Məhkəmə qərarları › İş №2(102)-2897/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2897/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2897/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti) iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)421/2023 saylı qətnaməsindən məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayəti üzrə işə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadı ilə tələbkar Maraqlı şəxs ASC ilə borclu “X4” MMC arasında bağlanmış barışıq sazişinə əsasən, sonuncu Maraqlı şəxs ASC borclu olduğu 1.315.091 avro pulun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə “X4” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən və adları həmin qərardadda olan siyahıda göstərilən mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları heç bir əlavə şərt qoyulmadan tələbkar Maraqlı şəxs ASC i stifadəsinə və sərəncamına verməyi öhdəsinə götürür. Qeyd edilən siyahıdan görünür ki, həmin binanın 1-ci mərtəbəsində yerləşən 421,8 kv.metr, 2-ci mərtəbəsində yerləşən 858.2 kv.metr mağazalar tələbkar Maraqlı şəxs ASC təhvil verilməlidir.

2. Satıcı “X4” MMC-nin direktoru X1 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqaviləyə əsasən, satıcı “X5” MMC 24 ay müddətində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcı İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə sözügedən yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) hər kv.metri üçün 1.500 manat olmaqla, cəmi 189.000 manat pul vəsatini satıcı "xxxx" MMC ödəməyi öhd əsinə götürüb.

3. Satıcı “X5” MMC tərəfindən verilmiş 07 may 2013-cü il tarixli kassa mədaxil orderinə əsasən alıcı İddiaçı ev almaq üçün satıcı “X5” MMC hesabına 189.000 manat pul köçürüb.

4. Satıcı “X5” MMC tərəfindən verilmiş 07 may 2013-cü il tarixli, 144 saylı maliyyə arayışına əsasən, alıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinə (mağazaya) görə satıcı “X5” MMC borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh “X5” MMC (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2013-cü il tarixli müqaviləyə əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal y aşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

6. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırıb ki, cavabdehlə 07 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlayıb və həmin müqaviləyə əsasən, cavabdeh, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) dəyərini nağd ödəməklə onun mülkiyyətinə verilməsinə dair öhdəlik götürüb. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən inşa ediləcək binanın qeyriyaşayış sahəsinin (mağazanın) hər kv.metrinin qiyməti 1.500 manat, ü mumi dəyəri isə 189.000 manat müəyyən edilib. Qeyri-yaşayış sahəsinin (mağazanın) pay haqqı tam məbləğdə onun tərəfindən ödənilib və bu barədə cavabdeh tərəfindən onun adına maliyyə arayışı verilib. Müqaviləyə əsasən cavabdeh sözügedən qeyri-yaşayış sahəsini (mağazanı) 24 ay müddətində inşa edib ona təhvil verməyi öhdəsinə götürsə də, ötən müddət ərzində öhdəliyini yerinə yetirməyib və nəticədə sözügedən qeyri-yaşayış sahəsinə (mağazaya) olan sahiblik hüququndan məhrum olub. Cavabdeh üzərinə düşən öhdəliklərini könüllü icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Odur ki, iddia təmin edilməlidir.

7. Cavabdehin rəhbəri M.A.Zeynalov iddianın etiraf olunması barədə məhkəməyə yazılı ərizə verib və ərizəsini onunla əsaslandırıb ki, 07 may 2013-cü il tarixli müqaviləyə əs asən cavabdeh tərəfindən həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilib. Ona görə də iddianı etiraf edir və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsi ilə (hakim Elşad Şamayev) iddia təmin edilərək, Bakı şəhəri, Yeni Y asamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) 07 may 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehə həvalə edilib.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı 07 may 2013-cü il tarixdə cavabdehlə müqavilə bağlayaraq, sonuncu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən, sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) əldə edib və qeyri-yaşayış sahəsinin dəyəri olan pul vəsaitini həmin tarixdə tam olaraq cavabdehə ödəyib. Cavabdeh isə müqavilə bağlanan tarixdən 2 il müddət ərzində qeyriyaşayış sahəsinin tikintisini tamamlay araq iddiaçının sahibliyinə verməyi öhdəsinə götürüb.

10. Birinci instansiya məhkəməsi məhkəmə iclasında müəyyən etmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq cavabdehə ödəsə də, sonuncu həmin qeyri-yaşayış sahəsini rəsmi olaraq iddiaçıya təhvil verməyib. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə yazılı ərizə verməklə iddianı etiraf edib və iddianın təmin edilməsini məhkəmədən xahiş edib.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən, cavabdeh isə iddianı etiraf etdiyindən, həmin etiraf isə hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyin i pozmadığından, qeyd olunan etiraf qəbul edilməli və iddia təmin olunaraq sözügedən qeyri-yaşayış sahəsi (mağaza) iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməlidir.

12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 442, 445.2.1, 448.1, 452.1, 752.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 191.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs ASC (bundan sonra-Bank) apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

14. Apellyator apellyasiya ş ikayətini onunla əsaslandırıb ki, hazırki iş üzrə qətnamə qəbul edilən vaxt artıq cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Banka təhvil verilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı cavabdehdən 07 may 2013-cü il tarixli müqavilə ilə qeyriyaşayış sahəsini aldığını iddia etsə də, həmin qeyri-yaşayış sahəsinin Banka verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda iddiaçının hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz bağlanıb. Həmin işə baxılarkən cavabdehin iştirakı təmin edilməyib, məhkəmə tərəfindən hə min müqavilənin həqiqiliyini yoxlamaq üçün ekspertiza keçirilməyib. İddiaçı ilə müqavilə 07 may 2013-cü ildə bağlanıb. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyib. Hazırkı müqavilə həmin dövrdə cavabdehin direktoru olmuş Elnur Məmmədovla bağlanıb, sonuncu isə direktor olduğu dövrdə törətdiyi qanuni zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilib və hal-hazırda cəza çəkir. İş üzrə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb. Belə ki, Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 dekabr 2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı icra sənədinə əsasən cavabdehdən Bankın xeyrinə cəmi ******* avro pul tutulmalı, tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda olan 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə 421 kv.metr və 2-ci mərtəbədə isə 858 kv.metr qeyri-yaşayış sahələrinə yönəldilməlidir. Qeyd olunan icra sənədi Şöbənin icraatına 21 aprel 2011-ci il tarixdə daxil olub və müvafiq qaydada icra icraatına başlanılıb və icra tədbirləri nəticəsində icra sənədi üzrə Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilib. Digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması, onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbilə onların təhvil verilməsini təmin etmək mümkün olmamışdır.

15. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 23 dekabr 2021-ci il tarixli, 2(103)-9880/2021 saylı qətnaməsi ilə (hakimlər- Rəşad Həsənov sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyator, apellyasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 10 avqust 2013-cü il tarixli qərardadına istinad edib, lakin həmin qərardadda qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yer ləşməsi dəqiq göstərilməyib.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materialları ilə müəyyən olunur ki, həmin məhkəmə qərardadı icra edilməsi üçün Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsinə icra edilməsi üçün 2011-ci ildə daxil olsa da, tam icra edilməyib və qeyd edilən mağazalar tələbkara təhvil verilməyib. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunun 1-ci mərtəbəsində 421.8 kv.metr mağaza sahəsinin həmin binanın hansı hissəsində yerləşməsi, o cümlədən hazırkı qətnamə ilə iddiaçıya təhvil verilmiş 126 kv.metr qeyri-yaşayış sahəsi (mağaza) ilə üst-üstə düşübdüşmədiyi müəyyən edilmir. Apellyator, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etm əyib.

18. Məhkəmə kollegiyası hazırkı qətnamə əsasında iddiaçıya təhvil verilməsi qət edilmiş qeyri-yaşayış sahəsinin (mağazanın) Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadına əsasən Banka təhvil verilməli olan mağaza sahələri ilə üst-üstə düşməsi halı sübuta yetirilmir. Beləliklə, iddia əsaslıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Bank kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonrakassa siya instansiyası məhkəməsi) 09 avqust 2022-ci il tarixli, 2(102)-3021/2022 saylı qərarı ilə (hakimlər İ.Xələfov sədrlik edən, məruzəçi, İ.Xəlilov və Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-9880/2021 saylı qətnaməsi ləğv edilib və mülki iş yeni apellyasiya baxışına qaytarılıb.

21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bankın apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyası tərəfindən 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə məktub göndərilib və həmin məktubda icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunub. Həmin məkt uba İcra Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli cavaba görə 03 avqust 2010-cu il tarixli icra sənədi İcra Şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olub və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj Banka təhvil verilib, digər mənzillərdə yaşayış olduğu, müqavilə ilə digər şəxslərə satıldığı, habelə qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmayıb. Ona görə də həqiqətə nail olmaq üçün Bankın, cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakının təmin edilməklə işə baxılması mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi on ların iştirakı olmadan işə baxıb və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmamasını yoxlamayıb və bu məqsədlə heç bir araşdırma aparılmayıb.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal, Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlməyə əsas vermir.

23. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilm əyib. Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinin 21 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri binanın həm birinci, həm də ikinci mərtəbələrində yerləşir. İddiaçının iddia etməsinə görə isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. Belə olan halda, cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən olunmalı və bununla əlaqədar binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq edilməklə, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən olunmalıdır.

24. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli qeyri-yaşayış sahəsinə yer li baxış keçirilməklə həmin qeyri-yaşayış sahələrinin yeri müəyyən olunmalı və həmin sahələrin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməlidir.

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf olunmasını iddianın təmin edilməsi üçün əsas kimi qəbul edərkən Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin hazırkı vəziyyətdə iddianın təmin edilməsi üçün əsas verməməsini nəzərə almayıb. Belə ki, sözügedən normanın mənasına görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətlə ri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu səbəbdən qəbul edilmiş qətnamə Bankın maraqlarına toxunduğu üçün apellyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinin tələblərinə istinad etməsi əsassız olub.

26. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 442, 448, 452.1-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2 və 416.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. İşə yenidən apellyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə tikinti texnikiekspertizası təyin edilib, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli məktubu ilə tərəf lər təyin edilmiş yerə gəlmədiyindən, tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlər Mərkəzə təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilib.

28. Məhkəmə kollegiyası tərəfindən 09 mart 2023-cü il tarixdə iddiaçının, habelə Bankın nümayəndəsinin və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın mühafizəçisi Muradxan Əsədovun iştirakları ilə yerində müayinə aparılıb və sonuncunun deməsinə görə sözügedən binaların aşağısında yerləşən 3 mərtəbədən ibarət qarajlar cavabdeh tərəfindən Banka təhvil verilib, başqa qeyri-yaşayış sahələri təhvil verilməyib. İddiaçının deməsinə görə qətnamənin qəbulundan sonra icraçı tərəfindən ölçülərək ona təhvil verilmiş 126 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini göstə rib və qeyri-yaşayış sahəsini təxminən 2010cu ildə alıb və müqavilədən əlavə hər hansı başqa sənədi yoxdur.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yerində müayinə keçirilən zaman işdə iştirak edən şəxslərin deməsinə görə cavabdeh bina 1-in qarşısında (yola tərəf olmayan) binanın görünən 1-ci mərtəbəsində sağ tərəfdən 1-ci olan qeyri-yaşayış sahəsi mübahisə predmeti kimi təqdim edilib. Gözəyarı baxışla sahənin 126 kv.metr olması müəyyən edilib.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-421/2023 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsi də yişdirilmədən saxlanılıb.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb və qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılıb.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər araşdırılsa da, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməyib.

33. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı üzrə verilmiş icra sənədi İcra Şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olub və icra tədbirləri nəticəsində 2 əd əd təmirsiz mənzil və 117 ədəd qaraj Banka təhvil verilib, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə həmin mənzillərin və qeyriyaşayış sahələrinin digər şəxslərə satıldığı, habelə onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların Banka verilməsinin təmin edilməsi mümkün olmayıb.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməsi və mübahisə edilən sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olması heç bir sübutla təsdiq edilmədiyindən, Bankın apellyasiya şikayətində göstərdiklərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddianın cavabdeh tərəfindən etiraf edilməməsi belə, mübahisələndirilməyən müqavilə üzrə cavabdeh tərəfindən öhdəlikl ərin icra edilməməsi və iddianın rədd edilməsi üçün əsaslar müəyyən etmir.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 178.8, 442, 567, 569.1, 569.2, 570.1, 570.1.1, 762.1-762.4-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırıb. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

36. Bank (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

37. Kassator şikayətini onunla əsaslandırıb ki, iddiaçı cavabdehdən 07 may 2013-cü il tarixli müqavilə üzrə sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini (mağazanı) satın alıb. Halbuki, sözügedən binada olan qeyr i-yaşayış sahələri Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərarı ilə Banka verilib və həmin vaxt iddiaçının qeyri-yaşayış sahəsinə dair hər hansı müqaviləsi olmayıb. Odur ki, sözügedən müqavilə qanunsuzdur. Əgər iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin sahibi olduğunu iddia edirsə 4 il ərzində hansı səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edərək, pozulmuş hüququnun bərpa edilməsini tələb etməyib. Apellyasiya instansiyası məhkəməsi göstərilən mübahisəli vəziyyətdə həqiqətə nail olmaq üçün cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakını təmin etməklə işə baxılmasının mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, onların iştirakı olmadan işə baxıb və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmadığını yoxlamayıb və bu məqsədlə heç bir araşdırma aparmayıb. Apelyasiya instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilənin həqiqi olub-olmadığını müəyyən etmək məqsədilə cavabdeh tərəfindən 2013cü il tarixdə cəmiyyətin direktoru olmuş Elnur Məmmədovun rəhbərliyi dövründə bağlanmış müqavilələri iddiaçı ilə bağlanmış müqavilə ilə tutuşduraraq müqayisə etməli, müqavilələrin forması, məzmunu, şrifti, habelə Elnur Məmmədovun imzası tutuşdurulmalı idi. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, sözügedən binada 1-ci mərtəbədə neçə kvadrat metr qeyri yaşayış sahəsinin mövcud olduğunu, 1-ci mərtəbə üzrə (qeyriyaşayış sahəsi) neçə müqavil ə bağlanıldığını, bağlanmış müqavilələr üzrə neçə kv.metr sahə satıldığını, iddiaçıya verilən sahənin konkret olaraq binanın hansı hissəsində olduğunu, iddiaçıya sahə verilərkən sahənin ayrılması, dislokasiyası, sxemi əks etdirən sənədlərin mövcud olub-olmadığını müəyyən etməli idi. Həmçinin, cavabdehin nümayəndəsinin bilavasitə məhkəmə iclasında iştirakını təmin edib, hazırki mübahisəli məsələyə onun münasibətini öyrənməyib, başqa sözlə iş üzrə müvafiq ekspertiza keçirib iddiaçı ilə bağlanmış müqavilənin həqiqiliyini yoxlamayıb. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olm adıqda isə daha əvvəl iddia irəli sürənindir.

42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Maddə

752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podartçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

45. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

46. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcı ya verməyə borcludur.

47. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvercilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a) verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

57. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini ar aşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayıb.

58. Belə ki, əvvəla kassasiya instansiyası məhkəməsi bundan əvvəlki qərarında həqiqətə nail olmaq üçün Bankın, cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə bilavasitə məşğul olan icra məmurunun iştirakları ilə mübahisə predmeti olan qeyriyaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olubolmamasının yoxlanılması; cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçülərinin müəyyən olunması; bununla əlaqədar olaraq həmin binanın texniki sənədlərinin tərəflərin birgə iştirakı ilə tədqiq edilməklə, mübahisəli qeyriyaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerinin müəyyən edilməsi; habelə iddianın cavabdeh tərəfindən etiraf olunması Bankın hüququnu pozduğu üçün bunun qəbuledilməz olmaqla, Mülki Prosessual Məcəlləsinin 52, 191-ci maddələrinə istinad edilməsinin əsassız olması; tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı mübahisə olmadığı halda, iddiaçının hansı səbəbdən belə bir tələblə məhkəməyə müraciət etməsinin aydınlaşdırılmaması və sair barədə konkret göstərişlər verdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin normanın mənasına görə kassasiya instansiyasında işə baxan məh kəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

59. Digər tərəfdən işdən görünür ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi 07 may 2013-cü il tarixli müqavilədə göstərilən, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyriyaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi barədədir.

60. Cavabdeh isə məhkəməyə yazılı ərizə verərək iddianı etiraf edib. Belə olan halda tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisənin nədən ibarət olduğu məlum deyil.

61. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və iddiaçının hansı səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə aydınlıq gətirməyib.

62. Halbuki, mülki prosessual qanunvericiliyə görə, mülki iş üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir (Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsi).

63. Eyni zamanda, həmin Məcəllənin 4.1 və 5.1-ci maddələrində göstərilir ki, fiziki və hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda əmələ gəlmiş olur ki, onların qanunla qorunan öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək zərurəti yaranmış olsun; məhkəmədə isə iş o, halda başlanılır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs məhz pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün mə hkəməyə müraciət etsin.

64. Əksinə, belə bir iddianın qaldırılması əslində qanuni qüvvəyə minmiş məhkəmə aktını cavabdehin icra etməsindən yayınmasına yönəlib.

65. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında 02 iyun 2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilib və həmin qərardad üzrə verilmiş icra sənədinə əsasən, cavabdehdən Bankın xeyrinə 1.315.091 avro pul tutulub və tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə yönəldilib. Qeyd olunan icra sən ədi İcra Şöbəsinin icraatına 21 aprel 2011-ci il tarixdə daxil olub, müvafiq qaydada icra icraatına başlanılıb və icra tədbirləri nəticəsində icra sənədinə əsasən sözügedən əmlaklardan Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilib. Digər mənzillərdə yaşayış olduğu, cavabdeh tərəfindən sonradan müqavilə ilə başqa şəxslərə satıldığı, mənzillərin və qeyri-yaşayış sahələrinin yerləşdiyi yer dəqiq göstərilmədiyi üçün, onların Banka təhvil verilməsi mümkün olmayıb.

66. Göründüyü kimi, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbulundan sonra cavabdeh açıq-aşkar iddiaçıya Bankın hüququndan və iddiasından azad olmayan qeyri-yaşayış sahəsi (mağaza) verib. Başqa sözlə, Bank cavabdehə vermiş olduğu pul vəsaiti həcmində sözügedən əmlaklara, yəni Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində onun tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə 2010-cu ildən iddialı olub, mübahisəli qeyri-yaşayış sahəsi isə iddiaçıya 2013-cü ildə satılıb.

67. Belə olan halda hazırki mübahisənin obyektiv həlli üçün ilk növbədə tərəflərin, Bankın nümayəndəsinin, habelə sözügedən icra sənədinin icrası ilə məşğul olan icra məmurunun məhkəmə iclasında iştirakları təmin edilməklə məsələyə aydınlıq gətirilməli, zərurət yaranarsa iş üzrə müvafiq ekspertizalar keçirilməklə həm borcun əvəzinə Banka verilmiş yuxarıda qeydə olunan binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 421 kv.metr, 2ci mərtəbəsində yerləşən sahəsi 858 kv.metr olan qeyr i-yaşayış sahələrinin, həm də iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin yerində ölçüləri, sərhədləri, həmin qeyri-yaşayış sahələrinin binanın hansı hissələrində yerləşmələri, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması, həmçinin mübahisəli 126 kv.metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış 07 may 2013-cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.

68. Bunun üçün, 2013-cü ildə cavabdehin qanuni təmsilçisi olmuş Elnur Məmmədovun imzaladığı digər müqavilələrlə, iddiaçı ilə bağlanmış müqavilənin forması, məzmunu, şrifti və sair xüsusi əlamətləri qarşılıqlı şəkildə tədqiq edilməli, sözügedən bi nanın 1-ci mərtəbəsində ümumiyyətlə neçə kv.metr qeyri yaşayış sahəsinin mövcud olduğu, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinə dair hansı ölçüdə neçə müqavilənin bağlandığı, həmin müqavilələr üzrə faktiki neçə kv.metr sahənin satıldığı, mübahisəli 126 kv.metr qeyri-yaşayış sahəsinin dislokasiyasını, sxemini özündə əks etdirən sənədlərin mövcud olub-olmadığı tərəflərin iştirakı ilə araşdırılmalı və həmin sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

69. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, öz qərarının icrasını təmin etməyib və xüsusi bilik tələb edən söz ügedən suallara aydınlıq gətirmədən, iş üzrə yekun məhkəmə aktını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, aidiyyəti sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışıb və nəticədə Mülki Proessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 77.3, 81, 99-cu maddələrinin tələblərini pozub.

70. Bundan başqa, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gələməyə əsas vermir.

71. Çünki, tərəflər arasında bağlanmış sözügedən müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması g östərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi ümumiyyətlə göstərilməyib. İcra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri isə binanın həm 1-ci, həm də 2-ci mərtəbələrində yerləşir.

72. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yalnız tərəflərin izahatlarına əsaslanaraq iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin sözügedən binanın məhz 1-ci mərtəbəsində yerləşməsinə dair gəldiyi nəticə qanuni əsaslı sayıla bilməz. Çünki işdə, ümumiyyətlə sözügedən binanın, habelə iddiaçının iddia etdiyi qeyri- yaşayış sahəsinin texniki vəziyyətini özündə əks etdirən heç bir sənəd (binanın, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin sxemi, eskizi, texniki pasportu və sair) yoxdur. İddiaçı ilə bağlanmış müqavilədə isə həmin qeyri-yaşayış sahəsinin bin anın neçənci mərtəbəsində yerləşməsi göstərilməyib.

73. Digər tərəfdən, sözügedən mülki prosessual normaların mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə tasdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

74. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən edilməli və bununla əlaqədar olaraq binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən edildikdən sonra, həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyriyaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməlidir.

75. Göründüyü kimi, apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə qanunilik və əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddələrin mənasına görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

77. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşül ür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

79. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir k i, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs ASC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-421/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar