Məhkəmə qərarları › İş №2(102)-2898/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2898/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2898/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1012/2023 nömrəli iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərə findən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixlı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 25-də olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir.

2. Gəncə “ASAN xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-1900 nömrə ilə qeydə alınmış 09 iyul 2015-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi X3 tərəfindən İddiaçı1 bağışlanmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən verilmiş 01 avqust 2015-ci il qeydiyyat tarixlı, RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 25-də olan fərdi yaşayış evi İddiaçı1 Vəliyəddin qızının mülkiyyətindədir.

4. Goranboy rayon İcra hakimiyyəti başçısının Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəliyinin 21 dekabr 2021-ci il tarixli, 52 nömrəli arayışından müəyyən olunur ki, Xəlifəyev X7 rayonu Qızılhacılı qəsəbisi 28 may küçəsi 25 nömrəli evdə qeydiyyatdadır və hal-hazırda arvadı Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qızı və bir nəfər azyaşlı uşağı ilə həmin evdə yaşayır.

5. Goranboy rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ***-*******2 nömrəli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2009-cu il tarixdə şəxsiyyət vəsiqəsi i lə təmin edilərkən Goranboy rayonu, Qızıl-Hacıl bələdiyyəsi, 28 May küçəsi, ev 25-də qeydiyyata alınmışdır. xx.xx.1991-ci il təvəllüdlü Bərdə rayonu, Xəsilli kəndində anada olmuş X9 halhazırda Bərdə rayonu, Xəsilli kəndində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanda yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 71,1 kv metr evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

7. İddiaçı1 iddiа ərizəsini оnunlа əsаslаndırmışdır кi, o, xx.xx.1977-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonu Qızılhacılı kəndində doğulmuş, hal-hazırda ailəsi ilə ünvan 3 ünvanda yaşayır. Cavabdeh1 qardaşı, Cava bdeh2 qardaşının arvadıdır. X1, anası X10 və qardaşı X8 tərəfindən 09 iyul 2015-ci il tarixdə notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli ümumi sahəsi 71,1 kv metr, yaşayış sahəsi 29,4 kv metr, yardımçı sahəsi 41,7 kv metr olan 1 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B tövlə, 1 mərtəbəli, tikinti altı sahə 71,6 kv metr, Liter C1 mərtəbəli, tikinti altı sahə 17,5 kv metr olan daşınmaz əmlak ona hədiyyə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, həmin ev və torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, daşınmaz əmlakın reyestr nömrəsi **********6 1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir. O, özü ailəsi ilə Goranboy şəhərində yaşayır, həmin evdə isə atası və anası yaşayırdılar. Atası 20 oktyabr 2021-ci ildə vəfat etmişdir. Həmin evdə hal-hazıradək anası yaşayırdı. Təxminən bir ay bundan əvvəl 30 ildir ki, ailəsi ilə daimi yaşamaq üçün Rusiyaya köçən və Rusiyanın Tümen şəhərində yaşayan qardaşı Cavabdeh1 və onun arvadı Cavabdeh2 azyaşlı uşağı ilə gələrək həmin evə yerləşmişlər. Atası yeni rəhmətə getdiyindən etiraz etməmişdir. Lakin indi cavabdehlər həmin evdə yaşayan qoca anasını incidirlər, söyürlər, təhqir edirlər, döyürlər. İndi isə ona məlum olmuşdur ki, cavabdeh həmin evə rəsmi qeydiyyata onun razılığı olmadan düşmüşdür. Halbuki, atası və anası evi ona bağışlayanda cavabdeh bu evdə yaşamadığı ndan və qeydiyyatda durmadığından notarius cavabdehin razılığını tələb etməmişdir. Ona görə istəmir ki, onun evində yaşasınlar. Könüllü evindən çıxmırlar. Tələbi ondan ibarətdir ki, cavabdehlər ona məxsus olan və ünvan 1 ünvanda yerləşən 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 71,1 kv metr evindən özləri könüllü olaraq boşaltmadıqlarından həmin evdən çıxarılsınlar.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qardaşı Cavabdeh1 30 ildir ki, həmin evdən çıxmışdır. Keçən müddət ərzində evin mülkiyyətçisi dəyişmiş və bir neçə ildir ki, ev onun şəxsi mülkiyyətindədir. Cavabdeh atasının yasını bəhanə edərək evə yığışmış, hazırda çıxmaq istəmir. Nəinki çıxmaq istəmir, hətta həmin evə mülkiyyət hüququ olduğunuda iddia edir. Odur ki, iddiаnın təmin еdilməsi barədə qətnamə çıxarlmasını xahiş еtmişdir.

9. Məhkəminin iclasında iştirak edən Cavabdeh1 iddiа tələbini еtirаf еtməmiş və iddiаya etirаzını оnunlа əsаslаndırmışdır ki, o, həmin evdə anadan olub böyüyüb başa çatmışdır. Atası ona heç vaxt ev verməyib və almayıb, dövlət tərəfindən verilmiş evdə yaşamışdır. O, iki dəfə ailə həyatı qurmuş, lakin birinci ailəsi dağılmışdır və o, dövlət tərəfindən verilmiş evi sataraq atası evində yaşamağa başlamışdır. Həmin evin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 50-ə qədər ağac əkmişdir. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməmiş, Cavabdeh1 ifadəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 onun əridir. O, mübahisə predmeti olan həmin evə gəlin köçmüşdür. İddiaçı1 qeyri-qanuni üsulla atasının xəstəliyindən sui-istifadə edərək evi ələ keçirmiş və qaynanasını, yəni iddiaçının anasını öyrədərək onların həmin evdən çıxmasını tələb etmişdir. İddia üzrə mübahisənin qanun əsasında həll olunmasını xahiş etmişdir.

11. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı1 onun qızı, Cavabdeh1 onun oğlu, Aytək in isə gəlinidir. Onun əri Xəlifəyev Vəlyəddin 2021-ci ildə vəfat etmişdir. Onun mərhum əri Rüfətə ayrıca ev almış, lakin sonuncu evi satmışdır. Cavabdeh dəfələrlə Rusiya Federasiyasına qazanc əldə etmək üçün gedib gəlirdi. Bir müddət sonra cavabdeh atası Vəlyəddinin öldüyünü eşidərək Rusiya Federasiyasından qayıdıb gəlmişdir. Oğlu və gəlini gəldiyi gündən onun gününü qara etmişlər. Adam nə qədər söyülər, təhqir olunar. Yaşamağı ona çox görürlər. Bu gün də dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq gəlini məhkəmə zalında onu söyür və alçadıcı ifadələr işlədir. Açığı oğlu və oğlunun arvadı ilə birgə yaşamağa qorxur. Cavabdehlərin həmin evdə qalması onu sıxıntıya salır.

12. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(045)373/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddiаnın təmin еdilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 71,1 kv metr yaşayış sahəsindən çıxarılmaları və əvvəlki vəziyyətə boşaldılaraq təhvil verilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev və torpaq sahəsi iddiaçının mülkiyyəti kimi rəsmi qaydada dövlət reyestrində qeydiyyata alındığına görə, torpaq sahəsinə və yaşayış evi iddiaçının mülkiyyət hüququ müdafiə olunmalıdır, cavabdehilərin həmin torpaq sahəsinə və yaşayış evinə heç bir hüquqları mövcud deyildir..

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4, maddələrinə istina d etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdehlər Cavabdeh1 və Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qızı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(045)373/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan ev əvvəllər cavabdehin valideynlərinin mülkiyyətində olmuşdur. Cavabdeh 1972-ci ildə həmin evdə doğulmuşdur. Uşaqlıqdan həmin evdə yaşamaqla pasport qeydiyyatına alınmışdır. Həm in evdə yaşayarkən X9 ilə ailə qurmuş, övladı da həmin evdə dünyaya gəlmişdir. Həmin vaxtdan hal-hazıradək mübahisəli evdə yaşayır. İddiaçı iddia edir ki, guya cavabdeh 30 ildən artıqdır ki, daimi olaraq Rusiya Federasiyasına köçmüşdür. Cavabdeh bir neçə dəfə Rusiya Federasiyasına işləmək üçün getsə də, orada olmağı ən çox 2-3 ay çəkmişdir. Yəni, o, Rusiya Fedrasiyasına daimi deyil, müvəqqəti olaraq iş üçün gedibgəlmişdir. Cavabdehə sonradan məlum olmuşdur ki, mübahisəli ev 2015-ci ildə iddiaçıya valideynləri tərəfindən hədiyyə edilmişdir. Cavabdehlər həmin evdə qeydiyyatda olmaqla, evdən istifadə hüquqları vardır. Hesab edir ki, xx.xx.2009-cu ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsasən istifadə hüquqları olduğundan irəli sürülmüş iddia tələbi rədd olunmalıdı r.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Fikrət Mehtiyev, İslam Həsənov) xx.xx.2022-ci il tarixli, 2(104)-1465/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Vəliyəddin oğlu və Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(045)373/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı1 Vəliyəddin qızının cavabdehlər Cavabdeh1 Vəliyəddin oğlu, Bayramova (Xəlifəyeva) Aytəkin Elxan qaızına qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi əvvəllər tərəflərin, yəni iddiaçı və Cavabdeh1 v alideyinlərinə məxsus olmuş və həmin ev xx.xx.2015-ci il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh1 həmin evdə anadan olmuş, ailə qurduqdan sonra arvadı, hazırkı iş üzrə cavabdeh Aytəkin Bayramova (Xəlifəyeva) da həmin evə gəlin köçmüş və hal hazıra kimidə sonuncular orada yaşayırlar. Göründüyü kimi Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə istifadə hüququ fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl yaranmışdır. Eləcədə fərdi yaşayış evi onun və ailə üzvlərinin yeganə yaşayış yeridir.

19. Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olduğundan və həmin ev onun və ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər. Cavabdeh Aytəkin Bayramova Cavabdeh1 ailə üzvü olduğundan sonuncunun da həmin mənzildən çıxarılmasını kollegiya məqsədə müvafiq hesab etmir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5568/2022 saylı qərarı ilə (hakimlər (məruzəçi) Əhməd Əhmədov, Vüqar Həsənov, İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1465/22 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmı şdır.

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsini hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

23. İddiaçı ilə cavabdehlər arasında belə bir notarial razılaşma olmamışdır və apellyasiya instansiyası məhkəməsi işin bu halı üzrə səhv nəticəyə gəlmişdir.

24. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini də mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Çünki, qanunda yaşayış binasının tərkib hissəsindən ailə üzvlərinin istifadə etmək hüququnun bu Məcəllənin qüvvəyə mindiyi gündən yarandığı qeyd olunur.

25. İddia ərizəsindən, kassasiya şikayətinin dəlillərindən isə görünür ki, cavabdehlər 30 il bundan əvvəl mübahisəli evi tərk edərək orada yaşamayıblar və atası Cavabdeh1 ev tikdirib, sonuncu həmin evdə ailəsi ilə birlikdə 5-6 il yaşadıqdan sonra isə evi başqa şəxsə satmışdır.

26. Apellyasiya məhkəməsi, ümumiyyətlə iddiaçının bu dəlilləri üzrə heç bir araşdırma aparmamış, mübahisəli evin 01 avqust 2015-ci il tarixədək olan hüquqi vəziyyətinə aydınlıq gətirməmiş və cavabdehlərin həmin evdən istifadə hüquqlarının əmələ gəlibgəlməməsi ilə bağlı işin hallarını tam, hərtəfli və obyektiv araşdırmadan onların pasport qeydiyyatının evdən istifadə hüququnun əmələ gəlməsi əsaslarından biri kimi qeyd etmişdir.

27. Digər tərəfdən, işin yuxarı da müəyyən edilmiş hallarına görə 01 avqust 2015-ci il tarixdən mübahisəli ev iddiaçının mülkiyyətinə keçdiyindən, həmin müddətdən sonra tərəflər arasında əslində yeni mülki münasibətlər yaranmışdır. Hazırki halda, mübahisəli ev 01 avqust 2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətinə keçmişdir, Cavabdeh1 onun qardaşı, digər cavabdeh Aytəkin Bayramova isə qardaşının arvadıdır.

28. Göründüyü kimi, cavabdehlərin istər əvvəlki mülkiyyətçiyə münasibətdə, istərsə də, yeni mülkiyyətçiyə münasibətdə evdən istifadə hüquqlarının qeyd olunan maddələrin tələblərinə əsasən əmələ gəlməsi, mülki iş materialları ilə təsdiq edilmir.

29. Digər tərəfdən, ailə qanunvericiliyində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi nəzərdə tut ulsa da (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri), baldızın gəlini və ya gəlinin öz baldızını saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulmamışdır. Hazırki halda da nə Cavabdeh1 (yetkinlik yaşına çatıb və əmək qabiliyyətlidir), nə də digər cavabdeh Aytəkin Bayramovanın ailə qanunvericiliyi əsasında mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və həmin evin mülkiyyətsisi kimi ondan özünün saxlanılmalarını (aliment) tələb etmək hüquqları yoxdur.

30. Apellyasiya məhkəməsi, göstərilən halları nəzərə almadan, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərini pozmuşdur. Cavabdehlərin mübahisəli evi boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. ç)Ap ellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər (sədrlik edən və məruzəçi) Azər Bayramov, Rəşad Mamedov və Aygül İsgəndərova) xx.xx.2023-cü il tarixli, 2(104)-1012/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(045)-373/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

33. Hazırki halda nə Cavabdeh1 (yetkinlik yaşına çatıb və əmək qabiliyyətlidir), nə də digər cavabdeh Aytəkin Bayramovanın ailə qanunvericiliyi əsasında mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və həmin evin mülkiyyətçisi kimi ondan özünün saxlanılmalarını tələb et mək hüquqları yoxdur.

34. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 Vəliyyədin oğlu və X5 evdən çıxarılmalarını tələb edilən daşınmaz əmlak İddiaçı1 Vəliyyədin qızının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 Vəliyyədin oğlu və X9 İddiaçı1 Vəliyyədin qızının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ailə üzvü sırasına daxil deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehlərin mülkiyyətçi olan İddiaçı1 ilə istifadə hüquqlarını müəyyənləşdirəcək yazılı razılaşma mövcud olmadığından, bu aspektdən də onların həmi n evdən istifadə hüquqları yaranmamışdır. Digər tərəfdən, iddiaçının 2015-ci ildə mübahisəli əmlakı mülkiyyət hüququ əsasında əldə edərkən onun cavabdehlərin istifadə hüquqları ilə yüklü əldə etməsi də iş materialları ilə müəyyən edilmir.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci, Mənzil Məcəlləsinin 2.1, 30.1, 30.2 və 30.4-cü, MPM-nin 14.1, 77.1, 78.1, 80, 88 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. K assasiya şikayətinin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan ev əvvəllər onun valideynlərinin mülkiyyətində olmuş, cavabdeh Rufət Xəlifəyev doğuldğu 1972-ci ildən həmin evdə yaşamış, pasport qeydiyyatına alınmışdır. Həmin evdə yaşayarkən X9 ilə ailə qurmuş, övladları da həmin evdə dünyaya gəlmişdir. Hal-hazıra kimi də mübahisəli evdə yaşayır. 30 ildən artıq bir müddətdə Rusiya Federasiyasında olması, damimi yaşamaq üçün RF-yə köçməsi barədə iddiaçının göstərdiyi dəlillər əsassız olmuşdur. Rufət bir neçə dəfə Rusiya Federasiyasına işləmək üçün getsə də, orada olmağı ən çox 2-3 ay çəkmişdir. Yəni, o, Rusiya Federasiyasına daimi olaraq köçməmişdir, müvəqqəti olaraq iş üçün gedib gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, mübahisəli ev 2015-ci ildə valideyn ləri tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Cavabehlər həmin evdə qeydiyyatda olmaqla, evdən istifadə hüquqları vardır. Belə olan halda mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin müddəaları tətbiq edilməli idi. Həmin normalara əsasən cavabdehlərin həmin mənzilə istifadə hüquqları vardı ki, bu hüquqa da Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yalnız kompensasiya ödənilməklə xitam verilə bilərdi. Lakin işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüququ normalarının pozulması ilə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

39. Qanunun tələbin ə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının K onstitusiyası:

41. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

42. Maddə

29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

47. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yaz ılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlər in rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2 Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etiraz ın dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassa siya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qa nunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1012/2023 nömrəli iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar