Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3972/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: maraqlı şəxs kimi tanınma Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(011)-3094/2018 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İKB (hazırkı "xxxx") ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(011)- 3094/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 189801,48 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 190801,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, tələb Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən iddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(103)-3854/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(011)-3094/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə iddianın təmin olunmayan, faiz borcunun tutulması və ipoteka predmentlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamələrdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayətləri verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(1002)- 5848/2019 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(103)-3854/2019 nömrəli qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı İKB ASC eyni zamanda iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X4 və Cavabdeh2 müştərək qaydada 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 92518,58 ABŞ dolları məbləğində cərimə borcunun, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manatın və 40 manat xidmət haqqının tutulmasına, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin qeyri-yaşayış binasının və fərdi yaşayış evinin açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun ümumi qaydada tutulmasına, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən, ümumi sahəsi 1208,3 kv.m olan qeyri-yaşayış binasına tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin qeyriyaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə, həmin qeyri-yaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə olan istifadə hüquqularının itirilmiş hesab edilməsinə, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, X10 və Cavabdeh2 müştərək qaydada 500 ABŞ dolları cərimənin borc ödənilən gün milli manata məzənnədə tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin verdiyi kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh2 və Ağayev X7 rayon məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş edib və ərizələrini onunla əsaslandırıblar ki, birinci qətnamə üzrə 500 ABŞ doları borcun ödənilməsi halında ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməli olub-olmamasına aydınlıq gətirilsin. Məhkəmə həmin müraciətləri icraatına qəbul edərək baxıb və təmin edib. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilib və həmin qətnamə ilə müəyyən edilən 500 ABŞ dolları borc ödənildiyi təqdirdə, İddiaçı İKB ilə Cavabdeh3, Cavabdeh1 və X10 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən, ümumi sahəsi 1208.3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binası, həmçinin, İddiaçı İKB ilə Cavabdeh2, Cavabdeh1 və X10 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli digər ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadından İddiaçı İKB tərəfindən verilmiş şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərardadlarından sonra ipoteka ilə yüklü edilmiş əmlaklar yüklülükdən azad olunmuşdur.
10. Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(011)- 3094/2018 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
12. Qərardad onunla əsaslandırılmışdır ki, həmin qərardadda qeyd edilmişdir ki, Maraqlı şəxs iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmamışdır. Buna görə də onun apellyasiya şikayəti vermək hüququ olmamışdır.
13. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınmasını məhkəmədən xahiş etmişdir
14. Maraqlı şəxs ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə “Nikoyl" İKB ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 milli manata məzənnədə 189801,48 ABŞ dolları faiz borcu 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 190801,48 ABŞ dollarının tutularaq “Nikoyl" İKB ASC-nə ödənilməsi, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 "E" saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 600000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-nə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Bundan başqa da Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli 8İ/18742 reyestr saylı icra qeydi, həmin icra qeydinin verilməsinə əsas olan 10 iyul 2019cu il tarixli 3M/818 reyestr saylı ipoteka müqaviləsi, 10 iyul 2019-cu il tarixli 3M/817 reyestr saylı kredit müqaviləsi, 06 avqust 2019-cu il 3M/939 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2019-cu il 3M/938 reyestr saylı kredit müqaviləsinə əsasən ərizəçi X5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 "E" saylı fərdi yaşayış evini 400000 manat pul borcunun müqabilində həmin fərdi yaşayış evini ipoteka ilə yüklü edərək vicdanlı ipoteka saxlayan kimi hüquqları qeydiyyata alınmışdır. Həmin icra qeydi Bakı şəhər Suraxanı rayon İcra şöbəsində icradadır. İcra ilə bağlı 10 aprel 2025-ci il tarixdə Suraxanı icra şöbəsinə gəlib həmin əmlakın hərrac keçirməklə qiymətləndirilməsini xahiş etmişdir. İcra məmuru Rövşən müəllim orada ərizəçiyə bildirdikdən sonra məlum olmuşdur ki, 2018-ci il tarixdə İddiaçı Bankın iddiası üzrə əmlak qiymətləndirilmiş və 600000 manat qiymət qoyulmuşdur. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ərizəçinin maraqlarına toxunur və onun mənafeyinə ziddir. Çünki həmin əmlakın bazar qiyməti 60.000 manat ola bilməz. Əmlakın likvid dəyəri 800000 manatdan aşağı ola bilməz. Bundan başqa həmin mülki iş üzrə 2018-ci ildə qətnamə qəbul edilsə də icra olunmayıb və bu gün həmin əmlakların dəyəri 40-50 faiz bahalaşmışdır. Həmin qətnamədən apellyasiya şikayəti verə bilmək üçün qətnamənin surətinin ona verilməsini istəmiş və almışdır. Qətnamədən apellyasiya şikayəti yazılaraq Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3094/2018 nömrəli 20 may 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması qərara alınmışdır.
16. Qərardadın əsaslarına görə, adıçəkilən əmlak həm Maraqlı şəxs, həm də "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(011)-3094/2018 nömrəli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması hissəsində onun da maraqlarına toxunur.
17. İddiaçı "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3094/2018 nömrəli, 20 may 2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(011)-648/2025 saylı qərardadının ləğv edilməsini və X6 tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir
18. İddiaçının şikayətin dəlillərinə görə, hazırki işə əsasən demək mümkündür ki, X2 hazırki iş üzrə maraqlı şəxs qimində tanınması tamamilə əsassızdır. Belə ki, hazırki iş üzrə X2 hüquq və mənafelərinə toxunan, mübahisələndirmə predmeti olan bütün hallara Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(103)-2855/2022 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir (iş materiallarına əlavə olunmuşdur). Yəni hazırda X6 tərəfindən apellyasiya şikayəti verməyə əsas olan, həmçinin maraqlı şəxs qismində tanınmasına əsas verən heç bir hal mövcud deyildir.
19. Etiraz onunla əsaslandırımışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli 8İ/18742 reyestr saylı icra qeydi, həmin icra qeydinin verilməsinə əsas olan 10 iyul 2019-cu il tarixli 3M/818 reyestr saylı ipoteka müqaviləsi, 10 iyul 2019-cu il tarixli 3M/817 reyestr saylı kredit müqaviləsi, 06 avqust 2019-cu il 3M/939 reyestr saylı ipoteka müqaviləsi və 06 avqust 2019-cu il 3M/938 reyestr saylı kredit müqaviləsinə əsasən mən X5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evini 400 000 manat pul borcunun müqabilində həmin fərdi yaşayış evini ipoteka ilə yüklü edərək vicdanlı ipoteka saxlayan kimi hüquqlarım qeydiyyata alınmışdır. Həmin icra qeydi Bakı şəhər Suraxanı rayon İcra şöbəsində icradadır. İndi icra ilə bağlı 10 aprel 2025-ci il tarixdə Suraxanı icra şöbəsinə gəlib həmin əmlakın hərrac keçirməklə qiymətləndirilməsini xahiş etmişdir. İcra məmuru Rövşən müəllim orada mənə bildirdikdən sonra məlum olmuşdur ki, 2018-ci il tarixdə Nikoyl bankın iddiası üzrə həmin əmlak qiyməttləndirilmiş və 600000 manat qiymət qoyulmuşdur. Ona görə də Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi onun maraqlarıma toxunur və mənafeyinə ziddir. Çünki həmin əmlakın bazar qiyməti 600000 manat ola bilməz. Əmlakın likvid dəyəri 850000 manatdan aşağı ola bilməz. Bundan başqa həmin mülki iş üzrə 2018-ci ildə qətnamə qəbul edilsə də icra olunmuyub və bu gün həmin əmlakların dəyəri 40-50 faiz bahalaşmışdır.Həmin qətnamədən apellyasiya şikayəti verə bilmək üçün qətnamənin surətinin ona verilməsini istəmişəm və almışam. Qətnamədən apellyasiya şikayətim yazılaraq Xətai rayon məhkəməsinə təqdim edilmişdir. Ərizəçi qismində onun yəni Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(011)-3094/2018 nömrəli qərardadı ilə təmin edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İddiaçı X3” Açıq Səhmdar Cəmiyyəti) tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, şikayətin məhkəmə baxışı 03 iyul 2025-ci il tarixə təyin edilərək yazılı icraat qaydasında baxılacağı qeyd edilmişdir. Həmin şikayətə yazılı icraat qaydasında baxılacağı qeyd edildiyi üçün məhkəmə tərəflərin iştirakı olmadan və tərəflər dinlənilmədən iclas keçiriləcəkdir. Ona görə də qərardaddan şikayətə yazılı qaydada etiraz edir və bir daha bildirmək istəyir ki, Xətai rayon məhkəməsinin sözü gedən qətnaməsi 2018-ci il tarixdə çıxarılmış, lakin bu günə kimi icra edilməmişdir. 2018-ci ildən bu günə qədər 7 il keçmiş və bu illər ərzində manat kifayət qədər devalivasiyaya uğrayaraq qiymətlərdə kəskin artımlar olmuşdur. Hesab edir ki, icra sənədi icra edilən vaxta görə həmin əmlakın dəyəri müəyyən olunaraq icra sənədinin icrası təmin edilməlidir. Yəni həmin əmlak yenidən qiymətləndirilməlidir. Bundan başqa Xətai rayon məhkəməsi işə baxarkən onun iştirakı olmadan işə baxmışdır. Halbuki, o da həmin əmlakı vicdanlı ipoteka saxlayana kimi 400000 manat pulun qarantı kimi xeyrinə yüklü edərək ipoteka ilə yüklü etdirmişdir. Belə olan halda Xətai rayon məhkəməsinin qəbul etdiyi həmin qətnamə bir başa onun hüquq və mənafeyinə toxunur deyə hesab edir ki, qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Çünki "xxxx" ASC ilə onun tələbinin ümumi dəyəri 725000 manat təşkil edir. Lakin həmin əmlakın ilkin dəyəri qətnamədə 600000 manat qiymətləndirilmişdir. İcra məmuru həmin icra sənədini icra edərkən hərrac keçirilsə əmlakın dəyəri 15, 25 faiz azalır. Belə olan halda həmin əmlak nəinki iki icra sənədini heç birinin borcuna kifayət etməyəcəkdir. Halbuki, həmin əmlak fərdi yaşayış evi kimi sənsədləşmiş olsa da Orion Palac kimi fəaliyyət göstərir və kifayət qədər də yüksək qiyməti vardır.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3094/2018 nömrəli 30 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Maddə 423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın dəyəri ilə bağlı hissədə mübahisələndirilir.
23. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(103)-3854/2019 nömrəli qətnaməsinin nəticəvi hissəsində də konkret qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhz ipoteka predmentlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(1002)-5848/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
24. MPM-nin 357.1 və 357.2-ci maddələrinin məzmununa əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslərin Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrindən apellyasiya şikayəti vermə imkanı nəzərdə tutulmuşdur.
25. Lakin hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyindən, həmçinin, ərizəçinin mübahisələndirdiyi hissələrdə qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən yoxlanıldığından MPM-nin 423.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququ vardır.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadına əsasən gəlinən nəticə düzgün olmamışdır, buna görə də qərardad ləğv edilməli, Maraqlı şəxs hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsi təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(011)- 3094/2018 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(011)- 3094/2018 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(011)- 3094/2018 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Maraqlı şəxs hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.