Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2901/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-890/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, küçəsi, 2-ci döngə, 7A ünvanında yerləşən ev İddiaçı adına qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ibarətdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və bu hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla ona **********8010301 reyestr nömrəli çıxarış verilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 onun mərhum qardaşının boşanmış həyat yoldaşı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə qardaşının övladlarıdır. Hər üç cavabdehin qeydiyyatı formal olaraq sözügedən mənzildə olsa da, onlar 2001-ci il tarixdən sözügedən mənzili tərk edərək Tovuz rayonuna daim yaşamağa getmişlər. O, onların hansı ünvanda yaşama sından məlumatsızdır və hesab edir ki, yaşamadıqları təqdirdə onların ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etmələri bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, cavabdehlərin ümumiyyətlə xüsusi mülkiyyətində olan mənzilə hüquqları yoxdur. Cavabdehlər hərəsi öz həyatlarını başqa ərazidə qurub yaşayırlar. Keçən bu müddət ərzində cavabdehlər mənzildən hüquqlarını qeydiyyatda olduqları mənzildə deyil, tamamilə başqa bir yerdə gerçəkləşdirərək mübahisəli mənzili könüllü olaraq tərk etmişlər. Əgər cavabdehlərin başqa bir yerdə yaşayış yerləri olmasa idi, onlar ən azından müəyyən bir müddət sonra qeydiyyatda olduqları yaşayış sahəsinə qayıdardılar. Cavabdehlərin mübahisəli mənzillə əlaqələri olmamış və qeydiyyatda olduqları mənzildə yaşamamış lar. Cavabdehlər qeydiyyatda olduqları mənzilə bütün hüquqlarını itirmişlər. Ona məxsus mənzildə onun iradəsi əleyhinə cavabdehlərin daimi qeydiyyatda olması onun üçün bir sıra neqativ nəticələr (mənzili satacağı halda onların yazılı razılıq ərizəsini alması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin ona məxsus mənzilə gələcək olması və polis və ya digər orqanlardan axtarış elan olunsa həmin vətəndaşların onun ünvanında axtarılması) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 saylı qətnaməsi ilə (hakim Roman Ələkbərli) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerl əşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər E küçəsi, 2-ci döngə, ev 7A ünvanında pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Odur ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüquq u təmin olunmalı, cavabdehlərin E küçəsi, 2-ci döngə, ev 7A ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə, İslam Həsənov) 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 qətnaməsinin ləğv edilməsi və iddia tələbinni rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasında müəyyən olundu ki, Cavabdeh2 1991-ci ildə mübahisəli evə gəlin köçərək, həmin vaxtdan orada yaşayır. Cavabdehlərdən Günel və Elçin onun uşaqlarıdır. Yoldaşı 2021-ci ildə vəfat etmişdir. Cavabdeh Tovuz Diaqnostika hemodialez xəstəxanasında işə düzəlməsi ilə əlaqədar müvəqqəti olaraq Tovuz şəhərinə gedərək, atası evində yaşayır, lakin hər həftəsonu mübahisəli evinə qayıdır. Ona və uşaqlarına məxsus bütün əşyalar da, mübahisəli evdədir. Cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yerləşən mənzildən müvəqqəti olaraq getmələrinə səbəb, Cavabdeh2 h azırda Tovuz şəhərində işləməsi ilə bağlı olmuşdur. Onların qeydiyyatda olduğu evdən çıxıb başqa yerə getməsində həmin yaşayış evini daimi tərk etmək niyyəti olmamış, mənzildən daimi başqa yerdə yaşamaq üçün köçməmişlər. Belə ki, cavabdehlər həftəsonu mübahiəli evə qayıdır və orada idarəçiliyi həyata keçirilər. Cavabdehlərin başqa daimi yaşayış yeri yoxdur. Cavabdeh2 1991-ci il tarixdən mübahisəli evə köçdüyündən və digər cavabdehlər Cavabdeh1 1992-ci ildə, Cavabdeh3 Xəlil oğlu 1993-cü ildə həmin evdə doğulduğundan, onların xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən, həmin evdən istifadə hüquqları yaranmışdır. İddiaçı cavabdehlərin 2001-ci ildən mənzili tərk edərək, daimi olaraq Tovuz rayonunda yaşamağa getmələrin i göstərsə də, cavabdehlərin və məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X1 ifadəsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 2013-cü ildən Tovuz Diaqnostika hemodializ xəstəxanasında işə düzəlib orada işləməsi ilə əlaqədar, cavabdehlər müvəqqəti olaraq Tovuz şəhərinə getmiş və hər həftəsonu mübahisəli evinə qayıdırlar. Onlara məxsus bütün əşyalar da, mübahisəli evdədir. Evin işıq pulu kartı, qaz pulu kartı, su pulu kartı cavabdehdədir və ödəmələri də onlar edir. Göründüyü kimi, cavabdehlərin mübahisə edilən mənzillə daim əlaqələri mövcud olmuş və onların həmin mənzildə yaşamamalarının səbəbi Cavabdeh2 Tovuz şəhərində işləməsi ilə bağlı olmuşdur. Belə olan halda cavabdehlərin müəyyən müddət ərzində başqa yerdə yaşamaları onların mübahisəli evə olan hüquqlarının itirilməsi kimi qiymətl əndirilə bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması əks təqdirdə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd etməklə mülkiyyətçiyə mənsub fərdi yaşayış evinə mülkiyyətçinin istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, apelyasiya məhkəməsinin hakimi tərəfindən cav abdehlərin mübahisəli evdən istifadə hüquqlarının mövcud olması qənaətinə gəlinməsi mülkiyyətçinin öz əmlakından iradəsinə uyğun istifadə edə bilməməsi, ona sahibliyin həyata keçirilməsinin mümkün olmamasi ilə nəticələnəcəkdir. Məhkəmənin 1991-1993-cü illər ərzində mübahisəli tikilinin hüquq müəyyənedici sənədinin olmadığını nəzərə almadan mübahisəyə "icarədar və ailə üzvləri" arasında yaranmış hüquq münasibətləri nöqteyi- nəzərindən yanaşması doğru deyildir. Yəni, evin qanunsuz tikili olub-olmaması və ya hər hansı qanuni sahibliyin həyata keçirilib-keçirilməməsi aydınlaşmayınca həmin evdə faktiki sahibliyi həyata keçirən şəxsə icarədar münasibəti bəslənilməsi və qətnamədə həmin şəxsin icarədar kimi qeyd edilməsi anlaşılan deyil. Evin icarədarı kimi həmin şəxsin qəbul edilməsi, onun sərənc am verərək başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarında olması nəticəsinə məhkəmənin haradan gəlməsi qətnamədə əsaslandırılmamışdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı ilə cavabdehin istifadə hüququnun yaranıb yaranmamasına tətbiq ediləcək hüquq norması seçilərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixlil “X.Məmmədovanın şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qər arına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibət ləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədar ın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətləri nə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 228.4. yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində cavabdehlərin həmin mənzilə köçüb yaşadıqları zamanlarda mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmadığına, bu xüsusda məhkəmənin icarədar və ailə üzvləri konteksində mübahisəyə yanaşmasının əsassız olduğuna mənzilin o zaman qanunsuz tikili olduğuna, hazırda mənzil onun adına dövlət qeydiyyatına alınmaqla cavabdehlərin onun mülkiyyət hüququnu pozmasına dəlil olaraq istinad etsə də, cavabdehlərin həm gəlin köçmə tarixi, həm də onların mənzilə qeydiyyat tarixləri nəzərə alınmaqla, həmçinin cavabdehlərin yaşayış sahələrini daimi tərk etmələrinin sübut olunmamağına, əksinə, onların müvəqqəti yaşayış yerini tərk etmələrinə istinadən apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 228.4-cü maddəsinə vurğulandığı kimi mənzilin sonradan iddiaçının adına dövlət qeydiyyatına alınması cavabdehlərin mənzillə bağlı hüquqlarının məhdudlaşdırılmasına əsas verə, həmçinin də bu xüsus əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-890/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.