Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-289/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Ərizəçi: Ərizəçi Əhəd oğlu Maraqlı şəxs: A.A.A. İddia tələbi: əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün ərizəçinin ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi Açar sözlər: əmək stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, maraqlı şəxs A.A.A.nin vəkili Rəfiyeva Aygül İlham qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 6)-1497/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs A.A.A. tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Ərizəçi Əhəd oğlu 1971-1973 və 1976-1993-cü illərdə İmişli rayonu Dmitrov kolxozunda işləmiş və əmək haqqı almışdır. “Dimitrov” kolxozunun 1994, 1995 və 1996cı illərə dair mühasibatlıq sənədləri arxivə təhvil verilməmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçi Əhəd oğlu iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuş və orta məktəbi bitirdikdən sonra yaşadığı ərazid ə təşkil olunmuş təsərrüfatda əmək fəaliyyətinə başlayaraq 1971-ci ildən 1973-cü ilədək kolxozda sıravi kolxozçu işləmişdir. 1974-1975-ci illərdə o, sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş və təxris edildikdən sonra 1976-cı ildə yenidən kolxozda işə girərək 1996-cı ilədək fasiləsiz olaraq işləmişdir. İmişli rayon Dövlət arxivində saxlanılan sənədlərdə onun 1971-1973 və 1976-1993-cü illərdə İmişli rayonu “Dimitrov” (Ağammədli ) kolxozunda əmək fəaliyyəti barədə məlumat saxlanılır. Kolxozun 1994, 1995 və 1996-cı illərə dair maliyyə sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən iş illəri barədə sənəd ala bilmədiyindən pensiya hüququ məhdudlaşmışdır. Ona görə də 1994-1996-cı illərdə İmişli rayonu “Dimitrov” (Ağammədli) kolxozunda əmək fəaliyyəti müddətinin əmək pensiyası təyi n edilməsi üçün onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-2909/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ü.O.Qənbərov) Ərizəçi Əhəd oğlunun sosial sığorta stajının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan müddətdə İmişli rayonu “Dimitrov” (Ağammədli) kolxozunda əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs A.A.A. apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1497/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (s ədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-2909/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin həqiqətən 1994-1996-cı illərdə İmişli rayonunun Dimitrov” (Ağammədli ) kolxozunda əmək fəaliyyətini davam etdirməsi şahid ifadələri ilə təsdiq olunur, pensiya təyin edilməsi üçün lazım olan sənədin bərpası hazırda mümkün olmamışdır. Odur ki, ərizəçi prosessual qanunvericiliyin tələbinə uyğun olaraq həmin faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirməklə, eləcə də təqdim olunmuş şahidlərin ifadələrinə istinad etməklə əslində iş üzrə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Maraqlı şəxs A.A.A. kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mötəbər sübutlar olduğu halda yalnız ərizəçinin müəyyən müddətdə kolxozda işləməsi faktını təsdiq edə bilərdi. Əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktını təsdiqləyərək birinci instansiya məhkəməsi dolay ısı ilə inzibati orqanın üzərinə öhdəlik qoymaqla, səlahiyyətlərindən kənara çıxmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etmiş, qanunun tələblərini nəzərə almadan qətnamə qəbul etmiş, apelyasiya məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında maraqlı şəxs A.A.A.nin vəkili Rəfiyeva Aygül İlham qızı kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Ərizəçi Əhəd oğlu hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsi ni rəhbər tutaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Prosessual hüquq normalarının mənasından görünür ki, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə əlaqədar işlərə baxarkən faktın təsdiqini o zaman həyata keçirə bilər ki, ərizəçiyə lazım olan sənədlər ya itirilmiş, həmin sənədlərin bərpası mümkün deyil, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci bəndində göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxsləri n iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması «Qaydaları»nın 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məc buri köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi i ş stajına daxil edilməsi faktını təsdiqləməklə dolayısı ilə inzibati orqanın üzərinə öhdəlik qoymaqla, səlahiyyətlərindən kənara çıxdığını qeyd etsə də, kasasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, ərizəçi ərizəsində 1971-1973, 1976-1996-cı illərdə İmişli rayonunun Dmitrov adına kolxozda sıravı kolxozçu işlədiyini, ona əmək kitabçası verilmədiyindən, həmçinin kolxozun 1994-1996-cı illərə aid sənədləri arxivə verilmədiyindən, həmin 1994-1996-cı illərdə onun işləməsi faktının onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi üçün MPM-nin 31-ci fəslinin maddələrinə müvafiq olaraq ümumi məhkəməyə müraciət etmiş, apelyasiya instansiyası məhkəməsi isə MPM-nin 308-ci maddəsinə əsasən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs A.A.A. tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1497/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-289/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-289/2021
26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver