Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2895/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilk, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddia t ələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-402/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir şəhər X18 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarı ilə Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzilə icarə hüququ X6 X7 dəyişdirilmişdir.
2. İddiaçı anası X14 olmuşdur.
3. Cavabdeh1 mərhum əri X8 anası X15 olmuşdur.
4. Cavabdeh1 ilə mərhum X19 xx.xx.1989-cu ildə nikahlarını rəsmiləşdirmişlər.
5. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 uşaqlarıdır.
6. Hazırkı mübahisə mənzildən istifadə münasibətlərindən yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29 saylı evin, 32 saylı mənzilinə (bundan sonra mübahisəli mənzil) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarına əsasən mübahisəli mənzil 2 nəfər ailə üzvü ilə anası X7 verilmişdir. Anası 24 fevral 2018-ci ildə vəfat etmiş, ölməzdən qabaq isə 10 avqust 2017-ci ildə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Mənzildə o, qardaşları və qardaşı övladları qeydi yyatdadırlar. X22, onun arvadı Cavabdeh1, oğlanları Elçin və Orxan 1993-cü ildən Rusiya Federasiyasına gedib qayıtmamışlar. Sərdar Hüseynov isə xəstə düşdükdən sonra Azərbaycana gəlmiş, təxminən 2 ay onun yanında yaşadıqdan sonra 7 dekabr 2022-ci ildə vəfat etmişdir. Qardaşının arvadı və uşaqları Rusiya Federasiyasında yaşayırlar. Sözügedən mənzildə onlara məxsus hər hansı əşya yoxdur. Otuz ilə yaxın müddətdir ki, onlar Rusiya Federasiyasında daimi yaşayırlar və orada da evlənmişlər.
9. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ilin sentyabr ayında mərhum əri X19 ilə toy edərək ailə qurmuş, gəlin olaraq mübah isəli mənzilə köçmüşdür. Əri ilə xalaoğlu-xalaqızıdırlar. Oğlanları 6 fevral 1990-cı il təvəllüdlü Cavabdeh2 və 8 yanvar 1992-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzildə doğulub böyümüşlər. Mərhum qaynanası X15 ilə birgə təssərrüfat idarə etmişlər. Onlar işləmək üçün mövsimi olaraq Rusiya Federasiyasına gedib-gəlirdilər. 2019-cu ildən etibarən o, birdəfəlik mübahisəli mənzildə yaşamağa davam etmişdir. Onların başqa bir mənzili yoxdur, əri bütün qazancını onlara və bacı-qardaşına, anasına xərcləmişdir. Mariya Hüseynovanın övladlarının hamısının evləri olmuşdur. Onlar isə ümid etmişlər ki, mübahisəli mənzil yalnız onlara məxsusdur. 2022-ci il tarixdə əri X19 ağır xəstələnmiş, mübahisəli mənzildə Sərdarın müalicəsi davam etmiş, o qulluq etmişdir. Ərinin ögey bacısı İddiaçı ərinin xəstə vaxtında onlarla dalaşaraq “bu ev mənimdir, sizi evdən çıxaracağam”-deyirdi. Qaynanası-xalası 24 fevral 2017-ci il tarixdə vəfat etmişdir. X35 uzun sürən xəstəlikdən sonra 7 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Ərini yaşadıqları Mingəçevir şəhərində dəfn etmişlər. Mübahisəli mənzil dövlət fondu mənzilinə aiddir. Mənzilin kirayədarı qaynanası – xalası olmuşdur. İddiaçı kirayədarın ailə üzvləri sırasında deyil, sadəcə qeydiyyatdadır. İddiaçı özünəməxsus mənzili var idi. X30 vəfatından sonra İddiaçı onunla mübahisə edib, dalaşmış, onu zorla qeydiyyatda olduğu, yaşadığı və istifadə hüququ olan mənzildən çıxarmaq istəmışdir. Onun başqa yaşayış yeri olmadığı və illərlə qaynanası və əri, uşaqları ilə birgə təsərrüfat idarə etdiyi mənzildən çıxmamışdır. 