Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-290/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İmqilab qızının katibliyi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1583/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin hallarında n görünür ki, iddiaçı cavabdehdən borca verdiyi pulunu tələb etmişdir.
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun uzaq qohumudur və aralarında səmimi münasibət olmuşdur. 2019-cu ilin mart ayında cavabdeh ondan borc pul istəmiş və o cavabdehə 3000 manat borc pul vermişdir. Daha sonra həmin ilin sentyabr ayında cavabdehin xahişinə əsasən ona əlavə olaraq 2000 manat da borc pul vermişdir. Cavabdeh bir ay müddətinə təsərrüfatında olan heyvanları satıb ona olan cəmi 5 000 (beş min) manat borcunu qaytaracağını bildirmişdir. Həmin müddət keçdikdən sonra cavabdeh ona olan borc undan cəmi 200 (iki yüz) manat qaytarmış, qalan 4800 (dörd min səkkiz yüz) manatı isə qaytarmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək, qalan borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Cəlilabad şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(76)-443/19 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin edilərək, Cavabdeh 4800 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddiaçının izahatı və şahid ifadəsi ilə əsaslandırmışdır.
6. M əhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 329.2, 390.1, 739.1, 739.2, 740, 425.1., 385.1, 445.2.1-ci, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1583/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), M.Həsənov və Z.Zeynalov) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(076)-443/2019 sаylı qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı 4800 manat məbləğində pul tələbinə dair iddi ası təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə yalnız iddiaçının izahatı və şahid ifadəsi tərəflərin arasında borc münasibətlərinin olmasını, onların arasında borc müqaviləsinin (razılaşmasının) bağlanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Odur ki, iddianı təmin etmək üçün əsas yoxdur, məhkəməninin istinad etdiyi sübutlar iddianı təmin etmək üçün əsas deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyas ı məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
15. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
16. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
17. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəs inə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
18. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.(maddə 385.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, şikayət qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsi n. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1583/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.