Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-290/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-290/2024 (Açar sözlər: yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4747/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (v əkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış massivində 117,00 kv.m. torpaq sahəsində yerləşən və sahəsi 64,00 kv.m. olan ev özbaşına tikilidir. Nə evin, nə də torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh 2014-cü ildən bu günə qədər həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X3 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m. torpaq sahəsində yerləşən 64 kv.m. sahəsi olan tikilinin cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin qardaşı X5 ilə aralarında şifahi qaydada bağlanmış müqaviləyə əsasən sözügedən əmlak 30.000 manata ona satılmışdır. X4 tərəfindən 27 iyul 2022-ci il tarixində Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri E.H.Quliyevə ərizə ilə müraciət edilmiş, ərizədə Zığ Bağları yaşayış massivində yerləşən 0,2 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 90 kv. metr əmlakın əmlak və torpaq vergisinin ödənilməsinə dair vergi ödəyicisi kimi onun qeydiyyata alınmasını xahiş etmişd ir. Bu barədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə sorğu göndərilmiş, xx.xx.2022-ci il tarixli, 101 nömrəli cavabla bu hal təsdiq edilmişdir. Həmçinin, "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində tikilinin sahibi və mülkiyyətçisi olaraq o qeyd olunmuşdur. Sözügedən əmlak üzrə qaza dair istehlakçı olaraq tanınmış, şəxs abonent kodu ilə qeydə alınmışdır. Lakin aparılan bütün sənədləşmə işləri sözügedən əmlakın iddiaçıya məxsus olduğunu təsdiq etdiyi halda, cavabdeh Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış massivində yerləşən iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona aid olan həmin tikilini zəbt edərək özbaşına məskunlaşmışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaya qarşı etiraz edərək izahatında göstərmişdir ki, o, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən evdə ailəsi ilə birlikdə 2014-cü ildən yaşayır. Evi anası tikmişdir, qardaşı bəzən gəlib evdə qalıb. O, işıq, qaz Mirheydərin adına kedikdən sonra evin satıldığından xəbərdar olmuş, bundan sonra bələdiyyəyə getmişdir. Bələdiyyə Mirheydərin ərizə verdiyini, evdə 4 nəfərin yaşadığını ona bildirmişdir. Qardaşı Arzu evə gələndə, o, və ailəsi də evdə olmayanda iddiaçı həyətin və hasarın video görünütülərini çəkmişdir, evin içini çəkməmişdir. Sabunçu rayonu, Şuşa qəsəbəsindəki evi qaynatası nəvəsinə hədiyyə kimi vermişdir. O ev hazır olmayıb və yaşayış olmayıb, ev 2-3 ay sonra satılmışdır. Şuşa qəsəbəsində yerləşən evdə vergi ödəyicisi kimi qeydə alınmışdır. O, göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin iclasın şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Mirheydər onun yeznəsinin qardaşı oğludur, bir həyətdə böyüyüblər. Xəyyam adlı şəxs dostunun şirkətində işləyir. Xəyyam ondan pul verməsini istəmiş, o, da Xəyyamın uşağında asma xəstəliyi olduğu üçün pulu vermişdir. Xəyyam pulu qaytarmağa gələndə Xəyal adlı şəxsin kolbasa işi ilə məşğul olduğunu ona demişdir. Əslində onun adı Xəyal deyil, Arzu olmuş, özünü Xəyal kimi tanıtmışdır. O, kolbasa işi üçün Arzuya pul vermiş, sonradan Arzu yenə pul istəmişdir, o isə pulunun olmadığını bildirmişdir. Arzu isə bildirmişdir ki, onun evi var və o evi qiyməti 40.000 manat olsa da, 35.000 manata satır, çünk i ona təcili pul lazımdır. Onlar birlikdə Zığ Bələdiyyəsinə getmiş, sonra evə baxmaq üçün getmişlər. Qiymətləndirmədən mütəxəssis gəlmiş və evin qiymətinin 30.000 manat olduğunu bildirmişdir. Sonradan Kadastrdan nümayəndə çağırılmış, video-çəkiliş edilmişdir. Evə 1 həftə gediş-gəliş olmuşdur, Mirheydərə evi göstərəndə bəyənmiş və nəhayət evi 30.000 manat qiymətə almışlar. Mirheydər vergi ödəyicisi kimi həmin evdə qeydiyyata alınmış və o, rüsum ödəmişdir. Evi aldıqdan sonra Xəyal demişdir ki ona 1 ay vaxt versinlər ki, ev boşaldılsın. 15 gün sonra məlum olmuşdur ki, o, evdə Fariz adlı şəxs yaşamağa başlayıb, bu halı ona bildirdikdə Fariz evdən çıxmağa razı olmuşdur. Sonradan onlara məlum olub ki, Farizin qardaşı maşınla kimisə vuraraq öldürmüşdür və evdən alınan pullar ora xərclənir. Farizi n Ramanada evi olduğu üçün X1 evdə vergi ödəyicisi olması ilə bağlı sorğu verilmişdir. Farizin qayınatası səs yazısında Farizin onun kürəkəni olduğunu, Ramanada evinin olduğunu deyir, qayınanası isə müdaxilə edərək Ramanada yox, Suraxanıda evinin olduğunu deyir. Qardaşı isə səs yazısında qardaşının adam vurduğunu, vəziyyətlətinin pis olduğunu deyir. O, ərazidəki bütün evlər sənədsizdir. Mirheydər, o və Mehman adlı şəxs evə baxmaq üçün birlikdə getmişlər. Ev zalda sağda bir otaq, mətbəx və yataq otağından ibarətdir. İşıq, su, qaz Mirheydərin adınadır, ev alındıqdan sonra çeklər üzrə Mirheydər müəyyən ödənişlər etmişdir, sonradan Farizin adına keçirilmişdir. Mirheydərin atası rəhmətə gedib və Mirheydər onun vasitəçiliyi ilə həmin evi almış, o, 30.000 manat pulu Mirheydərin gözü önündə Arzuya təqdim etmişdir. Sonradan evə vəkil və polislə birlikdə getdikdə onları evdən qovmuşlar. Arzu müəyyən xammal alaraq kolbasa zavoduna verir və ona sosiska verilir, o da paylayırdı. Arzudan yuxarı vəzifəli Azər adlı şəxs Arzuya deyib ki, Suraxanı rayonu böyük ərazidir, gəl mənə kömək et. Azər Arzuya 50.000 manatlıq mal verir, amma Arzu 45.000 qaytarır, hissə-hissə qaytardığı üçün 5.000 manatlıq zərər hiss olunmur. Halhazırda Arzunun ona 91.400 manat məbləğində borcu vardır. Evlə bağlı Farizin adında heç nə olmamış, həmin ev üzrə vergi ödəyicisi kimi kimin qeydiyyatda olması ilə bağlı sorğu göndərilmiş və sorğuya cavabda Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m. torpaq sahəsində yerləşən 64 kv.m. sahəsi olan tikilidə vergi ödəyicisi kimi Mirheydərin qeydə alındığ ı bildirilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-1158/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ünsüyyət Mirzəyeva) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçını hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı mübahisəli özbaşına tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada qanuni istifadəsinə verilməmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.4, 68-ci və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Qətnamədən narazı qalan iddiaçı (nümayəndə və vəkili X3) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qardaşı sözügedən fərdi yaşayış evini satmaqla, əslində həmin fərdi yaşayış evinə olan hüququnu ona ötürmüşdür. Belə ki, cavabdehin qardaşı Arzu Məmmədov həmin haqqı dövr eləməklə dolayı yolla həmin evin boşaldılması tələbini də devr eləmişdir. Əks təqdirdə hüququn təməlində duran nizam-intizamın yaradılması cəmiyyətdə mümkün ola bilməz. Belə ki, mülkiyy ətin belə formada özgəninkiləşdirilməsini dövlət də tanımışdır. İddiaçı vergi ödəyicisisi kimi qeydiyyat alınmış, daha sonra iddiaçı qaz və işıqla bağlı dövlətlə müqavilə bağlamış, hələ bu azmış kimi, bələdiyyə həmin əmlakın eskiz planını təsdiq eləməklə iddiaçının haqlarını tanımışdır. Lakin məhkəmə bu hallara qiymət verməyərək, sadəcə Mülki Məcəllənin 139-cu maddəsinə istinad eləməklə, iddianı rədd eləmişdir ki, bu da hüququn təməlinə ziddir. “Azəriqaz” və “Azərişığın” iddiaçını həmin evin sahibi kimi tanıması da, bir daha təsdiq edir ki, iddiaçı həmin fərdi yaşayış evini AİHM-in yanaşması ilə mülkiyyət kimi əldə etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4747/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qət naməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və tikiliyə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Qanunun normalarının mənasından müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır. Belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir.
13. Bu baxımdan iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 178.1ci, Torpaq Məcəlləsinin 66.2, 67.4, 68-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
15. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş dir.
16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən ed ilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
20. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
21. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
22. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən b u Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkə mə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun o lmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğun u Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
43. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4747/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.