Məhkəmə qərarları › İş №2(102)-2893/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2893/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2893/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2893/2023 (Açar sözlər: əhəmiyyətsiz əqd, əsassız varlanmadan irəli gələn qaytarma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-365/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikah münasibətində olmuş, müəyyən müddət İmişli şəhərində İddiaçı məxsus evdə yaşamışlar. Cavabdeh özünə məxsus olan, İmişli şəhərində yerləşən sənədsiz evini satmaq istədiyini bildirmiş, İddiaçı da həmin evi almaq qərarına gəlmişdir.

2. Evin satılması ilə bağlı aralarında mübahisə yaranmış və İddiaçı İmişli RPŞ-yə müraciət edərək, Cavabdeh İmişli şəhərində yerləşən evini ona 20000 manata satdığını, lakin nə evi verdiyini, nə də evə görə ödədiyi pulu qaytardığını bildirmiş, buna görə onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Cavabdeh verdiyi izahatında özünə məxsus mənzili İddiaçı 20000 manata deyil, 18000 manata satdığını, evin pulunun 10000 manatını aldığını, İ ddiaçı qalan 8000 manatı isə 3 ay ərzində ödəyəcəyinə söz verməsinə baxmayaraq ödəmədiyini, buna görə də evi satmaq fikrindən daşındığını, evi başqa şəxsə satıb İddiaçı 10000 manat pulunu qaytaracağını bildirmişdir. İmişli rayon Polis Şöbəsinin təhqiqat bölməsində toplanmış HK-1 № 1239 saylı material üzrə 26 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pulun və 150 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehi əvvəlcədən tanıdığı üçün ona inanıb həmin evi almaq üçün ona 20000 manat pul vermişdir. O da həmin evin yerləşdiyi torpaq sahəsinə aid bələdiyyə sənədini ona vermişdir. Hazırda cavabdeh evi ona vermir. Bununla bağlı İmişli rayon Polis Şöbəsinə müraciət etsə də, oradan məhkəməyə müracət etməsi məsləhət görülmüşdür. Cavabdeh ona 20000 manat deyil, daha artıq maddi ziyan vurmuşdur. Çünki pulunu aldığı müddətdə o həmin pulu dövriyyəyə buraxsaydı, xeyli qazanc əldə edərdi.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçıya borcu yoxdur, iddiaçıya ev satmamış, pul almamışdır.

6. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya mə hkəməsi) 2(036)-2664/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir. Belə ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın rədd olunması barədə qətnamə çıxarmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh İmişli rayon Polis Şöbəsində vermiş olduğu izahatında özünə məxsus mənzili İddiaçı 20000 manata deyil, 18000 manata satmağa razılaşdığını, həmin pulun 10000 manatını aldığını, Gülbəniz qalan 8000 manat pulu 3 ay müddətinə verəcəyinə söz versə də, həmin pulu verə bilmədiyi üçün evi satmaq fikirindən daşındığını, evi başqa şəxsə satıb İddiaçı 10000 manat pulunu qaytaracağını bildirmişdir. Məhkəmə İmişli rayon Polis şöbəsində olan araşdırmanı, cavabdehin polis şöbəsində olan izahatını qətnamədə əks etdirməmişdir. Cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinə aid bələdiyyə sənədini də ona vermişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-365/23 nömrəli, 1 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ta le Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin olunması, Cavabdeh 10000 (on min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 75 manat hissəsinin tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz müəyyən olunan hallarına görə iddiaçı ilə cavabdeh müəyyən müddət İmişli şəhərində iddiaçıya məxsus evdə ər-arvad münasibətlərində yaşamışlar. Cavabdeh özünə məxsus olmaqla İmişli şəhərində yerləşən sənədsiz evini satmaq istədiyini bildirmiş, iddiaçı da həmin evi almaq istəmişdir.

12. İşin mübahisəli halla rı ondan ibarətdir ki, iddiaçı evə görə cavabdehə 20000 manat pul verərək aldığını, lakin sonradan cavabdeh evi ona verməkdən imtina etdiyini və pulunu qaytarmadığını bildirir. Cavabdeh isə evi 20000 manata deyil, 18000 manata satdığını, bununla bağlı iddiaçı ilə razılığa gəldiklərini, iddiaçının ona öz evində 10000 manat pul verdiyini, qalan 8000 manat hissəsini isə 3 ay ərzində ödəyəcəyinə söz versə də ödəmədiyini, bu səbəbdən evini satmaqdan imtina etdiyini, sonradan isə iddiaçıdan aldığı 10000 manat pulu 2 dəfəyə, 4000 və 6000 manat olmaqla qaytardığını bildirir.

13. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı almaq istədiyi evə görə cavabdehə 20000 manat pul verdiyini bildirsə də, təqdim etmiş olduğu sübut yalnız İmişli rayon Polis Şöbəsinin 26 iyun 2022-ci i l tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı olmuşdur. Hansı ki, bu qərarda cavabdeh iddiaçıdan 10000 manat pul aldığını etiraf etmiş, qaytaracağına söz vermişdir. Cavabdeh isə qeyd olunan qərardakı izahatından savayı apellyasiya baxışı zamanı verdiyi izahatında da, bir daha iddiaçıdan 10000 manat pul aldığını etiraf etmiş, pulu qaytardığını bildirsə də, buna dair məhkəməyə sübut verə bilməmişdir.

14. İddiaçı tərəfindən tələb olunan 20000 manat pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunan 10000 manat pulun verilməsi hissədə təsdiqini tapır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı razılaşmanı pozaraq evin qalan pulunu ödəmədiyi üçün aralarında mübahisə yaratdığından, aldığı pulu iddiaçıya qaytarmışdır. Cavabdeh İmişli rayon Polis şöbəsində və həmçinin məhkəmədə verdiyi izahatların da qeyd etmişdir ki, iddiaçının verdiyi pulu ona qaytarmışdır. Lakin apelyasiya məhkəməsində izahatında göstərdiklərini sübut etmək üçün ona lazımı şərait yaradılmamışdır. Göstərilən maddi hüquq norma sının tələbi pozulmuşdur. Belə ki, apelyasiya məhkəməsi hazırkı mübahisəyə dair əsassız varlanma ilə bağlı maddi hüquq normalarına istinad etsə də, iddiaçı ilə olan hüquq münasibətinin nə vaxt yaranmasını və mübahisə üzrə müddətin keçməsi məsələsini araşdırmamışdır. Apelyasiya məhkəməsi iddiaçı üçün lazımi şərait yaratsa da, sübutları təqdim etmək üçün cavabdehə bu şəraiti yaratmamışdır. Məhkəmə mübahisənin nəyə görə yaranmasını araşdırmamış, cavabdehin etirafedici izahatını əsas tutaraq iddianı təmin etmiş, lakin həqiqətə nail olmaq üçün izahatında qeyd etdiyi digər xüsusatları araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma....

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ g əlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

24. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında yazılı müqavilə bağlanmasa da, cavabd eh iddiaçı ilə aralarındakı şifahi razılaşmaya əsasən evini 18000 manata satmaq barədə razılığa gəlmiş, buna görə iddiaçı cavabdehə 10000 manat pul vermiş, lakin sonradan cavabdeh evi satmaqdan imtina etmiş və aldığı pulu iddiaçıya qaytarmamışdır.

41. Bu halda apelyasiya instansiyası məhkəməsi baxılan mübahisəyə Mülki Məcəllənin 1091-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur.

42. Çünki müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbinə baxılarkən məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

43. Baxılan işdə tərəflər arasında yaranmış münasibətlər daşınmaz əmlakın alğısatqısı üzrə yaranmışdır. Qanunverici daşınmaz əmlakın alğı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notari at qaydasında təsdiqlənməsi ilə şərtləndirir.

44. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

45. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hü quqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

46. Bu baxımdan tərəflər arasında evin alğı-satqısı barədə razılaşma əhəmiyyətsizdir.

47. Cavabdeh 10000 manat pulu əhəmiyyətsiz əqd üzrə, yəni heç bir hüquqi əsas olmadan əldə etdiyinə görə əsassız varlanmışdır. Bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu əsaslardan çıxış etməklə iddianı qismən təmin etmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-36 5/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar