Məhkəmə qərarları › İş №2(102)-2891/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2891/2025

14.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2891/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasa vərəsəlik hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-402/2025 nömrəli, 22 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən, Qusar rayonu, Urva kəndində yerləşən 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır.

2. Qusar rayonu, Urva kənd icra nümayəndəsi tərəfindən 09 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş, 186 nömrəli vəsiyyətnaməyə əsasən, X17 bütün əmlakını, o cümlədən Urva kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir.

3. X17 16 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. 4. 05 noyabr 2014-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Qusar rayonu, Urva kəndi icra nümayəndəsi tərəfindən 9 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş, 186 nömrəli vəsiyyətnamə i lə 16 dekabr 2006-cı ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən vərəsəsi nəvəsi İddiaçıdur. Şəhadətnamənin verildiyi miras əmlak Qusar rayonu, Urva kəndində yerləşən ümumi sahəsi 0,30 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsidir. Yerdə qalan ½ hissə isə məcburi payın verilməsi üçün açıq saxlanılmışdır.

5. Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə X9 İddiaçı, Qusar rayon Notariat kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğv edilməsi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və buraxılmış iddia müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair iddiası qismən təmin edilmiş, X5 m iras kütləsinə daxil olan Qusar rayonu, Urva kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi X18 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmış və həmin əmlaklara dair X9 vərəsəlik hüququ tanınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmədən, Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

8. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi qismən – “X5 miras kütləsinə daxil olan Qusar rayonu, Urva kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi X18 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair X9 vərəsəlik hüququnun tanınması” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 may 2021-ci il tarixli qərarına əsasən, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Qusar rayon Notar iat Ofisinə (bundan sonra- cavabdeh, yaxud Notariat Ofisi) qarşı (X19 və Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon notariat kontoru tərəfindən vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə və Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli mülkiyyət hüququ haqqında verilmiş çıxarışa əsasən aparılmış qeydlərdən ½ hissə qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə yeni “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və mülkiyyət hüququ haqqında Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1996-cı il tarixdə Qusar rayonu, Urva kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə 1910-cu il təvəllüdlü 86 yaşlı X17 vəfat anında ona məxsus bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 1996-ci il tarixdə qüvvədə olmuş Mülki Məcəllənin 1964-cü ilin redaksiyasında olan 537-ci maddənin 2-ci hissəsinə və 538ci maddəsinə istinadən icra olunmuşdur. xx.xx.2006-ci il tarixdə X1 rayonu, Urva kəndində vəfat etmişdir və onun ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bütün əmlakı onun nəvəsi iddiaçı tərəfindən bütövlükdə (tam) faktiki qəbul olunduğundan, Qusar rayon notariat kontoru tərəfindən 05 n oyabr 2014-cü il tarixdə 0,30 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmiş, onun əsasında 14 noyabr 2014-cü il tarixli Çıxarış verilmişdir. X5 miras kütləsinə daxil olan əmlakın yerdə qalan ½ hissəsi isə məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmışdır. Miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə iddiaçı qəbul etmiş, yiyəlik etmiş və qəbul edilməsi açıq nümayiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq mirasın ½ hissəsi məcburi pay kimi açıq saxlandığından, iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Cavabdeh hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etmişdir. X17 xx.xx.1996-ci il tarixdə iddiaçıya vəsiyyətnamə vermişdir və həmin hüquqi sənədə əsasən vəsiyyət edən şəxs öz iradəsini bildirmiş və öz əmlaklarına və gələcəkdə olan əmlaklara və hüquqlara dair iddiaçının xeyrinə sərəncam vermişdir. Eyni zamanda digər qanun üzrə vərəsələr vərəsəlik hüququndan məhrum olunmuşlar. Həmin məhrum etmə müddəası vəsiyyətnamənin 2-ci bəndində Mülki Məcəllənin 537-ci maddənin 2-ci hissəsi əsasında müəyyən olunmuşdur. Tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Şəhadətnamə 1996-ci ildə verildiyindən həmin hüquqi münasibətlər 1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları ilə tənzimlənir və tətbiq olunur. Lakin, hazırki Şəhadətnamə verildiyi anda tətbiq olunmamalı xx.xx.2000-ci ildə qüvvəyə minmiş və həmin ildən sonraya hüquq münasibətlərinə aid olmuş yeni Mülki Məcəlləni tətbiq etmişdir.

12. Qusar Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(029)-1/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras qoyan X17 vəfat edənədək vəsiyyətnamə tərtib edərək özünün bütün əmlaklarını, o cümlədən Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçıya vəsiyyət etmiş və Səlmi Şərifova xx.xx.2006-cı il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Qusar rayon Notariat Ofisi iddiaçının müraciətinə əsasən vəsiyyət üzrə vərəsəlik əsasında iddiaçının adına miras qoyanın miras əmlakların ½ hissəsinə dair 05 noyabr 2014-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə vermiş, miras əmlakların qalan ½ hissəsi isə məcburi payın verilməsi üçün açıq saxlanmışdır. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X20 məhkəmədə iddia qaldıraraq həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini, onun qanun üzrə vərəsəlik üzrə vərəsəlik hüququnun tanınmasını tələb etmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun həmin iddiası rədd edilmişdir.

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ondan ibarətdir ki, miras qoyan Səlmi Şərifovanın miras kütləsinə daxil olan əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında bütövlükdə ona verilsin. Başqa sözlə, mübahisə mahiyyət etibarı ilə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisədir və iddia özlüyündə mirasın bölüşdürülməsini ifadə edir. Belə olan halda, hazırkı iddia notariat orqanına qarşı yönəldilə bilməz, çünki notariat orqanı vərəsəlik hüquq münasibətinin iştirakçısı deyil, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqandır. Mirasın bölgüsü ilə bağlı mübahisə olduqda isə bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət olunmalı, iddia tələbi isə digər vərəsələrə qarşı yönəlməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, X17 tərəfindən tərtib edilmiş və 09 sentyabr 1996-ci il tarixdə Qusar rayonu Urva kəndi icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamə tərtib olunan zaman qüvvədə olmuş 1964-cü il redaksiyada Mülki M əcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

16. İstər vəsiyyətnamə tərtib edildiyi zaman (1996-cı il) qüvvədə olan Mülki Məcəllənin, eləcə də miras açıldığı zaman (2006-cı il) qüvvədə olan Mülki Məcəllənin müddəalarına görə vəsiyyətnamənin məzmununa bu və ya digər formada düzəlişlərin edilməsi yalnız vəsiyyətnamə verənin ərizəsi əsasında mümkün ola bilərdi.

17. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, miras açıldıqdan sonra notariat orqanları vəsiyyətnamənin məzmununa uyğun olaraq, eyni zamanda Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin tənzimləyən hüquq normalarının tələblərinə əsasən vəsiyyət üzrə vərə səlik şəhadətnaməsi verirlər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

18. Məhkəmə öz hüquqi mövqeyini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 548-ci, “Notariat haqqında” Qanunun 47, 48-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsa slandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, “Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.” Məcburi paya malik olan şəxslər məhkəmə prosesində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki, nə maddi nə prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda tərəfindən X10 məcburi payın sahib olmasına yol verilmir. Dəfələrlə məhkəmə iclaslarında apellyasiya instansiya məhkəməsində iddiaçı X21 bildirmişdir ki, miras olan evi n və torpağın onun yaşadığı evin və torpağın arasında hasar olmuş, Osman öz evində qonşuluğunda yaşamış, Arifin evinə və torpağına nəzarət etməmiş və orada olmamışdır. Miras olan evdə onun əmlakı olmamışdır. Orada cavabdeh İddiaçı məxsus əmlak olmuşdur. X11 (İddiaçı anası) 1994-cü ildən bu günədək orada yaşamışdır. Bu ev 1963-cü ildə özü və əri Şərifov Şərif Şıxbala oğlunun torpaq üzərində inşa etdiyi ev olmuşdur. Bu səbəbdən mərhum bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxs olmuşdur. Onun mövcud olmayan və buna görə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdaf iə olunmamışdır. Məhkəmənin əmlak bölgüsü ilə bağlı mübahisənin olması əsassız olmuş, ona görə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə İddiaçı vəsiyyət olunmuş, bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşlar. Eyni zamanda məcburi paya malik olan şəxslər mövcud deyildir. Məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200-cü maddəsinə istinad etməsi əsassız olmaqla qeyd olunan maddi hüquq normalarını pozmuşdur. Ona görə ki, əgər yeni qanun geriyə tətbiq olunsa vərəsə İddiaçı miras kütləsinə dair vərəsəlik hüququnun pozulmasına gətirir. Çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun geriyə tətbiq etməsinin Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən qadağan edir.

21. Sumqayıt Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(105)-1278/24 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən, məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı digər vərəsələrin pay almaq hüquqlarını itirdiklərini və mirasdan tam pay almaq hüququnun hazırda yalnız ona məxsus olduğunu göstərmişdir. Belə olan halda düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olması iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal deyildir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir k i, notariat kontoru mübahisələndirilən şəhadətnaməni xx.xx.2014-cü il tarixdə tərtib edərkən, qüvvədə olan mülki qanunvericiliyin tələbi pozulmamışdır. Hətta, şəhadətnamənin verilməsindən sonra miras əmlaka dair məhkəmə mübahisələri olmuşdur.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan respublikası Mülki Məcəlləsinin 1133, 1146, 1151.1, 1243.2, 1321.1, 1321.2 və 1321.3-cü, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 88, 217.3, 217.4, 218.3, 384.0.1 və 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şika yəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə məhkəmələr tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsində qeyd olunan məcburi paya malik olan şəxslər məhkəmə prosesində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur. Maddi və prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda X10 məcburi payın sahibi olmasına yol vermir. Qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə iclaslarında apellyasiya instansiya məhkəməsinə X21 bildirmişdir ki, miras olan ev və torpaq ilə onun yaşadığı evin və torpağın arasında hasar var. Osman öz evində qonşuluğunda yaşayır. İddiaçının evinə və t orpağına nəzarət etmir. Orda olmur. Torpağında olmur, becərmir, əkmir. Miras olan evdə onun əmlakı yoxdur. Orada cavabdeh iddiaçıya məxsus əmlak var. X11 (iddiaçının anası) 1994-cü ildən bu günədək yaşayır. Bu ev 1963-cü ildə özü və əri Şərifov Şərif Şıxbala oğlunun torpaq üzərində inşa etdiyi evdir. Bu səbəbdən rəhmətlik X16 bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir. Göründüyü kimi, X18 qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxsdir. Onun mövcud olmayan və buna görə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdafiə olunmamışdır. Məhkəmənin əmlak bölgüsü ilə bağlı mübahisənin olması əsassızdır. Ona görə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə iddiaçıya vəsiyyət olunmuşdur və bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşlar. Eyni zamanda məcburi paya malik olan şəxslər mövcud deyil. Məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200 maddəsinə istinad etməsi əsassızdır və qeyd olunan maddi hüquq norması pozulur. Əgər yeni qanun geriyə tətbiq olunsa onda vərəsə iddiaçının miras kütləsinə dair vərəsəlik hüququnun pozulmasına gətirir. Çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun geriyə tətbiq edilməsini Mülki Məcəllənin (2000-ci il) 7.3-cü maddəsinə əsasən qadağan edir. Qusar Notariat Ofisi tərəfindən iddiaçıya tam (bütövlüklə) çatmalı olan və faktiki onun tərəfindən tam qəbul olunmuş miras kütləsindən ½ hissəsinin qeydlərin aparılması, onun mülkiyyət və vərəsəlik hüququnun qalan ½ hissəsinə pozulmasıdır. Yəni iddiaçının tam kütlə mirasına hüququnun açıq saxlanılması, bu hüququndan əsassız məhrum olunmasıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Lakin, işə baxmış məhkəmələr tərəfindən bununla bağlı mülki prosessual hüquq normaları pozulmuşdur. Həmin prosessual hüquq normalarının pozulması, tətbiq olunmalı olan maddi hüquq normaların tətbiq etməməsi ilə nəticələnməklə, məhkəmələrin qanunsuz və əsassız qətnamələr qəbul etmələrinə qətirib çıxarmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolleg iyasının 2(102)-3930/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), Z.Əliyev və V.Baxışova) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1278/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmələr Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə uyğun olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməklə, yax ud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməklə, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərilməsi ilə bağlı hər hansı tədbir görməmişlər.

29. Belə ki, məhkəmələr hazırkı iddianın notariat orqanına qarşı yönəldilə bilməməsini, mirasın bölgüsü ilə bağlı mübahisə olduqda bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət edilməli olduğunu, düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olmasının iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal olmadığını qeyd etsələr də, iddiaçının iddia tələbində həmin düzəlişin edilməsi ilə bağlı daha əvvəl cavabdehə müraciət etməsi, lakin cavabdehin hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etməsi barədə göstərdiklərinə diq qət yetirməmiş, həmin halı, o cümlədən iddiaçının təqdim etdiyi vəsiyyətnaməyə əsasən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ½ hissəsini təşkil etməsi və iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də qeyd olunan hissədə verilməsini həyata keçirmiş Notariat Ofisinin gəldiyi nəticənin qanuniliyini Mülki Məcəllənin 64-cü fəsilinin, həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun yoxlamamış, iddia tələbinin qanuni əsası kimi qeyd olunan normalara əsaslanmaqla, mübahisənin həlli üçün tələb üzrə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyən edilərək işə cəlb edilməsi, həmin şəxslərin miras əmlakdakı məcburi payının həddinin müəyyən edilməsi, o cümlədən iddiaçının iddia tələbində qeyd etdiyi payının artmasının, yaxud miras kütləsinə tam pay hüququna dair şəhadətnamənin verilməsinin mümkünlüyünü müəyyənləşdirmədən natamam yekun qərar qəbul etmişdir.

30. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddia tələbi üzrə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyən etməmiş, işdə iştirak edən və etməli olan şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini rədd etmək barədə nəticəyə gəlmişdir.

31. Kassasiya instansiya məhkəməsi, kassasiya şikayətinin, tərəflər aras ında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil etməsi barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, hazırkı işdə 09 sentyabr 1996-cı il tarixdə verilmiş vəsiyyətnamənin etibarlılığı mübahisələndirilmədiyindən, iddia tələbinin qanuni əsasını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edə bilməz. Odur ki, mirasın açıldığı vaxt, miras qoyan Səlmi Şərifovanın 16 dekabr 2006-cı il tarixdə öldüyü gün hesab edildiyindən, iddia tələbinin qanuni əsasını, həmin vaxt qüvvədə olan maddi hüquq normaları təşkil edir.

32. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 11 33.2, 1134.1, 1134.2, 1146, 1151.1, 1166, 1193, 1194, 1196, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1321.1, 1321.2, 1321.3-ci, habelə Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.1-217.4, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-402/2025 nömrəli, 22 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən, məruzəçi), Ayaz Mahmudov və Vahid Hacıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tari xli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın ləğv edilməsi, mərhum X2 miras qalmış Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 9/14 pay hissəsinə iddiaçının, 1 /14 pay hissəsinə X12, 1 /14 pay hissəsinə X14, 1 /14 pay hissəsinə X15, 1 /14 pay hissəsinə Kabaşova Mərziyyə Şahismayıl qızı və 1 /14 pay hissəsinə X3 miras əmlakda paylarının müəyyən edilməsi, Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısında dəyişiklik etməklə Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 9 /14 pay hissəsinə iddiaçıya, 1 /14 pay hiss əsinə X4, 1 /14 pay hissəsinə X6, 1 /14 pay hissəsinə X7, 1 /14 pay hissəsinə Kabaşova Mərziyyə Şahismayıl qızına, 1 /14 pay hissəsinə X8 paylarına uyğun yeni çıxarışın verilməsinin həvalə edilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Qusar rayonu, Urva kəndində yerləşən 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınması və sonuncunun 16 dekabr 2006-cı il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçı xx.xx.2006-ci il tarixdə vəfat etmiş nənəsi Səlmi Şərifovanın xx.xx.1996cı il tarixdə vəsiyyətnamə ilə özünə məxsus Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini ona vəsiyyət etməsini, onun miras əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə qəbul etdiyi halda, Qusar rayon Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə miras əmlakın ½ hissəsinə vəsiyyət üzrə “Vərəsəlik hüququ haqqında” şəhadətnamə verildiyini, mirasın qalan ½ hissəsini isə məcburi pay kimi açıq saxlanmaqla (mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina edilməsi) onun vərəsəlik hüququnun pozduğunu, eləcə də mərhum Səlmi Şərifovanın vəsiyyətnamə ilə digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsini öz iradə ifadəsində bildirməsini əsas gətirərək mövcud tələblə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası mərhum Səlmi Şərifovanın vəsiyyətnamə ilə digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsi barədə iddiaçının dəlilini əsassız hesab edərək bu nunla bağlı qeyd etmişdir ki, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma il ə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi əsasında tarazlığın yaranmasına xidmət edir.

36. Məhkəmə kollegiyası iddiaçının tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil etməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, hazırki işdə xx.xx.1996-cı il tarixli vəsiyyətnamə deyil, məhz həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlılığı mübahisə predmeti təşkil etdiyindən, hazırki mübahisəyə 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəlləni n müddəaları tətbiq oluna bilməz. İşdən göründüyü kimi mübahisə predmeti təşkil edən əmlak mərhum X13 məxsus olmuş və sonuncu sağlığında özünə məxsus həmin əmlakı nəvəsi İddiaçı vəsiyyət etmişdir. Mərum S.Şərifovanın yeddi övladı olmuş, onlardan biri iddiaçının atası Şərif Şərifov xx.xx.1994-cü ildə, digəri Sonayət Şərifova xx.xx.2023-cü il tarixdə vəfat etmiş, qızları Ruqiyyə, Səlimə, Familə və oğlu Sadişah Şərifovlar isə sağdırlar. Digər sağ olan oğlu Osman Şərifov isə məhkəmə aktına əsasən mirası qəbul etməmişdir. Mövcud tələbi üzrə işə baxan məhkəmə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyənləşdirərək, işə cəlb etməmiş və sonda iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olar aq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq mirasda məcburi pay malik olan şəxslərdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçıya vəsiyyət üzrə şəhadətnamə verilərkən mirasda məcbur paya hüququ olan şəxslərin dairəsi aydınlaşdırılmayaraq iddiaçıya mirasdan vəsiyyət üzrə alacağı pay şəhadətnamədə düzgün müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası məcburi pay hüququna malik olan şəxslərin bu hüquqlarını itirməsi barədə dəlilinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə bu dəlil ilə cavabdeh Osman Şərifova münasibətdə razılaşsa da, digərlərinə münasibətdə isə əsassızdır. Belə ki, istinad olunan Qusar Rayon Məhkəməsinin x x.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə Osman Şərifovdan başqa digər məcburi vərəsələr həmin işdə iştirak etməmişlər. Qeyd olunan məhkəmə aktı hazırki iş üzrə Osman Şərifov istisna olmaqla digər məcburi vərəsələrə münasibətdə MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələbləri baxımından preyudisiya yaratmır. Məcburi vərəsələrdən Familə, Səlimə, Ruqiyyə və Şadişah Şərifovun əvvəlki (2(029)- 718/2019 nömrəli) işdə olan notarial təsdiqli ərizələrinə münasibətdə isə qeyd olunmalıdır ki, miras S.Şərifovanın xx.xx.2006-cı ildə ölümü ilə açılsa da Osman Şərifov istisna olmaqla digər məcburi vərəsələr, o cümlədən Familə, Səlimə, Ruqiyyə və Şadişah məcburi pay hüquqlarından Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş müddətdə imtina etməmişlər. Sonuncuların ərizələri i sə mirasın açıldığı andan deyil, xx.xx.2019-cu il tarixdə verildiyindən, bu onların miras paylarından imtina kimi qəbul edilə bilməz. Digər məcburi vərəsə Sonayət Şərifova (2023cü ildə vəfat etmişdir) sağlığında anasından miras qalmış əmlakdan imtina etmədiyindən, onun mirasda məcburi payı qanun üzrə vərəsəsi Kabaşova Mərziyyə Şahismayıl qızına keçmiş olur.

38. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Mülki Məcəllənin 1166, 1176, 1203.1, 1159.1.1, 1193, 1202, 1256, 1271, 1274, 1275, 1291, 1301, 1321.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt apellyasi ya məhkəməsi mülki kollegiyanın xx.xx.2025-tarixli, 2(105)-402/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq işin halları sadalanmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin əmlak bölgüsü ilə bağlı mübahisənin olması qənaəti miras əmlakın vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə iddiaçıya vəsiyyət olunması və bütün vərəsələrin həmin vəsiyyətnamə ilə vərəsəlik hüquqlarından məhrum olunmaları səbəbindən əsassızdır. Həmçinin məcburi paya malik olan şəxslər mövcud deyil. Bundan başqa məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200 maddəsinə istinad etməsi əsassızdır və qeyd olunan maddi hüquq normaları onun hüquqlarını pozur. B elə ki, yeni qanun geriyə tətbiq olunsa digər vərəsələrin məcburi paya hüququ yaranır. Yeni qanunun geriyə tətbiq etməsi 2000-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən yol verilməzdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

42. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

45. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakın ın qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

46. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

47. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

48. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

49. M addə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

50. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

51. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

52. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

53. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

54. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

55. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

56. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

57. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası q əbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

58. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

59. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

60. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qa ydaları haqqında Təlimat

63. Bənd

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir.

64. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir.

65. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vər əsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud...2/3 hissə” kimi ifadə olunmalıdır.

66. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

67. Bənd

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vər əsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

68. Bənd

104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olubolmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olubolmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş Notariat Ofisində yoxlayır.

69. Bənd

109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

76. İddiaçı, kassasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

77. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsaslar yoxdur.

78. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

79. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Qusar rayonu, Urva kəndində yerləşən 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmış və sonuncunun 16 dekabr 2006-cı il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılmışdır və bu fakt işin mübahisə olunmayan hallarıdır.

80. Apellyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, iddiaçının nənəsi Səlmi Şərifova xx.xx.1996- cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini iddiaçıya vəsiyyət etmişdir. Qusar rayon Notariat Ofisi tərəfindən xx.xx.2014cü il tarixdə iddiaçının adına miras əmlakın ½ hissəsinə dair “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermiş və mirasın qalan ½ hissəsi məcburi pay hüququ olan vərəsələr üçün açıq saxlanılmışdır.

81. Apellyasiya instansiyası məhkəməsi, mərhum Səlmi Şərifovanın vəsiyyətnamə ilə digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiy yət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi əsasında tarazlığın yaranmasına xidmət edir.

82. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil etməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, hazırki işdə xx.xx.1996-cı il tarixli vəsiyyətnamə deyil, məhz həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlılığı mübahisə predmeti təşkil etdiyindən, hazırkı mübahisəyə 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq oluna bilməz. İşdən göründüyü kimi mübahisə predmeti təşkil edən əmlak mərhum X13 məxsus olmuş və sonuncu sağlığınd a özünə məxsus həmin əmlakı nəvəsi İddiaçı vəsiyyət etmişdir. X28 7 övladı olmuş, onlardan biri iddiaçının atası Şərif Şərifov xx.xx.1994-cü ildə, digəri Sonayət Şərifova xx.xx.2023-cü il tarixdə vəfat etmiş, qızları Ruqiyyə, Səlimə, Familə və oğlu Sadişah Şərifovlar isə sağdırlar. Digər sağ olan oğlu Osman Şərifov isə məhkəmə aktına əsasən mirası qəbul etməmişdir. Mövcud tələbi üzrə işə baxan məhkəmə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyənləşdirərək, işə cəlb etməmiş və sonda iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir.

83. Belə ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmay araq mirasda məcburi pay malik olan şəxslərdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçıya vəsiyyət üzrə şəhadətnamə verilərkən mirasda məcbur paya hüququ olan şəxslərin dairəsi aydınlaşdırılmayaraq iddiaçıya mirasdan vəsiyyət üzrə alacağı pay şəhadətnamədə düzgün müəyyən edilməmişdir.

84. Apellyasiya instansiyası məhkəməsi, məcburi pay hüququna malik olan şəxslərin bu hüquqlarını itirməsi barədə dəlilinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə bu dəlil ilə cavabdeh Osman Şərifova münasibətdə razılaşsa da, digərlərinə münasibətdə isə əsassızdır. Belə ki, istinad olunan Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə Osman Şərifovdan başqa digər məcburi vərəsələr həmin işdə iştirak etm əmişlər. Qeyd olunan məhkəmə aktı hazırki iş üzrə Osman Şərifov istisna olmaqla digər məcburi vərəsələrə münasibətdə MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələbləri baxımından preyudisiya yaratmır. Məcburi pay hüququ olan vərəsələrdən Familə, Səlimə, Ruqiyyə və Şadişah Şərifovun əvvəlki (2(029)-718/2019 nömrəli) işdə olan notarial təsdiqli ərizələrinə münasibətdə qeyd olunmalıdır ki, miras Səlimi Şərifovanın xx.xx.2006-cı ildə ölümü ilə açılsa da Osman Şərifov istisna olmaqla digər məcburi pay hüququ olan vərəsələr, o cümlədən Familə, Səlimə, Ruqiyyə və Şadişah məcburi pay hüquqlarından Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş müddətdə imtina etməmişlər. Sonuncuların ərizələri isə mirasın açıldığı andan deyil, xx.xx.2019-cu il tarixdə verildiyindən, bu onların miras paylarından imtina kimi qəbul edilə bilməz. Digər məcburi pay hüququ olan vərəsə Sonayət Şərifova (2023-cü ildə vəfat etmişdir) sağlığında anasından miras qalmış əmlakdan imtina etmədiyindən, onun mirasda məcburi payı qanun üzrə vərəsəsi Kabaşova Mərziyyə Şahismayıl qızına keçmiş olur.

85. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə dü zgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(105)-402/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar