Məhkəmə qərarları › İş №2(102)-289/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-289/2023

06.03.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-289/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1009/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN 608 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə XXX rayonu XXX kəndindəndə 2.88 hektar pay torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvüləri X8, Cavabdeh4 və X4 mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 17-10.11/208 nömrəli arayışa əsasən, XXX rayonu XXX kənd sakini Cavabdeh1 adına olan 2.88 hektar torpaq sahəsi üzərində həbs, qadağa və girov yoxdur.

3. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfındən verilmiş xx.xx.2006-cı il tarixli 351 nömrəli məktuba görə, ŞİH başçısının təhsil, səhiyə və mədəniyyət üzrə müavini, YYÇ işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri XXX rayonu XXX kənd sakini Cavabdeh1 yetkinlik yaşma çatmayan övla dları Cavabdeh4 və X4 hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərtilə pay torpaqlarının satılmasına razılıq verilməsinə etiraz etmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 JN 608 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, cavabdehlər ər-arvad olmaqla XXX rayonu XXX kəndindəndə iki nəfər azyaşlı uşaqları ilə birlikdə 2.88 hektar pay torpaq sahələri olmuş, Cavabdeh1 JN 608 (KOD ********) nömrəli torpağ a mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçi kimi tanınmış, qeyd olunan 2.88 hektar pay torpaq sahəsi cavabdehlərin razılığı ilə ona satılmış, qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği Cavabdeh1 ödəmiş, həmin torpaq sahəsini təhvil almış, eyni zamanda Cavabdeh1 qeyd olunan daşınmaz əmlakın alqı-satqısının tezliklə rəsmiləşdirəcəyinə söz vermiş, lakin əqddən irəli gələn öhdəliyi yerinə yetirməmiş, ötən zaman kəsiyində cavabdehlər rəsmi olaraq boşanmaqla, iki nəfər azyaşlı uşaqları Cavabdeh1 himayəsində qalmış, cavabdehlər rəsmi boşandıqdan sonra cavabdeh cavabdeh onun torpaq payının satışından əldə edilən məbləğ ona verilmədiyi üçün alqı-satqının rəsmiləşdirilməsinə razılıq verməyəcəyini bildirmiş, eyni zamanda Cavabdeh1 da cavabdehya çatacaq məbləğin ödən ilməsinə dair mübahisə etmiş, yəni həmin məbləği ödəmək istəməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Yevlax Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 2(039)-321/2007 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı ilə Cavabdeh1 arasında XXX rayonu XXX kəndindəndə JN 608 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqısatqısı ilə bağlı aralarında olan əqd bağlanmış hesab edilmiş, JN 608 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmiş XXX rayonu XXX kəndindəndə 2.88 hektar pay torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ tanınmış, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün DƏDRX Y evlax rayon ərazi idarəsinə göndərilməsi qət edilmişdir

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərəflərin arasında olan razılaşma üzrə alıcı üzərinə düşən öhdəliyə tam əməl etmiş, pay torpaq sahəsinin razılaşdırılmış qiymətini cavabdehlərə ödəmiş, cavabdehlər isə alqı-satqının predmetini təşkil edən 2.88 hektar pay torpaq sahəsini alıcıya təhvil verməsinə baxmayaraq, əqdin notariat qydasında təstiqlənməsindən boyun qaçırmışlar.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 2005-ci ilə qədər qüvvədə olmuş 335.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2 və 33.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaş mayan cavabdeh cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh4 və X10 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehnın belə bir iddia tələbindən və məhkəmə iclasından məlumatı olmamış, məhkəməyə hər hansı notarial qaydada təsdiqlənmiş ərizə göndərməmişdir. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. Məhkəmənin iclası barədə ona hər hansı bir məlumat verilməmişdir. O, 2007-ci ildə mülkiyyətində olan torpağın iddiaçının mülkiyyətinə keçməsinə, satılmasına razı idisə, xx.xx.2009-cu ildə mülkiyyətində olan torpaq üzərində X1 etibarnamə üzrə sərəncam verməyi etibar etm əzdi. O, iddiaçıdan pul almamış, daha sonra isə əlavə olaraq pul tələb etməmiş, ona və həmin vaxt azyaşlı olmuş uşaqlarına məxsus torpaq sahəsinin satılmasına razı olmamışdır. Cavabdeh1 ilə boşandıqdan sonra əlaqələri kəsilmişdir. Onların nikahları 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin məhkəmə qətnaməsində onların 8 il əvvəl ayrı yaşadıqları göstərilmişdir. Cavabdeh1 JN 608 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında özünəməxsus 0.72 hektar pay torpaq sahəsini sata bilərdi.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov) 2(107)-1009/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2007- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə öz prosessual vəzifəsinə aid olduğundan birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamışdır. Müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə xx.xx.2007-ci ildə daxil olmuş, 11 aprel 2007-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul edilməklə məhkəmə iclası 28 aprel 2007-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Həmin qərardadın qəbul edilməsi ilə bağlı və 28 aprel 2007-ci il tarixdə keçirilməsi nəzərdə tutulan iclasla bağlı protokollar işin materiallarında mövcud deyildir. İş məhkəmənin icraatına daxil olandan 3 ay 11 gün keçdikdən sonra 22 iyun 2007-ci ildə məhkəmə baxışının təyin edilməsi barədə yeni qərardad qəbul edilmiş və məhkəmə baxışı 3 iyul 2007-ci ilə saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclası keçirilmiş və yekun məhkəməyə qətnaməsi qəbul edilmişdir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilməsi kimi qiymətləndirilir və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387.2.7-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il ta rixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqd in notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilənin bağla nması heç bir halla sübut olunmur. Belə ki, iş materiallarında nə yazılı formada bağlanmış müqavilə mövcuddur, nə də müqavilənin notariat qaydada təsdiqlənməsini sübut edəcək hər hansı dəlil aşkar olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad etmişdir. Halbuki, hazırki iş üzrə mübahisəli hüquq münasibətinin yaranmasının 2005-ci ilə qədər baş tutmuş olmasına dair tək dəlil iddiaçının müqavilənin 2002-ci ildə bağlanmış olmasını deməsidir ki, həmin hal da iş materialları ilə təsdiq olunmur. İş materiallarının 9-cu vərəqində yer alan Yevlax Şəhər icra Hakimiyyəti Başçısının Aparatı tərəfındən verilmiş 351 nömrəli məktubda ŞİH başçısının Təhsil Səhiyə və Mədəniyyət üzrə müavini, YYÇ-ın işləri və hüquqla rının müdafiəsi üzrə komissiya XXX rayonu XXX kənd sakini X2 Yetkinlik yaşma çatmayan övladları Cavabdeh4 Talib oğlu və X7 hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərti ilə pay torpaqlarının satılmasına razılıq verilməsinə etiraz edilmədiyi göstərilmişdir ki, sözü gedən məktub da 11 aprel 2006-cı il tarixlidir. Buradan belə aydın olur ki, məktubun verildiyi tarixdə hələ müqavilə bağlanmamışdı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad edərək və ümumilikdə iddianı təmin etməklə səhvə yol vermişdir.”

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 2005-ci ilə qədə r qüvvədə olmuş 335.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2 və 33.4-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı torpağı qanuni əsaslarla əldə etmişdir və həmin torpağı idarə edir. Bu barədə DƏDRX-dən xx.xx.2007-ci il tarixdə çıxarış əldə edərək, mübahisələndirilən torpaq sahəsinin tam mülkiyyətçisidir. Heç bir qanuni əsas olmadan mübahisəli torpağın əvvəlki mülkiyyətçilərindən biri cavabdeh iddiaçının mülkiyyətində olan torpaq üzərinə cavabdeh X1 xx.xx. 2009-cu il tarixli etibarnamə ilə sərəncam verməyi etibar etmişdir. İşdə həmin etibarnamə Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin qovluğundadır. Bu hal da iddiaçının torpaqla bağlı məlumatını əks etdirir. Bundan başqa, həmin qovluqda Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-447/11 nömrəli qətnaməsində qeyd etdiyi hal öz əksini tapıb. Şikayətçi mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olmuşdur. Hətta 2009-cu ildə öz nümayəndəsi X1 rəsmi etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında bu şəxs iddiaçının şikayətinə baxılan məhkəmə prosesində hazırkı apellyasiya şikayəti verənin nümayəndəsi olmuşdur. Cavabdeh məhkəmə qətnaməsindən xəbərdar olmuş, qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. Bu səbəbdə n 15 ildən sonra verilmiş apellyasiya şikayəti aidiyyəti üzrə göndərilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdehlərin kassasiya şikayətinə qarşı etirazın dəlilləri onların apellyasiya şikayətinə uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 335.2 (xx.xx.2005-ci ilə qədər qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdir notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir; Maddə

394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bi r tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

18. Az ərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 33.2. Ər-arvadın ümumi əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda giimar edilir ki. o digərinin razılığı ilə hərəkət edir; Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təstiq edilən (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təstiq edilmiş razılığı lazımdır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həm in işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 357.1. Azərbaycan Respublikasının birinci inst ansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndər ilir; Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin ma ddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayə tin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılm asın.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühak iməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar: “... Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydala rı, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.... Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzr ə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərar: “Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərar: “Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hü quq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.”

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllə nin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: -

24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu d əlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9 -cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən proses sual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X9rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir.” Hirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qə rar: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Bilani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar: “Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir.” Brumaresku Rumıniyaya qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar: “Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.” Ryabıx Rusiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar: “Hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu ə ks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

28. İlk olaraq, Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən halla r nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədl ərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.

29. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib ş əkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

30. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüs usiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir.

31. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qə rarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.

32. Doğrudur, işdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

33. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdı ran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır.

34. İşdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və XXX tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın 21-ci bəndində istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan mü ddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinin mümkün sayılması barədə xx.xx.2022-ci il tarixli (həmin qərardad apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir) və xx.xx.2022-ci il tarixli qərardadlarında sözügedən hüquqi məsələlərə birinici instansiyası məhkəməsi tərəfindən qiymət verilib-verilməməsinə heç bir münasibət bildirməmiş, qeyd olunan hallar qərardadlarda müzakirə edilməmişdir.

36. Halbuki, iddiaçı Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixli şikayətində, eynilə kassasiya şikayətində olduğu kimi, mübahisəli torpağa dair DƏDRX-dən xx.xx.2007-ci il tarixdə çıxarış əldə etdiyini, cavabdeh cavabdehnın iddiaçının mülkiyyətində olan torpaqla bağlı öz nümayəndəsi X5 adlı şəxsə xx.xx.2009-cu il tarixli etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun, iddiaçının şikayətinə baxılan məhkəmə prosesində cavabdehnın nümayəndəsi olduğunu, həmin etibarnam ənin Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul edilən mülki işin qovluğunda olduğunu, bu halın Şəki Apellyasiya Məhkəməsinin 2(107)447/11 nömrəli iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsində də öz əksini tapdığını, cavabdehnın torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olduğunu irəli sürmüşdü.

37. Odur ki, iddiaçının istinad etdiyi Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnamələri hər bir halda nəzərdən keçirilməli, cavabdeh cavabdehnın və onun apellyasiya şikayəti verən iki övladının Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an müəyyən edilməli, sözügedən tarix təsbit edildikdən sonra 15 il müddətin keçməsi ndə apelyatorların təqsirinin olub-olmamasına, həmçinin, onların bu barədə məlumatlı olduqdan sonra qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətə əməl edib-etmədiklərinə, hər iki halda müddətin buraxılmasının üzrlü sayılıb-sayıla bilməyəcəyinə hüquqi qiymət verilməlidir.

38. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

39. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 3437-ci bəndlərində şərh edilən hallar və ortaya qoyulan hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1009/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı kassasiya şikayəti tə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar