Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2893/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Əfrasiyabova Dilarə Paşa qızının, Cavabdeh və vəkili Abbasov Zaur Vahid oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3717/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Abbasov Zaur Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4837//2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hаkim C.B.Məmmədov) ünvan 1 ünvanda göstərilmiş tikiliyə dair cavabdeh X3 adına verilmiş 20.07.2018-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə İddiaçı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3717/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), S.A.Qafari, F.Ə.Məmmədov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4837/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməs i, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi və Cavabdeh adına 20.07.2018-ci il tarixli, **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda göstərilmiş tikiliyə dair Cavabdeh adına verilmiş 20.07.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə iş birliyi əsasında tanış olmuşdur. Həmin vaxt cavabdehin Sumqayıt şəhərində yaşamağa yeri yox idi və onun atasından qal ma həyətlərində olan tikilini cavabdehə dostluq xətrinə yaşamaq üçün vermişdir. Cavabdeh də ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır.Bir neçə il sonra cavabdeh məhkəmədə iddia qaldırmışdır ki, guya evi iddiaçıdan pul ilə almış və hal-hazırda rəsmiləşdirə bilmədiyi üçün pulunu geri tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-29/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Cavabdeh mülkiyyət hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və onun ərizəsi təmin edilmişdir. Həmin qətnamədən məlumatı olan kimi iddiaçı apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxıl mamış saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən tikiliyə çıxarış almağa nail olunmuşdur. Hesab edir ki, çıxarışın verilməsi üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)29/2017 saylı, 29 iyun 2017-ci il tarixli qətnaməsi ləğv olunduğu üçün onun hüquqi nəticələri də ləğv olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh X10 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Abbasov Z aur Vahid oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydalara əməl etmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh və vəkili Abbasov Zaur Vahid oğlu kassasiya şikayətinin dəlillərini m üdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxslər X19, X12, X 13 və X 14 Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh, vəkili Abbasov Zaur Vahid oğlunun, İddiaçı və vəkili Əfrasiyabova Dilarə Paşa qızının izahatlarını dinləyib hesab edir ki, aşağıda kılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düz gün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər XDS İK-nin 05.04.1990-cı il tarixli, 10 saylı qərarına əsasən X. ünvanında yerləşənev iddiaçının atasının, yəni X4 adına qeydiyyatdan keçmişdir. Həmin ev X4 adına sənədləşdirildikdən sonra Sumqayıt şəhər 3 saylı DNK tərəfindən 23 iyul 1990-cı il tarixli, m-2/537 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin miras əmlak bərabər paylarla X11, İddiaçı, X8 məxsusdur. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX ******* saylı çıx arışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295 ünvanında yerləşən 0,0177 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X13, İddiaçı, X6 və X5 mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(060)-29/2017 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin iddiası və İddiaçı X7 qarşı evdən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamədən görünür ki, X10 iddiasını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 0,02 ha torpaq sahəsini və yarımçıq tikilini 2006-cı il tarixdə almışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5814/2018 saylı, 04 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X3 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, X. ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə və bu torpaq sahəsi üzərinə inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ ilə həmin torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ərizəçi X2 xüsusi mülkiyyətində olması faktı müəyyən edilmiş və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanınd DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə olunmuşdur. İş materiall arına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin verdiyi RX ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295a ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir və həmin hüquq ********** nömrəsi ilə 20.07.2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(105)-1398/2019 saylı qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(060)-5814/2018 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi X3 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)9205/2018 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 17.659 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı X7 verilməsi, cavabdeh İddiaçı X7 məxsus X. ünvanında yerləşən fərdi evdən və həmin evin yerləşdiyi 0,02 şa torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(105)-1311/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-9205/2018 saylı qətnaməsi qismən, dəymiş maddi ziyanın və cavabdeh İddiaçı X. ünvanında yerl əşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,2 ha torpaq shəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia tələbi dəymiş maddi ziyanın və cavabdeh İddiaçı X. ünvanında yerləşən fərdi ev, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyası iddianı həmin hissədə rədd edərkən ona istinad etmişdir ki, X3 mülkiyyət hüququ əldə etdiyi çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edilərək baxılmamış saxlanıldığından sonuncunun həmin hüquqverici sənədə istinadən cavabdeh R.Ş.Müslumovun X. ünvanında yerləşən fərdi ev, həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumq ayıt Şəhər Məhkəməsinin 2(060)-5814/2018 saylı, 04 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX ******* saylı çıxarışla X. ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir və həmin hüquq ********** nömrəsi ilə 20.07.2018-ci ildə qeydiyyata alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(105)-1398/2019 saylı qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(060)5814/2018 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi X3 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. X1 adına çıxarış verilməsinə əsas olan məhkəmə aktı artıq ləğv olunmuşdur, on a görə də həmin qətnaməyə əsasən verilmiş çıxarış da etibarsız hesab olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi təmin olunmalı və çıxarış etibarsız sayılmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydalara əməl etmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə qiymət verilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzr ə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3717/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2893/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2893/2020
09.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver