Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2897/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X7 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehin oğlu Natiq Ramazanovla 1 6.04.2008-ci il tarixdə nikaha girmidir. Ailə qurarkən iddiaçı cavabdehin sahibliyində olanXünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Orada yaşadığı dövrdə 23.09.2009-cu il tarixdə x və 27.05.2011-ci il tarixdə Dinara Ramazanova adlı uşaqları doğulmuşdur.
2. Xaçmaz Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli qətnaməsi ilə X9 ilə x qızı arasında bağlanmış 16.04.2008-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, onu azyaşlı övladları 23.09.2009-cu il təvəllüdlü X5 və 27.05.2011-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh sahibliyində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Göstərilən yaşayış evinə cavabdehin atası X1 adına texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Cavabdehin iki mərtəbəli yaşayış üçün hər bir şəraiti olan yaşayış evi mövcuddur. Himayəsində olan uşaqlarla birlikdə həmin evə köçüb orada yaşamaq istəyir və bu onun hüququdur.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) 30 iyun 2020-ci il ta rixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev iddiaçının qayınatasının sahibliyində olmuşdur və iş materiallarında iddiaçının mübahisəli evə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi ilə bağlanan yazılı razılaşma yoxdur. Bu baxımdan iddiaçının mübahisəli evə istifadə hüququ yaranmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) 12 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, DƏDRX-nın 5 saylı Xaçmaz ərazi idarəsinin 27.01.2020-ci il tarixli **********84 nömrəli məktubu ilə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsində tam aydınlığı ilə göstərilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh özü şəxsən bildir mişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka, yəni evə mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyil. Həmin sənədin mövcud olmaması qətnamədə də öz əksini tapmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehin həmin evə 13.03.1989-cu ildə tərtib edilməsi göstərilən qeydiyyat vəsiqəsinin ortaya çıxması müəyyən şübhələr doğurur. Həmin sənədin həqiqi və ya saxta olması barədə məhkəmə heç bir araşdırma aparmamışdır. Çox güman ki, həmin sənəd sonradan “düzülüb-qoşulmuşdur”. Həmin sənəd mövcud olsaydı cavabdeh onu birinci instansiya məhkəməsində üzə çıxarardı. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi mülkiyyətdə olan yaşayış evlərinə aiddir. Digər tərəfdən Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılana qədər mövcud olmayan (ol saydı həmin vaxt təqdim olunardı), apellyasiya məhkəməsində üzə çıxarılan və həmin vaxta qədər ciddi cəhdlə gizlədilmiş mülkiyyət sənədinin mövcudluğu iddiaçıya məlum olmamışdır. Həmin sənəd mövcud olmuşdursa da, cavabdeh onu gizli saxladığına görə onunla yaşayış sahəsindən istifadəyə dair müqavilə imzalamaq və onu reyestrdə qeydiyyata saldırmaq mümkünsüz və iddiaçının iradəsindən kənar olmuşdur. Ona görə də məhkəmənin qeydiyyat vəsiqəsinə istinad etməklə aralarında yazılı razılaşmanın bağlanmamasına və onun dövlət reyestrində qeydiyyata alınmamasına istinad etməsi ən azından anlaşılan deyildi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual qanunvericiliyə tam uyğun olaraq çıxarılmış, məhkəmə tərəfindən İddiaçı iddia ərizəsindən görsətdiyi dəlillərə düzgün hüquqi qiymət verilmişdir. Kassatorun həmin məhkəmə qətnaməsi barədə mövqeyi ədalətsiz və qeyri-obyektiv olmaqla yanaşı, bu qəbildən olan mübahisələr üzrə kassasiya instansiyası məhkəməsinin daha öncə çıxardığı məhkəmə aktlarında sərgilədiyi hüquqi mövqeyə də ziddir və birbaşa olaraq fərdi yaşayış evinin mülkiyyətçisi kimi cavabdehin hüququna qarşı yönəlmişdir. Hər hansı bir sübuta söykənmədən kassatorun şikayətində göstərdikləri qeyri-obyektivliyi və əsassızlığı ilə fərqlənir ki, bu hallar da apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında işt irak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata k eçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
17. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ai lə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Xaçmaz Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(067)-2517/2020 saylı qətnaməsinin surətindən görünür ki, X6 İddiaçı qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair iddiası qismən təmin edilmiş, X9 ilə x qızı arasında 16.04.2008-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, 23.09.2009-cu il təvəllüdlü X5 və 27.05.2011-ci il təvəllüdlü X4 anaları x qızının yanında qalmaları, 23.09.2009-cu il təvəllüdlü X2 və 27.05.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 dekabr 2019-cu il tarixdən başlayaraq X3 hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində sabit pul şəklində alimentin alınaraq x qızına verilməsi qət edilmişdir. 26. ünvan 3 ünvanda yerləşən evə 1961-ci ildə X1 adına, sonra isə Cavabdeh adına texniki pasport tərtib olunmuşdur.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.01.2020-ci il tarixli, **********84 saylı məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir.
28. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı ev Cavabdeh adına şəxsi mülk iyyət hüququ əsasında 13 mart 1989-cu il tarixdə qeydə alınmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı ev Cavabdeh məxsusdur və onun həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 mart 1989-cu il tarixdə qeydə alınmışdır.
30. İddiaçı 16.04.2008-ci il tarixdə Cavabdeh oğlu X9 ilə rəsmi nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı evə gəlin köçmüşdür.
31. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır. 32. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
33. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur.
34. İş materiallarından, iddia ərizəsindən, tərəflərin izahat larından görünür ki, iddiaçı ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı evin mülkiyyətçisi olan Cavabdeh arasında iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab etmişdir.
36. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iş materiallarında mübahisəli evin 1989-cu ildən mülkiyyət hüququ ilə cavabdehə məxsus olmasına dair qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti vardır. Odur ki, hazırkı mübahisənin evin hüquqi vəziyyətinin nəzərə alınmaqla həll edilməsi maddi və prosessual hüquq normalarına uyğundur.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəl i iş üzrə 12 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.