2023-cü ilin fevral ayının 12-də mənzilə qazı n gəlişi dayandırılmış, bir az borcu qalmışdır. Həmin vaxt onu soyuqda qoymuşlar. Aralarında mübahisə olmuş, məcbur olub Bərdə rayonunda yaşayan bacısıgilə getmişdir. Səhərigün Mirvari onun əşyalarının bir hissəsini maşına yığıb, Bərdə rayonuna, bacısının yaşadığı evə göndərmişdir. X36 Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Şikayəti ilə bağlı Mingəçevir şəhər Polis şöbəsinə dəvət olunmuş, ərizəsini almışlar, onu mənzilə köçürəcəklərini demişlər. O, evə köçürülməmişdir. Ona dedilər ki, mübahisə edilən mənzil dövlət fondudur, icra hakimiyyətinə məxsusdur, icra hakimiyyətinə müraciət etsin, müvəqqəti mühafizə orderi versinlər. Mingəçevir şəhər İcra Hakimiyyətində olanda yaşadığı mənzilə köçürülməsini xahiş etmiş, ərizəsi alınmış, yenə də Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. Orad a da ona deyilmişdir ki, məhkəməyə müraciət etsin. Əşyalarının bir qismi hələ də oradadır, Bərdə rayonuna göndərdiyi əşyalarını gətirib, yaşadığı evə yığacaq. İddiaçı öz evi olmuş, orada yaşamışdır. Hesab edir ki, onu qanunsuz olaraq, zor tətbiq edərək yaşadığı, istifadəsində olan mənzildən məhrum etmişdir. Həmin mənzildə istifadə hüququ vardır. İddiaçı 12 fevral 2023-cü il tarixdə onu zorla yaşadığı mənzildən məhrum etmişdir.
11. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 göstərmişdir ki, İddiaçı ilə 1964-cü ildən qonşudurlar, birlikdə böyümüşlər. O, Sevili əri öldükdən sonra, mərasimin üçüncü günü, qolunda televizorla nalayiq ifadələr işlədərək görmüşdür. Qaynanası, baldızı rəhmətə gedəndə Sevil orada olmamış, onu görməmişdir. Mirvari isə orada olmuşdur. Mirvari əvvəldən sözüge dən mənzildə yaşayır.
12. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 göstərmişdir ki, İddiaçı qonşusudur. 2003-cü ildən orada yaşayır, həmin ildən Mirvari də sözügedən mənzildə yaşayır. Sevil adlı şəxsi tanımır, yalnız dəfndə görmüşdür. Sərdar xəstə olmuş, Rusiyada yaşamışdır.
13. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı qonşusudur. Sevil sözügedən mənzilə gəlin gəlmişdir. Sərdar Rusiyadan ata evinə xəstə gələndə ona Mirvari baxmışdır. Yoldaşı Sevili isə orada görməmişdir.
14. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-950/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
15. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzildə İddiaçı yaşamaqla faktiki sahibliyi həyata keçirir. Eyni zamanda anasına Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarı ilə verilmiş mənzilə gözlənilən mülkiyyət hüququnun olması onun hazırkı iddia tələbini irəli sürmək hüququnu istisna etmir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 1988-ci il tarixdən mərhum əri X19 ilə toy edərək ailə münasibətlərinə daxil olmuş, gəlin olaraq mübahisəli mənzilə köçmüşdür. Sonradan, yəni 1997-ci il tarixinin sentyabr ayından iddiaçı əri və uşaqları birlikdə həmin mənzildən könüllü köçərək Rusiya Federasiyasında yaşamağa başlamışdır. 2014-cü ildə oradan deportasiya olunsa da, 2016-cı ildən yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2019-cu il tarixindən Azərbaycan Respublikasına qayıtdıqdan sonr a anasının yanına Bərdə şəhərində yaşamağa balamışdır. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçının faktiki olaraq sahiblik etdiyi mənzilə olan ehtiyacı aradan qalxmışdır.
17. Mənzil 2 yanvar 1986-cı il tarixdə 986 saylı order əsasında əldə edildiyindən, məhkəmə, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrini tətbiq etməklə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin sözügedən mübahisəli mənzilə istifadə hüquqları yaransa da, sonradan mənzili uzun müddətli tərk etmələri mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyaclarının aradan qalxması ilə nəticə lənmiş və artıq istifadə hüququ itirilmişdir. Mövcud olmayan hüquq münasibətinə xitam verilməsi isə qeyri-mümkündür. Belə olan halda, ilkin iddia təmin edilməməlidir.
18. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, ilkin iddiaya münasibət zamanı Cavabdeh1 istifadə hüququnun olmadığı müəyyən olunduğundan mənzilə köçürülməsinə dair qarşılıqlı iddia tələbi də təmin olunmamalıdır.
19. Məhkəmə öz mövqeyini xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-54-cü, 60, 85 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21. 2019-ci il tarixdən Azərbaycan Respublikasına qayıtmasına və Bərdə rayonunda anasının yanında yaşamasına dair məhkəmənin gəldiyi nəticəyə münasibətdə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə çıxı ş istiqamətində, xx.xx.2016-cı il tarixdə giriş istiqamətində məlumat qeydə alınmışdır.
22. Cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacının qalmaması və könüllü surətdə evdən çıxması barədə məhkəmənin gəldiyi nəticəyə münasibətdə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədləri məhkəmə işə əlavə etməmiş, qətnamədə göstərməmişdir. Belə ki, ilk iddia üzrə iddia ərizəsi 7 mart 2023-cü il tarixdə daxil olmuşdur, məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 9 fevral 2023-cü il tarixli qərardan görünür ki, o, 31 yanvar 2023-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edərək İddiaçı onu zorla yaşadığı evdən çıxarması ilə bağlı şikayət etmişdir. Bundan başqa, Daxili İşlər Nazirliyinin 102 xidmə tinə fevral, mart və aprel aylarında İddiaçı onu yaşadığı mənzildən zorla çıxarması ilə bağlı şikayətləri olmuşdur. Həmçinin, Mingəçevir şəhər İcra Hakimyyətində olmuş, ərizə ilə müraciət edərək, onun qeydiyyatda olduğu və zorla çıxarıldığı mənzilə köçürülməsinin təmin edilməsini xahiş etmişdir. Mübahisə edilən mənzilin dövlət fondu mənzili olduğu və həmin mənzilin İcra Hakimiyyətinin balansında olduğunu hesab edib İcra Hakimiyyətinə müraciət etmişdir.
23. Bundan əlavə, nə məhkəmə mübahisəli mənzillə bağlı hər hansı sənəd əldə etmiş, nə də ilk iddia üzrə iddiaçı. Belə ki, qətnamədə göstərilmişdir: işdə olan Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fo ndunun sənədlərinə əsasən 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarında M.Cavabdeh1 adına ev bölgüsü qeyd edilmişdir. M.Cavabdeh1 adına hansı ev bölgüsü aparılmışdır? Məhkəmə dövlət adından qərar verir. Mübahisə edilən mənzillə bağlı hansı sənədləri əldə etmişdir? İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş çıxarışın (rus dilində) ksero surətindən görünür ki, yaşayış mənzillərinin dəyişməsi olmuş dəyişilən mənzillər: Mingəçevir şəhəri S.Bolqariya küçəsi ev 55/1, mənzil 43 və Mingəçevir şəhəri S.Bolqariya küçəsi ev 29, mənzil 3-ün dəyişilməsindən gedir. Mübahisə edilən mənzil göstərilməmişdir.
24. Məhkəmə İddiaçı mübahisə edilən mənzilində hansı hüququnun olmasını müəyyənləşdirməmiş, qətnamədə göstərmişdir ki, işdə olan Azərbaycan Respublikasının D axili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Halbuki, Cavabdeh1 1989-cu ildən həmin mənzildə qeydiyyatdadır. Heç bir əsas olmadan məhkəmə İddiaçı mübahisə edilən mənzilə mülkiyyətinin gözləntisi hüququ olmasını qeyd etmişdir. Məhkəməyə elektron kabinet vasitəsi ilə göndərilmiş ərizə və ona əlavə olunmuş sənədlərdə təsdiq olunur: 2011-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində baxılan mülki iş materiallarında olan iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı yaşayış yeri Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29 saylı evin 41 saylı mənzili göstərilmişdir. Həmin iş materiallarında olan məhkəmə bildirişləri də “ünvan 1 ünvanda yaşayan İddiaçı” göndərilmişdir. 2 yanvar 1 984-cü il tarixli 1039 saylı Orderdən görünür ki, Mingəçevir şəhəri S.Bolqariya (indiki N.Nərimanov küçəsi) 29 saylı evin 41 saylı mənzil Mingəçevir şəhər XDS İcrayə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsi tərəfindən X13 verilmişdir. Onun ailə üzvləri: İddiaçı, Hüseynov Mətləb, Məmmədova Gültəkin. olmuşdur. Göründüyü kimi Məmmədova X9 şəhəri N.Nərimanov küçəsi 29 saylı evin 41 saylı mənzilinə hüquqlar əldə etmişdir. 25. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, X21 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə yaşamırlar. Əlbəttə yaşamırlar, onu zorla çıxarıb çölə atandan sonra necə yaşaya bilər və yaşadığı halda mənzilə köçmə barədə ərizə verərdimi? Bundan başqa aktda imza edən şəxslər göstərir ki, “qonşuların deməyinə görə uzun müddət Rusiya Federasiyası nda yaşamışlar. Aktda imza edənlər yalnız özünə məlum olanları təsdiq edə blərlər, 2010-cu ildən sonra gələn qonşu haradan müəyyən edir ki, X21 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 1994-cü ildən mübahisə edilən mənzildə yaşamırlar. Aktla tanış olanda görünür ki, maraqlı şəxsin diqtəsi ilə akt tərtib olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt məhkəməyə təqdim edildikdən sonra, Cavabdeh1 aktda imza etmiş şəxslərlə görüşmüş və onların səslərini telefona yazdırmışdır, akta imza etmiş şəxslərdən iki nəfər bildirir ki, onlara dedilər ki, “Mirvarinin bu mənzildə yaşamasını təsdiqləməlisən, biz onu təqdiqləmişik. Biz sənin o, mənzildə yaşamadığını bildirməmişik”. Həmin səs yazmalarını məhkəməyə təqdim etmişlər. Məhkəmə ona qiymət verməmişdir. Aktda imza etmiş şəxslər məhkəməyə gəlmək istəmədikləri üçün Mirvari tərəfindən onlara deyilib ki, “siz akta imza etmisiniz, məhkəməyə getməsəniz sizə cinayət işi qaldıracaqlar”. Bundan başqa, məhkəməyə ərizə göndərib, polis şöbəsində araşdırma ilə bağlı materialların məhkəməyə gətirilməsinə kömək etməsini xahiş etmişlər, məhkəmə vəsatəti təmin etməmişdir. 4 ay ərzində məhkəmə hər hansı sənədi əldə etməmişdir.
26. İddiaçı mübahisə edilən mənzilində hər hansı hüququ yoxdur, Cavabdeh1 istifadə hüququ olduğu halda yaşadığı mənzildən zorla çıxarılmış, məhkəmə isə aşkar olunan hüquq pozuntusuna şərait yaratmışdır. Yaşamağa yeri olmadığı üçün mübahisə edilən mənzilə köçürülmə barədə ərizə ilə məhkəməyə müraciət edilmiş, hakim Elza Cəbrayılzadə mülki iş ilə müvəqqəti təminat tədbiri barədə ərizənin mahiyyəti üzrə eyni o lduğu üçün ərizəni təmin etməmiş, Cavabdeh1 çöllərdə qoymuşdur. Mübahisəli mənzil dövlət fondu mənzilidir, o, həmin mənzildə qeydiyyatdadır, istifadə hüququ var və orada yaşamışdır, onu yaşadığı mənzildən məhrum etmişlər.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı nın və cavabdehlərin mübahisəli mənzilə hansı əlaqələrinin və hüquqlarının olduğunu aydınlaşdırmamış, həmçinin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə toxunacaq digər şəxsləri işə cəlb etmədən qərar qəbul etmişdir.
29. Məhkəmə kollegiyası ilk olaraq İddiaçı mübahisəli mənzilə hansı hüququnun olması ilə bağlı qeyd etmişdir ki, Mingəçevir şəhər X18 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarı ilə Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzilə icarə hüququ X6 X7 dəyişdirilmişdir. İddiaçı anası X14 olmuşdur. Cavabdeh1 mərhum əri X8 anası X15 olmuşdur. Cavabdeh1 ilə mərhum X19 xx.xx.1989-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 uşaqlarıdır. Hazırkı mübahisə mənzildən istifadə münasibətlərindən yaranmışdır. Bu baxımdan, iddiaçının bil dirdiyi faktik hallara əsasən iddia tələbi 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Mingəçevir şəhər X18 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarında Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzili göstərilmişdir ki, X4 adına verilmiş 2 yanvar 1984-cü il tarixli 1039 nömrəli Order də Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 41 nömrəli mənzili ilə bağlı verilmişdir. Həmin orderdə X4 ailə üzvlərindən biri olaraq İddiaçı də adı göstərilmişdir. (Orderin İddiaçı adı göstərilən arxa hissəsində həmin adın üzərindən xətt çəkilməklə pozulmuşdur.) O cümlədən, Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışı mübahisəli mənzil barədə verilmiş və 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərara istinad edilməklə həmin qərarla M.Cavabdeh1 (X5) adına ev bölgüsü edildiyi göstərilmişdir. İş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, mübahisəli mənzil 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarla icarə hüququ ilə X7 verilmiş mənzildir. Orderdə İddiaçı da adı qeyd edildiyi Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 41 nömrəli mənzili də mübahisəli mənzillə eyni yaşayış binasında yerləşməklə qonşuluqdadır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, mübahisəli Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29 saylı evin, 32 saylı mənzili 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarla icarə hüququ il ə X7 verilmiş mənzildir. Orderdə İddiaçı da adı qeyd edildiyi Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 41 nömrəli mənzili də mübahisəli mənzillə eyni yaşayış binasında yerləşməklə qonşuluqdadır.
32. Şahidlərin ifadələrindən, 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 81 №- li arayışdan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan, o cümlədən tərəflərin izahatları və üçüncü şəxs kimi işə cəlb edilmiş X20 və X3 məhkəmə göndərdiyi teleqramlardan müəyyən olunur ki, iddiaçı anası icarədar X1 onunla birlikdə mübahisəli mənzildə yaşamış və X5 24 fevral 2018-ci ildə ölümündən sonra da həmin mənzildə yaşamağa davam edir.
33. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş 10 avqust 20 17-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X15 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29 saylı evin, 32 saylı mənzilində qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir.
34. Beləliklə, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının mübahisəli mənzildə istifadə hüququ vardır.
35. Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququna münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda Cavabdeh1 və uşaqları olan digər cavabdehlərin 1994-cü ildə mübahisəli mənzildən getdiyi qeyd olunmuşdur ki, cavabdeh məhkəmə iclaslarında həmin faktı mübahisələndirməklə mübahisəli mənzildən ailə üzv ləri olan digər cavabdehlər və mərhum əri ilə birlikdə müvəqqəti yaşamaq üçün 1999-cu ildə Rusiya Federasiyasının Perm şəhərinə getdiyini, uşaqlarının həmin şəhərdə orta məktəbdə oxuduqlarını, yay tətillərində Azərbaycana, o cümlədən mübahisəli mənzilə də gəldiklərini bildirmişdir. O qeyd etmişdir ki, sonuncu dəfə mərhum əri xəstə olarkən Azərbaycana gəlmiş, ərinin qulluğunda durmuş və onun dəfnini təşkil etmişdir. Daha sonra isə hazırki iş üzrə iddiaçı onu 2023-cü ilin fevral ayının 12-də, yəni ərinin ölümündən təqribən iki ay sonra mənzildən qovmuş və bir daha həmin mənzilə buraxmamışdır. Bununla bağlı, polisdə araşdırma aparılmışdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, hətta cavabdehin həqiqətən həmin mənzildən 1999-cu ildə getdiyi hesab edilsə belə, onun həmin vaxtdan sonra müba hisəli mənzildə yaşamadığı nəzərə alındıqda, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə əsasən cavabdehlər mübahisəli mənzilə istifadə hüquqlarını itirmişlər.
37. Cavabdehin mübahisəli mənzildə yaşamamasını iddiaçının onu həmin mənzildən çıxarması ilə əsaslandırmasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşama (mənzildən istifadə) hüquqlarını 1999-cu ildə həmin mənzildən gedərkən itirmişlər. Cavabdeh iddiaçının onu həmin mənzildən çıxarmasını bildirsə də, həmin çıxarmaya qədər hansı tarixdə həmin mənzilə gəlməsi və hansı tarixə qədər həmin mənzildə yaşaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
38. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktı müb ahisələndirməklə aktı imza edənlərin onun mübahisəli mənzildə yaşamadığı barədə bir söz demədiklərini iddia etmişdir ki, hətta bu hal doğru hesab edilsə belə, cavabdeh aktda deyilənlərin əksinə 1999-cu ildən sonra həmin mənzildə yaşadığını sübut etməli olduğu halda, bunu edə bilməmişdir.
39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, kollegiyanın verdiyi sorğuya cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsindən göndərilmiş 17 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 səhhətləri ilə bağlı müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilmişlər. Onların 1999-cu ildən sonrakı dövr ərzində mübahisəli mənzildə yaşamaları barədə heç bir sübut mülki iş materiallarında mövcud deyildir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 23 mart 2017-ci ildə, Cavabdeh2 isə 30 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasından getmiş və geri qayıtmamışlar. Göründüyü kimi, cavabdehlərin 1999-cu ildə mənzildən getdikdən sonra mübahisəli mənzildə yaşaması iş materialları ilə sübut olunmur.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
41. Mübahisənin həlli üçün əhəmiyyətli olan işin hallarından görünür ki, cavabdehlər iddia ərizəsində mübahisə edilən mənzildən 1999-cu ildə daimi məqsədlərlə getmişlər. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları həmin vaxt itirilmişdir. Hazırkı vəziyyətdə, yəni cavabdeh 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra onun mübahisəli mənzilə istifadə hüququnun yaranması əsasları isə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən müəyyən edilir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehin Rusiya Federasiyasından qayıtdıqdan sonra yenidən mübahisəli mənzildə yaşaması sübut olunmur. Ona görə də, hazırkı vəziyyətdə - cavabdeh Rusiya Federasiyasından qayıtdıqdan sonra - qanunvericiliyə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
42. Göründüyü kimi, Cavabdeh1 mübahisəli - Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29 saylı evin, 32 saylı mənzildən 1999-cu ildə daimi yaşamaq üçün Rusiya Federasiyasının Perm şəhərinə getməklə onunla yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi onun getdiyi gündən pozulmuş hesab edilir. O, 2022-ci ildə yenidən həmin mənzilə qayıdıb orada yaşamaq istəməklə həmin mənzildən yenid ən istifadə hüququ əldə etməmişdir.
43. İddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası yaranmamış hüququn itirilməsinin mümkün olmaması əsası ilə rədd edilməlidir. Cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan rədd edilməlidir.
44. Məhkəmə kollegiyası öz mövqeyini 28. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 52, 53 (3–cü hissə), 54 (1–ci hissə), 60 (1-ci hissə), 60 (10-cu hissə), 85 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixl i, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli və A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, ilk iddianın əsassız olduğu üçün rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayət i apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20 və Səfərova Mehparə Hilal qızı kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq 28. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi
48. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
49. Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
50. Maddə 53 (3–cü hissə). İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər.
51. Maddə 54 (1–ci hissə). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə e dirlər.
52. Maddə 60 (1-ci hissə). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
53. Maddə 60. (10-cu hissə). Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
54. Maddə
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
55. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üz vlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarı
56. Konstitusiya Məhkəməsi qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrinin qaydala rına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı
57. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hü quqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli 2(107)402/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.