Məhkəmə qərarları › İş №2(102)-2889/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2889/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2889/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi, zəb t olunmuş torpaq sahəsində yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehlərin hesabına sökülməsi, Cavabdeh1 və onunla birgə yaşayan şəxslərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-539/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 8 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Beyləqan şəhər Ərazi Nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı1 Beyləqan şəhəri ərazisindən 5-ci kvartaldan (“Dostluq” qoyunçuluq sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayr ılmışdır.

2. Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 saylı qərarı ilə İddiaçı2 Beyləqan şəhəri ərazisindən 5-ci kvartaldan (“Dostluq” qoyunçuluq sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır.

3. Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli, 01/01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X1 ilə bağlı Beyləqan şəhəri, 5-ci məhəllə ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır.

4. Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 satılması ilə bağlı Beyləqan şəhəri, 5-ci məhəllə ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır.

5. Hazırki mülki işdə mübahisələndirilən torpaq sahəsi ilə bağlı tərəflər arasında bundan əvvəl məhkəmə çəkişməsi olmuşdur. Belə ki, İddiaçı2 və İddiaçı1 cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-01/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 həmin iddiası rədd edilmişdir.

7. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-24/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-01/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçılar İdd iaçı1 və İddiaçı2 cavabdehlər X8,Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiaları Cavabdeh2 münasibətdə qismən təmin edilmişdir. Cavabdeh2 İddiaçı2 Ələstan qızına məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən çıxarılması, iddia tələbi cavabdehlər X8 və Cavabdeh1 olan münasibətdə təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti təşkil edən iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər X6 və Cavabdeh1 məxsus hərəsi 0,06 ha torpaq sahələrinin faktiki və sənəd üzrə üst-üstə düşməməsi, İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsinin hal-hazırda X10 tərəfindən zəbt edilərək qanunsuz tikinti işlər i aparılması, İddiaçı2 məxsus torpaq sahəsinin isə hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsində olması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahələrində yerləşməsi, İddiaçı1 məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əl damının tikilməsi sübuta yetirilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 həmin torpaq sahələri üzərində hüquqları qeydiyyatdan keçməsə də, mübahisəli torpaq sahələrinin rəsmi olaraq onlara ayrılması gələcəkdə torpaq sahələrini adlarına rəsmiləşdirmək imkanına malik olmaqla gözlənilən mülkiyyət hüququnun, hazırda isə torpaq sahələrinə sahiblik hüquqlarının olmasına dəlalət etmişdir. Yuxarıda qeyd olunanlar Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 aprel 20 20-ci il tarixli, 10/448 saylı rəyi ilə sübuta yetirilsə də, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X6, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin məzmununda və tələb hissəsində yalnız Cavabdeh2 onlara məxsus torpaq sahəsinin tutulması göstərilərək, Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunmuş, digər cavabdehlərin torpaqdan çıxarılmaları və tikililərin sökülməsinə dair tələb göstərilməmişdir. Odur ki, iddiada yalnız Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunduğundan iddia həmin cavabdehə aid hissədə qismən təmin edilməli, qalan cavabdehlərə qarşı tələb olmadığından onlara münasibətdə təmin olunmamalıdır.

9. Ali Məhkəmənin Mülki kollegi yasının xx.xx.2021-ci il tarixli, 2(102)-333/2021 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-24/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən istifadə edilməsində maneənin aradan qaldırılması, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 tərəfindən inşa ed ilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh1 onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh1 onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması və cavabdehlərdən dəymiş mənəvi zərərə görə hər birindən 4000 manat miqdarında pul vəsaitinin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixdə 6 sayl ı və 16 avqust 1993-cü il tarixində 14 saylı sərəncamları ilə onlara 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi müvəqqəti olaraq, qohumları olan Famil Vəliyevə istifadəyə verilmişdir (vəfat etmişdir). X2 İlqar Famil oğlu həmin torpaqdan istifadə etmişdir. Bir müddətdən sonra Cavabdeh2 onlara məxsus torpağın bir hissəsini Cavabdeh1 satmışdır. Bir hissəsində isə özü ev tikmişdir. Bundan xəbər tutandan sonra onlar torpaq sahəsini boşaltmağı xahiş etsələr də, cavabdehlər buna məhəl qoymamış, onların torpaq sahəsindən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Beyləqan Rayon Məhkəməsinin 10 noyabr 2018-cl 11 tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda ("Dostluqqoyunçuluq” sovxozun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən ekspertiza təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və müvafiq rəy alınmışdır. Cəmiyyətin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər X6 və Cavabdeh1 məxsus hərəsi 0,06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşməmişdir. İkinci sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahələrinin naturada faktik i yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Üçüncü sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahələrinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. İddiaçı2 məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsində olmuşdur. Dördüncü sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmuşdur. Beşinci sual üzrə-mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçılara aid torpaq sahələrində yerləşmişdir. Altıncı sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddi açı1 məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən birmərtəbəli fərdi yaşayış evi, talvar və əl damı tikilmişdir. Cavabdehlər məhkəmə mübahisəsi gedərkən həmin ərazidə tikinti işləri aparmışdır. Onların həmin torpaqdan çıxarılması yalnız tikintilərin sökülməsi ilə bağlı olmalıdır.

12. Cavabdeh1 iddianı qəbul etməyib izahatında göstərmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmişdir. Ona və digər Cavabdeh2 Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli, 01 saylı və Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli, 01 saylı qərarları ilə hər birinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ev tikdirmiş və hazırda həmin evdə yaşamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. Beyləqan Rayon Məhkəməsinin (bundan sonr a – birinci instansiya məhkəməsi) 2(020)-30/2021 nömrəli iş üzrə 9 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tiklilərin cavabdehin hesabına sökülməsi, Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdeh və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. Digər İddiaçı2 məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsində olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin onların özlərinə məxsus olmasını və həmin torpaq sahələrini onlar tərəfindən zəbt edilməməsi barədə məhkəmədə izahat versələr də həmin hal işin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünmüşdür ki, İddiaçı1 məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilmiş, İddiaçı2 Əlastan qızına məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadə edir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.4 və 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80, 139.1, 152, 157.1, 238.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 84.1, 111 və 164.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsindən görünmüşdür ki, 6 mart 2019-cu il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən Şirvan Apellyasiya Məhkəməsinə daxıl olmuş 26 fevral 2019-cu il tarixli mütəxəssis rəyind ə qeyd edilmişdir ki, «Beyləqan şəhər Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsində normadan artıq istifadə etmə halı yoxdur». Yenə həmin mütəxəssis rəyinin məzmunundan görünmüşdür ki, iddiaçılara ayrılmış torpaq sahələrinin Beyləqan RİHB Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərinin (cizgilərinin) miqyası və «Xan qızı» kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəricilər olmadığından, iddiaçıların iddia etdikləri torpaq sahələrinin cavabdehlərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi faktı müəyyən olunmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2020-cı il tarixli Beyləqan RİHB Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş məktubdan görünmüşdür ki, Beyləqan rayon sakinləri İddiaçı1 və İddiaçı2 adına həyətyanı torpaq sahəsinin olub-olmaması barədə Nümayəndəlikdlə heç bir rəsmi məlumat olmamışdır. Həmçinin, ƏMDK yanında DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünmüşdür ki, İddiaçı1 və İddiaçı2 adına Beyləqan şəhəri ərazisində yerləşən hər hansı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan təqdirdə, 27 aprel 2020-ci il tarixli ekspert rəyinin hansı tədqiqi hüquq-müəyyənedici sənədin əsasında verilməsi işin mübahisə olunan halı olmuşdur.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2776/2021 nömrəli mül ki iş üzrə 4 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə «Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində cavabdeh və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması» hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində, 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsində inşa ed ilmiş tikililərdən və torpaq sahəsindən həmin tikililər Cavabdeh1 hesabına sökülməklə çıxarılması, iddia tələbini qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 və onunla birgə yaşayan şəxslərin torpaq sahəsindən çıxarılması tələbini irəli sürsə də, Cavabdeh1 ilə birgə yaşayan torpaq sahəsindən çıxarılması tələb olunan şəxslərin kimlərdən ibarət olması, həmin şəxslərin iddia tələbinə cavab verməli olan şəxslər olub-olmaması iş materialları ilə müəyyən olunmamışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 55, 65.5, 84.1, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində bir inci icraat

21. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddianın cavabdehə münasibətdə təmin olunan hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən işin obyektiv hallarını araşdırmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət müəssisəsi olan “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən ayrılmasını sovxozun aqrar islahatı zamanı islahata getməyərək balansında olan torpaqlarla birlikdə dövlət mülkiyyətində saxlanılmasını, ayrılmış torpaq sahəsinə buna görə hüquq-müəyyənedici sənədin verilə bilməməsini, cavabdehə ayrılmış torpaq sahəsinin isə Beyləqan bələdiyyəsinin mülkiyyətində olmasını və kassatorla Beyləqan Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi əsasında əldə edildiyini, həmin ərazidə kassatorun bir neçə il ərzində ev tikdiyini, iddiaçının isə bu hala heç bir etirazının olmamasını həmin torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi ilə uyğunsuzluq təşkil etdiyini, ümumiyyətlə iddiaçıya ayrılmış torpaq sahəsi barədə həmin torpağı ayırmış orqanda heç bir məlumatın olmamasını, həmin torpaq sahəsinin iddiaçıya təhkim edilməməsini, dövlət qeydiyyatına alınmamasını nəzərə almamış və beləliklə də, mülki qanunvericiliyin normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

23. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-6208/2022 nömrəl i iş üzrə 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2(106)-2776/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələrin sübut kimi istinad etdiyi bütün sənədlər kserosurət olmaqla, MPM-in 89.3-cü maddəsinin tələblərinə cavab verməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr iddianı təmin edərkən, bundan əvvəl baxılmış mülki işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli rəyinə əsaslanmışlar. Həmçinin məhkəmə MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. Nəzərə alınmalı idi ki, kassatorun cavabdeh olduğu əvvəlki mülki işdə ona qarşı iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Bu halda, Cavabdeh1 həmin qətnamədə müəyyən olunmuş və onun mənafelərinə zidd olan halları kassasiya qaydasında mübahisələndirə bilməzdi. Qeyd olunan mülki işdə Cavabdeh1 qarşı iddia təmin olunmamışdır və buna görə də həmin qətnamədən şikayət vermək hüququ yox idi. Bu halda, Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halın, hazırki işə baxılanda preyudisial təsirə malik olmasını məhkəmə əsaslandırmalı idi.

26. Bununla ya naşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyində də Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstünə düşməsini müəyyən etmək mümkün olmamışdır (səh. 62-63). Həmin rəyin verildiyi mülki iş üzrə hansı qərar qəbul edilməsi, qəbul olunmuşdursa hazırda baxılan işə təsiri iş materialları ilə müəyyən edilməmişdir.

27. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarında olan (səh. 123), Cavabdeh1 tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünmüşdür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X7 Layihə-Tədqiqat İdarəsinin mühəndisi, DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi tərəfindən Beyləqan bələdiyyəsini n nümayəndələri ilə Beyləqan bələdiyyəti tərəfindən Cavabdeh1 mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı inventarlaşdırma (çöl ölçmə) işləri əsasında müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları elektron məlumat bazası ilə eyniləşdirilməklə **********0448 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşməsi aşkar edilmişdir. Bu hal, qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin faktiki vəziyyətə uyğun olmaması səbəbindən yaranmışdır. Faktiki vəziyyətdə hər hansı bir üst-üstə düşmə halı mövcud olmamışdır. Torpaq sahəsi üzərində tikinti işləri aparılmışdır. Beləliklə 0,06 ha torpaq sahəsi üzərində faktiki vəziyyətə uyğun Beyləqan rayon bələdiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sənədə qiymət verməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş və iddiaçının nümayəndəsinin vəsatətinin rədd olunmasını əsaslandırmamışdır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 55, 65.5, 84.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-539/2023 nömrəli mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdehin və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmadığından, Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməsi barədə həmin qətnamə ilə müəyyən olunan hal hazırki işə baxılarkən preyudisial təsirə malik ola bilməzdi.

32. Kollegiya həmçinin hesab etmişdir ki, iş materiallarında istinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2016-cı il tarixli 3588 saylı (işin 62-63-cü vərəqləri), 24 noyabr 2017-ci il tarixli 21404 saylı (işin 22-ci vərəqi qətnamə) rəyləri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli mütəxəssis rəyi bir-biri ilə ziddiyyət təşkil etməməklə, əksinə biri-digərini tamamlamaqla sübut kimi qəbul edilərək qiymətləndirilməli id i. Belə ki, həmin rəylərlə müəyyən olunmuşdur ki, Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən İddiaçı1 ayrılmış 0.06 ha və Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı2 0.06 ha ayrılmış torpaq sahələrinin (Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərində çızgilərində) miqyası və “Xan qızı” kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəriciləri qeyd olunmamışdır. Ona görə də İddiaçı1 və İddiaçı2 iddia etdikləri torpaq sahələrinin X5 və Cavabdeh1 istifadələrində olan torpaq sahələrinin üstüstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 torpaq sahələrinin ərazilərinin koordinatlarını qeyd olunan səbəblərə əsasən təyin etmək mümkün olmamışdır. Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində normadan artıq istifadə etmə halı olmamışdır. İddiaçı1 və İddiaçı2 torpaq sahələrinin ərazilərinin koordinatlarının təyin edilməsi mümkün olmadığından, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahəsində yerləşməsini təyin etmək mümkün olmamışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta fərz edilsə ki, İddiaçı1 Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993cü il tarixli 14 nömrəli qərarına əsə sən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını təyin etmək mümkün olmuş və həmin koordinatlar Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün Beyləqan şəhər bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüş, bələdiyyə qərarı inzibati məhkəmə müstəvisində ləğv olunmadan, iddia ona münasibətdə yenə də, təmin oluna bilməzdi.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını yuxarıda sadalanan ekspert və mütəxəssis rəyləri ilə təyin etmək mümkün olmadığından, iddiaçının Cavabdeh1 münasibətdə öz hərəkətlərinə hüquq i ixtiyarı olmamışdır. Belə olan halda isə, iddiaçının tələb etmək və müdafiə hüququndan söhbət gedə bilməz.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 55, 65.5, 84.1, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi” tə ləbinə dair iddiası Cavabdeh1 aid hissədə rədd edilsin” hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, iş materilalından da göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsi ayrılsa da o, bu hüququndan məhrum edilmişdir. Torpaq sahəsinin ayrılmasının hüquqi əsasları olmuş olsa da məhkəmə tərəfindən faktiki hallara hüquqi qiymət verilmədən iddiaçı mülkiyyət hüququndan məhrum edilmişdir. İddiaçı1 mübahisəli torpaq sahəsi üzərində hüquqları qeydiyyatdan keçməsə də, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması gələcəkdə torpaq sahəsini adlarına rəsmiləşdirmək imkanına malik olmaqla gözlənilən mülkiyyət hüququnun, hazırda isə torpaq sahəsinə sahiblik hüquqlarının olmasına dəlalət etm işdir.

38. Kassator qeyd etmişdir ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik sənədlərin əsillərinin təqdim edilməsi üçün heç bir tədbir görülməmişdir. Belə ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Q.M.Bəşirov tərəfindən təsdiq edilmiş torpaq sahəsinin baş planı eskizinin kserosurətinin iş materiallarına əlavə edildiyini məhkəmə qeyd etsə də onun lazımi qaydada təsdiq edilməsini və ya əslinə baxış keçirilməsini təmin etməmiş, qətnamədə həmin sənədə hüquqi qiymət verilməmişdir. Halbuki iş üzrə qeyd edilən sənədi araşdırılması mühüm əhəmiyyətə malik olmaqla iddiaçının iddiasını təsdiq edən məhdud sübutlardan biri idi. Məhkəmə özü öz qətnaməsində ziddiyyət yaradaraq tərəflər arasında əvvəlki mübahisələr üzrə araşdırma materiallarını n preyudisiyal əhəmiyyətinin olmadığını hesab etmiş, lakin buna baxmayaraq qeyd edilən rəylərdəki nəticələri Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 aprel 2020-ci il tarixli 10/448 saylı rəyi üzrə gəlinən nəticə ilə müqayisəli təhlilini aparmamış, həmin rəydə qeyd edilən halları yenidən yoxlamamış və bunu qətnamədə əsaslandırmamışdır. Eyni zamanda məhkəmənin iddiaçının əvvəlki məhkəmə mübahisələrində araşdırılsa da hüquqi qiymət verilməmiş, yenidən həmin dəlillərini araşdırmaq imkanı olduğu halda bunu etməmişdir. Bundan başqa məhkəmə bələdiyyə qərarı inzibati məhkəmə müstəvisində ləğv olunmadığından iddianın cavabdehə münasibətdə təmin oluna bilməzdi qənaətinə gəlmişdir. Göründüyü kimi işin qeyd edilən halının mövcud olması məhkəməni araşdırma aparm aqdan imtinası üçün əsas deyildir. Məhkəmənin belə bir nəticəyə gəlməsi iddiaçıya əsas vermişdir ki, məhkəmə işə mahiyyəti üzrə deyil, əldə ediləcək nəticənin iddiaçının tələbinin təmin edilməsinə təsiri olmayacağı səbəbindən tam və hərtərəfli araşdırma aparmamışdır. Əgər məhkəmə belə hesab edirdisə ki, müəyyən olunan hal hazırkı işə baxılarkən preyudisial təsirə malik ola bilməzdi, məhkəmənin həmin halları yenidən müəyyən etmək üçün kifayət qədər prosessual imkanları olmuşdur, lakin məhkəmə bunu etməmişdir. Halbuki tərəflər arasında araşdırılan əvvəlki mübahisə üzrə işin faktiki hallarını müəyyən edən hüquqi əhəmiyyətə malik araşdırmalar aparılmışdır. Qeyd edilən faktlar preyudisial təsiri itirilmiş hesab edilirdisə yenidən sübut edilməsi üçün əsas yaratmışdır. Göstəriş Ali Məhkəmənin q ərarındakı göstərişləri araşdırmaqdan ibarət olmuş, apellyasiya məhkəməsinin qətnaməsinə olduğu kimi köçürüb iddianı rədd etmək göstərişi olmamışdır.

39. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1, 79.1, 97.1-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini n Plenumunun xx.xx.2006-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

41. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

42. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

45. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

46. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: m üvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

47. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

48. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

49. Maddə 111.1. Azərbaycan Respublikası nda torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

50. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. İddiaçı1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-539/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar