Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2896/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X5 İddia tələbi: istifadə hüququnun tanınması və evə köçürülmə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, prosessual hüquq varisliyi, maddi hüquq normasının tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3286/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) Cavabdeh (bundan sonra – cavabdeh) atası X3 məxsus olmuş, sonuncu x xxxxxxx 2015ci il tarixdə ölmüşdür. İddiaçı (bundan sonra - iddiaçı) ilə cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra iddiaçı mübahisəli evə köçərək orada yaşamış, birgə nikahdan xx.xx.2017-ci il tarixdə XXX adlı uşaqları olmuşdur. xx.xx.2019-cu il tarixdə mübahisəli evi xüsusi mülkiyyət hüququ üzrə cavabdehin anası X4 (bundan sonra – üçüncü şəxs) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icr aat İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək mübahisəli evə istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2018-ci ilin noyabr ayında aralarında söz-söhbət yaranmış, məcburiyyət qarşısında xx.xx.2018-ci il tarixdə mübahisəli evdən çıxmışdır. Hazırda uşağı ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evində yaşayır. Valideynlərinə yük olmaq istəmir, cavabdeh isə bu vaxta kimi ona heç bir maddi yardım göstərməyib. Əmlakları bu gün də cavabdehə məxsus evdə qalmaqdadır. Cavabdeh və üçüncü şəxs könüllü olaraq onu mübahisəli evə buraxmaq istəmirlər. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1275/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddia təmin olunmuşdur. Cavabdeh və üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3286/2019 nömrəl iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov) apelyasiya şikayəti qismən təmin edimiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən mübahisəli yaşayış evinin iddiaçı gəlin köçərkən cavabdehin mülkiyyətində olması na və onun razılığı ilə həmin yaşayış evinə köçməsinə istinad etsə də, qeyd olunanlar işin araşdırılan halları ilə təkzib edilir. Birinci instansiya məhkəməsi işin hallarını ətraflı araşdırmamış, iş üzrə tərəflərin istinad etdiyi və sübut kimi qəbul etdiyi hallara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə, xx xxxxxxx 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü, Mülki Məcəllənin 27.1, 228.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1, 2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında xx.xx.1992-ci il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qayınatasına məxsus mübahisəli evə mərhumun ailə üzvlərinin öz razılığı ilə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçı bütün cehiz əşyalarını həmin evə yerləşdirmiş və hazırda da əmlakının bir hissəsi mübahisəli evdədir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. İddiaçı cavabdehlə evlənərək sonuncunun mərhum atasına məxus olan yaşayış evinə gəlin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlam aq mümkün deyildi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmışdır. İddiaçının yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsası yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Üçüncü şəxs (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarıldığından qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, hazırkı iddia tələbi üzrə cavabdeh iddia tələbinə cavab verməli şəxs deyil. Belə ki, mübahisəli mənzil üçüncü şəxsin mülkiyyətindədir. Bundan əlavə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulduğu üçün iddiaçı ilə nə mülkiyyətçinin, nə də cavabdehin hər hansı bir qohumluq əlaqəsi qalmamışdır. İddiaçı mülkiyyətçinin ailə üzvü deyil və onun mənzilinə müvəqqəti əsaslarla müəyyən müddətə yaşamaq üçün gəlmiş, oğlu ilə ailə münasibətləri pozulmuş və əşyalarının bir çoxunu götürməklə mənzildən birdəfəlik çıxıb getmişdir. Bundan əlavə hazırkı mübahisə üzrə mülkiyyətçi olduğu üçün iddia tələbinə cavab verməli olan şəxs birbaşa üçüncü şəxsdir. Lakin ona qarşı hər hansı bir iddia tələbi olmadığı halda onun mülkiyyətinə hər hansı bir əlaqəsi qalmayan şəxsin köçürülməsi yolverilməzdir və onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Məhkəmə qətnamədə hüquq münasibətinə Mənzil Məcəlləsin in 30.1, 30.2 və 30.4-cü maddələrini tətbiq etsə də, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığı kimi, qeyd edilən maddi hüquq normalarının da tətbiqi dairəsinə düşmür. Qeyd edilən hüquq normasının məzmununa görə mülkiyyətçi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yox əgər məhkəmə həmin maddənin (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi) ikinci cümləsinə əsaslanmışdırsa, belə olan halda iddiaçının maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini əsaslandırmalı və mülkiyyətçiyə məxsus mənzildən hansı müddətə istifadə hüququnun saxlanmasını göstərməli i di. Üçüncü şəxsin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş üçüncü şəxs qətnaməni tam mübahisələndirdiyindən və şikayətin dəlilərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşaya n mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xita m verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müd dəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. MPM Maddə 54 İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabd eh ilə əvəz edə bilər (54.1). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2). Maddə
58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də m əcburidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçının mübahisəli evdən istifadəsi ilə bağlı hüquq münasibətləri 2016-cı ildə yaranmışdır. MPM-in 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin hüquq münasibətlərinə Mülki Məcəllənin 228-c i maddəsi deyil, xx xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəllənin 30-cu maddəsi tətbiq edilməlidir. Buna baxmayaraq işə baxmış apelyasiya instansiyası məhkəməsi mübahisəyə, həmçinin Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmiş və həmin maddəyə istinadla hesab etmişdir ki, iddiaçı cavabdehlə evlənərək sonuncunun mərhum atasına məxsus olan yaşayış evinə orada yaşayan şəxslərin razılığı ilə gəlin köçməklə istifadə hüququ əldə etmiş, yaşayış evinin mülkiyyətçisi öldüyü üçün onunla müqavilə bağlamaq mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini, həmçinin 1992-i ilədək qüvvədə olmuş maddi hüquq normalarının izahına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. İddiaçının mübahisəli evə gəlin köçdüyü zaman evin rəsmi reyestrdə cavabdehin atasının adına qeydiyyatda olduğu işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, ölmüş şəxsin adına qeydə alınmış yaşayış sahəsinə Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən istifadə hüququnun yaranıb-yaranmadığı barədə məsələnin həlli iddiaçının ailə üzvü olduğu şəxslərin miras əmlakı faktiki və ya rəsmi qəbul etməklə miras əmlaka mülkiyyət hüququnu əldə edib-etmədiyi müəyyən olunduqdan sonra mümkündür. Digər tərəfdən hazırkı iş üzrə mübahisəli ev birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra – xx.xx.2019-cu il tarixdə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış və bununla bağlı sübut apelyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Bun a baxmayaraq apelyasiya instansiyası məhkəməsi artıq mübahisəli evin mülkiyyətçisi olan və iş üzrə cavabdeh olmayan şəxsin prosessual hüquq varisliyi barədə məsələni müzakirə etmədən həmin əmlaka istifadə hüququnun tanınması və oraya köçürmə barədə iddia tələbinə mahiyyəti üzrə baxmış və iddianı təmin etmişdir. Halbuki MPM-in 58-ci maddəsinə əsasən maddi hüquq münasibətlərində şəxslərin dəyişməsi ilə tərəflərdən biri sıradan çıxdıqda məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz edə bilər. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmçinin hazırkı iş üzrə iddiaçının cavabdehlə nikahlarının pozulduğu da işin mübahisə olunmayan halıdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etsə də, həmin maddənin mübahisəyə tətbiqi mü mkünlüyünə qiymət verməmiş, həmin maddənin dispozisiya şərtlərinə baxdığı işin halları baxımından qiymət verməmişdir. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən apelyasiya hazırkı mübahisəyə MPM-in 58-ci maddəsinin tətbiqinin mümkünlüyü barədə məsələyə qiymət verməli, MPM-in 88-ci, 217.2-ci və qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilm əlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3286/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.