Məhkəmə qərarları › İş №2(102)-2893/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2893/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2893/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (kateqoriya: mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1847/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2004-cü ilin dekabr ayında X2 ilə faktiki evlənərək, Qazax rayonun Qarapapaq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, nikahlarını 27 may 2008ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. 2. 14.12.2022-ci il tarixli xx-xx/1319 nömrəli arayışa əsasən, X2 və onun ailə üzvləri Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla həmin evdə yaşamışlar.

3. X2 xx.xx.2022-ci il tarixdə saata 03:30 radələrində mübahisəli evdə iddiaçıya balta ilə çoxlu sayda xəsarətlər yetirmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı uzun müddət xəstəxanada müalicə almış və sonra cavabdeh qaynı onu və uşaqlarını evə buraxmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə mərhum X6 məxsus olan, Qazax rayonun Qarapapaq kəndində yerləşən yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X1 ilə 2004-cu ildə evlənərkən, ərinin mərhum anasına məxsus olan, Qazax rayonun Qar apapaq kəndində yerləşən evə gəlin köçmüş, əmlakını həmin evə yerləşdirmişdir. Həmin vaxtdan etibarən sözügedən evdə yaşamış, orada iki uşaq dünyaya gətirmişdir. X1 xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində mübahisəli evdə balta ilə ona çoxlu sayda xəsarətlər yetirdiyindən, uzun müddət xəstəxanada qalmışdır. Sağaldıqdan sonra uşaqları ilə birlikdə ər evinə qayıdanda, qaynı olan Cavabdeh onu və uşaqlarını evə buraxmamış, evin kilidini dəyişdirərək onlara evə daxil olmağa imkan verməmişdir. İki azyaşlı uşaqla birlikdə yaşamaları üçün başqa yaşayış sahəsi yoxdur. Ona məxsus olan cehiz əşyaları və başqa əmlakları həmin mübahisəli evdədir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh 20 ildir həmin evdən çıxıb, orada yaşamır. İddia çı 2004-cü ildən həmin evdə yaşayıb. Cavabdeh qardaşı tutulandan sonra evin açarlarını dəyişib iddiaçını və uşaqları həmin evə buraxmamışdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak eməyib və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməyib.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X14 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, İdarədə elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və elektron baza məlumatlarına əsasən Cavabdeh və ail ə üzvlərinin adına Qazax rayonu Ağköynək (Qiyasbəyli) kəndində JN 1582 nömrəli dövlət aktı ilə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş, həmin torpaq sahəsi Qazax rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, 4Ə-2-288 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. JN 158F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,11 ha həyətyanı torpaq sahəsi qeyd edilmiş, X5 adına keçmiş DTİ və MHQİ-si tərəfindən 15 nömrəli qeydiyyat vəsiqəsi verilərək texniki pasport tərtib edilmiş, həmin fərdi yaşayış evi Ağstafa rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 2-V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeyd edilmişdir. Cavabdeh adına digər əmlakların qey də alınması aşkar edilməmişdir.

9. Ağstafa Rayon Məhkəməsinin 2(015)-260/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zamiq Rəsulov).

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilə və ya fərdi yaşayış evinə köçürülmə tələbi barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) iddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququna malikdirmi; 3) iddiaçı hazırda qoyulmuş tələblə mübahisə predmeti olan yaşayış evinə köçürülə bilərmi.

11. Birinci instansiya məhkəməsi 1-ci hal üzrə qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilməmişdir. Bundan başqa, Qazax rayonun Qarapapaq kəndində yerləşən mübahisəli yaşayış evi Cavabdeh və ya X5 adına qeydiyyata alınmamışdır.

12. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Qazax rayonun Qarapapaq kəndində yerləşən və cavabdehin istifadəsində olan fərdi yaşayış evi üzərində hər hansı əşya hüququ (mülkiyyət, istifadə, icarə və s. hüquq) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. İddiaçının köçmək istədiyi evə heç kəsin mülkiyyət hüququ tanınmayıb, həmin evin mülkiyyətçisi yoxdur. Üzərində mülkiyyət hüququ olmayan tikiliyə istifadə hüququ yarana bilməz, çünki istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlı olmaqla bu hüquqdan törəyir. Qanunverici də digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçinin iradəsindən, yəni mülkiyyət hüququndan asılı etmişdir.

13. Məhkəmə həmçinin iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması ilə bağlı qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. 14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.2, 30-cu maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1 və 2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. A pellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə DƏDRX-in 15 saylı Tovuz Ərazi İdarəsinin məktubuna istinad etmişdir. Lakin həmin məlumatları təsdiq edəcək hər hansı sübut, vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış iş materiallarında olmamışdır. Ümumiyyətlə belə bir vərəsəlik şəhadətnaməsi də mövcud deyildir. Həmin ev heç kimin mülkiyyətində deyildir. Bundan əlavə, X1 ilə 2004-cu ildə evlənərkən, onun mərhum anasına məxsus olan, Qazax rayonun Qarapapaq kəndində yerləşən evə gəlin köçmüş, əmlakını həmin evdə yerləşdirmişdir və ona məxsus olan cehiz əşyaları və başqa əmlakları həmin mübahisəli evdədir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1847/2023 nömrəli 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov).

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olduğundan cavabdehin həmin evə dair mülkiyyət hüququna qanuni gözləntisi vardır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ məhdud əşya hüququ olmaqla, yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. İddiaçı mübahisə edilən yaşayış evinin g özlənilən mülkiyyətçisi Cavabdeh qardaşı arvadı olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. O, həmin evdən istifadə ilə bağlı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamış və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

21. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsi barədə iddiasını təmin etməməkdə haqlı olmuşdur. İddianın evə köçürülməsi hissəsi rədd edildiyi üçün, iddaçının evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınması hissəsi də düzgün olaraq rədd edilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məh kəmə müəyyən edilmiş faktlardan düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verə rək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2023-cü il tarixli 2(104)-1847/2023 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını və yaxud işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə işi səthi araşdırmış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətində mübahisələndirilmiş (iş üçün heç bir hüquqi əhəmiyyəti olmayan-mülkiyyət hüququ yaratmayan) DƏDRX-nin məktubunda qeyd edilmiş vərəsəlik işi ilə bağlı sorğular göndərilməmiş və məhkəmənin mötəbər sübut kimi istinad etdiyi, qətnaməsini əsaslandırdığı həmin hal obyektiv, hərtərəfli araşdırılmamışdır. Məhkəmə ümumiyyətlə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini kobudc asına pozmuş, iddiaçının və övladlarının istifadə hüquqları məhdudlaşdırılmışdır. Hazırki işdə mübahisəli ev üzrə heç kim mülkiyyətçi deyildir. Ancaq, məhkəmə işin bu halına səthi yanaşmışdır. Məhkəmə kollegiyası yalnız prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə h üququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlə ri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin halları bu qərarın 1-3-cü və 8-ci paraqraflarında qeyd olunmuşdur.

42. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə idd iaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

43. Baxılan işdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəaları əsasında yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.

44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

45. Belə ki, tərəflər arasında yaranmış mübahisə yaşayış sahəsindən istifadə hüquq münasibətləri üzrə yaranan mübahisədir.

46. Nəzə rə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən iki hüquq mənbəyi mövcuddur. Bunlardan biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər.

47. Digər hüquq norması isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsidir. Həmin normada isə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

48. Baxılan mübahisəyə bu normalardan hansının tətbiq edilməli olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Eyni məsələ ilə bağlı hüquq münasibətlərini tənzimləyən yuxarıdakı normalar arasında yaranan kolliziyanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 5

0. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi iddiaçı mübahisəli yaşayış sahəsinə 2004-cü ildə köçmüşdür. Həmin vaxt yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, onun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir.

51. Bu halda iddianın maddi-hüquqi əsasını Mülki Məcəlləsinin 228.1-ci maddəsi təşkil edir.

52. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notar iat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

53. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.... Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı).

54. Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir.

55. Apellyasiya instansiyası Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün müəyyən olunmuş dispozisiya şərtləri əsasında iddiaçının mübahisəli yaşayış sahəsinə hüququnun yaranmasını təhlil etmiş və müəyyən etmişdir ki, ümumiyyətlə torpaq sahəsində yerləşən ev başqa şəxsə məxsusdur və oradan istifadə hüququnun tanınması üçün hüquqi əsaslar yoxdur.

56. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı və qanunidir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutla r araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Qeyd olunmalıdır ki, kassatorun dəlilləri əsasən işin faktik hallarının müəyyən olunması ilə bağlıdır. İşin faktiki halları isə kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1847/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar