Məhkəmə qərarları › İş №2(102)-2891/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2891/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2891/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pul tələbi) Bakı şəhəri, 22 iyul 2021-ci il 22.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3438/2020 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23.01.2017-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə övladının təhsil ödənişi üçün borca 7.000 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.500 (on beş min beş yüz) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının tanışıdır və müalicəyə getmə k məqsədi ilə iddiaçıdan borc pul istəmişdir. İddiaçı cavabdehə inandığı üçün 27.10.2016-cı il tarixdə 1.500 manat borca pul vermiş və cavabdeh bu barədə öz xətti ilə qəbz yazıb vermişdir. Bundan sonra, cavabdeh övladının təhsil ödənişi ilə bağlı yenə iddiaçıdan pul istəmiş və iddiaçı 23.01.2017-ci il tarixdə cavabdehə 7.000 manat borc pul vermiş, cavabdeh iddiaçya bu barədə öz xətti ilə qəbz yazaraq vermişdir. Bundan başqa, iddiaçı 24.01.2017-ci il tarixdə cavabdehə 7.000 manat borca pul vermiş və bu barədə onlar Gəncə şəhəri 5 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamışdır. Cavabdeh həmin məbləği 24.01.2019-cu il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin müddətin başa çatmasına baxmayaraq, cavabdeh borca götürdüyü pulu iddiaçıya qaytarmamışdır. Cavabdehə ümumil ikdə 15.500 manat borc pul verilmişdir. İddiaçı dəfələrlə cavabdehdən borc verdiyi pulları geri istəmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmış və həmin pulu qaytarmamışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə yazılı münasibət də bildirməmişdir. 4.Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)1254/2020 saylı qətnaməsi ilə (sədrlik edən Z.N.Hüseynov) iddia təmin edilərək, Cavabdeh1 15.500 (on beş min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. 5.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi formada 27.10.2016-cı il tarixli (müqavilə predmeti 3.000 manatad ək olduqda kredit müqaviləsi şifahi formada bağlanıla bilər – Mülki Məcəllə 740) və yazılı formada 24.01.2017-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğlərini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan şifahi və yazılı kredit müqavilələri əsasında aldığı müvafiq olaraq 1.500 manat və 7.000 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən şifahi və yazılı kredit müqavilələri əsasında cavabdehə verdiyi pul məbləğlərini tələb etməkdə haqlıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 739, 740, 1091 və 1092- ci maddələrinə istinadla əsaslandırmışdır.

7. İddiaçı1 həmin qətnamədən apelyasiya şikayəti verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)1254/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin 6.000 manat məbləğində təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3438/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)1254/2020 saylı saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaql a iddianın qismən təmin edilməsi, Cavabdeh1 8.500 (səkkiz min beş yüz) manat borc pulun və ödənilmiş dövlət rüsumun əvəzi kimi 30 manatın alınıb İddiaçı1 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıdan 23.01.2017-ci il tarixdə 7000 manat borc pul götürdüyü halda, həmin borc və ya onun hər hansı hissəsinin qaytarılmadan növbəti gün yenidən eyni məbləğdə borcun verilməsini inandırıcı hesab etməmiş, tərəflər arasında 24.01.2017-ci il tarixdə 7.000 manat borc pul alınmasına dair bağlanmış müqaviləni 23.01.2017-ci il tarixdə əlyazma qəbz əsasında alınmış 7.000 manat borcun etirafı kimi qiymətləndirmişdir.

10. İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidə n baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin 6.000 manatdan artıq təmin edilməsi hissəsinin əsassız olduğu üçün ləğv edilməsi və iddia tələbinin işdə olan sübutlar əsasında 6.000 manat məbləğində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, iş üzrə faktları kifayət qədər araşdırmamış, iddiaçının izahatına məhəl qoymamış, yalnız cavabdehin iza hatına inanaraq və öz mülahizələrinə əsaslanmaqla cavabdehdən 8.500 manat borc pul və ödənilməmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın alınıb iddiaçıya verilməsini qət etmişdir. İddiaçı cavabdehə övladına təhsil haqqı ödəmək üçün 23.01.2017-ci il tarixdə 7.000 manat borc pul verdikdən sonra o, səhəri günü, yəni 24.01.2017-ci il tarixdə gəlib bildirmişdir ki, övladına pul göndərmiş, lakin həmin pul az olduğuna görə ona yenidən 7.000 borc pul lazımdır və bundan sonra onlar birlikdə notariat kontoruna gedib kredit müqaviləsi bağlamışlar. İddiaçı ona təzədən 7.000 manat borc pul vermiş, bununla da iki günə iddiaçı cavabdehə cəmi 14.0000 manat pul vermişdir. Mülki Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləy ən sənəd verməlidir. Həmin Məcəllənin 529.6-ci maddəsinə əsasən, əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Əgər iddiaçı 23.01.2017-ci il tarixdə cavabdehə verdiyi 7000 manat borc pulu 24.01.2017-ci ildə notariat qaydada təsdiq etdirirdisə, nəyə görə cavabdeh 23.01.2017-ci il tarixdə tərtib olunmuş qəbzi iddiaçıdan tələb edib götürməmiş, bu barədə kredit müqaviləsində qeyd etdirməmiş və ya iddiaçıdan rəsmi arayış tələb etməmişdir. Bu hal ona dəlalət edir ki, cavabdeh həqiqətə uyğun olmayan izahat vermişdir.

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan aldığı 1.500 manata görə əmək haqqı kartına verdiyi 7.000 manatdan 1.000 manatın qaytarıldığını bildirmiş, bu barədə məhkəməyə mötəbər sübut təqdim etsə də, apelyasiya instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəf cavabdehin aldığı 8.500 manat borc puldan 2.500 manatını qaytarması ilə bağlı bunu təkzib edəcək heç bir sübut növü təqdim edə bilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahi ş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişd irilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borc un etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Cavabdehin dəlillərində qeyd olunan hüquqi məsələlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

23. İdd iaçı 23.01.2017-ci il tarixdə cavabdehə verdiyi 7000 manat borc pulu 24.01.2017-ci ildə notariat qaydada təsdiq etdirirdisə, nəyə görə cavabdehin 23.01.2017-ci il tarixdə tərtib olunmuş qəbzi iddiaçıdan tələb edib götürməməsi, bu barədə kredit müqaviləsində qeyd etdirməməsi və ya iddiaçıdan rəsmi arayış tələb etməməsi barədə iddiaçının kassasiya dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İdd iaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(104)-3438/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar