toxunan məsələni də həll etmişlər”. d) Apellyasiya instansiyası məhkəməsində iki nci icraat:

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1151/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(001)-471/2023 saylı iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi iddiaçının “mənzilə köçürülmə” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilmiş və həmin tələb üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” tələbi təmin edilmiş, iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi mülkiyyətində olmayan mənzillə bağlı olsa da, kassasiya i nstansiyası məhkəməsinin də vurğuladığı kimi o, mənzilin faktiki sahibi kimi müvafiq iddia tələblərini irəli sürmüşdür.

29. Əmlakın faktiki sahibinin mənafeyinin müdafiəsi üçün qanunvercilikdə konkret şərtlər nəzərdə tutulmuşdur və əgər qanunla müəyyənləşdirilən şərtlər mövcuddursa, əmlak üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.

30. Başqa sözlə, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən əmlak üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.

31. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddi a qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).

32. İşin halları o qənaətə gəlməyə əsas verir ki, iddiaçı mübahisəsi gedən mənzilə cavabdehdən daha əvvəlki tarixdə faktiki sahiblik etməyə başlamış, bu səbəblə onun (cavabdehin) anası və dayısı mənzillə bağlı iddia tələblərini məhz iddiaçıya qarşı irəli sürmüşlər.

33. Həmin iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarının eləcə də iddiaçının şikayəti üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli qərarının təhlili ağlabatan mühakimə əsasında o qənaəti formalaşdırır ki, iddiaçı 2022-ci ilin ortalarına qədər mənzilə sahiblik etmişdir.

34. Buna görə də kollegiya hesab edib ki, iddiaçının, əvvəllər faktiki sahiblik etmiş olduğu və yaşadığı evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını, yəni oraya köçürülməsini tələb etməyə subyektiv hüququ mövcuddur və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə müəyyən olunmuş faktlara uyğun olmamışdır.

35. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin özünün də vurğulad ığı kimi, tərəflərdən hansının əmlaka ilk sahiblik etməsi, sahibliyin müvəqqəti, yaxud müddət müəyyən edilmədən mövcud olması, hansı tərəfin özbaşınalıq yolu ilə sahibliyi pozması kimi halların müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.

36. Bu konteksdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 43-cü maddəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürü lmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçürmək istədiyi yerdə yaşayıbmı: 2) şəxs yaşadığı yerdən məhrum edilibmi: 3) mərhum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələn hərəkətlərə (güc və ya sair tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəli mənzil üzərində hüququnun olduğunu təsdiq edən sübu tlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə mənzildən çıxarma) qanunsuzdur. Cavabdehin mübahisəli mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüqüqu olmadığı (mülkiyyət hüququ, sahiblik hüququ və s) üçün iddiaçının yaşadığı yerdən məhrumedilməsinin qanuni əsası yoxdur.

37. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh istinad olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri halhazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayılır. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər hansı norması birbaşa hüquqi qüvvəyə malikdir. Onun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusi yanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.

38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 43-cü maddəsinin (1-ci hissəsinə), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.,157.2.,157.4.,157.8,158.1.,158.2.,159, 164.1.,164.2., 165.1.,165.2.-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 81., 88.-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e)Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

39. Qətnamədən narazı qalan Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (onların vəkili Vəkil1) ayrıayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiya məhkəməsinin 2 (103)1151/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsinı ləğv edilib və işin yeni araşdırma üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.

40. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi mənzilin ona heç bir aidiyyatı yoxdur. Mənzilin sahibi, yəni maraqlarına toxunan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3-cü tərəf kimi işə cəlb edilmiş və onun iddiasının rədd edilməsini xahiş etsə də məhkəmədə buna əhəmiyyət verilməmişdir. Baxmayaraq ki, bu qətnamə onlarınm maraqların toxunur. Onları balansında olan mənzildən qanunsuz məhrum edir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Ali Məhkəmənin göstərişlərinin onlara heç bir aidiyyatı olmamasını və göstərişin məcburi xarakter daşım amasını qeyd etməklə qəbul etdiyi qətnamənin qanunsuzluğuna haqq qazandırmaqla Ali Məhkəmənin mövqeyi və göstərişlərinə məhəl qoymamışdır. Unutmuşdur ki, mənzilin sahibi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tərəf irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilsə də, iddiaçının iddiaya yazılı etirazını bildirərək iddiaçıya mübahisəli mənzilin heç bir aidiyyatı olmamasını, həmin mənzilin onların balansında olmasını göstərsə də apellyasiya instansiyası məhkəməsi mənzilin həqiqi sahibinin dəlillərini və etirazını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mövqeyinə əhəmiyyət vermədən öz istədiyi kimi qətnamə qəbul etmişdir. Baxmayaraq ki, iddiaçının Bakı şəhər ində, yaxud başqa yaşayış məntəqəsində yaşayış sahəsinin olub-olmaması ilə əlaqədar da tədqiqat aparılmışdır, iş materiallarına görə iddiaçı Göyçay şəhəri Qəntamir küçəsi-15 ünvanda qeydiyyatdadır. Həmin rayonda mülkiyyətində evi də vardır.

41. Cavabdeh kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 158-ci maddələrinə, MPM-nin 14.1, 14.2, 77, 80, 81, 88, 217.3, 271.4, 217.5, 218.1, 403.1, 414.1, 414.2, 417.1, 417.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovu şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.

42. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentin kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbi təmin etməklə, iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi mənzilin ona heç bir aidiyyatı yoxdur. Mənzilin sahibi, yəni maraqlarına toxunan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3-cü tərəf kimi işə cəlb edilmiş və onun iddiasının rədd edilməsini xahiş etsə də, məhkəmədə buna əhəmiyyət verilməmişdir. Baxmayaraq ki, bu qətnamə onların maraqların toxunur. Onları balansında olan mənzildən qanunsuz məhrum edir. Mübahisəli mənzil bu gün də Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubundan görünür ki, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş m ənzil fondu, o cümlədən mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli, 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda da mübahisəli mənzil ilə bağlı çoxsaylı məhkəmə işlərinin olmasını nəzərə alan Departament mənzilə dair heç kim ilə kirayə müqaviləsi bağlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli sorğusuna cavabda da göstərilmişdir ki, İddiaçı adına ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə (fərdi yaşayış evi - 1/4 hissə və torpaq sahəsi - 1/4 hissə) daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyata alınmışdır. Məhkəmə belə olan halda İddiaçı ünvan 10 ünvanında olmaqla yaşadığı halda Bakı Şəh ər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə balansına qəbul edilmiş və hazırda 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansında olan mənzilə köçürməsi barədə qətnamə qəbul edərkən mənzilin sahibinin hüquqlarını məhdudlaşdırmışdır. İddiaçının Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansında olan mənzilə onların iradəsinə zidd olaraq iddiaçının köçürməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə çıxır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyi artıq öz balansında olan mənzillə bağlı sərəncam hüququnu itirir. Kiminləsə mənzil kirayə müqaviləsi bağlayarkən növbəti məhkəmə çəkişmələrinə sürüklənəcəkd ir. Mənzilin qanunu sahibinin – mənzili balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya münasibətdə fikirlərini nəzərə almadan qəbul etdiyi qətnamə tam qanunsuz və ədalətsizdir. Nə iddiaçının, nə də cavabdehin həmin mənzildə heç bir hüququ yoxdur. Həmçinin iddiaçı mübahisəli mənzildə yaşamaq üçün subyektiv hüquqa malik deyil, çünki onun özünün də həmin mənzildə yaşamasının hüquqi əsası mövcud deyil.

43. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 158-ci maddələrinə, MPM-nin 14.1, 14.2, 77, 80, 81, 88, 2 17.3, 271.4, 217.5, 218.1, 403.1, 414.1, 414.2, 417.1, 417.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovu şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. İddiaçı kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən ünvanda uzun illər yaşadığını və mənzildən məhrum olduğunu, hal hazırda kirayəşin yaşadığını bildirmişdir, tərəf olduğu mülki işə ədalətli baxılmasını və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Kassasiya baxışının hədləri:

45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh və üçüncü şəxs tərəflərindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətn aməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

47. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

48. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sa hibliyindən öz əmlakını geri tələb edə bilər.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

51. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

52. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

53. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

54. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə ed ilir.

55. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

56. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

57. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozuc u və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

58. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

80. Məhkə mə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

62. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstə sna hallarda iddia tələbindən kənara çıxa bilər.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Mübahisəy ə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı mübahisəsi gedən mənzilə cavabdehdən daha əvvəlki tarixdə faktiki sahiblik etməyə başlamış, bu səbəblə onun (cavabdehin) anası və dayısı mənzillə bağlı iddia tələblərini məhz iddiaçıya qarşı irəli sürmüşlər. Həmin iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarının eləcə də iddiaçının şikayəti üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli qərarının təhlili ağlabatan mühakimə əsasında o qənaəti formalaşdırır ki, iddiaçı 2022-ci ilin ortalarına qədər mənzilə sahiblik etmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçının, əvvəllər faktiki sahiblik etmiş olduğu və yaşadığı evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını, yəni oraya kö çürülməsini tələb etməyə subyektiv hüququ mövcuddur və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə müəyyən olunmuş faktlara uyğun olmamışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Kasassiya şikayətlərinin dəlilləri eyni olmaqla işin hallarının və bəzi qanun normalarının sadalanmasından ibarətdir. Kassasiya icraatında araşdırılması mümkün olduğu hallar üzrə isə apellyasiya instansiya məhkəməsi araşdırma aparmış və müəyyən olunmuş hallar üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

70. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyy ən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1151/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar