Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2887/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2189/2023 nömrəli mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 479 nömrəli əmək müqaviləsi bağlanmış, işçi - İddiaçı “Korporativ Kommunikasiyalar Departamentinin Korporativ sosial məsuliyyət və təbliğat qrupunun Kiçik Mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq təhsil müqaviləsi imzalanmış, müqaviləyə əsasən işəgötürən işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14 850 Avro məbləğində vəsaitin tərəfindən ödənilməsini, işçi isə öz növbəsində təhsilini başa çatdırı b iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə əmək münasibətlərini davam etdirəcəyini, bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin işəgötürənə dərhal bir xalis şəklində və ya işəgötürənin razılığı ilə hissə-hissə, kreditlə və s. ödəmə formalarında geri ödənilməsini öz öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X1 C.H.Quliyevə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq 15 noyabr 2022-ci ildən öz istəyi ilə işdən azad olunmasını xahiş etmişdir. 4. 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağına dair 15 noyabr 2022-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 15 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlə bağladığı təhsil müqaviləsinə əsasən xaricdə təhsilini başa vurduqdan sonra cavabdeh şi rkətdə əmək fəaliyyətinə davam etdiyi dövrdə yiyələndiyi ixtisasa uyğun olmayan vəzifəyə təyin edilmişdir. Daha sonra şirkətin rəhbərliyində heyət dəyişikliyindən sonra iddiaçının əmək fəaliyyəti zamanı əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola biləcək heç bir nöqsana yol verməməsinə baxmayaraq iddiaçıya hədə-qorxu gəlinmiş və iddiaçı işdən azad edilmə ilə bağlı ərizə yazmağa məcbur edilmişdir. İşəgötürən iddiaçının hüquqi biliklərinin olmamasından istifadə edərək, ona “maddə” ilə çıxarılmamaq üçün ərizə yazmağını bildirmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 15 noyabr 2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bu səbəbdən də 15 noyabr 2022-ci il tarixli əmrə əsasən iddi açı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ərizəsində işdən azad olunma barədə ərizəsini işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək yazıldığını qeyd edir. Qeyd edilən hallar həqiqəti əks etdirmir. Ərizənin məzmunundan da göründüyü kimi iddiaçı 27 sentyabr 2022-ci il tarixdə müraciət edərək 15 noyabr tarixində işdən azad edilməsini xahiş edir. Burada hər hansı zor tətbiq etmə kimi hallar olsaydı, bu qədər müddət aralığı ilə işçi ərizə yazmazdı. Təhsil müqaviləsi üzrə Cavabdeh ASC üzərinə düşən öhdəliyi icra etsə də, iddiaçı tərəfindən öhdəliklər icra edilmədiyindən aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonr a – birinci instansiya məhkəməsi) 2(009)-315/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.
10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noy abr 2022-ci il tarixdə işdən azad etmişdir. Burdan da göründüyü kimi, işəgötürən işçinin iddia etdiyi kimi qərəzli olaraq işçinin işdən azad edilməsində maraqlı olsaydı və bununla bağlı işçiyə hədə-qorxu gəlsə idi, işçini işdən azad etməsi üçün ərizə ilə müraciət edildiyi tarixdən qısa müddət ərzində işdən azad etməkdə maraqlı olardı. Eyni zamanda tərəflərin hər ikisinin izahatından da məlum olur ki, işəgötürən işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmiş və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürmüşdür. Burdan da görünür ki, işəgötürən işçi ilə bağlı əmək fəaliyyətinin uzunmüddətli davam etdirilməsində maraqlı olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəf indən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.2, 45.1, 68, 69.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci, 216, 220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad olunması barədə ərizəsinin ona hədə-qorxu gəlinərək yazılması barədə mə hkəməyə müraciət etməsinə və müvafiq sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmadan yanlış qənaətə gəlmişdir. Həmçinin məhkəmə ərizə yazıldığı tarixdən 1 ay müddətin gözlənilməsini işəgötürənin xoş məramı kimi qiymətləndirsə də, işəgötürənin iddiaçını ərizəsində xx.xx.2022-ci il tarixi qeyd etməsinə məcbur etməkdə məqsədi sadəcə əmək qanunvericiliyinin xəbərdarlıq müddəti ilə bağlı tələbini pozmamaq olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış təhsil müqaviləsini cavabdehin iddiaçı ilə əmək münasibətlərinin uzunmüddətli olmasında maraqlı olması kimi qiymətləndirsə də, iddiaçının ərizəsinin etibarsız hesab edilməsi və işə bərpa ilə bağlı işəgötürənə müraciət etməsinə baxmayaraq, cavabdeh ərizəyə heç bir cavab verməmiş, əksinə ödənilmiş təhsil haqqının geri qaytarılması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, iddia ərizəsi ilə birlikdə məhkəməyə, iddiaçı ilə cavabdehin vəzifəli şəxsi (A.Mirzəzadə) arasında olan və cavabdeh tərəfindən iddiaçıya hədənin real olmasını göstərən whatsapp yazışmaları təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə baş tutmuş hazırlıq iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə yazmaqla xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı müraciət etmiş və həmin tarixədək işdən azad edilməsi ilə bağlı iddiaçı ilə aralarında heç bir dialoq olmamışdır. Lakin iddiaçıya birbaşa rəhbəri Adilə Şıxıyeva tərə findən elektron poçt vasitəsilə işləri dayandırması barədə göstəriş verildiyini təsdiq edən yazışmaları məhkəməyə təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək təqdim edilmiş sübutları qiymətləndirməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2189/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və M.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tar ixdə ərizə ilə işəgötürənə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sübut olaraq whatsapp və elekton poçt yazışmalarına istinad etsə də, whatsapp yazışmasına nəzər salındıqda onun kim tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmur. İddiaçı həmin yazının digər əməkdaş Aqşin tərəfindən yazıldığını qeyd etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir.
17. Habelə, qeyd edilən hallarla bağlı Aqşinin ifadə verməsi üçün onun şahid kimi dindirilməsi barədə birinci instansiya məhkəməsində iddiaçının vəsatətlə müraciət etmədiyi müəyyən olunur. O cümlədən, iddiaçının digər sübut qismində istinad etdiyi elektron poçt yazışmasına gəldikdə isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin yazıya əsasən iddiaçıdan işlərin görülməsinin dayandırılması xahişi onun işdən çıxma ilə bağlı bir ay öncədən etdiyi yazılı müraciəti ilə bağlı olmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə işçiyə işdən çıxma barədə ərizə yazması ilə bağlı işəgötürən tərəfindən hədə-qorxu gəlindiyi, ərizə yazmağa məcbur edildiyi sübut olunmur.
19. Digər tərəfdən iddiaçı qeyd edir ki, 28 noyabr 2022-ci il tarixdə ərizəsindən imtina edib və cavabdehə bununla bağlı yazılı müraciət ünvanlansa da müraciətinə baxılmamışdır.
20. Məhkəmə Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, işçi tərəfindən ərizə qanunvericiliklə müəyyən edilən müddət çərçivəsində verilmədiyi səbəbindən hüquqi əhəmiyyətini itirmişd ir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən əmək qanunvericiliyin müddəaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı öz ərizəsi ilə işdən azad olunmasına baxmayaraq, işdən çıxma ilə bağlı ərizəsinin hədə-qorxu gəlinərək yazılması barədə məhkəməyə müraciət etmiş və müvafiq sübutları məhkəməyə təqdim etmişdir, lakin məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7ci hissəsinin tələblərini pozmaqla işi hərtərəfli araşdırmadan yuxarıda qeyd edilən qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin whatsapp yazışmasının kim tərəfindən göndərildiyini müəyyən etməyin mümkün olmadığını qeyd etməsi, birinci instansiya məhkəməsinin sübutları qiymətləndirmədiyini təsdiq etməklə, prosessual pozuntuya yol verməsini təsdiq edir. Bundan əlavə, A.Mirzəzadənin birinci instansiya məhkəməsindəki icraatlarda şahid qismində dindirilməsi ilə bağlı iddiaçının vəsatətlə müraciət etməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ağlabatan deyildir. Belə ki, cavabdehin nümayəndəsinin marağında olmayan bir ifadəni verməsi üçün məhkəməyə dəvət edilməsi, whatsapp yazışmalarının şahid ifadəsi vasitəsilə yoxlanılması sübut qiymətləndirmə praktikasına uyğun deyildir.
23. Kassasiya şikayəti, h əmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsini pozmaqla Adilə Şıxıyeva tərəfindən iddiaçıya işlərin dayandırılması ilə bağlı göndərilən elektron poçtun tarixi ilə bağlı (iddiaçı ərizə yazılmadan öncə, cavabdeh isə ərizə yazıldıqdan sonra olduğunu iddia edir) tərəflər arasında mübahisə olmasına baxmayaraq, eyni məsələ ilə bağlı iddiaçının və cavabdehin şifahi olaraq bildirdiyi bir-birinə zidd mövqelərdən birini (cavabdeh) əsas gətirərək yekun qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə
5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
26. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
27. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
28. Maddə 45.2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir
29. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqəda r (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
30. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur.
34. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
35. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı sübut olaraq whatsapp və elekton poçt yazışmalarına istinad etsə də, whatsapp yazışmasına nəzər salındıqda onun kim tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmur. İddiaçı həmin yazının digər əməkdaş Aqşin tərəfindən yazıldığını qeyd etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının digər sübut qismində istinad etdiyi elektron poçt yazışmasına gəldikdə isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin yazıya əsasən iddiaçıdan işlərin görülməsinin dayandırılması xahişi onun işdən çıxma ilə bağlı bir ay öncədən etdiyi yazılı müraciəti ilə bağlı olmuşdur. İş materialları ilə işçiyə işdən çıxma barədə ərizə yazması ilə bağlı işəgötürən tərəfindən hədə-qorxu gəlindiyi, ərizə yazmağa məcbur edildiyi sübut olunmur. Digər tərəfdən iddiaçı qeyd edir ki, 28 noyabr 2022-ci il tarixdə ərizəsindən imtina edib və cavabdehə bununla bağlı yazılı müraciət ünvanlansa da müraciətinə baxılmamışdır. Məhkəmə Əmək Məcəlləsinin 69-cu çmaddəsinə istinad edərək qeyd etmişdir ki, işçi tərəfindən ərizə qanunvericiliklə müəyyən edilən müddət çərçivəsində verilmədiyi səbəbindən hüquqi əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
43. Sübutların mahiyyətinə qiymətin ve rilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2023-cü il i tarixli, 2(103)2189/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.