Məhkəmə qərarları › İş №2(102)-2889/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2889/2019

10.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2889/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(107)-2861/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 x qızı, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: x rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(019)-1156/2018 saylı qətnaməsi ilə (sədrlik edən, ha kim H.Q.Səlimov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Məmmədəli oğlunun (bundan sonra iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2 x qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra cavabdehlər) qarşı “mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh1, Cavabdeh2 x qızı, Cavabdeh3 x qızı, xxx qızı və x qızının İddiaçı1, İddiaçı2, x rayon Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarsinə qarşı “mənzilə dair bağlanmış alqı- satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı1 mülkiyyətində olan x rayonu, x kəndi, Dəmirçilər y aşayış məntəqəsində yerləşən 4 saylı evin 2-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(107)-2861/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə x rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı “x rayonu, x kəndi, Dəmirçilər yaşayış məntəqəsində yerləşən 4 saylı evin 2-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə onların həmin mənzildən çıxarılmaları” barədə ilk iddia, cavabdehlər isə iddiaçılara qarşı “mənzilə dair notarial qaydada bağlanmış 03 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin mənzilə dair İddiaçı1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 13 iyun 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia qaldırmışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əla və edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh3, onların vəkili Nümayəndə1 və digər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi və x rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin qanuni əsaslarla mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmasına, ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, x rayonu, x kəndi Dəmiryolçular yaşayış məntəqəsində yerləşən, 4 saylı evin 2-ci mənzili Cavabdeh2 mülkiyyətində olmuş və onun oğlu Cavabdeh1 15 noyabr 2007-ci il tarixdə Cavabdeh3 ilə rəsmi nikah bağlamaqla evlənmiş və sonuncu x rayonu, x kəndi Dəmiryolçular yaşayış məntəqəsində yerləşən, 4 saylı evin 2-ci mənzilinə gəlin köçüb orada yaşamağa başlamışdır. Lakin, Cavabdeh3 mənzildən istifadə ilə bağlı mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamamışdır. Onların birgə nikahdan 15 mart 2005-ci il tarixdə x, 08 yanvar 2008-ci il tarixdə x ad lı uşaqları doğulmuşdur. Bundan sonra Cavabdeh2 sözügedən mənzili notarial qaydada təsdiq edilməklə 24 fevral 2018-ci il tarixli müqaviləyə əsasən oğlu Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 mənzili tam mülkiyyət hüququ ilə öz adına qeydə aldırdıqdan sonra 03 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mənzili 25.000 manata İddiaçı1 satmışdır. Sözügedən mənzil 13 iyun 2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. Bundan sonra cavabdehlər mənzildən çıxmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan sonra isə cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat orqanında 03 mart 2018-ci il tarixdə Cavab deh1lə İddiaçı1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslər in sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşya ların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əqdin etibarsız hesab edilməsinin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində, 337-349-cu maddələrində nəzərdə tutulmuşdur. Həmin maddələrin mənasına görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış əqd; hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd; uydurma və yalan əqd; qeyri-ciddi əqdlər; fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd; fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqd; on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqd; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqd; öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd və hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqd etibarsız hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandırmışdır. Belə ki, Cavabdeh1lə İddiaçı1 arasında bağlanmış 03 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməklə, yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmışdır. Mübahisəli mənzilin Cavabdeh1lə Cavabdeh3 ümumi birgə əmlakı olması barədə cavabdehlərin apellyasiya şikayətinin dəlili ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər- arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mübahisə predmeti olan mənzil Cavabdeh1 anası Cavabdeh2 tərəfindən bağışlandığından sözügedən mənzil Cavabdeh1l ə Cavabdeh3 ümumi birgə əmlakı hesab oluna bilməz. Həmin mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur. Mənzilin alqı-satqısı zamanı orada yaşayan şəxslərin razılıqları alınmadığı üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olması barədə cavabdehlərin apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbay can Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı nda qeyd edilmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal əqdin etibarsız hesab edilməsi üçün o, vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Qərarda həmçinin göstərilmişdir ki, 01 sentyabr 2000-ci ildən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda no tarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdəri də əsassızdır. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olduğundan, mənzildə yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət hüquqları olmadığından alqı-satqı zamanı orada yaşayan şəxslərin razılıqlarının alınmaması sözügedən alqı-satqı müq aviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının olması barədə cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 01 sentyabr 2001-ci il t arixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqdar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasiəbətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Sadalanan maddələrin və Konstitusiya Məhkəməsi Plenumunun qərarının mənasıondan ibarətdir ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o, cümlədən mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyri-qanuni məhdudlaşdırılmasın. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 mübahisə predmeti olan mənzilə 2007-ci ildə köçdüyündən on un həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidr. Həmin maddələrin mənasına görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi Cavabdeh3 rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurub mübahisəli mənzilə gəlin köçüb orada yaşasa da, mənzilin o, vaxtkı mülkiyyətçisi Cavabdeh2 ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma başlamamışdır. Ona görə də Cavabdeh3 həmin mənzildən istifadə hüququ əmələ gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə görə, müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir. Həmçinin həmin andan əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Mübahisə predmeti olan mənzil xx tərəfindən oğlu xxbağışlandığından, xx isə həmin mənzili İddiaçı1 satdığından onlar da həmin mənzilə istifadə hüquqlarını itirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı işdən görünür ki, Cavabdeh4 13, Cavabdeh5 10 yaşı olduğundan onların yaşayış yerləri valideynlərinin yaşayacaqları evdir. Belə olan halda bağışlama müqaviləsinin ləğv edilməsinə aid hissədə iddia tələbi əsaslı hesab oluna bilməz. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişlir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.3-cü maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evl ərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bu baxımdan İddiaçı1 adına olan mübahisəli mənzilə görə hüquqların dövlət qeydiyyatı haqqında 13 iyun 2018-ci il tarixli Çıxarış alqı-satqı müqaviləsinə əsasən verildiyi üçün onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normaların ın tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehl ər Cavabdeh2 x qızı, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(107)-2861/2018 saylı qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar