Məhkəmə qərarları › İş №2(102)-2898/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2898/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2898/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X4 və X2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahiblik, sahibliyin müdafiəsi, əşya hüquqları, tələb hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X4 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmi şli rayon Bəhrəmtəpə Bələdiyyəsi cəlb edilməklə) "torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh5 ümumi yığıncağının xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus ərazidən 18,0 ha torpaq sahəsinin 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı icarəyə verilməsi qərara alınmışdır.

2. Həmin qərar əsasında bələdiyyə ilə İddiaçı arasında 18 ha torpaq sahəsinin 99 il müddətinə kənd təsərr üfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, icarə haqqı 126 manat müəyyən edilmişdir.

3. Tərəflərin bildirdiklərinə görə sahə uzun illərdir ki, Cavabdeh1 sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdehlər İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qər arı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən istifadə etməsinə mane olur, onu torpaq sahəsinə buraxmırlar. İddiaçı həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları yerquruluşu koordinatlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə iddiaçının icarəsində olan torpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və onların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri aparılmamışdır. İddiaçı dəfələrlə Cavabdeh1 müraciət edərək ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 18 ha torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə iddiaçı 2007-ci ildən icarəsində olan 18 ha torpaq sahəsindən istifadə edə bilmir. Bəhrəmtəpə Bələdiyyəsi onun icarəsinə verilmiş torpaq sahəsinin cavabdehlərdən azad edilərək ona verilməsini təmin etməmişdir. Cavabdeh Bəhrəmtəpə Bələdiyyəsi onun həmin torpaqdan istifadə etməsinə imkan yaratmalıdır.

6. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. 27 il ərzində həmin torpaq sahəsini yararlı vəziyyətə gətirərək 200-ə yaxın ağac əkmiş, 11000 ABŞ dolları məbləğdə vəsait xərcləyərək artezian quraşdırmışdır. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə, torpaq sahəsindən çıxmağa hazırdır. İddia tələbinin təmin edilməsi onun həmin torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquql arının pozulmasına yol açır. Onun və ailə üzvlərinin başqa yaşayış sahəsi yoxdur.

7. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(036)-1705/2021 nömrəli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, X5, X3, X4 və X1 Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılmaları qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və yalnız qeyd olunan torpaq sahəsi üzərində təsərrüfat işləri apardığını bildirmişdir. Halbuki, qan unvericiliyə əsasən gözlənti qanuni əsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti isə onun hüquqi əsasa bağlı olmasıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.5, 157.2, 157.4, 157.8, 164.1-ci, Torpaq Məcəlləsinin 51.1, 51.2, 84.1, 84.3, 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə icarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına aldırmalı idi. Yalnız bundan sonra onun qeyd olunan iddianı qaldırmaq üçün subyektiv hüququ yaranardı. Müb ahisəli torpaq sahəsi 27 il ərzində və hazırda onun sahiblik və istifadəsində olduğundan iddiaçının ümumiyyətlə bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İşdə icarəyə verilmiş torpaq sahəsinin Bəhrəmtəpə bələdiyyəsinə məxsus olması barədə sübut yoxdur. İcarəyə verilmiş torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olması yalnız ekspertiza ilə müəyyən edilə bilər ki, icarəyə verilmiş torpaq sahəsinin koordinatları olmadığından və qeydiyyata alınmadığından ekspertizanın keçirilməsi də mümkün deyil. Birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmiş, yalnız icarə müqaviləsinin mövcudluğunu nəzərə alaraq iddianı təmin etmişdir. Torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək, torpaq sahəsini yarar lı vəziyyətə gətirmiş, torpaq sahəsində 200-ə yaxın ağac əkmiş, 11000 ABŞ dolları xərcləyərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif ediİməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan iddiaçıya heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Torpaq sahəsində onun çox böyük əməyi olmuşdur. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə, torpaq sahəsindən çıxmağa hazırdır.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/22 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi qismən – “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə hüquqlarının qeydə alınmaması cavabdehlərin törətdikləri maneələr səbəbindən olmuşdur. Eyni zamanda bu hüququn qeydə alınmaması icarəsinə verilmiş torpaq sahəsinə sahiblikdən özbaşına məhrum edilmiş iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdehlərin mübahisəli torpaq sahəsində məskunlaşdırılmaları və ya sonradan köçürülmələri hallarının təsdiq edilmədiyini nəzərə alaraq, mübahisəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması nəticəsinə gəlmişdir.

14. Məhkəmə apellyasiy a şikayətinin dəlilləri üzrə onu da qeyd etmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyi ilə mübahisəli torpaq sahəsinin Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aid olması və iddiaçının icarəsinə verilməsi nəzərdə tutulan sahə olduğu təsdiq edilmişdir. Torpaq sahəsinin ayrıldığı vaxt, onun həmin torpaq sahəsində məskunlaşması və mübahisəli torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiq edilmir, torpaq sahəsindən qanunsuz istifadə isə torpaq sahəsinin cavabdehlərin icarəsinə verilməsi üçün əsas deyil, əksinə, onlar mübahisəli torpaq sahəsini aidiyyəti üzrə geri qaytarmalıdırlar. Eyni zamanda bələdiyyə mübahisəli torpaq sahəsini hərrac keçirmədən iddiaçıya icarəyə verməkdə haqlı olmuşdur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin aidiyy əti üzrə geri qaytarılması zamanı qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzinin ödənilməsi isə nəzərdə tutulmamışdır

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 166.3-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.3, 6.6, 6.7-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, MPM-nin 14.2, 77.1, 88, 218.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(106)-242/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(102)-3334/20 22 saylı qərarı (hakimlər Z.Əliyev, A.Hüseynov, İ.Xələfov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər.

18. Məhkəmə kollegiyası həmin normaların tətbiqi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahibl ik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.

19. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının mü bahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişlər. Hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, Bəhrəmtəpə Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir.

20. Məhkəmələr onu da nəzərə almamışlar ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.

21. Məhkəmələrin tə tbiq etdikləri MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.

22. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılma sına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.

23. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır.

24. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur.

25. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Kollegiya vurğulamışdır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.

26. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.

27. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.

28. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yeti rməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.

29. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.

30. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hə r hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz.

31. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir.

32. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər.

33. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Bəhrəmtəpə Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan ha lda iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması məhkəmələr tərəfindən göstərilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Pərviz Əhmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissədə ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

35. Kollegiya qeyd etmişdir ki, işin müəyyən olunan hallarına əsasən mübahisəli torpaq sahəsi İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi ilə İddiaçı arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqaviləyə əsasən sonuncuya 99 il müddətinə icarəyə verilmiş və 25 noyabr 2007-ci il tarixli akta əsasən yerində ölçüləri müəyyən olunaraq icarəçiyə təhvil verilmişdir. Torpaq sahəsindən istifadəyə görə icarə haqqı icarəçi tərəfindən vaxtlı-vaxtında ödənilir. Torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh5 24 noyabr 2007-ci il tarixli qərarı, həmin qərar əsasında sonuncular arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış icarə müqaviləsi, təhkim aktı qüvvədədir. Bunlardan başqa inzibati mübahisə üzrə qüvvədə olan məhkəmə qərarlarına əsasən icarəçi İddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması bir vəzifə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etsələr də, hazırda sonuncunun tələblərinə məhəl qoymadan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Odur ki, iddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni sahib olaraq mübahisəli torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə tam haqlıdır. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Bununla belə kollegiya hesab etmişdir ki, iddiaçının tələbi cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmalarından ibarət olduğu halda, iddiaya "çəkilən xərclərin əvəzi ödənilmədən" çıxarılmaları formada qiymət verən birinci instansiya məhkəməsi tələbdən kənara çıxmışdır. Halbuki Mülki Prosess ual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti üzrə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehlərin "çəkilən xərclərin əvəzi ödənilmədən" mübahisəli torpaq sahəsindən çıxarılmalarını qət etməklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin pozuntusuna yol vermişdir.

36. Kollegiya gəldiyi nəticənin hüquqi əsası kimi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.0, 4.0.1, 4.0.2, 6.1, 6.2, 6.3, 6.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 1, 2, 3-cü maddələrinə, 56-cı maddəsinin 1 və 3-cü hissələrinə, 66-cı maddəsi nin 1 və 2-ci hissələrinə, 111-ci maddəsinə, Mülki Məcəllənin 6.2, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 159, 163.1, 164.1, 164.2, 165.1, 165.2, MPM-in 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, apellyasiya instansiya məhkəməsinin ləğv edilmiş qətnaməsinə uyğun yeni qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməyib, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməyib. Cavabdehin ferm er kartı var və o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı da bu qəbildəndir. Hər iki tərəf hüquqi şəxs yaranmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər olduğuna görə Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə (mübahisələrin iqtisad məhkəməsinə aidiyyəti) müvafiq olaraq iddia ərizəsi aidiyyəti üzrə baxılmasından ötrü kommersiya məhkəməsinə göndərilməli olduğu halda, məhkəmə bunu etməmişdir.

39. Cavabdeh1 ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi gəlib İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmışdır. İmişli rayon İcra Hakimiyyətinin, təşkilatlarnın köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilərək verilmişdir. Özü də heyvanların saxlanması ü çün böyük tövlə tikmişdir. Torpaq sahəsi istifadəyə yararsız vəziyyətdə olmuş, 30 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada ağac əkmişdir. Bundan əlavə, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi İddiaçı qeyri-qanuni verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda, bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan, başqa kənd sakini olan iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydas”ında göstərilir ki, bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında " Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini tənzimləyən sənəddir. Məcburi köçkün köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Məcburi köçkünlər köçürülərkən mənzil sahəsinin həcmi, yararlılığı, su, istilik, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır. Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin ya məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işl ər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Məcburi köçkünlərin doğma yurdlarına qayıdana kimi məskunlaşdıqları torpaq sahəsindən çıxarılması qanuna ziddir. Cavabdehin və ailəsinin başqa yaşayış yeri yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etiraza əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, iddiaçının Bəhrəmtəpə bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2,60 ha və 6 ha (cəmi 11,60 ha) torpaq sahələri üzərində icarə hüquqları qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

43. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 44. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır

45. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

46. Maddə

159. Sahiblik ə şyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

47. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

49. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

50. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahi b onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

51. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları s übut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasi ya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

64. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi Cavabdeh5 ümumi yığıncağının xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə BəhrəmtəpəHoradiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus ərazidən 18,0 ha torpaq sahəsinin 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı icarəyə verilməsi qərara alınmış, bələdiyyə ilə İddiaçı arasında həmin torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, icarə haqqı 126 manat müəyyən edilmişdir.

65. Həmçinin iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tari xli, 2-1(120)-577/2022 saylı qərarı ilə Cavabdeh1 iddia tələbi təmin olunmuş, Cavabdeh5 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh1 Bəhrəmtəpə bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2,60 ha və 6 ha (cəmi 11,60 ha) torpaq sahələri üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

66. İddiaçı xx.xx.2007-ci il tarixli icarə m üqaviləsi əsasında onun icarəsinə verilmiş 18 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir.

67. Apelyasiya instansiyası iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «Cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etsələr də, hazırda sonuncunun tələblərinə məhəl qoymadan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Odur ki, iddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni sahib olaraq mübahisəli torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə tam haqlıdır».

68. Lakin sözügedən qətnamədən məhkəmənin mübahisəyə məhz hansı maddi hüquq normasını tətbiq etməsini müəyyən etmək olmur. Halbuki, bundan əvvəl işə baxmış Ali Məhkəmənin Mülki ko llegiyası da maddi hüquq normalarının tətbiqi ilə bağlı izah vermişdi və işə yenidən baxan məhkəmə kollegiyası həmin mövqelər nəzərə alınmaqla, maddi hüquq normasının tətbiqi üzrə aydın və əsaslandırılmış mövqe bildirməli idi.

69. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin əsaslandırılması tələbi, sadəcə maddi hüquq normalarının sadalanmaqla göstərilməsini deyil, həmin normaların dispozisiya şərtlərinin açıqlanması və işin müəyyən olunmuş həqiqi halları ilə uzlaşmasını izah etməklə məntiqli, aydın və ziddiyyətsiz nəticəyə gəlməni ehtiva edir. Baxılan işdə məhkəmənin əsaslandırması bu tələblərə cavab vermir.

70. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi, sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165.1 və 165.2-ci maddələrinin tətbi q olunması üçün müəyyən dispozisiya şərtləri nəzərdə tutulmuşdur.

71. Belə ki, Mülki Məcəllənin 165.2-ci maddəsində görə qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

72. Baxılan işdə cavabdehin əsas etiraz dəlilləri ondan ibarətdir ki, o, mübahisəli torpaq sahəsindən 27 il əvvəl, yəni bu torpaq sahəsi iddiaçıya icarəyə veriləndən əvvəl istifadə edirdi və orada təsərrüfat yaratmışdı.

73. Cavabdehin bu dəlilinin iddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti vardı və məhkəmələr tərəfindən araşdırılmalı idi. (Bundan başqa, cavabdehin iddiaçının icarəsinə verilmiş bütün torpaq sahəsindən, yaxud onun bir hissəsindən istifadə etməsi müəyyən deyil).

74. Həmçinin bu dəlil açıq-aşkar əsassız deyildi. Çünki mülki iş materiallarına əlavə olunmuş “X10 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçıya icarəyə verilmiş 18 ha torpaq sahəsinin 0,5 hektarında Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və digər yardımçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, əl damı, sanitar qovşaqlar və s) yerləşir, həmin torpaq sahəsində artezian quyusu və transformator mövcuddur.

75. Cavabdeh qeyd olunan torpaq sahəsindən istifadə etməsi üçün ona əsas verən bələdiyyə qərarı, icarə müqaviləsi və s. sənədləri təqdim etməyib. Lakin bununla yanaşı, onun həmin torpaqdan istifadə etməsinə, orada uzun müddətli fəaliyyətə hesablanmış tikililər (yuxarıda qeyd olunan rəyin mötəbərliyi sübut olunarsa hətta yaşayış evi) inşa edib təsərrüfatla məşğul olmasına bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən etiraz etməsinə dair hər hansı mötəbər sübut işə əlavə olunmamışdır və məhkəmə tərəfindən də bu hal araşdırılmamışdır.

76. Əksinə, məhkəmənin əsaslandırmasından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə ediblər.

77. Məhkəmə tərəfindən cavabdehin dəlilləri ətraflı araşdırılmadığından bilinmir ki, iddiaçı bu cür razılığı nə vaxt (torpaq icarəyə götürdüyü 2007-ci ildə yaxud daha sonra) vermişdir, iddiaçıya torpaq sahəsi icarəyə verilən zaman həmin torpaq sahəsində c avabdehin təsərrüfatı mövcud idimi?

78. Bundan başqa, mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki əgər iddiaçının cavabdehə torpaq sahəsindən istifadə etməsinə razılıq verməklə və 2007-ci ildən sonra uzun müddət cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etməməklə, orada əsaslı tikinti işləri görməsinə, hətta artezian qazmasına imkan verməklə müşayiət olunan hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasi ya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını, iddianın təmin olunması üçün cavabdehə müəyyən kompensasiya ödəməli olub olmadığını araşdırmamışdr.

79. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

80. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

81. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

82. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün ha qların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

83. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı).

84. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

85. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin p rinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

86. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

87. Apelyasiya instansiyası instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.

88. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçiri lməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar