Məhkəmə qərarları › İş №2(102)-2884/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2884/2019

01.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2884/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil və nümayəndəsi GNnın iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.İ.Qarayev, iş 2(024)-485/ 2018) İddiaçı Cavabdeh qarşı mərhum X10 miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evinə, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli dövlət aktına əsasən 0.60 ha pay torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə vərəsəliyin açılması və ona düşən hissəsinin onun mülkiyyətinə verilməsi tələbi bаrədə iddiаsı təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli, 2(107)2449/2018 saylı qətnaməsi ilə (İ.F.Quliyev (sədrlik edən və məruzəçi), hakimlər Ə.T.Məcidov və M.A.Əsədli) Qax Rayon Məhkəməsin in 26 iyul 2018-ci il tаrixli qətnaməsi Cavabdehnа münаsibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı vərəsəliyin açılması və mirasın mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsаslаndırmışdır ki, atası X25 13 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli dövlət aktına əsasən 0.60 ha pay torpaq sahəsinin yarısı miras əmlakı olaraq qalmışdır. Atasının vəfa tından sonra arvadı X8, oğlanları CƏ, NƏ və qızı SA və rəhmətə getmiş qardaşı NƏin arvadı Cavabdeh və o özü birinci növbəli vərəsə olaraq qalmışdır. Mərhum qardaşı NƏin arvadı Cavabdeh hazırda onun atasından miras qalmış bütün əmlakın onun olduğunu iddia etməklə həmin əmlakdan ona düşən hissənin öz mülkiyyətinə keçməsinə mane olmuşdur. Atasının vəfatından sonra ondan miras qalmış miras əmlaka sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Odur ki, göstərdiklərini nəzərə alarq məhkəmədən mərhum X10 miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sa həsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli dövlət aktına əsasən 0.60 ha pay torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə vərəsəliyin açılması və ona düşən hissəsinin onun mülkiyyətinə verilməsi və müvafiq sənədləşmə işlərinin aparılmasının DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabde hin vəkili Vəkil və nümayəndəsi GN kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə aralarında borc münasibətlərinin olduğuna istinad edərək hazırkı tələbində cavabdehlərə verdiyi borcunu tələb etmişdir. İş materiallarında olan Qax Rİ HB-nın Qaşqaçay kənd İƏD tərəfindən verilən Az-İ№ 922549 saylı ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X25 13 fevral 2012-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 fevral 2007-ci tarixdə 07 № ilə qeydiyyat aparılmışdır. İşdə olan Qax rayonu Qaşqaçay kənd Soveti tərəfindən verilən İ-İE № 472875 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X25 arasında 28 avqust 1970-ci ildə rəsmi nikah qeyd edilmiş və bu barədə nikah haqqında akt qeydləri kitabında 28 avqust 1970-ci ildə 04 nömrə ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi 28.05.2018-ci il tarixli, 193 saylı arayışdan görünür ki, mərhum X25 öldüyü günədək, yəni 13.02.2007-ci il tarixədək Qax rayonu, ÜNVANndə y aşamışdır. Onun ölən günə onunla bir ünvanda yaşayan X24 və X11 ibarət, başqa ünvanda yaşayan isə X26, İddiaçı, X27 və X1 ibarət vərəsələri vardır. İş materiallarında olan Qax RİHB-nın Qaşqaçay kənd İƏD tərəfindən verilən Az-İ№ 887622 saylı ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X28 16 fevral 2018ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 fevral 2018-ci il tarixdə 02 № ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş seriya: AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, 9 mkr., Cavadxan küçəsi, ev 4, mənzil 168-də qeydiyyatdadır. İşdə olan Qax rayonu, Qaşqaçay kənd soveti tərəfindən verilən İİ-İE № 080768 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı valideyinləri X8 və X20r. İş material larında olan Qax rayonu VVAQ şöbəsi tərəfindən verilən İİ-CQ № 849314 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında 05 noyabr 1980-ci ildə rəsmi nikah qeyd edildikdən sonra iddiaçıya ərinin soyadı olan Şamxalova soyadını daşımaq hüququ verilmişdir. İşə əlavə edilmiş Qax rayonu, Qaşqaçay kənd soveti tərəfindən verilən Xİİ-CQ № 461387 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 valideyinləri X8 və X20r. İşə əlavə edilmiş Qax rayonu, VVAQ şöbəsi tərəfindən verilən 458581 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 valideyinləri X8 və X20r. İşdə olan Qax rayonu, Qaşqaçay kənd XDS İcraiyyə Komitəsinin tərəfindən verilən İV-CQ № 342814 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X4 arasında 30 yanvar 1988-ci ildə rəsmi nikah qeyd edildikdən sonra iddiaçıya ərinin soyadı olan Allahverdiyeva soyadını daşımaq hüququ verilmişdir. İş materiallarında olan Qax rayonu Qaşqaçay kənd İƏD tərəfindən verilən 271256 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 valideyinləri X8 və X20r. İşə əlavə edilmiş Qax rayonu, Qaşqaçay kənd İƏD tərəfindən verilən AZ İİİ № 271256 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 valideyinləri X8 və X20r. İşdə olan Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi 23.05.2018-ci il tarixli, 194 saylı arayışdan görünür ki, həqiqətən də, Cavabdeh Qax rayonu, ÜNVANndə yaşayır və onun ailə tərkibi onun özündən, qızları X22, X23 və oğlu X13 ibarətdir. İş materiallarında olan JN-055A, KOD 40311018 saylı torpağa m ülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X25 və X6 Qax rayonu, ÜNVANndə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-055G, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X25 və X6 Qax rayonu, ÜNVANndə yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-223, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X25 və X6 Qax rayonu ÜNVANndə yerləşən 0.60 kənd təsərrüfatı təy inatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-055C, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X25 və X6 Qax rayonu ÜNVANndə yerləşən 0.01 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş X15 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 12 nömrəli reyestr kitabınıda 171 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan fərdi yaşayış evi X19 mülkiyyətindədir. İşdə olan X19 vərəsəsi X16 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, atası Hənif Əliyevdən miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 190 0-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evinə, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli dövlət aktına əsasən 0.60 ha pay torpaq sahəsindən özünə düşən paydan bacısı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə həmin əmlaklardan özünə düşən paya iddia qaldırmayacağını qeyd etmişdir. İşə əlavə edilmiş X19 vərəsəsi X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, əri Hənif Əliyevdən miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evinə, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin ərini n mülkiyyətində olmuş hissəsinə, JN055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli dövlət aktına əsasən 0.60 ha pay torpaq sahəsindən özünə düşən paydan qızı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə həmin əmlaklardan özünə düşən paya iddia qaldırmayacağını qeyd etmişdir. İşdə olan X19 vərəsəsi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, atası Hənif Əliyevdən miras qalmış Qax rayonu ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evinə, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nö mrəli Dövlət Aktına əsasən 0.60 ha pay torpaq sahəsindən özünə düşən paydan bacısı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə həmin əmlaklardan özünə düşən paya iddia qaldırmayacağını qeyd etmişdir. İş materiallarında olan X19 vərəsəsi X18 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, atası Hənif Əliyevdən miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 1900cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evinə, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olmuş hissəsinə və JN 223 nömrəli Dövlət Aktına əsasən 0.60 ha pay torpaq sahəsindən özünə düşən paydan heç kəsin xeyrinə imtina etməmişdir. İşə əlavə edilmiş 21 may 20 18-ci il tarixli, №441489726 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. -1145-ci maddəsinə əsasən miras fiziki ş əxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. -1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi düzgün оlаrаq qeyd etmişdir ki, iddia təmin edilməli, Qax rayon X15 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 12 nömrəli reyestr kitabınıda 171 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən mərhum X10 miras qalmış Qax rayonu, ÜNVANndə yerləşən 1900-cu il tarixdə tikilmiş üç otaqlı, ümumi sahəsi 59.0 kv.m olan evindən İddiaçı qanun üzrə payı və digər vərəsələrin iddiaçının xeyrinə imtina etdikləri məcburi paylar da daxil olmaqla ümumilikdə 4/6 hissə pay, JN-055A nömrəli şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsi, JN-055G nömrəli şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi və JN 223 nömrəli Dövlət Aktına əsasən 0.60 ha pay torpaq sahəsind ən mərhum Hənif Əliyevin payına düşən ½ hissədən İddiaçı qanun üzrə payı və digər vərəsələrin iddiaçının xeyrinə imtina etdikləri məcburi paylar da daxil olmaqla ümumilikdə 4/6 hissə pay İddiaçı mülkiyyətinə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar